Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 30 dekabr tarixli qərarı ilə "Ziraat Bank Azərbaycan” ASC-yə bank lisenziyası verilib. AMB-dən "APA-Economics”ə verilən məlumata görə, Türkiyənin "T.C. Ziraat Bankası”nın müraciətinə Mərkəzi Bankda qanunvericiliyə müvafiq olaraq baxılıb. Bank lisenziyası üçün zəruri olan tələblərin icra olunduğu müəyyən edilərək müraciət müsbət qiymətləndirilib.