Əməyin təhlükəsizliyi ilə bağlı görülən kompleks tədbirlər nəticəsində respublikada iş yerlərində işçilərin ölüm və xəsarət alması halları azalıb. Bu rəqəm ötən illə müqayisədə ən azı 10-12 faiz aşağı düşüb. Bunu Trend-ə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, millət vəkili Səttar Mehbalıyev deyib.
Onun sözlərinə görə, bu rəqəm bütün sahələri əhatə edir: "AHİK-ə daxil olan həmkarlar ittifaqlarının mövcud olduğu müəssisə və təşkilatlarda isə bu göstərici daha aşağıdır. Harda həmkarlar təşkilatları varsa, orada əməyin mühafizəsi ilə ciddi məşğul olunur”.