çərşənbə günü, 14 oktyabr 2026
     

Rasim Quliyev: “Türk ittifaqı gələcəkdə dünyada sabitliyə töhfə verəcək bir güc mərkəzi olacaq”

Image


“Ümumiyyətlə, Türk ittifaqı ideyası həm Azərbaycanda, həm də Türkiyədə cəmiyyətlərin bir-birinə bağlılığı fonunda mövcud olub. Türk ittifaqını biz daha böyük formatda, çərçivədə təsəvvür edirik. Hətta biz bu ittifaqın təkcə Türkiyə və Azərbaycandan ibarət olmaması barədə düşünürük və çağırışlar edirik”.

Bu fikirləri SİA-ya açıqlamasında "Resurs" Analitik İnformasiya Mərkəzinin rəhbəri, siyasi ekspert Rasim Quliyev deyib. Siyasi ekspertin sözlərinə görə, bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) adlı bir qurum mövcuddur və Azərbaycan da həmin bu quruma sədrlik edir: “TDƏŞ həm Azərbaycan dövlətinin milli maraqları baxımından çox böyük önəmə malikdir, həm də perspektivinə inandığımız bir formatdır. TDƏŞ, adından da göründüyü kimi, əməkdaşlıq üçün bir formatdır. Hazırda bu Şurada Azərbaycan, Türkiyə, Orta Asiya dövlətləri təmsil olunur, müşahidəçi qismində isə Macarıstan iştirak edir. Bu qurumun yaranması ətrafında ilk ideya 2006-cı ildən səsləndirilsə də, 2009-cu ildə Naxçıvanda Türkiyə, Azərbaycan və Qazaxıstanın iştirakı ilə “Naxçıvan” sazişi imzalanıb və orada bu Şuranın yaradılması elan edilib. Hazırda həmin Şurada 8 dövlət müşahidəçi qismində və Şuranın üzvü kimi təmsil olunur. Maraqlı məqam odur ki, biz o Şurada Avropa dövləti və qeyri müsəlman bir dövlət olan Macarıstanı görürük. Bunun özü də TDƏŞ-nin perspektivindən və əməkdaşlığın yeni formatından xəbər verir. Bu gün əməkdaşlığı, tərəfdaşlığı bütün dövlətlər edə bilər. Türk ittifaqı isə müttəfiqlik demək deyil. Müttəfiq olub bir ittifaqda birləşmək konkret öhdəliklər verir. Bir çox dövlətlər bəzi məsələlərdə tərəfdaşlıq və əməkdaşlıq edə bilər. Məsələn, biz Rusiya ilə bir çox məsələlərdə (siyasi, iqtisadi, hümanitar, miqrasiya və s.) əməkdaşıq və tərəfdaşıq. Ancaq biz bu dövlətlə bir ittifaqda deyilik və strateji müttəfiq deyilik. Çünki bir çox məsələlərdə bizim milli maraqlarımız Rusiyanın istəklərinə cavab vermir. Bu məsələlərdə Azərbaycan öz milli dövlət maraqlarından çıxış edərək müstəqil siyasət yürüdür. Qeyd edim ki, bu gün texnoloji inkişaf prosesləri daha da sürətləndirir. Bu baxımdan növbəti 10 ildən sonra, yəni 2030-2040-cı illərdə Türk Şurası daha çevik əməkdaşlıq şurası olacaq və Rusiya o zaman həmin Şuraya müraciət edəcək. Düşünürük ki, Türk ittifaqı 2030-2040-cı illərdə dünyada sabitliyə töhfə verə biləcək bir güc mərkəzi olacaq. Məsələn, bu gün Avropa dövlətləri ittifaq quraraq bir yerə yığışıblar, ancaq onlar xristian klubu, islamafobiya psixologiyasından irəli gedə bilmirlər və bilmədilər də. Konkret olaraq bəzi dövlətlərə və Türkiyəyə olan münasibətdə göründü ki, Avropa ittifaqı islamafobiya psixologiyasından qurtula bilmədi və xristian klubu olaraq qaldı. Ona görə də bu gün Avropa ittifaqı tənəzzülə uğrayır. Bizim regionda Rusiyanın yaratdığı ikinci bir ittifaq isə Avrasiya ittifaqıdır. Hətta mən buna bufet ittifaqı deyərdim. Bu mənada, həmin ittifaqın da uzun müddət yaşaması mümkün deyil. Çünki yarandığı gündən heç bir perspektiv vəd etmir. O baxımdan düşünürəm ki, Türk ittifaqı deyilən bir ittifaq dünyaya, regiona, bölgəyə çox böyük töhfə verən güc mərkəzi olacaq. Onu da qeyd edim ki, Azərbaycanın iştirakı olmadan nə TDƏŞ, nə də Türk ittifaqı mümkündür. Azərbaycanın geosiyasi mövqeyi, dünyadakı nüfuzu, apardığı siyasət onu deməyə əsas verir ki, Azərbaycansız bu ittifaqların heç biri mümkün deyil. Bu gün heç də təsadüfi deyil ki, bütün bu ideyaların hamısının mərkəzində Azərbaycan dayanır. Onu da qeyd edim ki, bu gün artıq dünyada Türkiyə ilə bir çox məsələlərdə baxışlarımız, milli maraqlarımız, milli mənafeyimiz üst-üstə düşür. Həmçinin Pakistanla Azərbaycanın və Türkiyənin də bir çox məsələlərdə milli maraqları üst-üstə düşür. Pakistan dövləti dəfələrlə Azərbaycanı açıq şəkildə müdafiə edib və mövqe sərgiləyib. Hətta Qazaxıstan da bu ittifaqda maraqlı ola bilər. Hesab edirəm ki, bütün bunlar sonrakı proseslərin gedişatında mümkün olacaq. Türkiyə-Azərbaycan media platformasının yaranmasına gəlincə isə, deyə bilərəm ki, bu gün hər iki dövlət dünyada müəyyən məqsədli dairələr tərəfindən haqsız olaraq əks təbliğatın, antitəbliğatın və yaxud da mətbuat terrorunun zərərini çəkir. Əlbəttə ki, bu baxımdan biz Türkiyənin, Azərbaycanın bir platformada birləşməsini alqışlayırıq və yüksək dəyərləndiririk. Yəni cəmiyyət, sosium olaraq bu əlaqələr, düşüncələr, psixologiyalar çox yaxındır. Ona görə də həm təbliğat, əks təbliğat baxımından, həm də cəmiyyətimizin inkişafı və yaxınlaşması baxımından sözügedən platforma böyük önəmə malikdir. Düşünürəm ki, bu media platforması da gələcək Türk ittifaqının elementlərindən biridir”.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

14.10.2026 / 12:34
Ermənistan Başkənd iddiasından rəsmən imtina edir…

14.10.2026 / 12:18
Özgür Özəldən Halk TV-yə polis basqınına sərt reaksiya – bu yalnız diktatorların edə biləcəyi şeydir…

14.10.2026 / 12:06
Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən etdi

14.10.2026 / 11:28
47 min yeni iş yerinin yaradılması gözlənilir - RƏSMİ

14.10.2026 / 11:15
"Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir" - Prezident

14.10.2026 / 11:11
Türkiyədə Halk TV-nin ofisinə polis basqını – həbslər aparıldı, müxalif TV sübh tezdən susduruldu…

14.10.2026 / 11:08
"İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır" - Prezident

14.10.2026 / 11:03
Prezident: "Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir"

14.10.2026 / 10:57
"Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib" - Prezident

14.10.2026 / 10:50
"ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır" - Hafiz Paşayev

14.10.2026 / 10:44
İran və Türkiyədən Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib - Media və Yayım Şurası bəyanat yaydı...

14.10.2026 / 10:33
Prezident İlham Əliyev 6-cı “Rebuild Garabagh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb

14.10.2026 / 10:26
Səudiyyənin “Saudi Aramco” neft şirkətinin baş ofisində güclü partlayış – nə baş verir…

14.10.2026 / 10:10
İran və Britaniya arasında gərginlik – Tehran səfiri çağırıb izahat istədi…

14.10.2026 / 09:49
Azərbaycan nefti ucuzlaşdı

14.10.2026 / 09:17
Dövlət qurumlarının saytlarına kiberhücum - 100-dən çox saytda problem yarandı...

14.10.2026 / 09:02
Dövlət Baxçalının müavini Azərbaycanla bağlı paylaşım etdi - cəsur və qüdrətli lider...

14.10.2026 / 06:26
Trampın eks gəlini Ağ Evin tələbi ilə istefa verdi - “qeyri-etik davranış” səbəbindən…

13.10.2026 / 22:46
Trampdan Çin və Rusiyaya sərt xəbərdarlıq – İrana kömək etdiklərini görsək çox şey itirəcəklər…

13.10.2026 / 22:30
Paşinyandan Moskvaya qəti mesaj – münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz…

13.10.2026 / 22:08
Tramp Rusiyanın əvəzinə Ukrayna ilə döyüşü genişləndirir - indi də kəşfiyyat məlumatları...

13.10.2026 / 21:50
Paşinyan hər dəfə Putini fakt qarşısında qoyur - pis də olmuruq, yaxşılaşmasını da istəmirik...

13.10.2026 / 21:29
Bakı-Tbilisi qatarında maklerlər "at oynadır" - 54 manata bilet yoxdur...

13.10.2026 / 21:14
İran Əfqanıstanla müharibənin bir addımlığındadır...

13.10.2026 / 21:11
SDU-da YAP-ın VIII Qurultayına həsr olunmuş elmi-praktik konfrans keçirilib

13.10.2026 / 20:58
Erməni mediası Azərbaycan-Gürcüstan sərhəd delimitasiyasında “kəskin mübahisələr” gözləyir...

13.10.2026 / 20:45
Çexiya kəşfiyyatından qorxunc xəbərdarlıq: Rusiya NATO ölkələrində daha riskli əməliyyatlara başlayır

13.10.2026 / 20:26
Pakistanda vəziyyət qarışır, hakimiyyətlə müxalifət Əfqanıstan sərhədində toqquşur...

13.10.2026 / 20:11
Paşinyan Azərbaycanla humanitar məsələlər fonunda separatçılardan əl çəkmək istəmir...

13.10.2026 / 19:50
Hicab taxması üçün qızlara təqaüd verən imkanlı şəxslər kimdir...

13.10.2026 / 19:36
Azərbaycanın ASAN brendi Asiyanı “işğal edir”...

13.10.2026 / 19:21
“Azərbaycana təzyiqlər artır” - Prezident demişdi axı, üstəlik səbəb də göstərmişdi...

13.10.2026 / 18:22
ABŞ Konqresi Tramp-Putin razılaşmasını ləğv edə bilər...

13.10.2026 / 18:04
İqtisadi Şuranın növbəti iclası keçirilib - FOTO

13.10.2026 / 17:47
Prezident İlham Əliyevin sosial media hesablarında Laos Prezidentinin Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb

13.10.2026 / 17:38
"Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var" - QMİ sədri

13.10.2026 / 17:21
Qara dənizdə hücuma məruz qalan gəmidəki 8 Azərbaycan vətəndaşı xilas edilib

13.10.2026 / 17:06
Allahşükür Paşazadə Azərbaycana qarşı iddiaları rədd etdi - İğtişaş yaradırlar... kimin təhriki ilə olur bilirik...

13.10.2026 / 17:02
MM-in parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yaydı - AK Parti iqtidarının hərkətləri suallar doğurur...

13.10.2026 / 16:43
Məktəb partasından ər evinə: Erkən nikah faciəsi və Qanunun müdafiəsi

13.10.2026 / 16:30
Hamı Xəzərin probleminə Azərbaycan prezidenti kimi qayğı göstərsə...

13.10.2026 / 15:56
Ərdoğanın müşaviri göstərdi ki, anti-Azərbaycan kampaniyasını AKP iqtidarı aparır...

13.10.2026 / 15:42
Ermənistan COP29-a gəlmədi, biz niyə COP17-yə getməliyik?!.

13.10.2026 / 15:38
Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi - VİDEO

13.10.2026 / 15:25
Səadət Partiyasının sədri Mahmud Arıkan! İlham Əliyevdən qabaq belə məktubu Ərdoğana yazmalı idiniz...

13.10.2026 / 15:17
Türkiyənin din təriqətçiləri Fələstin məsələsində Azərbaycanı da özlərinə bənzətmək istəyir - ziyanlı və faydasız üslub....

13.10.2026 / 15:09
Bolqarıstan sahillərində içərisində azərbaycanlıların da olduğu gəmi vuruldu...

13.10.2026 / 14:54
Belə getsə, Rusiya bütün Avropada sağ populistləri seçki ilə hakimiyyətə gətirəcək – İngiltərə dilə gəldi...

13.10.2026 / 14:30
“Məktəbli forması dünyəvi təhsil prinsiplərini ehtiva edir” - Rizvan Qarabağlı

13.10.2026 / 14:17
Yasamalda məktəbdə yanğın törətməyə cəhd edən 6 nəfər saxlandı - VİDEO

13.10.2026 / 14:08
YAP Ərdoğanın baş müşavirinin Azərbaycanla bağlı açıqlamasına sərt cavab verdi...

13.10.2026 / 13:55
Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verdi

13.10.2026 / 13:46
Prezident İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTO

13.10.2026 / 13:40
Tramp Putinə pəncərə açdı, Avropa onun acığına bağladı...

13.10.2026 / 13:27
Kredit faizləri və problemli kreditlər sürətlə artır...

13.10.2026 / 13:10
Azərbaycanda problemli kreditlərin həcmi 932 milyon manatı ötüb

13.10.2026 / 12:53
“Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir” - Əhliman Əmiraslanov

13.10.2026 / 12:44
Vüqar Rəhimzadə: Azərbaycan və Kamboca bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır

13.10.2026 / 12:38
"44 il əvvəl səfər etdiyim Azərbaycanı çox çətinliklə tanıdım" - Prezident Thonqlun Sisulit

13.10.2026 / 12:18
Ermənistanla sərhədi keçən azərbaycanlı hərbçi ifadəsi yayıldı

13.10.2026 / 12:03
Prezident İlham Əliyev: "Laos bizim üçün dost ölkədir"

13.10.2026 / 11:59
"Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb" - Prezident

13.10.2026 / 11:49
Fələstinin erməni naziri Bakıya gəlir...

13.10.2026 / 11:48
Prezident: "Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir"

13.10.2026 / 11:45
"Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək" - Prezident İlham Əliyev

13.10.2026 / 11:39
Prezident: "Laosla siyasi əlaqələr uzun illərdir uğurla inkişaf edir"

13.10.2026 / 11:36
"Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək" - Prezident

13.10.2026 / 11:33
Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/YENİLƏNDİ

13.10.2026 / 11:31
Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib - FOTO/ YENİLƏNDİ

13.10.2026 / 11:29
Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO/YENİLƏNDİ

13.10.2026 / 11:20
Nazirlikdən pensiyaçılara ŞAD XƏBƏR...

13.10.2026 / 11:01
Prezident İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü olub - FOTO

13.10.2026 / 10:52
Britaniyanın Fairford hərbi hava bazasına hücum iddiası... 29 ölkə İrana sərt xəbərdarlıq etdi - hərəkətə keçəcəyik…

13.10.2026 / 10:43
Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub - FOTO

13.10.2026 / 10:07
NİİM-dən motosiklet və skuter sürənlərə xəbərdarlıq - bu sizə məsuliyyətdən yayınmaq hüququ vermir... VİDEO

13.10.2026 / 09:53
“Mercedes” qatarla toqquşdu - sürücü son anda qurtuldu...

13.10.2026 / 09:36
Novak Avropanı ifşa etdi – sanksiyalar hara, 320 milyardlıq ticarət hara…

13.10.2026 / 09:23
Ukrayna ilk dəfə Rusiyanı öz ballistik raketi ilə vurdu…

13.10.2026 / 09:11
“44” bədii filmi ilə bağlı mətbuat konfransı keçirildi

13.10.2026 / 06:42
Finlandiya XİN-dən Aİ ölkələrinə çağırış - “ruslara vizaları dayandırın…”

12.10.2026 / 23:06
Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin səfəri barədə videoçarx paylaşılıb VİDEO

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ