Bazar ertəsi günü, 28 sentyabr 2026
     

SİNƏSİ SÖZ DOLU, SAZ OLDU, GETDİ

Image


Uzun illərin dostu, dost yolunda hər çətinliyə sinə gərən Səməndər Məmmədovla hər görüşüm yaddaqalan bir tarixə çevrilir. Hal-əhvaldan sonra söhbətmiz şəxsi müstəvidən çıxır, gah keçmişə baş vurur, gah bu günümüzdən söz açır, gah da xalqımızın sabahı ilə bağlı düşüncəlirimizi bölüşürük. Xatirələr çözələnir, ötənlər kino lenti kimi bir-bir gözlərimiz önündə canlanır. Vaxtlı-vaxtsız itirdiklərimizi anırıq.

Son görüşümüzdə Səməndər müəllim yenə həyatdan nakam köçmüş qardaşı Fikrətdən söz açdı. Düzü, ondakı bu qardaş sevgisinə, qardaş məhəbbətinə sözün yaxşı mənasında həsəd aparmamaq olmur. Və istər-istəməz adamın yadına bir xalq bayatısı düşür:

Qar daşı,

Qarlı dağdan qar daşı.

Xəstə könlü nar istər,

Mənim könlüm qardaşı.

Səməndər müəllimin Fikrət haqqında hər dəfə belə nisgil qarışıq bir məhəbbətlə danışması, təbii ki, məndə də ona qarşı ehtiram hissi yaratmaya bilməzdi. Təkcə ona görə yox ki, Fikrət mənim dostumun nakam qardaşıdır. Həm də ona görə ki, Fikrət hələ orta məktəbdə oxuyarkən eldə-obada söz adamı kimi tanınmışdı, hər ikimiz rayon qəzeti olan “Qələbə bayrağı”nın ştatdankənar müxdbiri idik, üstəlik mətbuatda çap olunmağın indiki kimi elə də asan olmadığı sovet hakimiyyəti illərində onun şeirləri qəzetlərdə çap olunurdu. Bu şeirlər onun gələcəyin ünlü söz adamı olacağından xəbər verirdi. Fəqət, talenin amansız hökmü onun ömür yolunu yarımçıq qoydu. Bir ailə min bir arzu ilə böyütdüyü övladını, bir el cəsur oğlunu, ədəbiyyatımız gözəl poeziya nümunələri yaratmaq potensialında olan bir şairini itirdi. Səməndər müəllimin hər dəfə söz düşəndə Fikrət haqqında belə yanğıyla danışmasının bir səbəbi də məhz budur.

Bu il həm də onun 65 illik yubiley ilidir. Yaşasaydı indi onun bu yubileyini birlikdə qeyd edəcəkdik...

...Fikrət Eyvaz oğlu Məmmədov 1961-ci ildə Borçalıda – Bolnisi rayonunun Faxralı kəndində anadan olub. Bu kənddə orta təhsil alıb. Hələ orta məktəbdə oxuduğu illərdə ikən Bolnisi rayonunda nəşr olunan “Qələbə bayrağı” qəzetində tez-tez müxtəlif mövzulu məqalələrlə çıxış edib, şeirləri dərc olunub. Qəzetin ştatdankənar müxbiri kimi tanınıb. Saza-sözə bağlı olsa da, orta məktəbi bitirib gələcək həyat yolunu müəyyənləşdirmək zamanı çatanda, çoxlarının gözlədiyi kimi, ali məktəbin ədəbiyyat fakültəsini seçməyib. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun mühasibat-uçot fakültəsinə daxil olub. O vaxtlar ali məktəblərin əyani şöbəsində təhsil alan gənclər də hərbi xidmətə çağırıldığından, Fikrət də 1981-ci ildə sovet ordusu sıralarında hərbi xidmətə çağırılıb. Valideynləri onun hərbi xidmətini başa vurub doğma yurda dönəcəyi, ali təhsilini davam etdirəcəyi günü səbirsizliklə gözləyiblər. Ancaq atalar yaxşı deyib, sən saydığını say, gör fələk nə sayır. Amansız fələk bu dəfə acı yellərini Eyvaz kişinin ailəsinin üzərindən əsdirib. Günün birində gələn acı xəbər təkcə bir ailəni yox, böyük bir eli göynədib, ətraf kəndlər də kədərə bürünüb. Pəhləvan cüssəli bir igid Rusiyanın ən uzaq və soyuq guşələrindən olan Çita vilayətindən tabutda qayıdaraq doğma kənddə torpağa qovuşub. Bir ömür yarıyolda qalıb, bir könül rübabı susub, bir şair hələ deyilməmiş neçə-neçə nəğmələrini özüylə birlikdə dəfn edib. Gənc ömrü o zaman bizlərə “Vətən” kimi sırıdıqları işğalçı bir imperiyanın ordusunda xidmət zamanı yarıda qırılıb.

Fikrət “Faxralıda söz sərrafı Nəbim var” deyərək doğma yurdun saz-söz adamları ilə fəxr edir və “tükənməyən, coşub-daşan təbim var” deyirdi. Onun gələcəyin ünlü söz adamı kimi tanınacağından xəbər verən bu coşqun təbi erkən susub.

Borçalının məşhur şairlərindən olan və orta məktəbdə Fikrətə ədəbiyyatdan dərs demiş Əli Səngərlinin də yana-yana dediyi kimi:

Dərd amansız oldu, zaman qayğısız,

Ölüm caynağına saldı Fikrəti.

Nəyin qurbanı oldu Fikrətin cavan ömrü? Sovet imperiyasının ordusunda xidmətin! O zaman bizə Vətən kimi sırıdıqları, əslində isə uzaq yad ellərdə hərbi xidmət çəkərkən Fikrətin dünyasını dəyişməsinə Əli Səngərli öz münasibətini şeiriin dili ilə belə bildirmişdi:

Torpaq yad, komandir ögey, amansız...

Dərdlinin dərdini qanan olmadı.

Onda ötən əsrin 80-ci illərinin əvvəlləriydi, zaman başqa zamanıydı. Sovet imperiyasının qılıncının hər iki tərəfinin kəsdiyi bir vaxtda bu sözləri dilə gətirmək böyük cəsarət tələb edirdi. Elə bu misralara görə müvafiq dövlət qurumları tərəfindən çək-çevirə salınsa da, hər zaman Haqqın tərəfində olan, həqiqəti üzə deməkdən çəkinməyən Əli Səngərli orta məktəbdə sevimli şagirdlərindən olan və bir şair kimi gələcəyinə böyük ümid bəslədiyi Fikrətin yad torpaqlarda dünyasını dəyişməsinə biganə qala bilməmişdi.

Əli müəllim Fikrətin gələcəyinə böyük ümid bəsləyirdi və elə bu səbəbdən də böyük təəssüf hissi və şair fəhmi ilə deyirdi:

Yaşasaydı, gözəl şair olardı,

Sinəsi söz dolu, saz oldu, getdi.

Bəli, Fikrətin həyatdan nakam getməsi təkcə bir ailənin, bir nəsilin, bir kəndin itkisi deyil, həm də ədəbiyyatımızn itkisi idi. Qısa ömründə yazdığı şeirləri bunu deməyə əsas verir. Doğma yurdu tərənnüm etməkdən doymazdı:

Gözəl dağı, qollarını bircə aç,

Öz balantək qucağına atılım.

Nə ki sağam, qoy asılım boynundan,

Öləndə də torpağına qatılım.

Gözəl dağına, ulu babasının oylağına şeir yazmaq, doğma yurdu vəsf etmək istəyir, “lazım gəlsə, keşiyində durmağa hazıram”, – deyirdi. Ancaq dövrün qanunlarına uyğun olaraq, Rusiyanın ucqar nöqtəsini, SSRİ adlı şər imperiyasının sərhədlərini qorumağa məhkum idi.

Bir daha doğma yurduna qayıtmayacağı ürəyinə damıbmış kimi, el-obayla, əldən düşənə kimi gəzdiyi binə yerləriylə, dağların alovu, odu, şimşəyi, qızılquşlar oylağı “Qızılqaya”yla, doğma yurdun əsrarəngiz təbiəti ilə vidalaşaraq getmişdi hərbi xidmətə:

Vurğunu olduğum, a Gözəl dağı,

Gülünü sinəmə tax, salamat qal.

Onun vaxtsız ölümü rayonda böyük əks-səda doğurmuşdu. Gürcüstanın Əməkdar mədəniyyət işçisi, jurnalist Dünyamalı Kərəm bu barədə “Sovet Gürcüstanı” (indiki “Gürcüstan”) qəzetində “O, yaşasaydı” başlıqlı məqalə ilə çıxış etmiş, ştatdankənar müxbiri olduğu “Qələbə bayrağı” qəzetinin şöbə müdiri, şair-publisist Xəlil Allahverdiyev onun həyatdan vaxtsız gedişinə “Bir durna ayrıldı öz qatarından” deyə təəssüflənmiş, filoloq-alim, uzun illər həm də Azərbaycan Yazıçılar Birliyinin katibi olmuş Arif Əmrahoğlu isə onunla bağlı düşüncələrini “Ölüm sevinməsin qoy” sərlövhəli yazısında bölüşmüşdü.

Bir gəncin ömrü yarımçıq qaldı. Xəlil Allahverdiyevin yazdığı kimi, olduğu baharların ömrünə ömür qatmaq, yaşamaq mümkün olmadı... Heyif ki, doğma yerlərin yeni baharlarına şirin gənclik heyrəti, heyranlığı ilə gözüdolusu baxmaq, gül-çiçəyinə doğru can atmaq, çeşmələri üstə diz qatlamaq, bulaqlarıyla öpüşmək ona bir daha müyəssər olmadı.

Deyilən söz yadigardı, deyiblər. Fikrətdən də bizlərə şirin xatirələrlə yanaşı, həm də yazdığı bir-birindən gözəl şeirləri qalıb. Aradan onilliklər keçsə də, qardaş məhəbbəti heç zaman azalmayan Səməndər müəllim onun şeirlərini toplayıb 1997-ci ildə nəşr etdirdiyi “Bir durna ayrıldı öz qatarından” adlı kitabda oxuculara təqdim edib.

Ruhun şad olsun, 65 illik yubileyini qeyd etdiyimiz 20 yaşlı cavan Fikrət!

Musa Nəbioğlu
Əməkdar mədəniyyət işçisi



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

27.09.2026 / 00:03
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım etdi

26.09.2026 / 23:58
Rusiya Ukraynanın data-mərkəzlərini vurur - neft zavodlarının qisası alınır?...

26.09.2026 / 23:23
"Bu münasibətləri kənar qüvvələrin təxribatlarına qurban vermək olmaz" - Bəhruz Quliyev

26.09.2026 / 21:18
Zelenski Trampdan Rusiyaya qarşı "cəhənnəm sanksiyaları" tətbiq etməsini istədi...

26.09.2026 / 20:25
Latviyada NATO təlimləri zamanı İtaliya zirehli maşını başqa bir maşına atəş açdı – yaralılar var...

26.09.2026 / 19:53
Prezidentin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - VİDEO

26.09.2026 / 19:07
Polşa öz ərazisində yerləşdiriləcək hər bir əsgər üçün ABŞ-a ildə 15 min dollar təklif etdi...

26.09.2026 / 17:52
Azərbaycan üzərindən İrandan Rusiyaya qaz kəməri çəkilir...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ