Cümə günü, 18 sentyabr 2026
     

Xaricdə oxuyan tələbələrə bu jesti etmək AZAL üçün çox çətindir?..

Image


Tədris ilinin başlanmasına bir aydan az vaxt qalıb. Ölkəmizdə təhsil alanlarla yanaşı müxtəlif ölkələrin ali məktəblərində oxuyan  gənclərimiz də çoxdur və tədris ilinin başlanması ərəfəsində onları və ailələrini ən çox narahat edən məsələ təyyarə biletlərinin qiymətləridir. Son günlər xaricdə oxuyan tələbələr üçün təyyarə biletlərinin qiymətlərində güzəştlər tətbiq edilməsi məsələsi aktuallaşıb.

Bir sıra millət vəkilləri, ictimaiyyət nümayəndələri AZAL-a müraciət edərək tələbələrə təyyarə biletlərinin ucuz satılmalı olduğunu bildiriblər. Qeyd edilib ki, AZAL tələbələrə biletləri güzəştli qiymətə satmalıdır. Ekspertlər deyir ki, camaat əziyyət çəkir. Elə ailə var ki, iki-üç övladını xaricdə oxumağa göndərir. Biletlər də həddən artıq baha olduğu üçün valideynlər çətinlik çəkir.

AZAL niyə tələbələrə təyyarə biletləri ilə bağlı güzəştlər tətbiq etmir? Bu jesti etmək AZAL üçün çoxmu çətindir?

  • İlqar Hüseynli: “Dəfələrlə AZAL-a güzəştli biletlərin tətbiqi ilə bağlı müraciət etmişik, təkliflər irəli sürmüşük”

Sosial sahə üzrə ekspert İlqar Hüseynli “Bakı-Xəbər”ə bildirdi ki, AZAL xaricdə təhsil alan tələbələrlə bağlı mütləq şəkildə güzəştlər tətbiq etməlidir. AZAL-ın qiymətlərindən ciddi narazılıqlar olduğuni qeyd edən İ.Hüseynli hesab edir ki, dövlətin, xalqın pulu hesabına mövcud olan AZAL-ın bu gün qiymətləri “ceyranın belinə” qaldırması yolverilməzdir. “Bu çox aktual bir məsələdir. Ümumiyyətlə, AZAL özünü çox hegomon aparır və ölkə vətəndaşlarına qarşı saymaz münasibət sərgiləyir. Dövlət büdcəsindən kifayət qədər vəsait alıb istifadə edirlər. Xalqın pulu ilə idarə olunan bir şirkətin haqqı yoxdur ki, bu cür bahalaşmaya getsin. Bilirsiz ki, quru yollar açıq olanda İstanbula, Ankaraya, İzmirə avtobusla ucuz qiymətə gedə, yaxud tətilə gələ bilirdilər. Bu avtobuslar Rusiyaya, Ukraynaya, Türkiyəyə, Gürcüstana  işləyirdi və tələbələr rahatlıqla gedib-gəlirdi. Quru yolların bağlanması ilə AZAL-ın inhisarçılıqdan bir başa soyğunçuluq funksiyasına keçməsi vətəndaşlar arasında çox ciddi narazılıq yaradıb. Bu vəziyyəti mən də yaşayıram, mənim də iki övladım Ankara universitetində tələbədir. Bir valideyn kimi bu çətinlikləri özüm də yaşayıram. Dəfələrlə, AZAL-a güzəştli biletlərin tətbiqi ilə bağlı müraciət etmişik, təkliflər irəli sürmüşük. Düzdür, bu barədə müzakirələr cəmiyyətdə gedir. Təəssüflər olsun ki, AZAL günü-gündən vətəndaş narazılığını artırıb pik həddinə çatdırır”.

İ.Hüseynli hesab edir ki, AZAL üçün bu güzəştləri tətbiq etmək çətin deyil, amma o buna getmək istəmir. Problemdən çıxış yolu kimi, İ.Hüseynli təklif edir ki, tədrisin başlandığı ərəfədə müvəqqəti olaraq Türkiyəyə işləyən avtobuslar bərpa edilsin, bu çox əhəmiyyətli olardı: “Bu ona görə lazımdır ki, sentyabrdan tələbələr öz universitetlərinə qayıda bilsinlər. Çünki ortada valideynlər üçün çox ciddi maliyyə problemi var. Bu problem, xüsusən də bir neçə övladı xaricdə oxuyan valideynlər üçün daha böyükdür”.

  • Samir Adıgözəlli: AZAL mütləq şəkildə biletlərin qiymətlərinə güzəştlər tətbiq etməlidir, buna imkanı da var

İSBAM sədri Samir Adıgözəlli də bizimlə söhbətində bildirdi ki, təhsillə, sağlamlıqla bağlı insanları incitmək olmaz, xüsusən də imkansız şəxslərin vəziyyəti nəzərə alınmalıdır: “Xalqı bu qədər incitmək olmaz. AZAL mütləq şəkildə biletlərin qiymətlərinə güzəştlər tətbiq etməlidir, buna imkanı da var. Təhsil, sağlamlıq elə bir məsələdir ki, insanılar üçün çox vacibdir. Bu turizm deyil ki, “pulun yoxdur evində otur, istirahətə getmə” deyəsən. Çünki bilirsiz ki, ölkə daxilində qiymətlər çox bahadır, istirahət yerlərinin, otellərin qiyməti od tutub yanır. Bu qiymətə xalq necə getsin ailəsi ilə istirahət etsin? Təhsil belədir ki, bu vacibdir. Təhsil xalqın sabahıdır. Təhsilə biganə yanaşılanda bu millətin sabahı nə olacaq? Heç kəs bunu fikirləşmir. “AZAL” heç bir güzəşt tətbiq etmək istəmir, halbuki, bu güzəşti tətbiq etmək, tələbələr üçün gediş gəlişi ucizlaşdırmaq bu qurumun əlindədir. Bu “AZAL”a niyə heç kəs bir söz demir? Bu qədər qiymət artımı olar, bilet bu qədər baha olar? Xaricdə çoxlu sayda gənclərimiz oxuyur, təhsil alırlar, onların çoxunun valideynləri imkanlı deyil, uşaqlarını yola salmağa çox çətinlik çəkirlər. Bu şirkət belə düşünür ki, tələbə gedəsidirsə mütləq ata-anası dost-tanışdan, qohum-əqrabadan borc pul alıb uşağını yola salacaq. AZAl nə düşünür, niyə çağırışlara cavab vermir? Camaata niyə əziyyət edir? Bilmir ki, vəziyyət necədir, camaatın dolanışığı aşağıdır? Başa düşürük, quru sərhədləri açmırsız. Amma  xaricdə oxuyan tələbələrin quru sərhəddən keçməsini tənzimləmək o qədər çətin məsələdir? Hesab edirəm ki, bu məsələ ilə bağlı hökumət təcili addım atmalıdır. Ortada kasıb təbəqə var və onların imkanları bəllidir. Varlı təbəqə, vəzifəli adamlar, onların uşaqları onsuz da problemsiz gedib-gəlirlər. Bəs kasıblar uşaqlarını necə yola salsınlar? AZAL-ın xaricdə oxumağa gedən tələbələrlə bağlı addım atması vacibdir. Camaatın vəziyyəti nəzərə alınmalıdır. Bu məsələyə barmaqarası baxmaq olmaz”.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

SON XƏBƏRLƏR

18.09.2026 / 18:59
Ramil Usubov müasir təhdidlərin qabaqlanmasında TDT-nin çevik mexanizmlərindən danışdı...

18.09.2026 / 18:54
Fransa Azərbaycana səyahət xəbərdarlığı etdi, rəsmi Bakıdan da tutarlı cavab aldı...

18.09.2026 / 18:53
BMT missiyası Birləşmiş Ştatların İranda hərbi cinayətlər törətdiyini bəyan etdi...

18.09.2026 / 18:53
ABŞ BMT İnsan Hüquqları Şurasındakı üzvlüyünə rəsmən son qoydu

18.09.2026 / 18:50
Ermənistan Rusiyanın onu KTMT-dən qovmasını gözləyir...

18.09.2026 / 18:38
Netanyahu BMT tədbirində iştirak üçün ABŞ-a gedir - Baş nazirin həbsinə qarşı tədbirlər pik həddə…

18.09.2026 / 18:37
Azərbaycanın BMT-yə qarşı maddi və mənəvi təzminat davası açmaq hüququ var… Prezident Əliyev tam haqlıdır...

18.09.2026 / 18:22
Əliyev haqlı çıxdı - Bu boyda təşkilat ildə bir dəfə Zirvə toplantısı ilə hara qədər gedə bilər?!...

18.09.2026 / 18:11
Türk dövlətləri ilə ikitərəfli əməkdaşlıq formatı TDT-də Azərbaycanın tapıntısıdır...

18.09.2026 / 18:02
Qarabağ xristianlarının 1-ci Pyotra və Potyomkinə məktublarında qabarıq alban ruhu...

18.09.2026 / 17:56
İstanbul 2027-ci ildə İspaniya futbolunun zirvə yarışına ev sahibliyi edəcək

18.09.2026 / 17:44
XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını qınadı

18.09.2026 / 17:33
Türk dünyasında yeni oyanış – qısa müddətdə din və təhlükəsizlik xadimlərinin Bakı zirvələri çox şey deyir...

18.09.2026 / 17:26
Putin Duma seçkilərində onlayn səs verdi - növbəti dəfə…

18.09.2026 / 17:14
Rusiyada Dövlət Dumasına namizəd yoxa çıxdı

18.09.2026 / 16:58
Türk dövlətlərinin dünyada yeni siyasət kursunun anonsu Bakıdan verildi...

18.09.2026 / 16:48
Xankəndidə TDT-yə üzv dövlətlərin insan resurslarının inkişafı üzrə V Görüşü keçirilib - FOTO

18.09.2026 / 16:43
Tarixi Zəfərimizi, suverenliyimizin bərpasını əbədiləşdirən şəhər günləri gələcəyə çağırışdır - Vüqar Rəhimzadə

18.09.2026 / 16:40
Azərbaycan QHT-ləri Ermənistanda başlanmış kampaniya əleyhinə bəyanat yaydı

18.09.2026 / 16:24
Avropa Birliyi Paşinyanın qarşısına rus sərhədçilərlə bağlı şərt qoyub...

18.09.2026 / 16:15
Azərbaycanda işğala gec son qoyulmasının bütün məsuliyyətini BMT daşıyır...

18.09.2026 / 16:15
Əliyev türk dövlətlərinin gəncləri üçün yeni fəallıq yolu açdı...

18.09.2026 / 16:07
Türk dövlətlərində antimilli qüvvələrin marjinallaşması ümumi proses kimi təqdim edildi...

18.09.2026 / 15:56
"Qərbi Azərbaycan" Ermənistanın təhlükəsizliyinə təhdiddir - Paşinyanın əlində "sülh və qisas qarpızı"...

18.09.2026 / 15:41
Pezeşkian və Araqçi Nyu Yorka gedir - ABŞ viza verir…

18.09.2026 / 15:28
Ukrayna Rostovda hərbi aerodromu ikinci dəfə vurdu - üç qırıcı və üç hərbi helikopter məhv edildi…

18.09.2026 / 15:03
"Yeni Parti" ad dəyişməsi tələbilə üz-üzə - Özəl "...dəyişməyəcəyik" deyir...

18.09.2026 / 14:53
Ermənistandakı Rusiya şirkətləri təhlükədə - Moskva İrəvana xəbərdarlıq etdi…

18.09.2026 / 14:52
"Kurtlar Vadisi"ndəki "Erdoğan" yazılı məzar daşı istintaq materiallarına əlavə edildi - İlginc...

18.09.2026 / 14:43
Pakistanda məscid yaxınlığında güclü partlayış - 15 nəfər həlak olub

18.09.2026 / 14:38
Alban-Udi xristian dini icması Ermənistanın revanşist münasibətini pislədi

18.09.2026 / 13:52
ABŞ Səudiyyə Ərəbistanına 48 ədəd qabaqcıl F-35 qırıcı təyyarəsi satacaq - Çinə rəğmən…

18.09.2026 / 13:32
Paşinyan Rusiyaya rəsmən qapını göstərdi - Bizə sizin bazanız lazım deyil… bizi hədələməyin…

18.09.2026 / 13:08
“ASAN xidmət”də Milli Musiqi Günü qeyd olunub

18.09.2026 / 12:33
Saxlanılan şəxslər Azərbaycanda dini xadimlərə qarşı sui-qəsd hazırlayıblar - DTX

18.09.2026 / 12:30
İran Hörmüzdən keçməyə çalışan daha bir tankeri vurdu…

18.09.2026 / 12:16
“Məhəllə dərslərindən ölkə arenasına” — Teacher Haydar ilə müsahibə.

18.09.2026 / 12:10
BŞDYPİ Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar hərəkət iştirakçılarına müraciət etdi

18.09.2026 / 11:12
Hikmət Hacıyev Almaniya səfiri ilə ikitərəfli münasibətləri müzakirə etdi

18.09.2026 / 11:05
Cinayət törətməkdə şübhəli bilinən 65 nəfər saxlandı

18.09.2026 / 10:40
DTX beş ölkədə antiterror əməliyyatları keçirdi, 11 nəfər saxlandı - VİDEO

18.09.2026 / 10:27
SOMDA müddətdən artıq həqiqi hərbi xidmətə qəbulla əlaqədar müsabiqə elan edir

18.09.2026 / 07:02
Putin beynəlxalq korporasiyaların Rusiyadakı aktivlərini milliləşdirdi - “Auchan”, “Nestle”…

18.09.2026 / 06:56
Rusiyada Duma seçkilərinə start verildi - Yabloko seçkiyə buraxılmadı

18.09.2026 / 06:14
İranın TRİPP üçün iki şərti varmış - səfirdən açıqlama

18.09.2026 / 06:14
İranın TRİPP üçün iki şərti varmış - səfirdən açıqlama

17.09.2026 / 22:44
Trampa impiçment tələbləri getdikcə daha təhlükəli şəkil alır...

17.09.2026 / 22:18
Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

17.09.2026 / 22:02
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfərinə dair görüntülər paylaşılıb

17.09.2026 / 21:51
25 manatlıq internet paketi abunəçilərin ən ucuz seçim şansını məhv edir... Narazılıq...

17.09.2026 / 21:35
Ursula Lyayen Orta Dəhlizin şaxələndirilməsinə 12 milyard avro ayırdı...

17.09.2026 / 21:17
“Ölkədə boş mənzillərin olduğu 10-larla yaşayış məntəqəsi var” - Paşinyan illər öncə Əliyevin sözlərini təsdiqlədi...

17.09.2026 / 21:01
Ermənilər öz tarixçiləri Orbelinin Qarabağ toponimlərinə aid kitabını məqsədli məhv etdilər...

17.09.2026 / 20:43
İlham Əliyev dini liderlərlə görüşdə Xətai düşmənlərini də vurmağı unutmadı...

17.09.2026 / 20:25
Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

17.09.2026 / 20:12
Rusiya Ermənistana qarşı apokalipsis ssenarisini işə salır - İrəvanın ümidi Azərbaycanadır...

17.09.2026 / 19:44
Ərəblərdən sonra Albaniya Aqvan adlandı, ancaq heç vaxt Hayastan olmadı...

17.09.2026 / 19:21
Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

17.09.2026 / 19:04
İlham Əliyev “sanksiyabaz Qərb”in ikiüzlü Ermənistan siyasətini yenə ifşa etdi...

17.09.2026 / 18:48
Dairə seçki komissiyalarının tərkibi yenidən formalaşdırılacaq...

17.09.2026 / 18:42
Səhiyyə komitəsinin payız sessiyasında ilk iclası keçirilib

17.09.2026 / 18:38
Avropa ABŞ-ı “qızıl damarı”ndan vurur - sarı metal Amerikadan geri alınır...

17.09.2026 / 18:24
Ermənistanda daşnaklar Paşinyan üçün əsas təhlükə iddialarını yenidən ortaya qoyur...

17.09.2026 / 18:04
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

17.09.2026 / 17:45
Düşmənin üzərinə Şuşaya qədər yeridi – şəhid Elnur Allahverdiyev...

17.09.2026 / 17:10
Hacıqabulda oğurluq edən şəxs saxlandı

17.09.2026 / 16:44
Gələn il İslam Zirvəsinə qədər Azərbaycanın əsas dövlət strategiyası müəyyənləşdi...

17.09.2026 / 16:23
"BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq" - Prezident

17.09.2026 / 16:19
Yeni tədris ili Astara Pedaqoji Kollecinə uğurlar, yeni nailiyyətlər və böyük təhsil zirvələri gətirsin...

17.09.2026 / 16:17
Prezident: "Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın"

17.09.2026 / 16:14
"Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir" - Prezident

17.09.2026 / 16:04
Famil Mustafayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

17.09.2026 / 15:30
Deputatın ailəsinin Dubayda 76 mənzilinin olduğu ortaya çıxdı…

17.09.2026 / 15:27
Musiqi, balet və teatrın dünya ulduzları Bakı Beynəlxalq İncəsənət Festivalında

17.09.2026 / 15:02
Vüqar Rəhimzadə: 20 sentyabr 2023-cü il xalqımızın çoxəsrlik dövlətçilik tarixinin yeni və qürurlu səhifəsidir

17.09.2026 / 14:56
Qafqazda sülh, Türk dünyasında birlik və İslam aləmində həmrəylik

17.09.2026 / 14:53
Prezident İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar - FOTO

17.09.2026 / 14:53
Azərbaycanın gücü onun coğrafiyasından daha böyükdür

17.09.2026 / 14:49
Professor Tofiq Nəcəflinin yaradıcılığında tarixi Azərbaycan və Türk memarlığının gizlinləri...

17.09.2026 / 14:41
Prezident və Birinci xanım Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər - FOTO

17.09.2026 / 14:26
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva “Nəsimi Bağları” kompleksi ilə tanış olublar - FOTO

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ