Dünyanın bir neçə hava və kosmik agentliyinin məlumatına görə, Günəşdəki dalğalar Yer kürəsini vurmaq üzrədir. Baki-xeber.com “Unian”-a istinadən bildirir ki, yüksək Günəş sürəti bizi yaxın günlərdə böyük bir istilik fırtınası ilə üz-üzə qoya bilər. Bu barədə “Sciene Alert” məlumat verib. Bildiirilir ki, Günəş fırtınaları tezliklə Yer kürəsini bürüyəcək. Britaniya, ABŞ, Avstraliyanın hava və meteorologiya büroları geomaqnit qasırğalarla bağlı tövsiyələrini veriblər. Alimlər bildirir ki, Günəşin 11 illik fəaliyyəti fonunda bu normaldır. Bu fırtına kiçik texniki nasazlıqlarla səbəb ola bilər. Yəqin ki, insanlar bunun fərqinə varmayacaq. Hər 11 ildən bir yeni dövr başlayanda Günəşdə belə proseslər olur. Günəş fırtınasının mənfi təsrilərindən qorunmaq üçün bunları etmək tövsiyə olunur: gündə azı 7 saat yatmaq, konfiliktlərdən, stresdən qaçmaq, alkoqollu, enerji içkilərindən, qəhvədən uzaq durmaq, yağlı, qızardılmış yeməkləri azaltmaq, açıq havada gəzmək və otağın havasını tez-tez dəyişmək.
Ceyhun MİRZƏLİ