ABŞ HHQ-nin 6 hərbi təyyarəsi Aralıq dənizinin Suriya sahillərində, Rusiyanın Hmeymim hərbi bazası və Tartusdakı material-texniki təchizat bazası üzərində kəşfiyyat uçuşları aparıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə informasiya “Mil Radar”-ın tvitter hesabında yer alıb. Xəbərə görə, 6 “P-8A Poseidon” patrul təyyarəsi isə Sisiliyadakı aviabaza üzərində uçuşlar edib. Eyni zamanda ABŞ HHQ-yə aid daha bir “EP-3E Aries II” təyyarəsi Krit adasındakı Rusiya hərbi bazası üzərində manevr edib.
Xatırladaq ki, daha öncə ABŞ prezidenti Donald Tramp Vaşinqtonun Dəməşqin kimyasal hücumuna hərbi cavab verə biləcəyini bildirmişdi. Maraqldır ki, kimyasal hücumun olması barədə xəbəri yayan “Ağ kaskalılar” Rusiyada “terrorçuların ortağı” kimi qəbul olunur. Prezident Putin isə bəyan edib ki, Moskvanın əlində Suriyada zəhərli maddə vasitəsilə provokasiya törədilməsi barədə təkzibedilməz faktlar var. Lakin düşmən tərəflər arasında sülhyaratma Mərkəzinin mütəxəssisləri belə maddənin izlərinə rast gəlməyib.