çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Nöqsanlar aşkar ediləndə - Yunus OĞUZ yazır

Image


Son zamanlar  məni  bir  cümlə  ürpədir: nöqsanlar  aşkar  edilib, filan  yerdə... Ay canım, nə  qədər  nöqsanlar   aşkar  edilər? Özü də  nöqsan  yox, nöqsanlar, yəni  cəm  şəklində.. Kimsə  səhv  edib  işində, yenə... yenə..., yığışıb nöqsanlara  çevrilib. Bəlkə  heç səhv  etməyib, bilə-bilə edib? Hə, qardaş, burada Əslinin  yaxasının  düymələrini aça  bilmədiyindən  Kərəmi ağlamaq yox, od  tutub. "Yanğınsöndürənlər" gələnə qədər  yazıq  külə  dönüb. Əsli  də  başını bulaya-bulaya evinə  qayıdanda ürəyində  deyib:  "Hayıf  Kərəmdən! Yaxşı  odlanmağı  vardı. "Bax, burada "yanğınsöndürən" neynəsin? Adam  alışa-alışa yanıb  külə  dönüb.Əgər Kərəm bilmədən o düymələri açmayıbsa, nöqsandır. Yox  bilə-bilə bunu etməyib özünü  oda  veribsə, hə, bu artıq  korrupsiyadır. Bununla  da  bizim  korrupsiya  idarəsi  məşğul  olur. Hə, nöqsan  ayrı, korrupsiya  ayrı.

Yadıma sovetlərdən qalma bir lətifə  düşdü. Deməli, iki nəfər görüşür, biri o birisindən soruşur:

-Qardaş, əgər mən bu sovet hökumətindən razıyamsa, rahat yaşaya bilərəm?

Həmsöhbəti ona cavab  verir:

-Razısansa, səninlə "obexis"( iqtisadi cinayətkarlığa  qarşı  mübarizə  idarəsi) məşğul  olacaq, razı  olmağının səbəblərini araşdıracaq.

O birisi bir qədər fikirləşib yenə  soruşur:

- Bəs  əgər bu hökumətdən razı deyiləmsə, onda necə  olacaq?

Həmsöhbəti düşünmədən deyir:

-Onda səninlə KQB (Dövlət  Təhlükəsizlik  Komitəsi) maraqlanacaq.

İndi biz də həmin dövrün elə bil orta pilləkanında oturmuşuq. Sadəcə olaraq, indi bizdə adlar dəyişib. Səhv buraxdın,  Hesablama Palatası məşğul olur. Nöqsan da isə artıq məsələ böyüyür, gedib çıxır korrupsiya ilə mübarizə idarəsinə. Hə, bu məsələ bir az da böyüsə, şişsə, genəlsə, onda Dövlət Təhlükəsizlik Xidməti acı bağırsaq kimi uzanan bu böyümənin, şişmənin, genəlmənin qarşısını alır, ictimai təhlükəyə çevrilməsinə imkan vermir. O zaman gözünə döndüyüm "qara niqablılar" kəsir nöqsan edənin başının üstünü. Nə yemisən, turşulu aş. Yox, yox, elə fikirləşməyin ki, onlar nöqsan edəni eşşək sudan qayıdana kimi çırpırlar. İndi naftalin iyi verən metodlardan çoxdan, bilmərrə əl çəkmişik. İndi iyirminci əsrdə qalan bu iyrənc, ürək bulandıran, adamın gözünün odunu alan üsullara hacət yoxdur. İndi daşdan keçən faktlar və yeşik-yeşik xarici valyutalar adamın gözünü və başqa yerini tikan kimi deşdiyindən keçən əsrin əzab üsulları lüzumsuz kimi görünür.

Bir də görürsən elə xəbərlər sızdırırlar ki, adamın dəymişi dura-dura, kalı tökülür. İçindən od tutub yanmağa başlayırsan. Buna "yanğınsöndürən" neyləsin? Kərəm olma, odlanma, otur-oturduğun yerdə də...

Bax, yazırlar ki, uşaq bağçalarında nöqsanlar aşkarlanıb. Guya yeməklərin pulunda mənimsəmələr var. Ay qadan alım, uşaq bağçalarında, məktəblərdə nöqsanlar olar də. Çünki, bu müəssisələr ictimai yerlərdir və dövlətimizin gələcəyi bu uşaqların əlindədir. Hər uşağa gələcəyi etibar etmək olmaz ki. Ələnməlidir, öyrədilməlidir, mövcud mühitə uyğunlaşmalıdır. Dövlətin büdcə borusunu hər uşağın ağzına dürtüş- dürmək  olmaz,əks-təqdirdə özündənrazılıq  yaranar, adam  özünü əvəzolunmaz  hesab  edər,çevrilər "yanğınsöndürən"ə.Səhvsiz,nöqsansız  yer  olmaz. Yoxdursa, deməli, ora  qəbirstanlıqdır,ölü  sükutu olan  bir  yerdir. Doğrusu, qəbirstanlıqlara ölü  sükutu  olan  yer  deməyə  adam  utanır. Qəbirstanlıqların  böyür-başı restoranlarla  doludur.Zalım  uşaqları gecələr  elə  çal-çağır   edirlər  ki, deyirsən  indicə  dirilərlə yanaşı  ölülər  də  durub  rəqs  edəcəklər. Deyəsən  oynayırlar  da,çünki  bu  restoranlarda iynə  atırsan, adam  əlindən  yerə  düşmür.

Büdcə borusuna  əmzik  yapışdıran    təkcə uşaq  bağçaları, məktəblər  deyil  ki... Özü  də  bu  əmzikləri  bizimkilər  icad  eləyiblər. Belə  şeylərdə  biz  bacarıqlıyıq.Bu  əmzik  üçün  elə  yapışqan  düzəldiblər  ki, onu  büdcə  borusuna  yapışdırdınsa, bir  daha,  ta  ölənə  qədər qopmaz. Əm ki əməsən. Ölkəmizdə  heç  buğdada  da  o  yağışqanlıq  yoxdu. Nə  olardı, icad  etdiyiniz  o  yapışqanı  taxıl  sahələrinə  də  tətbiq  edin  ki,xaricdən  bu  qədər  taxıl  alıb  gətirməyək.

Hələ siz  bu  kənd  təsərrüfatına  baxın! Ora  elə  əmzik  qoyublar ki,şeytan  da  ora  öyrənməyə  gəlir.Biçinqabağı  əmzik  şüşəsini  doldurmasan, Yezid, Şümür  kimi  suyun  qabağını  elə  kəsir  ki, yazıq  fermer  Əli  aşından  da  olur,Vəli aşından  da.. Bunun  hələ  gübrəsi  var,"solyarkası" var,nə  bilim  nələri,nələri  var,hamısı  da  əmziklərdən  keçir. O  gün  biri  tv-də  çıxış  edib  deyir ki, bəs mənə  yelli (yəni  doğmağa  hazır  olan) inək  əvəzinə qısırını (doğa  bilməyən) soxuşdurublar.İstəmirəm inəyinizi, gəlin aparın.

Nöqsanlarımız  çoxdur, ancaq  bunları  aşkar  etmək çox  çətindir, çünki mütəxəssimiz çatmır. Yaxşı  mütəxəssis  olanda  da  özü  bilə-bilə  nöqsan  buraxır.

Bəs nə bilmişdiniz?

O de, qabaqlar universiteti bitirəndən sonra, uzağı bir aya diplomunu ala bilərdin. İndi bu diplomu bir ildən tez ala bilməzsən. Niyə? Çünki, əmzik şüşəsini doldurmalısan. A kişi, belə dərd olar? Onsuz da bu uşaq pulunu verib, oxuyur da. Day buna diplomla axırıncı zərbəni sən niyə vurursan? Uşaq universiteti qurtaranda ata-ana baxır ki, lüt-üryan qalıblar, çapılıb talanıblar. Onlar da məcbur olub işlədiyi yerlərdə nöqsanlar buraxırlar. Öz əmziklərini borulara yapışdırmağa məşğul olurlar.

Hələ bu banklara baxın! Elan verir ki, 15-20 faizə istədiyin qədər kredit verirəm. Ay kişi, sən Allah bizi güldürmə! O krediti götürən  özü o faiz qədəer qazanc əldə edəcəkmi? İndi bütün dünyada 7-12 faiz gəlir əldə edilir. Deməli, kredit götürən sənə işləyəcək, üstəlik borclu da qalacaq. Sən Allah belə dərd olar? Bəs neyləməlidir? Nöqsanlar içində itib-batmalıdır. Əlini də yelləyib, deyəcək: Harada qırıldı, qırıldı.

Əlbət, bir gün qırılacaq. O da nöqsanlar aşkar ediləndə. Bəs nə bilmişdiniz? İnsan bəşər, bəzən çaşar. Çaşmaq səhvə dönür, nöqsana çevrilir. Bütün bunlar da aşkar ediləndə deyir ki, peşmanam.

Mən hələ o "Məhsul" stadionu satanlardan, akademiyada büdcə  borusuna əmzik qoyanlardan yazmıram

Qəribə bir hadisə də baş alıb gedir. Bu da dövlət içində özünü dövlət hesab edən məhkəmələrdir. Nöqsanlar aşkar edilir, hakim ona iş kəsir. Bir müddət keçir, adam məhkəməyə müraciət edir ki, bəs mən nöqsansızam, mənə bəraət verin. Bəzən  də  bəraət alır. Yaxşı, bəs onda, o "qara maskalılar" o boyda dəlil-sübutla səni niyə qoltuq-qapaz eləmişdi? Əmlakın  əməkdaşları elə sehrbazlıq edib ki, daha burada səhv, nöqsan olmur. Sənədləri elə yoxa çıxardırlar ki, orada nöqsan tapa bilməzsən. Çünki, hər addımları cinayətdir.

O gün Qəbələ regional idarənin rəisi Bağı "müəllimi" və bir-iki bələdiyyə sədrini tutub, damladılar.

Nə isə nöqsanlar aşkar ediləndə çalışın onu cinayətə yox, səhvə çevirin. O zaman sənə "yaxşı kişidir" deyəcəklər.

Yunus OĞUZ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ