İngilis donanmasına aid sualtı qayıqlar Suriya sahillərində bir raket atışı mənzilinə gətirilib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə İngiltərənin “Daily Telegraph” qəzeti xəbər verib. Xəbərə görə, müvafiq əmr Baş nazir Tereza Meydən gəlib və o, nazirləri Suriyaya mümkün müdaxilədə Britaniyanın mövqeyini müzakirəyə çağırıb. Lakin kabinetin son qərarı ABŞ və Fransa ilə müzakirələrin ardından bəlli olacaq.
Xatırladaq ki, ötən şənbə Suriyada gerçəkləşdirilən kimyasal hücum sonrası Mey “bütün əlamətlər baş verənlərdə əsəd rejiminin məsuliyyət daşıdığına işarə edir” fikrini ifadə edib. Bundan öncə isə ABŞ prezidenti Donald Tramp Əsədin cəzalandırılması yönündə mesaj verib.
Bu arada Almaniyanın da Ağ dənizdəki donanmaya qoşulmaq üçün bir freqat göndərdiyi bəlli olub. Beləliklə, Suriya üçüncü dünya müharibəsinin başlanma nöqtəsi olmanın bir addımlığına gəlib.