DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Mingəçevir şəhərində müxtəlif vaxtlarda ayrı-ayrı vətəndaşlara məxsus 7 mənzildən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanıb.
Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Sahil Hüseynli olduğu müəyyən edilib. Onun ayrı-ayrı vətəndaşlara məxsus evlərdən ümumi dəyəri 20.000 manat olan pul, qızıl-zinət və məişət əşyalarını oğurlayaraq maddi ziyan vurduğu müəyyən edilib.
Dindirilmə zamanı S.Hüseynli törətdiyi cinayət əməllərini etiraf edib.
Faktla bağlı Mingəçevir ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.
Mahir MƏSİMOV polis leytenantı