Bazar ertəsi günü, 28 sentyabr 2026
     

İrandan Naxçıvanın iqliminə məhvedici təhlükə gəlir...

Image


Sadıq Qarayev: “Bu təkcə o coğrafi ərazi üçün deyil, ümumiyyətlə region üçün ciddi fəsadlara yol açacaq”

Bir vaxtlar Yaxın Şərqdə ən böyük göl hesab edilən Urmiya gölünün 95%-i quruyub. Qum qasırğaları ətraf ərazilərdə kənd təsərrüfatı və insanların sağlamlığını təhlükə altında qoyur. Ekspertlərin fikrincə, əsaslı islahatlar aparılmasa, milyonlarla insan zəhərli duz fırtınalarına məruz qalacaq.

Təbriz Universitetinin Su təsərrüfatı fakültəsinin müəllimi Əhməd Fəxrifərd bildirir ki, Urmiya gölünün davamlı quruması və duz konsentrasiyası duz fırtınalarının yaranmasına səbəb ola, bunun nəticələri İranla məhdudlaşmaya və Türkiyə, İraq, Gürcüstan və Azərbaycan kimi ölkələrə də təsir edə bilər. O xəbərdarlıq edib ki, bu problem artıq sadəcə yerli və ya milli ekoloji çətinlik olmaqdan çıxıb və ictimai, hətta beynəlxalq problemə çevrilib...

Ekspertlər bildirir ki, Urmiya gölünün quruması regional iqlim balansına mənfi təsir göstərir. Gölün mövcudluğu ətraf ərazilərdə rütubətin tənzimlənməsində, temperatur fərqlərinin yumşaldılmasında mühüm rol oynayırdı. Quruma nəticəsində bölgədə hava daha quru və sərt xarakter almağa başlayır. Bu proses İranın şimal-qərb bölgələri ilə yanaşı, Azərbaycanın cənub və cənub-qərb rayonlarında – xüsusilə Naxçıvan və Arazboyu ərazilərdə iqlim şəraitinə mənfi təsir göstərə bilər. Temperaturun artması və yağıntıların azalması kənd təsərrüfatı məhsuldarlığını zəiflədə bilər. İkinci mühüm risq duz fırtınalarıdır. Urmiya gölünün quruyan dibində milyonlarla ton duz və kimyəvi çöküntülər toplanıb. Güclü küləklər bu duz hissəciklərini atmosferə qaldıraraq geniş ərazilərə yaya bilər. Belə duz fırtınalarının Azərbaycan ərazisinə çatması torpaqların şoranlaşmasına, əkin sahələrinin yararsız hala düşməsinə və su mənbələrinin çirklənməsinə səbəb ola bilər. Xüsusilə Araz çayı hövzəsinə yaxın ərazilər bu baxımdan risq altındadır. Urmiya gölünün quruması əhalinin sağlamlığı üçün də təhlükələr yaradır. Duz və toz hissəcikləri tənəffüs yolları xəstəliklərinin, allergiyaların və digər xroniki problemlərin artmasına səbəb ola bilər. Əgər bu hissəciklər külək axınları ilə Azərbaycan ərazisinə daşınarsa, xüsusən sərhədyanı bölgələrdə yaşayan əhali üçün əlavə səhiyyə risqləri yarana bilər. Bu isə sosial yükün artması deməkdir. Bundan əlavə, Urmiya gölünün quruması regional su təhlükəsizliyi məsələlərini gündəmə gətirir. Su ehtiyatlarının azalması transsərhəd çaylar, xüsusilə Araz çayı üzərində gərginliyi artıra bilər. Su resursları uğrunda rəqabət regionda ekoloji problemlərin siyasi və təhlükəsizlik ölçülərinə keçməsinə səbəb ola bilər. Bu baxımdan Azərbaycan üçün Urmiya məsələsi təkcə ekoloji deyil, həm də strateji əhəmiyyət daşıyır. Urmiya gölünün quruması bioloji müxtəlifliyin azalmasına səbəb olur. Göl bir zamanlar minlərlə quş növü üçün əsas dayanacaq və yaşayış mühiti idi. Bu ekosistemin məhv olması miqrasiya marşrutlarını dəyişir və region üzrə təbii tarazlığı pozur. Bu dəyişikliklər dolayı yolla Azərbaycanın ekoloji sisteminə də təsir göstərə bilər.

Bunun Naxçıvan iqtisadiyyatı, ekologiyası üçün nə ziyanı ola bilər?

Ekspertlərə görə, Urmiyə gölünün quruması Naxçıvan iqtisadiyyatı və ekologiyası üçün real və ciddi təhlükədir.

Göl quruduqca dibində qalan duz və kimyəvi çöküntülər küləklə havaya qalxır. Bu duzlu toz Naxçıvan ərazisinə daşına, torpaqların şoranlaşmasına səbəb ola bilər. Nəticədə bu, kənd təsərrüfatına ciddi zərər verə bilər ki, duzlu toz və iqlim dəyişiklikləri, məhsuldarlığın azalması, bitkilərin məhv olması kimi təhlükələr üzə çıxar.

Suvarma üçün yararlı torpaqların həcmini azaldır, insan sağlamlığı üçün risqlər yaradar. Havada duz və xırda hissəciklərin artması tənəffüs yolları xəstəliklərini çoxalda bilər.

Urmiya gölü bölgə üçün təbii iqlim tənzimləyicisi idi.

Bu problem təkcə İrana deyil, Azərbaycan (xüsusilə Naxçıvan), Türkiyə və Ermənistana da təsir edir.

“Bu amil Naxçıvan ərazisində quraqlığa səbəb ola bilər ki, bunun da iqtisadiyyata, ekologiyaya...”

Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent, ekspert Sadıq Qarayev baki-xeber.com-a bildirdi ki, Urmiya gölü İranın şimal-qərbində yerləşir və ən böyük duzlu göllərdən biridir. Gölün qurumasının müxtəlif səbəblərinin olduğunu deyən ekspert qeyd etdi ki, bu ilk növbədə qlobal iqlim dəyişmələri, ikincisi, gölü qidalandıran çay sularının qarşısının kəsilməsi və sair ilə bağlıdır. “İranın ekoloji siyasətində yanlış idarəetmə nəticəsində biomüxtəlifliyin, su ehtiyatlarının qorunması baxımından problemlər yaranıb. Yəqin ki, zamanında düzgün idarəetmə olsaydı bəlkə də o gölün qurumasının qarşısını almaq olardı. Urmiya gölünün yerləşdiyi ərazi də etnik baxımından tarixən azərbaycanlıların yaşadığı ərzilərdəndir.

Bəzi məlumatlara görə, bu göl tamamilə quruyub, bəzi məlumatlarda 95 faiz quruduğu deyilir. Bu təkcə o coğrafi ərazi üçün deyil, ümumiyyətlə region üçün ciddi fəsadlara yol açacaq. Həm faunanın, həm floranın, biomüxtəlifiyin, ekosistemlərin ciddi ziyan görməsi gözlənilir. O cümlədən də bunun Azərbaycanın İrana yaxın ərazilərindən olan Naxçıvan Muxtar Respublikası ərazisinə də çox ciddi təsiri var. Tutalım, Araz, Kür kimi transmilli çaylar, flora, fauna bütün regiona aiddir, yəni bir ölkəyə aid deyil. Bütün bunlar bütöv haldadır, vəhdətdədir. Bioloji müxtəlifliyi, ekosistemi qorumaq bütün region dövlətlərinin dövlət siyasətinin əsası olmalıdır”.

Burada ən optimal üsullardan birinin regional əməkdaşlıq olduğuna diqqət çəkən S.Qarayev qeyd etdi ki, belə qlobal problemlərdən yalnız bu şəkildə xilas olmaq olar.

“Bu orada yaşayan soydaşlarımızın həyatına, yaşadıqları ərazinin ekologiyasına, eləcə də Azərbaycan Respublikasının bir hissəsi olan Naxçıvanının təbiətinə, su resurslarına, kənd təsərrüfatına, iqtisadiyyatına, ekologiyasına mənfi təsir göstərir. Bunun xüsusən də kənd təsərrüfatı və iqtisadiyyat üçün təhlükəsi qaçılmazdır.

Qafqazın ən böyük çaylarından biri Araz və Kür çaylarıdır. Bunlar Türkiyə ərazisində formalaşıb. Araz çayı Türkiyədən, Ermənistandan, Naxçıvandan, İrandan keçir, sonra isə Azərbaycanın digər ərazilərinə daxil olub Kür çayına tökülür...”

S.Qarayev qeyd etdi ki, gölün quruması nəticəsində baş verəcək fəlakət Naxçıvanı ciddi şəkildə təhdid edir: “Urmiya gölü ətrafında yaranan ekoloji böhran öz çevrəsində böyüyüb bütün yaxın ərazilərə, o cümlədən də Naxçıvanın bitki, heyvanat aləminə, iqlim amillərinə mənfi təsir göstərə bilər. Xüsusən də bu amil Naxçıvan ərazisində quraqlığa səbəb ola bilər ki, bunun da iqtisadiyyata, ekologiyaya və sairə mənfi təsiri qaçılmazdır”.

S.Qarayev hesab edir ki, Urmiya gölü tam qurumayıbsa, onun bərpası mütləqdir və bütün region dövlətləri burada maraqlı olmalıdır.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

27.09.2026 / 00:03
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım etdi

26.09.2026 / 23:58
Rusiya Ukraynanın data-mərkəzlərini vurur - neft zavodlarının qisası alınır?...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ