Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən bu il 4 uşaq beynəlxalq övladlığa verilib. Bunu APA-ya açıqlamasındaAilə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdir müavini Vəsilə Möhsümova deyib.
O bildirib ki, həmin uşaqlardan 2-si Gürcüstanda yaşayan azərbaycanlı ailəyə, 1-i Amerikada yaşayan azərbaycanlı ailəyə, 1-i isə Almaniyada yaşayan türk ailəyə övladlığa verilib: "Uşaqların 4-ü də azyaşlı oğlan uşaqlarıdır”.
Onun sözlərinə görə, ötən il 8 uşağın əcnəbi ailəyə övladlığa verildiyi nəzərə alınsa, bu il beynəlxalq övladlığa verilən uşaqların sayı yarıbayarı azalıb.