Cümə axşamı günü, 29 oktyabr 2026
     

Rubl Azərbaycanın daşınmaz əmlak bazarına daha çox təsir göstərməyə başladı

Image


Görülən bütün tədbirlərə baxmayaraq, Rusiyada milli valyuta növbəti dəfə dəyər itirməyə başlayıb. Dollar və avro növbəti dəfə rublla müqayisədə bahalaşıb. İndi banklarda və valyutadəyişmə məntəqələrində bir dollar 65.6, avro isə 75.8 rubl olub. Qeyd edək ki, bu, yanvarın 17-dən sonra ən böyük ucuzlaşma sayılır. Yanvarın 17-də 1 dollar 65.17 rubla qalxmışdı. Neftin bir barrelinin qiymətinin dünya bazarında ucuzlaşması ilə bağlı rublun bir az da dəyər itirəcəyi istisna edilmir.
Ümumiyyətlə, yaxın günlər ərzində rublla bağlı yeni gərgin vəziyyətin hökm sürməsi istisna edilmir. Rusiya pulunun dollar və avro qarşısında əvvəlki kimi dəyər itirməkdə davam edəcəyi proqnozlaşdırılır. Rusiyanın keçmiş maliyyə naziri Aleksey Kudrin isə rublla bağlı daha qorxulu proqnozlar verir. Onun sözlərinə görə, rublun beynəlxalq hesab vahidi kimi əvvəlki etibarını qaytarmaq üçün Rusiyaya on ildən çox vaxt lazımdır: "Biz iqtisadiyyatımızda islahatlar apara, bir neçə ildən sonra sanksiyaların ləğv olunmasına nail ola bilsək, onda Rusiya əvvəlki statusunu özünə qaytara və hətta onu gücləndirə bilər, lakin bunun üçün on il və ya daha çox vaxt lazımdır". O qeyd edib ki, rublun devalvasiyasından sonra beynəlxalq hesab vahidi kimi ona etibar aşağı düşüb: "İstənilən hesab vahidi çox stabil olmalıdır ki, biz müxtəlif ölkələrin mallarının qiymətini müqayisə edə bilək. Valyuta qeyri-sabitdirsə, malların qiymətini belə valyuta ilə ölçmək çox çətindir. Odur ki, hətta bizim beynəlxalq ticarətdə, qonşularımızla hesablaşmalarda, çox böyük ehtimalla, dünya valyutaları ilə - avro, dollar, ola bilsin ki, hətta funt ilə hesablaşmalar artacaq".
Rublun dəyər itirməsi MDB ölkələrinə də təsirsiz ötüşmür. Bu təsirlər isə özünü müxtəlif formalarda büruzə verir. Məsələn, rubl ölkəmizdə daşınmaz əmlak bazarında aktivliyin xeyli aşağı düşməsinə səbəb olub. Belə ki, rublun dəyərdən düşməsi Rusiyada daşınmaz əmlakın ucuzlaşması ilə müşahidə olunur. Bu isə postsovet ölkələri vətəndaşlarını hərəkətə keçirib. Ötən illə müqayisədə Rusiyada qiymətlərin təxminən 50 faiz ucuzlaşdığı bildirilir. Mənzilləri əsasən xarici vətəndaşlar alır. Əsas müştərilər azərbaycanlılar, qazaxlar və özbəklərdir. Belə vəziyyət Azərbaycanın özündə daşınmaz əmlak bazarında aktivliyi aşağı salır və potensial alıcılar daha çox Rusiya bazarlarına üz tutur. Prosesin hələ bir müddət davam etməsi proqnozlaşdırılır.
Digər tərəfdən, artıq bilindiyi kimi, rublun dəyərdən düşməsi Rusiyadan Azərbaycana göndərilən vəsaitlərin də həcminin azalmasına gətirib çıxarır. Qarşıdakı müddətdə miqrant pullarının daha da azalacağı istisna edilmir. Bu hal ölkənin bank sektoruna da ciddi təsir edəcək. Çünki banklar pul köçürmələrindən xeyli qazanc əldə edirdi. Lakin indi vəziyyət dəyişir. Rublun dəyərdən düşməsi Rusiyada, həmçinin, ərzaq inflyasiyasını da gücləndirir. Bunun nəticəsində, manatın möhkəmlənməsinə rəğmən, Rusiyadan Azərbaycana ərzaq inflyasiyası idxal edilir. Nəzərə alaq ki, Azərbaycanın ərzaq idxalında Rusiya ciddi paya malikdir. Digər tərəfdən, Rusiya bizim əsas ticarət partnyorlarımızdandır. Bu fonda rublun ucuzlaşması şimal qonşularımızdan gələn idxalın həcminin artmasına səbəb olacaq. Çünki manatın bahalaşması hesabına bu ölkədən gətirilən mallar xeyli ucuz olacaq ki, bu da yerli istehsalın rəqabət qabiliyyətini azaldır. Qeyd edək ki, Azərbaycanın idxalının təxminən dörddə biri məhz Rusiyadan gəlir. Bütün bunlar bir daha təsdiq edir ki, rubl ətrafında baş verənlər təkcə Rusiyaya yox, MDB-nin digər ölkələrinə, o cümlədən Azərbaycana da təsir edir. Onu da bildirək ki, ölkəmizdə əhalinin bir hissəsi banklara əmanətlərini rus rublu ilə yatırıb. Gözlənir ki, rubl ucuzlaşmaqda davam edərsə, rublla əmanət yatıranlar daha çox zərər görəcək.
Başqa bir məqam da odur ki, MDB ölkələrindən olan əmək miqrantları rublun kəskin dəyərdən düşməsi nəticəsində Rusiyanı kütləvi tərk edir və bura soydaşlarımız da aiddir. Ekspertlər deyir ki, yaxın vaxtlarda rublun kursu yüksəlməsə, Rusiyada əmək miqrantlarının sayı kəskin azalacaq. Araşdırmalar göstərir ki, 1998-ci ildə yaşanan defoltdan sonra ən dramatik iqtisadi böhranın yaşandığı indiki günlərdə işçi miqrantlar üçün qazanc dalınca Rusiyaya getmək artıq sərfəli deyil. Onların qazandığı pullar sürətlə dəyərdən düşür. Ticarətlə məşğul olanlar isə rublun kursunun kəskin dəyişməsindən ciddi ziyana düşür.
Digər tərəfdən, 2015-ci il yanvarın 1-dən etibarən Rusiyanın miqrasiya qanunvericiliyində dəyişikliklər qüvvəyə minib. Bu dəyişikliklərə görə, Rusiyada işləmək icazəsi almaq üçün bütün əmək miqrantları rus dilini, Rusiya qanunvericiliyinin əsaslarını bilməlidir. Miqrantların Rusiyadan kütləvi axınını sürətləndirən amillər arasında tikinti mövsümünün başa çatması, kənd təsərrüfatında işlərin dayanması da yer alır.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

29.10.2026 / 13:39
"Beynəlxalq hüquqda ikili standartlar dövlətlər üçün yeni çağırışlar yaradır" - Ceyhun Bayramov

29.10.2026 / 12:25
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü

29.10.2026 / 12:11
Ermənistan parlamentində dava – deputatlar bir-birini yumruqladı...

29.10.2026 / 11:55
Azərbaycan XİN Türkiyəni təbrik etdi

29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...

29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi - NATO şərqi Avropadan geri çəkiləcək?..

29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı

29.10.2026 / 11:24
Terror təşkilatları ilə əlaqəli 8 nəfərə hökm oxundu...

29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...

29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər – Körfəz ölkələrinə xəbərdarlıq edildi...

29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir – yeni ombudsman seçiləcək...

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi - müdaxilə etməyəcəyəm...

29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi

29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:30
Tramp "Şimal axını" qaz kəmərini Rusiyadan satın ala bilər...

28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi

28.10.2026 / 18:10
Azərbaycan Məkkə Konvensiyasını imzaladı

28.10.2026 / 17:55
Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək

28.10.2026 / 17:46
Qarabağın azad edilməsindən sonra Avropa Parlamenti Azərbaycana qarşı 18 qətnamə qəbul edib

28.10.2026 / 17:15
Gözəllik müsabiqəsi qalibinin Trampa qarşı şok ifadələri seçkiqabağı bomba kimi partladı...

28.10.2026 / 17:10
İran + Məkkə Paktı ölkələri İsraili 4 ölkədən çıxmağa çağırdılar - İsrail onları sayacaq?..

28.10.2026 / 16:50
Vətəndaşa cavab verməyən məmurlar 650 manatadək cərimələnəcək

28.10.2026 / 16:33
“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” haqqında Əsasnamə təsdiqləndi

28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik - hesabatı kim yayıb?

28.10.2026 / 15:30
Rusiya BMT-nin Ukrayna məsələsinə qarışmasını rədd etdi...

28.10.2026 / 15:14
Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarıldı...

28.10.2026 / 14:59
Aleşki şəhərindən başladılan atəşkəs bütün Ukraynaya yayıla bilərmi?..

28.10.2026 / 14:43
İran Azərbaycan əsilli rejissora 5 il həbs cəzası verdi

28.10.2026 / 14:10
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqlədi...

28.10.2026 / 13:58
"Borcun olması avtomobillərin satışına qadağa qoyulması demək deyil" – Məhkəmə bankın iddiasını rədd etdi...

28.10.2026 / 13:46
“Sapı özümüzdən olan” qüvvələrin təxribatlarına ayıq-sayıqıq" - Allahşükür Paşazadə

28.10.2026 / 13:44
"Xaos, korrupsiya, qəddarlıq, səriştəsizlik" - Obama Trampın 2 ilini yıxıb-sürüdü...

28.10.2026 / 13:30
Media və Yayım Şurasında Somalinin informasiya, mədəniyyət və turizm naziri ilə görüş keçirildi - FOTO

28.10.2026 / 13:21
Tramp Rubionu paraşütlə Kubaya atmağı təklif etdi – “problemi iki dəqiqəyə həll edər"...

28.10.2026 / 13:08
Belqradda İsrail səfirliyinə bıçaqla hücum edən naməlum şəxs öldürüldü...

28.10.2026 / 12:54
Tramp İranla münaqişənin o istədiyi vaxt bitəcəyini deyir...

28.10.2026 / 12:51
ROZA TÖREKULOVNA AYTMATOVANIN ƏZİZ XATİRƏSİNƏ

28.10.2026 / 12:40
Bakıda dizellə işləyən avtobuslar istismardan çıxarılır - tarix AÇIQLANDI

28.10.2026 / 12:23
Azərbaycanın strateji valyuta ehtiyatları xarici dövlət borcunu 20 dəfə üstələdi...

28.10.2026 / 12:10
Azərbaycanın dövlət borcu açıqlandı

28.10.2026 / 11:48
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

28.10.2026 / 11:35
Sükan arxasında telefonla danışan sürücülərin nəzərinə - 50 manat cərimə gəlir...

28.10.2026 / 11:20
Azərbaycan Məkkə Konvensiyasına qoşulur...

28.10.2026 / 11:12
"Çexiya ilə əlaqələrin dinamik inkişaf etməsi bizi sevindirir" - Prezident

28.10.2026 / 11:10
Bordyuja Ermənistanın KTMT-dən qovulmasını təklif etdi – “özləri çıxsalar yaxşı olar”...

28.10.2026 / 11:06
Prezident İlham Əliyev Petr Paveli təbrik edib

28.10.2026 / 10:47
Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

28.10.2026 / 10:43
"Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir" - Prezident

28.10.2026 / 10:41
Prezident İlham Əliyev İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin iclasının iştirakçılarına müraciət etdi

28.10.2026 / 10:39
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - SİYAHI AÇIQLANDI...

28.10.2026 / 10:28
İsraildə seçki düyünü – heç kim təkbaşına hökumət qurmaq üçün lazım olan səsi toplaya bilmədi...

28.10.2026 / 10:11
Azərbaycan nefti ucuzlaşdı - 122 dollar...

28.10.2026 / 09:56
ABŞ “Patriot”larını Yaxın Şərqə yığır…

Milli kimliyə bağlı gənclər uğurlu gələcəyin əsas təminatçılarıdır...

XƏBƏR ARXİVİ