çərşənbə günü, 14 oktyabr 2026
     

Erməni separatizmi Gürcüstan üçün də böyük təhdidə çevrilir –ASALA terror təşkilatı Cavaxetiyada “Virk-Yerkir” adı altında dirçəldilir...

Image


Məlum olduğu kimi, bir neçə gün əvvəl Gürcüstanda ermənilərin yığcam yaşadıqları Samtsxe-Cavaxetiya bölgəsinin Axalkalaki şəhərində iğtişaşlar törədilib. Buna səbəb Kulikam kəndindən olan gəncin odlu silahla qətlə yetirilməsi olub.

Qətl hadisəsindən sonra gənclər arasında qarşıdurma baş verib. Bir qrup aqressiv gənc Axalkalakidə yerləşən 4 ev və 1 mehmanxananı yandırıb. Yandırılan binaların sahibinin gəncin qətli ilə bağlı olduğu bildirilir. İğtişaşlar zamanı 1 nəfərin öldüyü, 1 nəfərin isə yaralandığı barədə məlumatlar yayılıb. Axalakaliyə əlavə polis qüvvələri cəlb olunub. Gürcüstanın Daxili İşlər Nazirliyi Axalkalaki şəhərində baş verən qarşıdurmalarla bağlı istintaqa başlayıb. İstintaq qəsdən adam öldürmə, qanunsuz olaraq odlu silahın əldə olunması və saxlanması, başqasının əmlakının zədələnməsi və ya məhv edilməsi ilə müşayiət olunan qrup halında zorakılıq maddələri üzrə aparılır. Hazırda qrup halında zorakılıqda iştirak edən digər şəxslərin müəyyən edilməsi və saxlanması istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir. Amma ermənilər baş verənləri mərkəzi hakimiyyətin onlara qarşı növbəti təzyiqi kimi qiymətləndirir. Ermənistanın “Alternativ layihələr” qrupu bəyan edir ki, İrəvan Axalkalaki şəhərində və Gürcüstanın ermənilər yaşayan digər ərazilərində soydaşlarının hüquqlarının qorunması üçün hərəkətə keçməlidir. Cavaxetiyanın “Virk” partiyasının həmsədri Davit Rstakyan isə bildirib ki, Ermənistanda Cavaxetiya problemləri ilə məşğul olan strukturun yenidən yaradılması zərurətdir:“Bunsuz Cavaxetiyada problemlər çoxalacaq, ermənilərin vəziyyəti isə ağırlaşacaq”. Məlumata görə, Cavaxetiyada ermənilər yenidən fəallaşıb və Ermənistanın prosesdə daha aktiv rol oynamasına dair tələbləri də gündəmə gətiriblər.

Ekspertlər isə bütün bunları təsadüfi saymır. Əvvəla, görünən budur ki, ermənilər Cavaxetiya problemini yenidən aktuallaşdırır. Burada Ermənistanın məsələdə daha fəal olmasına dair çağırışlar da təsadüfi sayılmır. Bununla İrəvanın prosesə müdaxiləsinə zəmin yaradılır. Son dövrlərdə Cavaxetiyada erməni millətçilərinin yenidən ayaqlanması da yeni planın tərkib hissəsi sayılır. Bəzi məlumatlara görə, hətta Axalkalakidə yaşananlar da erməni millətçilərinin məkrli planlarından qaynaqlanır. Qeyd edək ki, hələ ötən ildən Cavaxetiyada erməni millətçiləri gürcülərlə qarşıdurmalara can atır. Bu zaman Cavaxetiyanın “qədim erməni torpağı” olması da aktiv şəkildə gündəmə gətirilir. Hətta məlumatlara görə, ASALA terror təşkilatının Cavaxetiyada “Virk-Yerkir” adı altında dirçəldilməsı planı da artıq aktiv mərhələyə daxil olub. Araşdırmalar onu da göstərir ki, Nikol Paşinyanın dövründə Cavaxetiya kartının getdikcə daha sıx şəkildə gündəmə gəlməsi baş verib və bu məsələdə İrəvan daha aktiv siyasətə start verib. O da təsadüfi deyil ki, Paşinyan Serj Sarkisyanın dövründə qiyamçı olaraq həbs edilən millətçi “Sasna-tsrer” qruplaşmasının dəmir barmaqlıqlar arasından azad olmasına və proqramlarında Cavaxetiya məsələsini ön plana çıxararaq siyasi partiyaya çevrilməsinə şərait yaratdı. “Sasna tsrer”in əsas hədəfi qonşu ölkələrə qarşı ərazi iddialarının rəsmiləşdirilməsidir. Cavaxetiyadakı separatizm dalğasının yenidən baş qaldırmasının əsas səbəblərindən biri də məhz bununla izah edilir. “Sasna-tsrer” isə hesab edir ki, Gürcüstanla dövlət sərhədinə ehtiyac yoxdur. “Sasna”çıların qənaətincə, bu yolla Gürcüstanın Cavaxetiya bölgəsi ilə bağlı məsələni də həll edəcəklər. 

Cavaxetiyanın ələ keçirilməsi ilə Gürcüstan daim erməni separatizminin təzyiqi altında qalmaq təhdidi ilə üz-üzə olduğundan, ekspertlər Tiflisin indi daha sərt addımlar atmasını vacib sayır. Digər tərəfdən, Cavaxetiya ermənilərə Azərbaycanın bu bölgədən və ona yaxın ərazilərdən keçən enerji layihələrinin qarşısını almaq üçün də lazımdır. Ötən ay ermənilərin sərhədin Tovuz istiqamətində təxribatlarının kökündə dayanan amillərdən biri də məhz bu olmuşdu. Amma görünən budur ki, İrəvan bu təhlükəli məqsədinə Cavaxetiya kartını da əlavə edib və Tovuzda baş tutmayan çirkin məqsədini bu dəfə Cavaxetiyada reallaşdırmaq istəyir. Bütün bunlar Cavaxetiya bölgəsinin hələ uzun müddət Gürcüstandakı sülh və sabitliyə təhdid olaraq qalacağını göstərir. Digər tərəfdən o da məlumdur ki, Gürcüstanda erməni separatizmi təkcə Cavaxetiya ilə məhdudlaşmır. Hələ bu ilin iyun ayından başlayaraq ermənilər aktiv şəkildə Abxaziyada da separatçılıq məsələsini gündəmə gətirir. Sosial şəbəkələrdə son dövrlərdə Abxaziyada yaşayan ermənilərin bu regionda öz muxtariyyətini yaratmaq ideyası aktiv şəkildə gündəmdədir. Ermənilər artıq öz kvazidövlətlərini “erməni Abxaziyası” adlandırır və onun  xəritəsini də yaradıblar. Onlar bildirir ki, Abxaziyada 50 min abxaz, 55 min gürcü və 60 min erməni yaşayır. Hazırda Abxaziyada “yeni erməni dövləti” qurmaq, erməniləri birləşdirmək üçün qruplar yaradılır. Ekspertlərə görə, ermənilərin Abxaziyada fəallaşması, hətta muxtariyyət istəməsi birbaşa Samtsxe-Cavaxetiya regionu ətrafında da analoji iddialardan qaynaqlanır. O da faktdır ki, istər Abxaziya, istərsə də Samtsxe-Cavaxetiyada ermənilərlə bağlı istənilən proses birbaşa İrəvandan müəyyənləşdirilir və maliyyələşdirilir. Bu da erməni təhdididinin Gürcüstan üçün də böyüməkdə olduğunu göstərir.

Tahir TAĞIYEV

 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

14.10.2026 / 13:35
ABŞ-la İranın infrastruktur müharibəsi başlanır - dünya xaosa girə bilər...

14.10.2026 / 13:29
Ukrayna Rusiyanın ən böyük superkompüterinin yerləşdirildiyi data mərkəzini vurdu - “Sberbank” təsdiqlədi…

14.10.2026 / 13:00
Nizami Gəncəvi yaradıcılığında memarlıq motivləri və onların bədii-fəlsəfi funksiyaları

14.10.2026 / 12:54
Ən müqəddəs missiyamız

14.10.2026 / 12:34
Ermənistan Başkənd iddiasından rəsmən imtina edir…

14.10.2026 / 12:18
Özgür Özəldən Halk TV-yə polis basqınına sərt reaksiya – bu yalnız diktatorların edə biləcəyi şeydir…

14.10.2026 / 12:06
Mərkəzi Bank ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən etdi

14.10.2026 / 11:28
47 min yeni iş yerinin yaradılması gözlənilir - RƏSMİ

14.10.2026 / 11:15
"Məqsəd Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatda yeni artım mərkəzi kimi mövqeyini möhkəmləndirməkdir" - Prezident

14.10.2026 / 11:11
Türkiyədə Halk TV-nin ofisinə polis basqını – həbslər aparıldı, müxalif TV sübh tezdən susduruldu…

14.10.2026 / 11:08
"İnfrastruktur quruculuğu Qarabağın və Şərqi Zəngəzurun tarixi-mədəni simasının bərpası ilə tamamlanır" - Prezident

14.10.2026 / 11:03
Prezident: "Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturu yaşayış məntəqələrini ölkənin vahid iqtisadi məkanı ilə birləşdirir"

14.10.2026 / 10:57
"Böyük Qayıdışın təhlükəsiz həyata keçirilməsi üçün 300 min hektardan çox ərazi minalardan təmizlənib" - Prezident

14.10.2026 / 10:50
"ADA Universiteti beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsində maraqlıdır" - Hafiz Paşayev

14.10.2026 / 10:44
İran və Türkiyədən Azərbaycana qarşı koordinasiyalı trol hücumları intensivləşib - Media və Yayım Şurası bəyanat yaydı...

14.10.2026 / 10:33
Prezident İlham Əliyev 6-cı “Rebuild Garabagh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb

14.10.2026 / 10:26
Səudiyyənin “Saudi Aramco” neft şirkətinin baş ofisində güclü partlayış – nə baş verir…

14.10.2026 / 10:10
İran və Britaniya arasında gərginlik – Tehran səfiri çağırıb izahat istədi…

14.10.2026 / 09:49
Azərbaycan nefti ucuzlaşdı

14.10.2026 / 09:17
Dövlət qurumlarının saytlarına kiberhücum - 100-dən çox saytda problem yarandı...

14.10.2026 / 09:02
Dövlət Baxçalının müavini Azərbaycanla bağlı paylaşım etdi - cəsur və qüdrətli lider...

14.10.2026 / 06:26
Trampın eks gəlini Ağ Evin tələbi ilə istefa verdi - “qeyri-etik davranış” səbəbindən…

13.10.2026 / 22:46
Trampdan Çin və Rusiyaya sərt xəbərdarlıq – İrana kömək etdiklərini görsək çox şey itirəcəklər…

13.10.2026 / 22:30
Paşinyandan Moskvaya qəti mesaj – münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz…

13.10.2026 / 22:08
Tramp Rusiyanın əvəzinə Ukrayna ilə döyüşü genişləndirir - indi də kəşfiyyat məlumatları...

13.10.2026 / 21:50
Paşinyan hər dəfə Putini fakt qarşısında qoyur - pis də olmuruq, yaxşılaşmasını da istəmirik...

13.10.2026 / 21:29
Bakı-Tbilisi qatarında maklerlər "at oynadır" - 54 manata bilet yoxdur...

13.10.2026 / 21:14
İran Əfqanıstanla müharibənin bir addımlığındadır...

13.10.2026 / 21:11
SDU-da YAP-ın VIII Qurultayına həsr olunmuş elmi-praktik konfrans keçirilib

13.10.2026 / 20:58
Erməni mediası Azərbaycan-Gürcüstan sərhəd delimitasiyasında “kəskin mübahisələr” gözləyir...

13.10.2026 / 20:45
Çexiya kəşfiyyatından qorxunc xəbərdarlıq: Rusiya NATO ölkələrində daha riskli əməliyyatlara başlayır

13.10.2026 / 20:26
Pakistanda vəziyyət qarışır, hakimiyyətlə müxalifət Əfqanıstan sərhədində toqquşur...

13.10.2026 / 20:11
Paşinyan Azərbaycanla humanitar məsələlər fonunda separatçılardan əl çəkmək istəmir...

13.10.2026 / 19:50
Hicab taxması üçün qızlara təqaüd verən imkanlı şəxslər kimdir...

13.10.2026 / 19:36
Azərbaycanın ASAN brendi Asiyanı “işğal edir”...

13.10.2026 / 19:21
“Azərbaycana təzyiqlər artır” - Prezident demişdi axı, üstəlik səbəb də göstərmişdi...

13.10.2026 / 18:22
ABŞ Konqresi Tramp-Putin razılaşmasını ləğv edə bilər...

13.10.2026 / 18:04
İqtisadi Şuranın növbəti iclası keçirilib - FOTO

13.10.2026 / 17:47
Prezident İlham Əliyevin sosial media hesablarında Laos Prezidentinin Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb

13.10.2026 / 17:38
"Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var" - QMİ sədri

13.10.2026 / 17:21
Qara dənizdə hücuma məruz qalan gəmidəki 8 Azərbaycan vətəndaşı xilas edilib

13.10.2026 / 17:06
Allahşükür Paşazadə Azərbaycana qarşı iddiaları rədd etdi - İğtişaş yaradırlar... kimin təhriki ilə olur bilirik...

13.10.2026 / 17:02
MM-in parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yaydı - AK Parti iqtidarının hərkətləri suallar doğurur...

13.10.2026 / 16:43
Məktəb partasından ər evinə: Erkən nikah faciəsi və Qanunun müdafiəsi

13.10.2026 / 16:30
Hamı Xəzərin probleminə Azərbaycan prezidenti kimi qayğı göstərsə...

13.10.2026 / 15:56
Ərdoğanın müşaviri göstərdi ki, anti-Azərbaycan kampaniyasını AKP iqtidarı aparır...

13.10.2026 / 15:42
Ermənistan COP29-a gəlmədi, biz niyə COP17-yə getməliyik?!.

13.10.2026 / 15:38
Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi - VİDEO

13.10.2026 / 15:25
Səadət Partiyasının sədri Mahmud Arıkan! İlham Əliyevdən qabaq belə məktubu Ərdoğana yazmalı idiniz...

13.10.2026 / 15:17
Türkiyənin din təriqətçiləri Fələstin məsələsində Azərbaycanı da özlərinə bənzətmək istəyir - ziyanlı və faydasız üslub....

13.10.2026 / 15:09
Bolqarıstan sahillərində içərisində azərbaycanlıların da olduğu gəmi vuruldu...

13.10.2026 / 14:54
Belə getsə, Rusiya bütün Avropada sağ populistləri seçki ilə hakimiyyətə gətirəcək – İngiltərə dilə gəldi...

13.10.2026 / 14:30
“Məktəbli forması dünyəvi təhsil prinsiplərini ehtiva edir” - Rizvan Qarabağlı

13.10.2026 / 14:17
Yasamalda məktəbdə yanğın törətməyə cəhd edən 6 nəfər saxlandı - VİDEO

13.10.2026 / 14:08
YAP Ərdoğanın baş müşavirinin Azərbaycanla bağlı açıqlamasına sərt cavab verdi...

13.10.2026 / 13:55
Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verdi

13.10.2026 / 13:46
Prezident İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTO

13.10.2026 / 13:40
Tramp Putinə pəncərə açdı, Avropa onun acığına bağladı...

13.10.2026 / 13:27
Kredit faizləri və problemli kreditlər sürətlə artır...

13.10.2026 / 13:10
Azərbaycanda problemli kreditlərin həcmi 932 milyon manatı ötüb

13.10.2026 / 12:53
“Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir” - Əhliman Əmiraslanov

13.10.2026 / 12:44
Vüqar Rəhimzadə: Azərbaycan və Kamboca bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır

13.10.2026 / 12:38
"44 il əvvəl səfər etdiyim Azərbaycanı çox çətinliklə tanıdım" - Prezident Thonqlun Sisulit

13.10.2026 / 12:18
Ermənistanla sərhədi keçən azərbaycanlı hərbçi ifadəsi yayıldı

13.10.2026 / 12:03
Prezident İlham Əliyev: "Laos bizim üçün dost ölkədir"

13.10.2026 / 11:59
"Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb" - Prezident

13.10.2026 / 11:49
Fələstinin erməni naziri Bakıya gəlir...

13.10.2026 / 11:48
Prezident: "Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir"

13.10.2026 / 11:45
"Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək" - Prezident İlham Əliyev

13.10.2026 / 11:39
Prezident: "Laosla siyasi əlaqələr uzun illərdir uğurla inkişaf edir"

13.10.2026 / 11:36
"Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək" - Prezident

13.10.2026 / 11:33
Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/YENİLƏNDİ

13.10.2026 / 11:31
Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib - FOTO/ YENİLƏNDİ

13.10.2026 / 11:29
Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO/YENİLƏNDİ

13.10.2026 / 11:20
Nazirlikdən pensiyaçılara ŞAD XƏBƏR...

13.10.2026 / 11:01
Prezident İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü olub - FOTO

13.10.2026 / 10:52
Britaniyanın Fairford hərbi hava bazasına hücum iddiası... 29 ölkə İrana sərt xəbərdarlıq etdi - hərəkətə keçəcəyik…

13.10.2026 / 10:43
Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub - FOTO

13.10.2026 / 10:07
NİİM-dən motosiklet və skuter sürənlərə xəbərdarlıq - bu sizə məsuliyyətdən yayınmaq hüququ vermir... VİDEO

13.10.2026 / 09:53
“Mercedes” qatarla toqquşdu - sürücü son anda qurtuldu...

13.10.2026 / 09:36
Novak Avropanı ifşa etdi – sanksiyalar hara, 320 milyardlıq ticarət hara…

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ