Sumqayıtda ağır yol qəzası baş verib. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dekabrın 12-də saat 17 radələrində Sumqayıt şəhərində şəhər sakini Sahil Əmrəliyev idarə etdiyi "Nissan” markalı avtomobili aşırıb. Onun sərnişinlərindən Xaçmaz şəhər sakini Tahirə Nəzirova hadisə yerində ölüb, digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.
Baş Dövlət Yol Polis İdarəsi tərəfindən araşdırma aparılır