Bazar ertəsi günü, 28 sentyabr 2026
     

5-ci zirvəyə bayraq taxanda erməni snayperinə hədəf oldu - şəhid Cavid Mahmudov...

Image


Nəsibə Mahmudova: “Prezidentin oğlumuza Vətən Müharibəsi Qəhrəmanı adı verməsi bizə çox böyük təsəlli oldu”

Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan Cavid Hilal oğlu Mahmudovun İkinci Qarabağ Müharibəsində göstərdiyi şücaət dastanlara, kitablara sığmaz. Öz canı bahasına tabeçiliyindəki əsgərləri qoruyan Cavid Mahmudov elə bir hünər göstərdi ki, illər, əsrlər keçsə də, o hünər, o qəhrəmanlıq xalqımızın yaddaşında yaşayacaq.

Cavid Mahmudov 1989-cu il fevralın 6-da Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olub. 1995-2006-cı illərdə Aşağı Cürəli kənd tam orta məktəbində təhsil alıb. 2006-2010-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.

Cavid Mahmudov 2010-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Daşkəsən rayonunda yerləşən "N" saylı hərbi hissəsində, 2012-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissəsində, 2018-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Göygöl rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edib. 2020-ci ildən isə o, Azərbaycan Silahlı Qüvvələrinin Abşeron rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edirdi.

Azərbaycan Ordusunun kapitanı olan Cavid Mahmudov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cavid Mahmudov oktyabrın 5-də Füzuli döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Mahmudova ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Mahmudov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavid Mahmudov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Cavid Mahmudov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edili.

O, uşaqlıqdan hərbçi olmaq istəyib və bu arzusuna 2010-cu ildə çatıb. Heydər Əliyev adına Ali Hərbi Məktəbi yüksək göstəricilərlə başa vurduğu ildən Murovdağ istiqamətində yerləşən “N” saylı hərbi hissədə bölük komandiri kimi vətənə xidmətə başlayıb. Hərbi rütbələrini vaxtından əvvəl alan Mahmudov, Vətən müharibəsinin başlamasına az qalmış hərbi məktəbin magistr pilləsini də başa vurub.

Vətən müharibəsi başlayanda kapitan C.Mahmudovun komandiri olduğu həmlə taboru Füzulinin Əhmədbəyli kəndi istiqamətində əks hücum əməliyyatları keçirib. Onun taborunun şəxsi heyəti düşmənin Füzuli rayonu istiqamətində alınmaz hesab etdiyi yüksəkliklərdə bayrağımızı dalğalandırıb. Qəhrəmanımız, sayca 5-ci yüksəkliyə bayrağımızı sancarkən, düşmən snayperi tərəfindən vurulub. Əsgərlərinə “Yalnız irəli!” əmrini verən komandir, komandanlığın qarşıya qoyduğu tapşırığın icrasını canından üstün tutub.

Şəhid kapitanın atası Hilal Mahmudovla Biləsuvar rayonunda yaradıcılıq ezamiyyətində olarkən tanış olduq. Nəzakət Məmmədovanın rəhbərlik etdiyi Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının ərsəyə gətirdiyi “44 Gün-Tarixi zəfər” kitabının III və IV cildlərinin Biləsuvarda keçirilən təqdimat mərasiminə H.Mahmudov da qatılmışdı. Tədbir zamanı ondan müsahibə götürə bilməsək də, sonradan əlaqə saxladıq, həm Hilal dayı ilə, həm də Cavidin anası Nəsibə Mahmudova ilə söhbət etdik.

Hilal Mahmudov danışır: “Cavid hələ IX sinifdə oxuyanda hərbi məktəbə getmək istəyirdi. Mən qoymadım, dedim ki, hələ uşaqsan XI sinifi bitirəndən sonra gedib qəbul olarsan. Orta məktəbdə çox yaxşı oxuyurdu. Cavidin həvəsinə iki sinif yoldaşı da hərbi məktəbə qəbul olmaq istəyirdi, o, getmədiyi üçün uşaqlar da getmədilər. XI sinifi bitirdikdən sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul oldu və oranı leytenant rütbəsində qurtardı. İlk xidmət yeri Murov oldu. 14 il hərbidə xidmət etdi və həmişə də ön cəbhədə oldu. İki qat maaş alırdı, bizə də kömək edirdi. Murovdan sonra bir neçə yerdə xidmət etdi, sonuncu xidmət yeri Daşkəsəndəki “N” saylı hərbi hissə idi. Daşkəsəndə işləyəndə mənə zəng vurub dedi ki, ata, imtahan verib generallıq məktəbinə, yəni magistraturaya qəbul olmuşam. İki il magistraturada oxudu. Sonra onu Pirəkəşkülə “N” saylı hərbi hissəyə göndərdilər orada taqım komandiri oldu. Müharibə başlayanda döyüşə oradan getmişdi. Amma getdiyini biz bilməmişdik. Müharibəyə öz taboru ilə getmişdi, Füzulidə 5-ci yüksəkliyi alanda tabeliyində olan təxminən 350-400 əsgər aşağıda qalıb, özü irəliləyib. Bunu mənə qərərgah rəisi danışıb. Dedi ki, bizi aşağıda qoydu özü qabağa getdi. Tapşırıq verilmişdi ki, o yüksəklik alınmalıdır. Cavid sürünə-sürünə “dodun” pəncərəsinin altına gedib və iki qumbara çıxarıb həmin binanı partladıb. Partlatdıqdan sonra ayağa durub bayrağı həmin yerə taxandan sonra üzünü qərərgah rəisinə tutub “Zeynalov, heyəti çağır gəlsin” deyib. O, sonra heyəti çağırmaq üçün irəliyə gedib və arxaya baxanda görüb ki, erməni snayperi Cavidi vurub. Ermənilər qaçıb yuxarıda gizlənibmişlər, ordan vurublar. Soruşdum ki, niyə məhz onu vurdular? Dedi ki, ermənilər döyüşü idarə edənin Cavid olduğunu onun müəyyən hərəkətlərindən biliblər və onu nişan alıblar.

Çox mehruban uşaq idi. Ondan böyük iki qardaşı da Bakıda oxuyurdu, o da qəbul olub Bakıya getdi. Mən bunlara ev tutmuşdum, nə lazım idisə edirdim... keçirilib (ağlayıb danışa bilmir-İ.S)

“Füzuli rayonunun mərkəzinə bayrağı özüm sancacam”

Söhbəti Cavidin anası Nəsibə Mahmudova ilə davam etdirdik. Nəsibə xanım həm də oğlunun ibtidai sinif müəllimi olub. “Uşaqlar Bakıda oxuyurdular, Cavid sona qədər bizə kömək etdi. Yəni atası o biri uşaqlara xərclik göndərsə də, dəstək olsa da, Cavidə ola bilmədi. Onu da bu incidir ki, biz Cavidə yox, o bizə kömək etdi. Yüksək maaş alırdı.

Oğlum müxtəlif yerlərdə xidmət edib və hər zaman başımızı uca edib. Həmişə ön cəbhədə olub.

Getdi magistrlik oxudu... Cavidi özünün sevib-seçdiyi qızla nişanladıq. İki ay idi ki, nişanlamışdıq ortaya pandemiya düşdü. Amma Cavidin toyunu təyin etmişdik, oktyabrın 23-ü qız, noyabrın 14-ü oğlan toyu olmalı idi. Sonra vaxtı dəyişdik, dedik xəstəlik azalandan sonra edək.

Ona toy edəcəkdik... hər şey yarımçıq qaldı. Mən onun həm də müəlliməsiyəm, oktyabrın 5-də şəhid oldu və anasının Müəllimlər Gününü “təbrik etdi”. Nişanlısı hüquqşünas idi. Bir-birilərini həddən artıq çox istəyirdilər. Bakıda görmüşdü qızı, gəlib mənə dedi ki, belə bir qız var. Mən də dedim ki, tanıyıram, şagirdimiz olub... Yaxından tanış oldular, bir-birini bəyəndilər. Qızı çox yerdən istəyirdilər o vaxt, amma o Cavidi seçdi, amma Allah da qismət eləmədi. Adı Zemfiradır qızın. Qız indi ailə qurub, xoşbəxt olsun. Ona özümüz xeyir-dua vermişik. Oğlum şəhid olanda onun 23 yaşı vardı, biz camaatın qızına deyə bilməzdik ki, ailə qurma. O da bizim balamız idi. Həmişə deyirəm ki, bir yox, iki bala itirmişəm.

Çox zəhmətkeş bala idi Cavid, əsgərlərinə çox yaxşı baxırdı, onlara buradan hər şey alıb aparırdı. Atası mənə deyir ki, sən Cavidə “əsgərlərindən muğayat ol” sözünü çox deyirdin. Oğlum əsgərlərini qabağa vermədi heç vaxt. İndi çox eşidirəm ki, deyirlər “Cavid özü şəhid olana qədər taborundan bir nəfər də olsa şəhid verməyib”. Cavidin əsgərlərinin valideynləri, yaxınları bizə gəlirlər, deyirlər ki, Cavid şəhid olmasaydı bizim övladlarımız da şəhid olmazdı.

Cavid sentyabrın 27-si, 28, 29-u zəng vururdu, danışırdıq, amma müharibdə olduğunu demirdi. Şəhid olana qədər zəng vururdu. Sonuncu dəfə danışanda gördüm ki, səsi batıb. Dedim ki, nə olub sənə? Bir az əvvəl boğazından əməliyyat olunmuşdu, dedi ki, ana, boğazıma soyuq olurdu. Hər gün mənimlə danışırdı. Hər dəfə “hardasan sən?” deyirdim, o da “işdəyəm” deyirdi. Sonra oktyabrın 3-də yaralılar gəldi, xəstəxanaya getdim. Elə həmin gün zəng etdi. Dedim ki, Cavid, sənin hərbi hissədə olmağın mümkün deyil, sən müharibədəsən. İstəmirdi ki, müharibədə olduğunu bilək. Mən ondan harada olduğunu soruşduqda doluxsundu. Telefonu bacısına verdim, qızıma deyib ki, Füzulidəyəm. Sən demə qardaşı ilə danışanda müharibədə olduğunu ona deyibmiş. Qardaşı ilə ayın 2-də sonuncu danışığında deyib ki, qardaş, mən bura Vətən müharibəsində döyüşməyə gəlmişəm. Biz Koroğlu nəslinin nümayəndəsiyik, mən sənə söz verirəm ki, Füzuli rayonunun mərkəzinə bayrağı özüm sancacam. Qürurlu uşaq idi… Özü şəhid olana qədər taborundan bir nəfər də olsa şəhid olmayıb. Əsgərlərini qorudu, özünü qabağa verdi.

Xəstəxanaya getmişdim, orada Cavidi soraqladım, dedi ki, xala, sizin oğlunuz Milli Qəhrəmandır”.

Cavid Mahmudova Vətən Müharibəsi Qəhrəmanı adı verildiyi günü xatırlayan ana dedi ki, həmin gün Cavidin dayısı və xalası gəlib ona belə yüksək bir adın verdilidyini deyib. “Bütün qohum-əqrəba, qonum-qonşu hamı bizə yığılmışdı. Heç kəs oturmurdu, evin içində ayaqüstə dayanmışdı. Prezidentin oğlumuza Vətən Müharibəsi Qəhrəmanı adı verməsi bizə çox böyük təsəlli oldu. Hey deyirdi ki, ana, mən general olacağam… Elə bir gün yoxdur ki, yolunu gözləməyim. Deyirəm ki, kaş yuxumuza gələ, amma nə mənim, nə də atasının yuxusuna gəlmir…” - deyə Nəsibə Mahmudova bildirdi.

Ananın gözləri hələ də yol çəkir, oğlu nə evə dönür, nə də yuxularına gəlir… Amma ana ümidini itirmir. Mahmudovlar ailəsi fəxr edir ki, vətənə Cavid kimi bir oğul bəxş ediblər.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

27.09.2026 / 00:03
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım etdi

26.09.2026 / 23:58
Rusiya Ukraynanın data-mərkəzlərini vurur - neft zavodlarının qisası alınır?...

26.09.2026 / 23:23
"Bu münasibətləri kənar qüvvələrin təxribatlarına qurban vermək olmaz" - Bəhruz Quliyev

26.09.2026 / 21:18
Zelenski Trampdan Rusiyaya qarşı "cəhənnəm sanksiyaları" tətbiq etməsini istədi...

26.09.2026 / 20:25
Latviyada NATO təlimləri zamanı İtaliya zirehli maşını başqa bir maşına atəş açdı – yaralılar var...

26.09.2026 / 19:53
Prezidentin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - VİDEO

26.09.2026 / 19:07
Polşa öz ərazisində yerləşdiriləcək hər bir əsgər üçün ABŞ-a ildə 15 min dollar təklif etdi...

26.09.2026 / 17:52
Azərbaycan üzərindən İrandan Rusiyaya qaz kəməri çəkilir...

26.09.2026 / 17:38
Oktyabrda Azərbaycan Jurnalistlərinin IX qurultayı keçiriləcək - FOTO

26.09.2026 / 17:19
Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu

26.09.2026 / 16:42
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:19
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:17
Pezeşkian İranın 60 faiz zənginləşdirilmiş uranı yenidən "qarışdırmağa" hazır olduğunu bildirdi...

26.09.2026 / 15:56
Tramp Zelenskiyə Moskvaya get demədi, rədd cavabı da almadı...

26.09.2026 / 15:44
"Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur" - Media və Yayım Şurası

26.09.2026 / 15:23
Prezident İlham Əliyev və Mehriban Əliyeva Formula 1-in əsas yarışına baxdılar - FOTO/YENİLƏNDİ

26.09.2026 / 14:56
Azərbaycan Ermənistan, və Gürcüstanın elektrik enerjisi sistemləri bir-birinə bağlanır...

26.09.2026 / 14:40
İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalandı

26.09.2026 / 14:23
Ermənilərin 60 faizi AİB və AB arasında seçimlə bağlı referendumun keçirilməsini dəstəklədi – SORĞU...

26.09.2026 / 14:08
Ruslara daha bir ölkəyə qarşı xüsusi əməliyyat keçirməyi planlaşdırır...

26.09.2026 / 13:50
Prezidentin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - VİDEO

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ