Bazar ertəsi günü, 28 sentyabr 2026
     

“Şəhid olacağı ürəyinə damıbmış... - Şəhid Arif Rüstəmovun nənəsi

Image


Böyükxanım Rüstəmova: “...Elə bilirəm ki, Bakıdadır, bir gün gələcək”

“Gözlərəm səni gəlməzsən bala, gəlməzsən boynuna sarılım, saçlarını oxşayım, boyunu sevim. Nakam balam, niyə gəlməz oldun? Şəhid qardaşlarının köçünə qoşulub getdin səmalarda itdin, buludlara hopdun, gözlərimin yağışında qayıtdın...”

19 yaşlı şəhid Rüstəmov Arif Seymur oğlunun nənəsi Böyükxanım Kərim qızı Rüstəmova nakam nəvəsindən danışdı bizə.

Ağbirçək nənəmizlə Biləsuvar rayonunda yaradıcılıq ezamiyyətində olarkən tanış olduq. Yanaşı oturmuşduq. “Qızım, sən Allah mənim nəvəmdən də yaz, onu körpəlikdən mən saxlamışam, elə bilmişəm ki, nəvəm yox, oğlumdur”-deyir Böyükxanım nənə. Nəzakət Məmmədovanın rəhbərlik etdiyi Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının ərsəyə gətirdiyi “44 Gün-Tarixi zəfər” dördcildliyinin III və IV cildlərinin Biləsuvarda keçirilən təqdimat mərasiminə şəhid Arifin nənəsi də gəlmişdi.

Arif Rüstəmov 2001-ci ildə Salyan şəhərində anadan olub. 2018-ci ildə orta təhsilini bitirdikdən sonra Bakı Turizm və Menecment kollecinə daxil olub. A.Rüstəmov 2019-cu ildə təhsilini yarımçıq qoyaraq hərbi xidmətə yollanıb və orada rabitəçi kimi xidmət edib. Qazax rayonu N sayılı hərbi hissədə qulluq edən Arif 27 sentyabrda başlanan Vətən müharibəsinə qatılıb. O, Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlının azad olunması uğrunda döyüşlərdə iştirak edib. Arif Rüstmov 27 oktyabr tarixində Füzuli rayonunda gedən döyüşlərdə şəhid olub.
Şəhid Arif Rüstəmov ölümündən sonra 3 medalla təltif olunub.

“Arif çox çox gözəl, hər şeyi başa düşən uşaq idi. Arifi biz saxlayıb böyütdük. O, mənim oğul nəvəm olub. Onu mən saxlayıb böyütdüyüm üçün hər yerə mən gedirəm. Əsgərlikdən gəlməyə bir neçə ay qalmışdı. 19 yaşında zəng vurdu, ad gününü təbrik etdik. Xeyli danışdıq, “ata, nənə, özünüzdən muğayat olun” dedi. Döyüşdə olduğunu bizdən gizlətdi. Demə ki, döyüşürmüş. Müharibə başlayanda əsgər idi, müharibəyə də oradan gedib. Boylu-buxunlu uşaq idi. Çox vətənpərvər uşaq olub. Bu da təbiidir. Bu ailədən gələn keyfiyyətdir. Bizim ailədə əksəriyyət polis və hərbiçidir. Qayımatam prokuror olub, qayınım və qayınım uşaqları hərbiçi olublar. Onlar Birinci Qarabağ Müharibəsinə könüllü gediblər, 1992-1993-cü illərdə döyüşdülər. Arif isə əsgərlikdə idi. Neçə dəfə məzuniyyətə gəlmək istədi, amma alınmadı, pandemiya dövrünə düşdü, karantin idi, gəlməyə icazə yox idi. Arif məzuniyyətə gəlməyi çox istəyirdi, israr edirdi ki, evə gəlsin. Yəqin şəhid olacağı ürəyinə damıbmış. Ona görə də “gəlib sizləri görmək istəyirəm” deyirdi.

Çox təəssüf ki, biz də Ariflə görüşə gedə bilmədik. O, bir dəfə də olsun döyüşdə olduğunu bizə demədi. Hey deyirdi ki, hərbi hissədəyəm, qulluğumdayam. 19 yaşının tamam olmasından bir neçə gün sonra Arif şəhid oldu, üstümüzə nəşi gəldi...

Arif hərbiçi olmaq istəyirdi, ata-baba yolu ilə getmək istəyirdi, amma imtahandan kəsildi. Ona görə də sənədlərini Bakı Turizm və Menecment kollecinə verdi, ora qəbul olundu”.

Həyat yoldaşının polis olduğunu və Birinci Qarabağ Müharibəsində iştirak etdiyini, Qarabağ müharibəsi veteranı olduğunu deyən Böyükxanım Rüstəmova bildirdi ki, Arif də adını daşıdığı babası kimi cəsur olub. “Arif doğulandan bir neçə ay sonra yoldaşım rəhmətə getdi. Nəvəm də babası kimi igid və cəsur idi.

Arifin şəhid olması xəbərini bizə demədilər. Qaynım və qayınım oğlu “voenkomatda” işlədiklərinə görə əvvəlcə onlara demişdilər. “Arif şəhid olub, valideyninə xəbər verin” deyiblər. Saat 12-yə 1-ə qədər bizə deməyə ürəkləri gəlməyib. Çox çətinliklə oğluma çatdırdılar bu qara xəbəri. Oğlanlarım gedib nəşini gətirib. Bizim Ariflə bağlı arzularımız çox idi, evləndirmək, toyunu görmək istəyirdik. Arif iki evin tək oğlu idi. Atası da, əmisi də arzu ilə yaşayırdılar...Amma indi oğlumun həvəsi sönüb... Heç vaxt demirdim ki, iki oğlum var, deyirdim ki, üç oğlum var. Arif atası ilə dərdləşirdi, sirri, sözü atasında idi. Arif Bakıda oxuyurdu, vaxtı olanda rayona gəlirdi. Çox yaxşı nəvə idi, atası ilə də, mənimlə də məsləhətləşirdi. Mənim böyük qızım rəhmətə gedib, onun uşağını da mən saxlayıram. Arifin bir sözü heç yadımdan çıxmaz. Dedi ki, nənə, bibim niyə rəhmətə getdi? Dedim ki, Allahın işidir oğul, hərənin bir alın yazısı var. “Nənə, qoymaram bibim orada tək qala. O orada tək qalmayacaq” dedi Ariflə bibisi bir-birini o qədər çox istəyirdilər ki, həddindən artıq.

Bibisinin ölümündən heç altı ay keçməmiş Arif də şəhid oldu. Arif Salyan Şəhidlər Xiyabanında dəfn olundu, ondan da bir xeyli aralıda bibisi və babası dəfn edilib. Arifi hər dəqiqə gözləyirəm, elə bilirəm ki, Bakıdadır, bir gün gələcək. Yollara baxıram, bir əsgər görəndə elə bilirəm ki, Arifdi. Oğlum deyir yox ana, Arif şəhid olub, özüm əlimlə məzara qoymuşam. Atası Arifin üzünü açıb üzündən öpüb sonra uğurlayıb...”

Arifə atasının məhəbbətinin çox böyük olduğunu deyən nənə bildirir ki, evlərində şəhid nəvəsinin şəkilləri asılıb: “Oğlum hər şəkilə baxanda gözündən yaş sel kimi gedir. Arif babasının adına layiq oldu...Vətənə bağlı oğul idi, Vətən torpağı uğrunda da canını fəda etdi. O qədər gözəl xasiyyəti vardı ki, eyzən babası kimi idi. Babasının adını göylərə qaldırdı Arif”.

Böyükxanım nənə deyir ki, Arif şəhid olsa da, onun heç zaman unudulmayacağına inanır. “Torpaq uğrunda şəhid olan balalarımız əbədi yaşayacaq. Qəhrəmanlar yaddan çıxmaz heç vaxt”-deyir nənə.

Arifin taleyinə şəhidlik yazıldı. O sevə-sevə canını Vətən yolunda qurban verdi.

Bu gün Böyükxanım nənə Arifi ilə fəxr edir. Çünki Arif bir nəvə kimi onun başını uca edib. Arifin şəhid olduğuna nənə hələ də inanmır. Hey onu gözləyir, 19 yaşlı nəvəsinin yollarına ümidlə baxır...

Yollar yordu gözlərini,

Ağlama anam, ağlama...

Mən şəhidəm, cənnətdəyəm

Qara bağrını dağlama.

Gəlib keçərəm yuxundan,

Yenə də deyib gülərəm.

Şəhidlər gecələr gəlir

Mən də yuxuna gələrəm...

İradə SARIYEVA
Biləsuvar-Bakı



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

27.09.2026 / 00:03
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım etdi

26.09.2026 / 23:58
Rusiya Ukraynanın data-mərkəzlərini vurur - neft zavodlarının qisası alınır?...

26.09.2026 / 23:23
"Bu münasibətləri kənar qüvvələrin təxribatlarına qurban vermək olmaz" - Bəhruz Quliyev

26.09.2026 / 21:18
Zelenski Trampdan Rusiyaya qarşı "cəhənnəm sanksiyaları" tətbiq etməsini istədi...

26.09.2026 / 20:25
Latviyada NATO təlimləri zamanı İtaliya zirehli maşını başqa bir maşına atəş açdı – yaralılar var...

26.09.2026 / 19:53
Prezidentin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - VİDEO

26.09.2026 / 19:07
Polşa öz ərazisində yerləşdiriləcək hər bir əsgər üçün ABŞ-a ildə 15 min dollar təklif etdi...

26.09.2026 / 17:52
Azərbaycan üzərindən İrandan Rusiyaya qaz kəməri çəkilir...

26.09.2026 / 17:38
Oktyabrda Azərbaycan Jurnalistlərinin IX qurultayı keçiriləcək - FOTO

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ