Türkiyədə Muay-Tay idman növü üzrə yeniyetmələr, gənclər və kişilər arasında açıq Avropa Kuboku keçirilib. "Trend"-in məlumatına görə, Türkiyənin Antalya şəhərində keçirilən çempionatda ölkəmizi Muay-Tay Federasiyasının prezidenti Azər Həsənsoyun rəhbərlik etdiyi komandamız təmsil edib. Noyabrın 14-dən 18-dək davam edən yarışda komandamız 5 qızıl, 4 gümüş və 8 bürünc medal qazanıb. Azərbaycanın yeniyetmələr arasında komandası komanda hesabında 3-cü yerə layiq görülüb. Xatırladaq ki, çempionatda 26 ölkədən 1130 idmançı iştirak edib.