Bazar ertəsi günü, 17 avqust 2026
     

Qonşularımızda koronavirusla bağlı vəziyyət pisləşir, dünyada isə ikinci dalğa başlayır...

Image


Aparılan son hesablamalar dünyada 24 milyondan artıq insanda koronavirus aşkarlandığını göstərir. Artıq 830 min xəstə bu virusdan ölüb. Yoluxma sayına görə ilk üçlükdə ABŞ, Braziliya, Hindistan yer alıb. Rusiya 1 milyona yaxın yoluxma ilə dördüncüdür.

Qonşularımızdan İranda da vəziyyət yaxşı deyil. İran prezidenti Həsən Ruhani ölkədə COVID-19-un ikinci dalğasının birinciyə nisbətən daha çətin olduğuna diqqət çəkib. Ruhani adıçəkilən virusdan hər yeddi dəqiqədə bir nəfərin dünyasını dəyişdiyini diqqətə çatdırıb. O bildirib ki, cəmiyyət sosial məsafəyə və gigiyena qaydalarına əməl etməsə, İran koronavirus pandemiyasının üçüncü dalğası ilə üz-üzə qalacaq. Digər qonşularımız Gürcüstan və Türkiyədə də virusa yoluxanların sayında artım qeydə alınır. Regionda ən pis vəziyyət Ermənistandadır. Burada, rəsmi məlumata görə, virusa tutulanların sayı 44 minə, ölənlərin sayı isə min nəfərə yaxınlaşır. Amma reallıqda vəziyyətin daha pis olduğu da vurğulanır. Azərbaycanda yoluxma sayında rəqəmlər səngisə də, qonşu ölkələrdə baş verənlər narahatlıq yaradır.

Digər tərəfdən, dünya miqyasında bir çox ölkələrdə ikinci dalğa ilə bağlı xəbərdarlıqlar da narahatlıq doğurur. Xüsusən Avropada bu istiqamətdə vəziyyət pisləşməyə doğru gedir. Hazırda Avropada koronavirus epidemiyasından ən çox təsirlənən Böyük Britaniyada virusa yoluxanların sayı artmaqda davam edir. Burada mütəxəssislər artıq xəstəliyin ikinci dalğasının başlandığını düşünür. Xatırladaq ki, Böyük Britaniyada 326 mindən çox insan koronavirus infeksiyasına yoluxub, 41 min 433 nəfər həyatını itirib. Digər Avropa ölkələrində də COVID-19 koronavirusunun yenidən sürətlə yayılması qeydə alınıb. Məzuniyyətlər dövrü başlanandan bəri xəstələnənlərin sayı kəskin artıb. Bu həftə Fransada növbəti antirekordlar qeydə alınıb. Orta hesabla sutka ərzində koronavirusa yoluxanların sayı 4700-ü keçir. Doğrudur, ölüm hallarının sayı hələlik aşağı səviyyədədir, lakin yeni məlumatlar bu ilin payızında COVID-19-un ikinci dalğası barədə bədbin proqnozları təsdiqləyir. Fransa prezidenti Emmanuel Makron hər bir konkret regionda vəziyyətdən asılı olaraq lokal tədbirlər görülə biləcəyini bəyan edib. Çimərliklərdə keçirilən məclislər, fəal gecə həyatı, turizm axınının artması ilə isə İspaniyada, xüsusən ölkənin şimalında xəstəliyin yeni ocaqları çoxalır. İspaniya Səhiyyə Nazirliyi həyəcan təbili çalır: pandemiya başlanandan bəri Krallıqda COVID-19-a yoluxma hallarının təsdiqlənmiş sayı 370 mindən çoxdur. Epidemiyadan ən çox zərər çəkmiş İtaliya da haqlı olaraq pandemiyanın ikinci dalğasına görə çox narahatdır, buna görə də aeroportlarda nəzarət tədbirlərinə ciddi yanaşır. Avropa İttifaqına daxil olan bəzi ölkələrdən İtaliyaya gələn sərnişinlər üçün məcburi testlər tətbiq edilir. Niderland və Belçikada COVID-19 xəstəliyindən sağalan bəzi pasiyentlər yenidən koronavirus infeksiyasına yoluxub.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatına əsasən, Cənub-Şərqi Asiya və Şərqi Aralıq dənizi regionlarında daha sürətli artım qeydə alınır. Hesabatda qeyd edilib ki, dünyada koronavirus pandemiyasından ən çox əziyyət çəkən ölkələr hələ də Amerika qitəsi ölkələridir. Yeni yoluxma hallarının yarısı və ölüm hallarının 62 faizi bu qitədəki ölkələrin payına düşür. Bütün bunlar virusla bağlı dünyada hələ də bədbin bir durum hökm sürdüyünü göstərir. Bu mənada, ölkəmizdə pandemiyaya qarşı təhlükəsizlik tədbirlərinin davam etdirilməsi vacib sayılır. Hesab edilir ki, artıq tibbi maska, sosial məsafə və dezinfeksiya vasitələri gündəlik həyatımızın normasına çevrilməlidir. Çünki dünyanın əksər ölkələri kimi, Azərbaycan da pandemiyanın ikinci dalğası ilə üzləşə bilər. Bu mənada hesab edilir ki, indi faktiki olaraq sosial məsuliyyət dövrüdür. Digər tərəfdən dövlət də yaranmış vəziyyətdə qabaqlayıcı tədbirləri davam etdirir. Məsələn, artıq məlumdur ki, Rusiyanın istehsal etdiyi koronavirus dərmanı beynəlxalq miqyasda təsdiqləndikdən sonra Azərbaycan bu dərmanı idxal edə bilər.ə TASS-a müsahibəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu xüsusda bildirib:“Dərmanı almağa maraqlı olduğumuz üçün “Sputnik V” peyvənd dərmanının, ilk növbədə, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiqləndikdən sonra bu sahədə əməkdaşlıq etmək barədə rusiyalı həmkarların təkliflərinə baxa bilərik”.

Bundan başqa, ölkədə seroloji testlər də xüsusi diqqət mərkəzindədir. Xatırladaq ki, seroloji test orqanizmə daxil olan hansısa virus və infeksiya zamanı ona uyğun olaraq immun sistemində həmin virus infeksiyasına qarşı cisimciklər, yəni zülal, protein tərkibli anticisimlər istehsal olunmağa başladığını müəyyən edir. Həmin anticisimlər orqanizmin infeksiyadan özünümüdafiə vasitəsidir. Anticisimlər qrip və digər viruslara, o cümlədən koronavirusa qarşı da istehsal olunur. TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun infeksionisti Nəzrin Mustafayeva bu xüsusda bildirir:“Eyni proses koronavirusa qarşı da gedir, yəni qanda ona görə müdafiə vasitəsi əmələ gəlir. Əlbəttə, xəstəlik yeni olduğuna görə konkret fikir söyləmək çətindir, amma onun qanda altı aya qədər qaldığını söyləmək olar. Deməli, son altı ayda orqanizmin keçirdiyi xəstəliyi təyin etməklə qanda yaranan anticisimləri öyrənmək mümkündür. Məsələn, kimsə aprel ayında iki gün qızdırması olduğu barədə həkimə müraciət edir, lakin koronavirusa yoluxub-yoluxmadığı barədə öyrənmək istəyir. Həmin xəstənin qanında olan anticisimləri təyin etməklə onun koronavirus keçirib-keçirmədiyini müəyyən etmək olur. Seroloji testin başlıca xüsusiyyətlərindən biri də belə halları aydınlaşdırmaqdır”. Həkim-infeksionist onu da deyib ki, fərdi qaydada seroloji testdən keçmək üçün müraciət edənlər çox olsa da, ötən həftədən aparılmağa başlanılan seroloji testlər təsadüfilik prinsipinə əsaslanır:“Yalnız təsadüfi seçilmiş paytaxt sakinlərinə zəng olunur və könüllü şəkildə razılıq verdiyi halda ödənişsiz olaraq onların seroloji testi aparılır. Seroloji test aparılmaqla əhalinin hansı hissəsində koronavirusa yoluxmanın olduğunu aşkar etmək mümkün olacaq. Məlum olduğu kimi, əhalinin müəyyən bir hissəsi, bəlkə də yarıdan çoxu bu xəstəliyi ya simptomsuz, ya da yüngül şəkildə keçirir. Testlərin digər bir əhəmiyyəti də əhali arasında immun səviyyəsini öyrənməyə xidmət edir, yəni seçilmiş əhali qrupunun hansı hissəsinin orqanizmində anticisimlərin mövcud olduğunu aşkar edəcək. Ona görə də bu çox ciddi araşdırmadır və güman edirik ki, əhəmiyyətli də nəticələri olacaq”.

Tahir TAĞIYEV

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

16.08.2026 / 19:10
İrana ABŞ əsgərlərinin başına 30 min dollar pul qoydu – qadınlar ikiqat çox alacaq…

16.08.2026 / 18:32
Azərbaycan elminin Scopus, Webof Science, Süni intellekt və nəsillərarası əlaqə problemləri…

16.08.2026 / 18:24
Hindistanın 80 ili: Transformasiya, tərəfdaşlıq və sivilizasiya özünəinamı yolu

16.08.2026 / 16:02
Zelenski avropalı tərəfdaşlarından silah istədi - antibalistik raketləri anbarlarda saxlamayın…

16.08.2026 / 15:38
İran Bəhreyndəki ABŞ bazasını darmadağın etdi – hərbi dəniz bazası Dieqo Qarsiyaya köçürüldü...

16.08.2026 / 15:23
Belçika tarixində ən dəhşətli yanğın – alovlar sürətlə yaşayış məntəqələrinə yaxınlaşır…

16.08.2026 / 15:06
Ukraynanın üçüncü prezidenti Yuşşenko Bakıya gəldi…

16.08.2026 / 14:19
İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 51-ə çatdı…

16.08.2026 / 13:40
Rusiya Kiyevdə "Flamingo" raket istehsalı müəssisələrini bombaladı…

16.08.2026 / 13:26
General Abbasəli Novruzov vəfat etdi

16.08.2026 / 12:53
Polşa Ukrayna veteranlarının iştirakı ilə Avropa Legionu yaratmağı təklif edir - NATO-ya alternativ olmayacaq...

16.08.2026 / 12:25
Ukrayna da Avropa Birliyinin İrana qarşı sanksiyalarına qoşuldu…

16.08.2026 / 12:09
Beyləqanda qadın kanalda batdı...

16.08.2026 / 11:50
Moskvada Wildberries-in ən böyük anbarı vuruldu - güclü yanğın başladı...

16.08.2026 / 11:36
NATO qırıcısı Rumıniya üzərində naməlum pilotsuz təyyarəni vurdu…

16.08.2026 / 10:51
Ayrı-ayrı yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

16.08.2026 / 10:26
İrandan Trampa təhdid kimi mesaj – “…ərzaq maşınında gizlənməli olacaq”…

16.08.2026 / 10:02
Ərdoğan ABŞ-dan F-35-lərin tədarükünü gözləyir - Tramp vəd verib…

16.08.2026 / 09:30
Moskvaya kütləvi dron hücumu – üç hava limanında uçuşlar dayandı…

16.08.2026 / 09:14
Cənubi Koreya Şimali Koreya qoşunlarına xəbərdarlıq atəşi açdı...

16.08.2026 / 08:55
Urmiya gölü qırmızı rəngə boyandı...

15.08.2026 / 21:44
Tehranda İranın müstəqilliyinə qarşı qəsd hazırlayan iki fransız diplomat saxlandı - Fransaya sərt xəbərdarlıq edildi...

15.08.2026 / 21:15
Moskva ABŞ və Türkiyədən Ukraynaya mümkün silah tədarükü ilə bağlı açıqlama tələb etdi…

15.08.2026 / 20:53
ABŞ Departamenti 907-ci düzəlişlə bağlı Konqresə bildiriş göndərdi...

15.08.2026 / 20:19
Nərimanovda mağaza soyuldu, saxlanan var...

15.08.2026 / 19:40
Abşeronda yarımtikilidən və avtomobildən oğurluq edən şəxs yaxalandı

15.08.2026 / 18:26
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu oldu

15.08.2026 / 17:56
E3 ölkələri Ukrayna ilə bağlı mümkün Tramp-Putin razılaşmasına qarşı hərəkətə keçdi - Avropanın Moskva ilə əlaqə qurmaq cəhdləri alınmır…

15.08.2026 / 17:32
İran iqtisadiyyatı çökür… Pezeşkiandan şok etiraf - gəlirlərimiz azalıb, neft sata bilmirik…

15.08.2026 / 17:17
İrandan müharibə ilə bağlı şok açıqlama - 3 pilotumuz Qətər tərəfindən əsir götürülüb...

15.08.2026 / 16:03
Bakıda narkotiklərin dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

15.08.2026 / 15:37
Rusiya Xəzər vasitəsilə İrana yeni hərbi təchizat marşrutu yaradıb - "Xəzər Ekspresi"...

15.08.2026 / 15:15
Senatorlar Trampdan izahat istədilər - Rusiyaya qarşı müntəzəm sanksiyalar nə vaxt bərpa ediləcək…

15.08.2026 / 14:21
Masallıda 9 kiloqram narkotik vasitə aşkarlandı

15.08.2026 / 14:09
Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı məlumat yaydı

15.08.2026 / 13:54
Saakaşvili həmvətənlərinə çağırış etdi - “Payıza qədər… dayanmaq vaxtı deyil!”

15.08.2026 / 12:51
İmişlidə 10 kiloqramdan artıq narkotik aşkarlandı

15.08.2026 / 12:25
Britaniya Netanyahunun "İslam Respublikası" sözlərinə görə İsraildən izahat istədi…

15.08.2026 / 11:43
Bakıda mağazanın tavanı uçdu, bir nəfər dağıntı altında qaldı - VİDEO

15.08.2026 / 11:35
Tramp Hörmüzü "Amerika ərazisi" elan edəcəyini dedi, İrandan sərt reaksiya gəldi - məğlubiyyətinizi etiraf edin...

15.08.2026 / 11:09
İndoneziyada 7,7 bal gücündə zəlzələ - ölənlərin sayı 20-yə çatdı…

15.08.2026 / 10:53
Rusiya Azərbaycan üzərindən Ermənistana 8 vaqon buğda göndərdi

15.08.2026 / 10:35
Kilsə və monastırları soyan iki erməni saxlandı

15.08.2026 / 10:18
Hörmüzdə daha bir gəmi vuruldu…

15.08.2026 / 08:15
FAZ müxbirinə Rusiyada cinayət işi açıldı - “Milli zəmində düşmənçilik çağırışı…”

15.08.2026 / 07:50
Türkiyə Rusiya limanlarından neft alışını azaldır - dronlar üzündən…

15.08.2026 / 06:55
Yaponiya Müdafiə naziri militarizm simvolu məbədi ziyarət etdi

15.08.2026 / 06:44
Lavrovdan Serbiya prezidentinə mesaj - “AB onu lağa qoyur…”

15.08.2026 / 06:33
Ardıcıl istefalar İYİ Partiya liderini özündən çıxardı - “siyasi şərəfsizlik bataqlığında boğulacaqsınız…”

15.08.2026 / 06:18
Lavrov ABŞ-dan cavab gözləyir - sərt ritorika da öz yerində…

15.08.2026 / 06:11
Rusiya Avropa ilə müharibəyə hazırlaşır: “ Gəmiləri hədəf alacağıq”…

15.08.2026 / 05:56
Tramp Hörmüz boğazını ABŞ ərazisi elan edəcək - müharibə bitdikdən sonra…

15.08.2026 / 05:47
Dünyanın ilk ən böyük elektrik təyyarəsi uçuşda - 27 dəqiqəyə 5 dollarlıq yanacaq…

14.08.2026 / 22:54
Türkiyənin BƏƏ ilə S-400 danışıqları dalana dirəndi… ABŞ-dan qəti mesaj - S-400-dən qurtulmadan F-35 olmayacaq…

14.08.2026 / 22:10
Londonla Təl-Əviv arasında gərginlik artır - Netanyahu Britaniyanı "Britaniya İslam Respublikası" adlandırdı...

14.08.2026 / 21:26
Zəngəzur dəhlizinə görə İran Ermənistana hərbi zərbələr endirəcək...

14.08.2026 / 20:53
Azərbaycanın 1-ci Ali hərbi Ordeni “Xətai”nin tarixində acı-şirin faktlar...

14.08.2026 / 20:27
Azərbaycan Rusiyanın ərzaq bazarında Ermənistanın mövqelərini tam ələ keçirdi – rəqəmlər açıqlandı…

14.08.2026 / 20:01
Rusiya 5 il Zəngəzur dəhlizini azı 2 səbəblə gecikdirdi...

14.08.2026 / 19:24
Naxçıvanın üstündən 15 milyon ton yük keçəcək-az qaldı, hədəf bəllidir...

14.08.2026 / 19:06
ABŞ qalmaqala səbəb olan nəhəng təyyarə gəmisini Yaxın Şərqdən geri çəkir…

14.08.2026 / 18:37
Hörmüz boğazında gərginlik yenidən artır - BƏƏ-nin iki tankeri vuruldu…

14.08.2026 / 18:22
İran ABŞ-ın daha bir MQ-9 Reaper pilotsuz təyyarəsini vurdu...

14.08.2026 / 18:10
Ukraynanın taleyi Ermənistan mediasında dərin məyusluq doğurub...

14.08.2026 / 17:55
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərildi

14.08.2026 / 17:42
Tezliklə Azərbaycana Ermənistan məhsulları idxal olunacaq - müxalifət TRİPP-i radikal hədəfə aldı...

14.08.2026 / 17:10
Hörmüz boğazına kimin nəzarət etdiyi bilinmir - Trampla İranın söz davası qızışır...

14.08.2026 / 16:48
Ermənistan və Rusiya kənd təsərrüfatı nazirlərinin görüşü gərgin keçdi...

14.08.2026 / 16:25
Samuxda qarayaraya görə nəzarət postu quruldu

14.08.2026 / 16:11
Xərclərimizin yarıdan çoxu yemək-içməyə gedir - ya çox yeyirik, ya qazanc azdır...

14.08.2026 / 15:57
Paşinyan Rusiyaya satılmış dəmiryolunun heç olmasa bir hissəsini geri alır... Plan...

14.08.2026 / 15:41
TRİPP İrana qarşı silah və qoşun yığmanın ən qısa yoludur - səfirdən sensasiya...

14.08.2026 / 15:24
İran İsrailə qarşı sürətli hücum əməliyyatlarına başlayır...

14.08.2026 / 15:06
Gürcülər İrəvanla Rusiyanın quru əlaqəsinin yenidən qurulmasına 90 milyon sərmayə qoyur...

14.08.2026 / 14:43
DİN vətəndaşlara xəbərdarlıq etdi - Şübhəli mesajlara inanmayın!

14.08.2026 / 14:28
Türkiyədə "PKK açılımına" şübhələr dərinləşir - 2013-də eyni proses cəmi 2 ilə pozulmuşdu...

14.08.2026 / 14:15
Xorvatiya alovlar içində - dünən başlayan yanğın şəhər mərkəzinə çatdı…

14.08.2026 / 14:03
Əfsanədən gerçəkliyə uzanan 5 minillik tarix - Troya

14.08.2026 / 13:55
Türkiyədən ABŞ-a xəbərdarlıq - İsrailə lazımi təzyiq göstərməsəz, biz hərəkətə keçəcəyik…

14.08.2026 / 13:53
“Dövlət auditi” informasiya sistemi yaradıldı

14.08.2026 / 13:49
Hesablama Palatasına yeni səlahiyyətlər verildi

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ