şənbə günü, 10 oktyabr 2026
     

"Strateji dövlət əməliyyatı", İlham Əliyevin 2003-cü ildə və indiki müdafiəçiləri, xarizmanın inanılmaz təkamülü - Aydın Quliyev yazır

Image


Azərbaycan tarixində İlham Əliyevin prezidentlik dövrü müraciət və təhlil ediləsi faktlar baxımından populyarlığını heç vaxt itirməyəcək. Tərəfdarları da, əleyhdarları da, sadəcə müasirləri və tarix araşdırmaçıları da orda həmişə nələrsə axtaracaq və tapacaqlar.

    Heydər Əliyev güclü dövlətin əsaslarını yaratmışdı. Onun gücünə siyasi təşkilatların, klan və tayfa birləşmələrinin, mafiyaların, gizli oliqarx qrupların timsalında nəinki alternativlər yaranmadı, heç azacıq şərik çıxanlar da olmadı. İlham Əliyev isə güclü dövlətin özünü, onun iqtisadi, sosial, mədəni infrastrukturlarını, əslində sivil siyasi və sosial dövlət modelini yaratdı. Heydər və İlham Əliyevlərin dövlət başçıları olaraq yaratdıqlarının müqayisəli müstəvisində "kim daha çox iş görüb" məntiqi heç cür işləmir, biri digərinin fundamenti və davamı sayılan bu iki dövrün bir-biri üçün tamamlayıcılıq məntiqi daha səlisdir və yerində işləyir.

    Hakimiyyətə gəldiyi 2003-cü ildə və indiki 2020-ci ildə İlham Əliyevin adı ətrafında gedən ictimai müzakirələrin xarakterini bir-biri ilə  müqayisə etmək kifayətdir ki, onun 17 ildə əldə etdiyi nəticələrin təfsilatlı mənzərəsini görə bilək. 17 ildə adı ətrafında əks mövqe müzakirələrindən mütləq əksəriyyətin birmənalı ictimai dəstəyinə qədər keçilən böyük yol İlham Əliyevin həm də xarizmatik şəxsiyyətə çevrilmə yoludur. İlham Əliyevin xarizmatik təkamül prosesi öz mahiyyətinə görə digər dünya liderlərindən fərqlənir. Azərbaycan Prezidentinin xarizmatik təkamülünün həlledici faktoru öz xalqımızın və hətta dünyanın ona münasibətindəki dəyişmələrdədi. 17 ildə ölkədə və xaricdə ona münasibət kardinal şəkildə dəyişdi. Onun barəsində əsasən siyasi opponentlərin yaratdığı "atadan sonra hakimiyyətə gəlmiş şəxs" imici sistemli və məqsədyönlü prezidentlik fəaliyyətinin real nəticələri qarşısında çox duruş gətirə və davamlı ola bilmədi. Məhz bu fəaliyyətləri nəticəsində o özünü politoloji legitimlik konsepsiyasının bütün parametrləri baxımından qanuniləşdirə bildi. İndi onun hakimiyyətinin hüquqi, siyasi, ideoloji, təşkilati legitimlik əsaslarına malik olduğunu istənilən opponentlərin qarşısında müdafiə etmək olar. Bu mənada, İlham Əliyevin indiki müdafiəçilərinin işi 2003-cü ildəki müdafiəçilərin işindən daha asandır. Tək ona görə yox ki, Prezidenti indi müdafiə edənlərin arqumentləri sayca daha çoxdur. Həm də ona görə ki, indi xalqın mütləq əksəri ONUN tərəfindədir. Məntiq etibarilə, indi Prezidenti müdafiə edənlər də onun özü kimi xalqa söykənir və xalqın yanında yer alırlar.

    Rayonlarımızın erməni işğalından azad edilməsi Prezidentin tarixdəki yerinə və siyasi xarizmasına əbədi dəyişməzlik nişanı vuran hadisədir.

     İşğal probleminin həlli barədə son 30 illik dövrümüzdə çox platformalar, ideyalar, təkliflər gördük. Bunların hərəsinə bir neçə illik şans hətta nəzəri olaraq verilsəydi, kim bilir, münaqişənin ətrafında o lənətə gəlmiş keçmiş status-kvo dövrü hələ nə qədər uzanacaqdı?!.

    İlham Əliyev bu hədəfə doğru kənardakı bütün "reseptlərdən", təklif və ideyalardan fərqli yolla getdi. Onun xarizmatik təkamülünün güclü generasiya mənbələrindən biri də məhz bu oldu. Kimsənin dediyi yolla getmədi, şəraitin çox həssas təhlili əsasında məhz özünə aid, özünə yaraşan, həm də ən dəqiq yolu seçə bildi. Nəticə böyük və tarixi oldu - münaqişə vəziyyəti aradan qalxdı, Azərbaycanın torpaqları işğaldan azad edildi, ərazi bütövlüyünün təmin olunmasına doğru indi konkret kiminlə danışmağın gərək olduğu aydınlaşdı.

     Qarabağ münaqişəsinin aradan qaldlrılması faktı özlüyündə "Azərbaycanda necə bir dövlət qurulduğu" sualına ən ehtivalı cavabı verir. Sözün həqiqi mənasında dövlət qura bildik ki, münaqişəni də bu hesaba həll edə bildik. Əsl dövlət olmayan yerdə nəticələr 90-cı illərin əvvəllərindəki kimi olur... Dağlıq Qarabağ münaqişəsinin həlli tarixdə İlham Əliyevin adına bağlı unikal "strateji dövlət əməliyyatı" kimi qalacaq. 17 ildə ölkənin içindən başlamış taa xarici siyasətə qədər atılmış hər bir addımın sonda bu əməliyyatın ayrılmaz tərkib elementi olduğu təsdiqləndi. Neft-qazın dünya bazarına çıxarılması, böyük valyuta ehtiyatının yaradılması, sosial dövlət modeli, postneft iqtisadi modeli, şaxələndirilmiş iqtisadiyyat, milli və multikultural dəyərlərin sintezinə söykənən beynəlxalq tədbirlər, bəzilərinin korafəhmlikdən rişxənd elədiyi Formula yarışları, musiqi müsabiqə platformaları, beynəlxalq idman yarışları, sülhməramlı əməliyyatlarda iştirak, bütün beynəlxalq təşkilatlarda ərazi bütövlüyümüzün tanınma sənədlərinin qəbulu və sair - bunların hər biri "strateji dövlət əməliyyatının" uğur qazanması üçün işlədi, hamısı bir yerdə bizə lazım olan işi gördü....

    Böyük hədəflərə malik "strateji dövlət əməliyyatları" tək-tək ölkələrin tarixi üçün xarakterikdir. Azərbaycan  da bu sıradadır və "əməliyyat" Prezidentin hərbi-siyasi koordinatorluğu altında tarixi fakta çevrildi.

    İlham Əliyevin böyük dövlət hədəflərinə uğurla yetişə bilməsini obyektiv və şəxsi subyektiv xarakterli şərtlərlə izah etmək olar.Güclü iqtisadiyyat , təminatlı  ordu və xalqın inamlı dəstəyi ölkə qarşısında duran ən çətin vəzifələrin həlli üçün nisbətən asan şərait yaratdı.Düzgün enerji və iqtisadi siyasət nəticəsində güclənən dövlət potensialı cəmiyyətin bütün təbəqələrinin rifahına yönəldikcə xalqla prezidentin arasında daha sıx isinişməyə mane olan faktorlar bir-bir sıradan çıxmağa üz tutdu."Dövlət gücləndikcə bizim üçün də həyat və təhlükəsizlik yaxşılaşır" tezisi hər bir fərdin düşüncəsində  və siyasi davranışlarında hakim mövqeyə keçdi.

    Obyektiv şərtlər zəruri şəxsi subyektiv amillərlə üst-üstə düşməyəndə nəticənin tam və kamil olmasından danışmaq çətin olur .Bizim situasiyada isə Prezidentin şəxsi, iradəvi və subyektiv göstəriciləri obyektiv imkanlarla tam uzlaşdı.Cəmiyyətlə açıq dialoq, sözə bütövlük, dostlara sadiqlik, əməkdaşlıqda prinsipiallıq xalqın gözündə onun xarizmaya , bütöv və güclü şəxsiyyətə çevrilməsində həlledici oldu.

    17 ildə İlham Əliyevin Azərbaycanı "problemsizlik dövrünə "gətirdiyinə bənzər bir təsəvvür yaratmaq fikrində deyiləm. Bundan sonra hansısa iqtisadi, siyasi və ya hərbi xarakterli problemlərin yaranmayacağını da iddia etmirəm.İddia bundan ibarətdir ki, Azərbaycan iqtisadi, siyasi, hərbi nöqteyi -nəzərdən yarana biləcək hər cür problemi özünün həll edə bilmək səviyyəsinə artıq yetişib .



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

09.10.2026 / 13:41
Prezident: "Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir"

09.10.2026 / 13:34
Dünya səyyahları Kəlbəcərdə Xudavəng Monastır Kompleksində olublar

09.10.2026 / 13:27
Prezident İlham Əliyev Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 13:23
Prezident İlham Əliyev Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış olub - FOTO

09.10.2026 / 13:06
Fermerlərin kredit alması asanlaşdırılır - qanun layihəsi Milli Məclisə təqdim olundu...

09.10.2026 / 12:28
Azərbaycanın xarici dövlət borcu azalıb

09.10.2026 / 12:14
Azərbaycanın strateji valyuta ehtiyatları 10 faizə yaxın artıb

09.10.2026 / 12:03
Paşinyan: "Yaxın gələcəkdə TRIPP layihəsi həyata keçiriləcək"

09.10.2026 / 11:46
Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib - YENİLƏNİB

09.10.2026 / 11:26
Trampa İrana qarşı üç günlük intensiv hərbi əməliyyat planı təklif edildi...

09.10.2026 / 11:12
Pakistan rəsmən Səudiyyə-Husi müharibəsinə qoşuldu – qırıcılar İran dəstəkli üsyançıları bombaladı…

09.10.2026 / 10:57
“Ermənistan və Azərbaycan arasında sülh faktdır” - Paşinyan

09.10.2026 / 10:40
Rusiya Ukraynada sərnişin dolu iki avtobusu vurdu – ölənlərin sayı 33-ə çatdı… DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

09.10.2026 / 10:37
"Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır" - Prezident

09.10.2026 / 10:34
Prezident: "Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir"

09.10.2026 / 10:27
"Birliyin mədəniyyət paytaxtı elan edilən Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi" - Prezident

09.10.2026 / 10:20
Prezident İlham Əliyev: "MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib"

09.10.2026 / 09:53
Fransa bankları Le Penə kredit verməkdən imtina edib - həm də seçki öncəsi…

09.10.2026 / 09:49
Azərbaycan nefti 8 dollardan çox bahalaşdı - 133 dollar...

09.10.2026 / 09:35
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - FOTO/YENİLƏNdİ

09.10.2026 / 09:11
Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

09.10.2026 / 08:40
Prezident İlham Əliyev və Paşinyan Trampı Nobel mükafatına namizəd göstərdilər

09.10.2026 / 08:23
Məktəbli etirazlarında arvadı barədə kobud fraza Makronu özündən çıxardı

09.10.2026 / 06:48
Ölüm hökmünün icrası canlı yayımlanacaq - ABŞ-də…

08.10.2026 / 22:57
Litva Rusiyanın Kalininqrad vilayəti ilə sərhədə qoşun yığır...

08.10.2026 / 22:31
ABŞ İranın enerji obyektlərinə kütləvi hava hücumlarına hazırlaşır..

08.10.2026 / 22:05
Azərbaycanda mina qurbanlarının sayı 443-ə çatdı

08.10.2026 / 21:24
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb

08.10.2026 / 21:17
Rusiyada laboratoriya işçisinin vəbadan ölümü bioloji silahlarla əlaqəli olub? - Tramp inanmır, ancaq…

08.10.2026 / 21:14
Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib - FOTO

08.10.2026 / 21:03
Cəbrayılda bir gündə ikinci partlayış - öncə oğul, saatlar sonra isə ata minaya düşdü...

08.10.2026 / 20:50
Ukraynaya təhlükəsizlik zəmanəti verənlərə Çin və Hindistan da qoşulur...

08.10.2026 / 20:43
Türkmənbaşıda Prezident İlham Əliyev və Paşinyan qeyri-rəsmi söhbət ediblər

08.10.2026 / 20:28
Paşinyan Rusiya ilə dəmir yolu sazişini ləğv etmək üçün hər şeyi hazırlayıb...

08.10.2026 / 20:11
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yaydı

08.10.2026 / 19:57
Qərb kəşfiyyatı Ermənistan vasitəsilə İran, Rusiya, Qafqaz və Orta Asiya dövlətlərinə qarşı məlumat toplamaq imkanı əldə edir - Rusiyadan xəbərdarlıq…

08.10.2026 / 19:43
Əhliman Əmiraslanov Türkmənistanda Türkiyə deputatları ilə görüşdü

08.10.2026 / 19:30
Ermənistan nə arxivlərin açılmasına, nə də şahid ifadələrinə imkan verir - İllərdir belədir...

08.10.2026 / 19:12
Ermənilərin izsiz-tozsuz yox etdikləri 834 dinc azərbaycanlı mübahisəsiz genosid qurbanlarıdır...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ