çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Bağlı qapılar arxasında mühüm Qarabağ danışıqları rəsmən təsdiqlənir

Image


Ötən zaman çox aydın şəkildə göstərir ki, bu gün Ermənistanın dayanıqlı inkişafı üçün işğal olunmuş Azərbaycan torpaqlarını azad etməsi başlıca şərt qismində çıxış edir. Bunu düşmən ölkənin özündə də kifayət qədər yaxşı anlayırlar. Belə vəziyyətdə maraq doğuran başlıca məqam isə, ən azından, bir dövlət olaraq mövcudluğunu davam etdirə bilməsi üçün Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində nə vaxt real fəaliyyətə keçəcəyidir. Çünki işğalın uzanması həm Ermənistanın çöküşünü daha sürətli hala gətirir, həm də Azərbaycanın uzun müddət ərazilərinin zəbt olunmuş şəkildə qalmasına səbr etmək niyyəti yoxdur. Yəni uzanan işğal müharibəni tətikləyir.

İndilikdə rəsmi Bakı Ermənistanda hakimiyyətin tam formalaşmasını gözləyir və bundan sonra proseslərin daha dəqiq inkişaf axarı bəlli olacaq.  Azərbaycan açıq bəyan edir ki, Ermənistanda qarşıdan gələn seçkilərdən sonra bu ölkənin sülh və sabitliyə nə dərəcədə hazır olduğu daha aydın şəkildə özünü göstərəcək. Xatırladaq ki, bu ilin dekabrında Ermənistanda növbədənkənar parlament seçkiləri keçriləcək. Parlamentdə təmsil olunan siyasi qüvvələr arasında əldə edilən razılaşmaya əsasən, baş nazir Nikol Paşinyan həmin seçkilərdən sonra hökumət başçısı postuna yeganə namizəd olacaq. Digər tərəfdən, parlament seçkilərindən sonra Paşinyanın qanunverici orqanı nəzarət altına alması da gözlənir. Belləiklə, bu ilin dekabrından sonra Paşinyan Ermənistanda hakimiyyətini tam bərqərar edə biləcək. Bunu Ermənistanın sabiq prezidenti Robert Köçəryan da təsdiq edir. Onun sözlərinə görə, dekabrda keçiriləcək növbədənkənar parlament seçkiləri xalqın yox, Nikol Paşnyanın şəxsi qələbəsi olacaq. Çünki bu seçkilər dövlətçiliyin məğlubiyyəti ilə nəticələnəcək: “Seçkilər bizim dövlətçiliyimizin ciddi məğlubiyyəti olacaq. Çünki nəzərə almaq lazımdır ki, 2008-ci il hadisələrinin ən başlıca iştirakçılarından və həmin iğtişaşların təşkilatçılarından biri də elə indiki baş nazir olub. Siyasi haqq-hesab aparılması və tarixi özünə daha sərfəli kontekstdə yenidən yazmaq cəhdləri – Paşinyanın bu məsələdə motivasiyası aydındır. Lakin parlament seçkiləri nəticəsində, sadəcə, bir monopoliya digəri ilə əvəzlənəcək”.

Azərbaycanı isə maraqlandıran başlıca məsələ Ermənistanda formalaşan yeni iqtidarın  Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı hansı addımlar atacağıdır. Qeyd olunan xüsusda xarici işlər naziri Elmar Məmmədyarovun Lüksemburqda keçirilən Şərq Tərəfdaşlığı (ŞT) ölkələrinin XİN rəhbərlərinin görüşündə çıxışı zamanı səsləndirdiyi fikirlər xüsusi diqqət cəlb edir. Nazir bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli bölgənin dayanıqlı inkişafı üçün ən vacib məsələlərdən biridir: “Erməni həmkarımla keçirdiyim iki görüş, Azərbaycan Respublikasının prezidenti ilə Ermənistan baş naziri arasında baş tutmuş söhbət və bağlı qapılar arxasında eşitdiklərimiz bizə irəli getmək imkanları barədə müsbət impuls verir. Ermənistanda qarşıdan gələn seçkilərdən sonra bu ölkənin sülh və sabitliyə nə dərəcədə hazır olduğu daha aydın olacaq, bu isə ilk növbədə Ermənistanın öz qoşunlarını Azərbaycan torpaqlarından çıxarması deməkdir. Azərbaycan, öz növbəsində, dəfələrlə bəyan etdiyi kimi, substantiv və nəticəyə yönəlik danışıqlara hazırdır”.

Düzdür, nazir burada bağlı qapılar arxasında nələrin müzakirə olunduğunu vurğulamayıb. Amma səslənən fikirlərin nikbin xarakter daşıması bu qənaətə gəlməyə əsas verir ki,  konfliktin dinc müstəvidə həlli mümkün ola bilər.

Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın dedikləri bu qənaəti daha da möhkəmləndirir. O, sözügedən toplantıda qeyd edib: “Mən həmkarım Elmarla Dağlıq Qarabağa dair görüşlərin yaxşı dinamikası məsələsində razıyam. Ötən 5 ay ərzində biz artıq iki görüş keçirmişik. Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında da yaxşı görüş keçib, bu da yaxşı dinamikaya imkan yaradıb. Biz bunu möhkəmləndirmək niyyətindəyik. Yaxın zamanlarda, çox güman dekabrda Ermənistanda seçkilər keçiriləcək. Bununla belə, sülh üçün münbit atmosferin yaradılması məsələsini də diqqət mərkəzində saxlamaq lazımdır. Bura çoxsaylı elementlər daxildir, o cümlədən əvvəlki razılaşmalara əməl edilməsi, eskalasiya risqlərinin azaldılması. Biz bu addımlar üzərində köklənməliyik və münaqişənin bütün tərəflərinin əhalisini sülhə hazırlamaq üçün real səylər göstərməliyik. Daha bir mühüm vəzifə militarist ritorikadan və nifrət təbliğatından əl çəkməkdir”. Təbii ki, müsbət nəticələrin əldə olunması İrəvanın bu istiqamətdə atacağı addımlardan birbaşa asılı olacaq. Digər tərəfdən, burada İrəvana təsir qüvvəsi olan ölkələrin, xüsusən də Rusiyanın mövqeyindən çox şey asılıdır.

İndilikdə yayılan məlumatlardan bu qənaətə gəlmək mümkündür ki, Moskva Qarabağ münaqişəsinin həllində müəyyən irəliləyişlərin olmasını istəyir. Burada indi diqqət çəkən ən maraqlı məqamlardan biri Ermənistan prezidenti Armen Sarkisyanın ötən həftə Moskvaya gizli səfər etməsi ilə bağlıdır. Erməni prezident rus torpaqlarında baş diplomat Sergey Lavrov və onun müavini Qriqori Karasinlə görüşüb. Sarkisyanın gizli şəkildə Moskvaya gəlişi bir daha pərdə arxasında maraqlı proseslərin cərəyan etdiyini üzə çıxarır. Çünki Ermənistan prezidenti gizli şəkildə Moskva səfərindən sonra oktyabrın 14-də Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə gəldi. Ümumiyyətlə, Sarkisyanın Qarabağa gələnə qədərki səfərləri diqqət çəkir. Erməni prezident əvvəlcə Nyu-Yorka, sonra Parisə, arldınca da Moskvaya yollanıb və bundan sonra işğal altındakı Qarabağ bölgəsinə gəlib. Onun getdiyi ölkələrin Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında vasitəçilik edən ATƏT-in Minsk Qrupunun həmsədrləri olduğunu nəzərə alsaq, Ermənistanın münaqişə ilə bağlı nələrsə hazırladığı ehtimalı önə çıxır. Hətta bəzi ekspertlər Ermənistan prezidentinin Minsk Qrupunun həmsədr ölkələrinin paytaxtlarında Qarabağ münaqişəsi ətrafında gizli yeni diplomatiya apardığını hesab edir. Rusiyalı politoloq Aleksey Martınov hesab edir ki, erməni prezident münaqişənin həlli ilə bağlı aktivləşir: “Nikol Paşinyan baş nazir olandan sonra Dağlıq Qarabağı danışıqlar masasına tərəf kimi gətirmək tələbilə çıxış etdi. Bu, Ermənistan üçün daha bir ticarət predmenti oldu. Əlbəttə, Azərbaycan bununla razılaşmadı və təmas xəttində gərginlik artdı. Düşənbədə Rusiya prezidenti Vladimir Putinin birbaşa iştirakı ilə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında qısa danışıq oldu. Bu sürətli danışıqlarda təmas xəttində vəziyyətin deeskalasiyası razılaşdırıldı. Lakin Paşinyan Düşənbədən qayıdandan sonra yenə də danışıqlarda Qarabağın iştirakı məsələsini gündəmə gətirdi. Bu, danışıqlar prosesini pozmaqla yanaşı, Putinin səylərinə zərbə vurmaqdır. Burada Ermənistanın yeni hakimiyyətinin etibardan düşməsi amili də var. Görünür, Armen Sarkisyanı Moskvaya gətirən səbəb də məhz budur. Ermənistan prezidenti Rusiyaya bildirmək istəyir ki, ölkəsi Dağlıq Qarabağın nizama salınması prosesində iştirak edəcək və qəbul edilməyən ritorikadan istifadə etməyəcək. Onun Moskva səfərindən sonra Xankəndiyə yollanması da danışıqlar formatının dəyişdirilmədiyini demək məqsədi daşıyırdı”. Ekspert hesab edir ki, bu həm də Moskvanın İrəvana təlimatıdır. Əks təqdirdə, Kreml məsələnin hərb müstəvisində həlli istiqamətində hansısa maneçilik yaratmayacaq. Bunu erməni şərhçi Tevos Arşakyan da xüsusi olaraq vurğulayır və bu günlərdə Rusiya-Ermənistan vahid qoşun qruplaşmasının komandiri, general-mayor Tiqran Parvanyanın erməni jurnalistlərin “Azərbaycan Qarabağda hərbi əməliyyata başlayarsa, o zaman vahid qruplaşma bizə kömək edəcəkmi” sualı qarşısında səsləndirdiyi fikirlər fonunda qaçılmaz hal sayır. Xatırladaq  ki, erməni general “Biz rəqibimizin kim olduğunu bilirik, lakin hadisələrin necə inkişaf edəcəyini bilmirik. Mən yalnız deyə bilərəm ki, Allah eləməsin, lazım olacaqsa, vahid qoşun qruplaşması öz vəzifəsini yerinə yetirəcək” deyə bildirib. Tevos Arşakyan isə yazır ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı kimi vahid qoşun qruplaşmasının da vəzifəsi Qarabağda baş verə biləcək hər hansı müharibəyə qarışmamaqdır: “Hərçənd, vahid qoşun qruplaşması yaradılanda bizi inandırmağa çalışırdılar ki, qruplaşmanın nizamnaməsində buraxılan boşluqlar Qarabağda müharibə zamanı Ermənistana kömək etməyə hesablanıb. Biz buna inanmırdıq, lakin indi buna tamamilə əmin olduq. Erməni general bununla bağlı suala açıq şəkildə cavab verə bilmirsə, bu o deməkdir ki, Qarabağ müharibəsində tək qalacağıq”. Arşakyan qeyd edir ki, burada günahkar Ermənistanın keçmiş hərbi-siyasi rəhbərliyidir: “Onlar bilirdilər ki, bu qruplaşma Qarabağ müharibəsində Ermənistana kömək etməyəcək, əksinə, erməni əsgərlərin bu qruplaşmada olması bizim ordumuzun canlı qüvvəsinin azalması deməkdir. Lakin onlar Kremldəki sahiblərinin qarşısında razılaşdılar. Hər kəs yaxşı bilir ki, hərbi addımlar zamanı vahid qruplaşmanın komandanlığı avtomatik olaraq Rusiyaya keçir. Bu, nizamnamədə də var. Qarabağda hərbi eskalasiya zamanı isə ruslar kənarda dayanacaq”. Erməni şərhçi iddia edir ki, Rusiya Ermənistanı Qarabağı müdafiə etmək gücündən məhrum edir: “Çünki bu qruplaşma Rusiyanın İrana, Türkiyəyə, yaxud Gürcüstana qarşı gələcək planlarına hesablanaraq yaradılıb. Halbuki, qruplaşmanın tərkibində erməni hərbi birləşmələri var və erməni əsgərlər Qarabağ müharibəsində iştirak edə bilməyəcək. Bu onu göstərir ki, Qarabağda müharibə olacaqsa, Ermənistanın döyüşmək gücü də azalır”. Belə şəraitdə erməni ekspert İrəvan üçün ən yaxşı çıxış yolunun Rusiyadan gələn göstərişlərin yerinə yetirilməsi olduğunu bildirir, Azərbaycanla razılaşmanı vacib sayır. Əks təqdirdə Ermənistanın dövlət olaraq məhvi qaçılmaz sayılır.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ