ABŞ Dövlət katibliyinə namizəd Mayk Pompeo Vaşinqtonun Moskvaya qarşı yürütdüyü “yumşaq siyasət”in limitinin başa çatdığını bəyan edib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə RİA”Novosti” yazır. Agentliyin xəbərində deyilir ki, məsələ Pompeonun Amerika Konqresinə ünvanladığı yazılı təqdimatda yer alıb. Xəbərə görə, təqdimatda eyni zamanda qeyd olunub ki, ABŞ prezidenti administrasiyasının hazırkı fəaliyyəti Trampın milli təhlükəsizlik strategiyasının “Rusiyanı haqlı olaraq ölkəyə təhdid kimi gördüyünü” düşünməyə əsas verir.
Pompeo deyib ki, məhz bu səbəbdən Rusiyaya qarşı diplomatik təzyiqlər davam etdirilməlidir.