Rusiyanın "UTair” aviaşirkəti defolt olub. "APA-Economics”in məlumatına görə, bu barədə Rusiyanın "Kommersant” qəzeti yazıb.
Qəzetin məlumatına görə, şirkət bunu iki istiqraz üzrə ödənişlərini (2,7 mln. rubl) yerinə yetirmə bilmədikdən sonra açıqlayıb.
Məlumata görə, "UTair-finance” törəmə şirkəti 2012-ci ilin noyabr ayında 1,5 mlrd. rubl dəyərində 3 il müddətinə istiqraz buraxıb. Hazırda ödənişin vaxtı bitsə də, şirkət öhdəliyini yerinə yetirə bilməyib.
Şirkətin rəhbəri Andrey Martirosov yaranmış vəziyyəti müvəqqəti çətinliklər olduğunu deyib.
Qeyd edək ki, "UTair” aviaşirkəti Rusiyanın üçüncü ən iri aviadaşıyıcısıdır.