ABŞ prezidenti Donald Tramp və Britaniya Baş naziri Tereza Mey arasında baş tutan telefon görüşməsində Suriyaya “beynəlxalq cavabın verilməsi”ndə birgə fəaliyyətin davam etdirilməsi üzrə anlaşma əldə olunub.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə RİA”Novosti” xəbər verir. Xəbərə görə, Meyin köməkçisi telefon danışığı barədə açıqlamasında tərəflər arasında Suriyanın kimyasal addımının cəzasız qalmaması və rejimin analoji addımı bir daha ata bilməməsi üçün birgə fəaliyyətin müzakirə olunduğunu bildirib.
Xatırladaq ki, daha öncə Ağ Evin sözçüsü Sara Sanders prezident Trampın Suriyanın Duma şəhərində kimyasal hücuma cavab vermək məqsədilə olayla bağlı kəşfiyyat materiallarını incələdiyini xəbər verib.