Azərbaycanın Fransadakı səfirliyi Fransa hökumətinə rəsmi etiraz bildirib. Bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Hikmət Hacıyev məlumat verib.
XİN rəsmisinin sözlərinə görə, etiraza səbəb Fransanın Buk-Bel-Er şəhərinin meri Rişar Malye ilə Dağlıq Qarabağdakı separatçı rejimin təmsilçisi Narine Aqabalyan arasında "dostluq bəyannaməsi” imzalamasıdır.