Cümə günü, 13 noyabr 2026
     

Tarixdə iz buraxanlar: İranzu

Image


Gecə yarını ötmüşdü. Paytaxt İzirtunun daş döşənən mərkəzi küçəsində sürətlə çapan atların dırnaqlarından qopan səs insanların şirin yuxusuna haram qatdı. Atlılar birbaşa hökmdar sarayına doğru çapırdılar. Qabaqda gedən süvari saray darvazasına çatan kimi atından yerə sıçradı. Onun qarşısını nizə və toppuzla silahlanan döyüşçülər kəsdi.

Suvari: “Mən təcili olaraq padşah İranzu ilə görüşməliyəm. Ona çatdırılması çox təcili və vacib olan bir xəbər gətirmişəm” - dedi.

Tezliklə bütün saray ayağa qalxdı. Axşamdan xeyli keçənədək Ağsaqqallar şurasının iclasını keçirən hökmdar təzəcə yuxuya getmişdi. Səs-küy onu da oyatdı. İranzu hiss etdi ki, nəsə təhlükəli bir hadisə baş verib. Bu vaxt hökmdarın baş xidmətçisi yataq otağının qapısını döyərək içəri daxil oldu. Artıq İranzu da yatağından qalxmış və paltarını geymişdi. Baş xidmətçi: “Hökmdar, Durdukka və Şuandahul şəhərlərindən qasidlər gəlmişlər. Onlar bildirirlər ki, bu şəhərlərdə dövlət əleyhinə güclü qiyam başlanıb,”– deyə bildirdi. İranzu cavabında: “Mən məşvərət otağına gedirəm. Təcili olaraq Ağsaqqallar şurasının bütün üzvlərini saraya dəvət edin”, - deyə tapşırdı...

Bu hadisə eramızdan əvvəl 719-cu ildə olmuşdu. Həmin il Manna dövlətinin Durdukka və Şuandahul şəhərlərini idarə edən hakimlər mərkəzi hakimiyyətə tabe olmaqdan boyun qaçıraraq qiyam qaldırmışdılar.

Padşah İranzunun qiyamçılarla qarşılaşdığı ilk dəfə deyildi. O, hakimiyyətinin ilk illərində siyasi çəkişmələrə son qoymağa başlayanda da belə qiyamçılarla üzləşmişdi. Məşvərət otağındakı qızıl taxtında əyləşən İranzunun yadına məxfi işlər rəisinin məlumatı düşdü. O bildirmişdi ki, son vaxtlar bəzi vilayət çanişinləri özlərini çox şübhəli aparır. Durdukka və Şuandahul şəhərlərinin hakimləri ilə Urartu padşahı I Rusanın elçilərinin gizli görüşləri haqqında məlumatlar da əldə olunmuşdu. Daha faciəlisi qiyamın bir ucunun saraya gəlib çatması ilə bağlı bəzi məlumatlar idi. Hökmdar öz kiçik oğlu Ullusununun qiyamçılarla əlbir olmasından şübhələnirdi.

Xəyal İranzunu həkimiyyətə başladığı ilk illərə çəkib apardı. O xatırlayırdı ki, bu çəkişmələrin əsas səbəbkarları olan vilayət canişinləri güclü hökmdar hakimiyyətinin olmasını istəmirdilər. Onda e.ə.VIII əsrin 30-cu illəri idi. İranzu cavan olsa da ağlı, qətiyyəti və uzaqgörənliyi ilə öz sələflərindən seçilirdi. O yaxşı başa düşürdü ki, ölkədə güclü, mərkəzləşmiş dövlət yaranmasa Mannanın dövlətçiliyi daim təhlükə altında qalacaq. Qonşuluqda Yaxın Şərqin qüdrətli hərbçi imperiyaları olan Assuriya və Van padşahlıqları vardı. Onlar Mannanın varlığı üçün daim təhlükə yaradırdılar. Ayrı-ayrı vilayət hakimlərinin mənəm-mənəmlik iddiası ölkənin siyasi hakimiyyətini çətinliyə salır, hərbi gücünü zəiflədir, qonşu dövlətlərin dağıdıcı yürüşlərinin qarşısını almağı mümkünsüz edirdi.

Ona görə də İranzu dövlətçilik fəaliyyətinə mərkəzi hakimiyyəti möhkəmləndirməklə başladı. Bu yolda ona mərkəzləşdirmə tərəfdarı olan qüvvələr dayaq oldular. Belələri az deyildi. Bir çox nüfuzlu əyanlar, ordu başçıları, bəzi vilayətlərin hakimləri, şəhərlərin tacir və sənətkarlardan ibarət əhalisi, zəhmətkeş kəndlilər güclü hökmdar hakimiyyətinin qızğın tərəfdarları idilər.

İranzu idarəçilik sahəsində qətiyyətli islahatlar keçirdi. Öz işlərinin öhdəsindən gəlməyən, yarıtmaz fəaliyyətləri ilə xalqın narazılığını qazanmış məmurlar, vilayət çanişinləri, şəhərlərin hakimləri vəzifələrindən uzaqlaşdırıldılar. Xalqın və dövlətin qayğıları ilə yaşayan, işguzarlığa, idarəçilik səriştəsinə malik inanılmış şəxslər ən mühüm dövlət vəzifələrinə təyin olundular.

İranzunun göstərişi ilə hökmdar yanında Ağsaqqallar şurasının fəaliyyəti bərpa olundu. Ona geniş hüquqlar verildi. Bu quruma adlı-sanlı əyanlar, müdrik və dünyagörmüş ağsaqqallar, hökmdar ailəsinin üzvləri daxil idi. İranzu dövlətin daxili və xarici siyasəti ilə bağlı ən mühüm məsələləri burada müzakirə edir, şuranın rəyi və razılığı olmadan heç bir tədbir həyata keçirmirdi. Bu da bir həqiqətdir ki, burada son söz və qəti qərar vermək hüququ İranzuya məxsus idi.

İranzunun idarəçilik siyasəti tezliklə öz bəhrəsini verdi. Vilayət canişinləri və şəhər hakimlərinin özbaşınalığına son qoyuldu. Mərkəzi hakimiyyət gücləndi. İranzu ölkənin təhlükəsizliyini möhkəmləndirmək üçün də bir sıra tədbirlər gördü. Hər şeydən əvvəl dövlətin xarici siyasəti müəyyənləşdirildi. Ağsaqqallar şurasının yığıncağında İranzu: “Bizim üçün təhlükə törədən iki qüdrətli qonşu dövlətin olduğu sizə yaxşı məlumdur. Həm Assuriya, həm də Urartu dövlətləri bizim hərbi və siyasi birliyimizin olmamasından istifadə edərək ölkəmizə dağıdıcı basqınlar edib, şəhər və kəndlərimizi dağıdıblar. Minlərlə dinc, əməksevər insanımızı qula çevirib, el malını yağmalayıblar. İndi vəziyyət dəyişib. Bizim qüdrətli ordumuz, bir yumruq kimi birləşmiş idarəçilik sistemimiz var. Fəqət biz hər iki dövlətə düşmən münasibətdə ola bilmərik. Onların biri ilə yaxınlaşmalı, müttəfiqlik münasibətləri yaratmalıyıq”– deyib. Yaşlı əyanlardan bir neçəsi çıxış edərək onun fikrinə şərik olduğnu bildirir. Onlar Assuriya ilə dostluq əlaqələri yaratmaq təklifini irəli sürürlər. Bu müzakirədən sonra adlı-sanlı əyanlardan ibarət bir elçi heyəti Assuriya sarayına yola düşür.

Padşah İranzunun heyətini öz sarayında rəğbətlə qarşılayır. Bir neçə günlük təntənəli qəbul və ziyafətlərdən sonra Manna ilə Assuriya arasında müttəfiqlik sazişi imzalanır. Assuriya Manna torpaqlarına hücum etməməyi, onu Urartu padşahlarının təcavüzündən qorumağı, əvvəllər işğal olunmuş Manna vilayətini geri qaytarmağı öz öhdəsinə götürür. Van padşahlığına qarşı mübarizədə Mannanın Assuriyaya yardımçı olması, ona hər il müəyyən məbləğdə bac ödəməsi barədə də razılıq əldə olunur.

Xarici siyasət sahəsində əldə olunmuş bu uğur İranzuya ölkə daxilində quruculuq işlərinə başlamaq imkanı yaradır. Onun əmri ilə vilayətlərdən məşhur inşaatçılar və sənətkarlar saraya dəvət olunur. Onların qarşısında vilayətdə qalalar ucaltmaq, möhkəm müdafiə qurğuları tikmək vəzifəsi qoyulur. Belə qalalar düşmən əli çatmayan, asan müdafiə olunan, sıldırım qayalıqlarla əhatə olunan hündür yerlərdə inşa olunurdu. Bu, İranzunun hərbi istedadından, dövrün tələblərinə uyğun strategiya seçməsindən xəbər verirdi. Mannalı ustaların inşa etdiyi bu qalalarda əhali, demək olar ki, yaşamırdı. Onlarda müəyyən qədər qoşun saxlanır, hücum və mühasirə təhlükəsi yarandıqda ətraf yerlərdəki mal-qara buraya sürülürdü. Yaxın kəndlərin əhalisi də çox vaxt bu qalalara sığınırdı.

İranzu ölkənin maariflənməsi qayğısına da qalırdı. Bu bir tərəfdən mərkəzləşdirilmiş dövlətin idarə edilməsi üçün savadlı məmurlara olan tələbatla, digər tərəfdən isə geniş diplomatik əlaqələrlə bağlı idi. Bir dəfə İranzu Ağsaqqallar şurasının yığıncağında dedi: “Bu il Urmiya gölü vadisində hava əlverişli keçib. Əkinçilərimiz yaxşı məhsul götürüblər. Bara vilayətindəki alp çəmənliklərdə saysız-hesabsız mal-qara sürüləri otlayır. Tarun və Tarmakis qalalarında dövlətə məxsus olan anbarlar yetişdirilən taxılı tutmur. Mənə xəbərlər gəlir ki, toplanmış məhsulun, yığılmış dövlət vergilərinin hesabını aparmaq üçün savadlı mirzələr çatışmır. Məni başqa bir məsələ də düşündürür. Biz Assuriya sarayı ilə dostluq münasibətləri saxlayırıq, qonşu midiyalılarla da əlaqələrimiz var. Tacir karvanlarımız Misir ölkəsinə qədər gedib çıxırlar. Onlarla əlaqə saxlamaq üçün də savadlı elçilər, səfirlər lazımdır. Doğrudur, bizim öz yazımız var. Fəqət digər ölkələrdə bu yazı məlum deyil. Ona görə də bizim gənclərə mixi və heroqlif yazılarının öyrədilməsi vacibdir. Mən əmr edirəm, qoy canişinlər vilayətlərdə məktəblər açsınlar, bacarıqlı gənclərə savad öyrədilsin. Paytaxt İzirtuda isə elçilər, səfirlər hazırlayan xüsusi məktəb açılsın. Adlı-sanlı əyanların uşaqları bu məktəblərə cəlb olunsun. Onlara savad öyrətmək üçün Misirdən və Babildən müəllimlər dəvət olunsun”.

Bu təkliflər şura üzvləri tərəfindən razılıqla qarşılandı. İranzu vilayətlərdə və paytaxtda məktəblərin açılması, Babildən və Misirdən müəllimlərin dəvət edilməsi, istedadlı gənclərin dövlət vəsaiti hesabına Babildə təhsil almalarına şərait yaradılması üçün fərmanlar verdi.

İranzunu canlandıran bu fərmanlardan bir neçə saat sonra onun üzünü kədər bürüdü. Bu vaxt baş xidmətçi məşvərət otağına girərək Ağsaqqallar şurasının üzvlərinin toplandığını bildirdi. İranzu onların içəri daxil olmalarını istədi. Şura üzvlərinin üzündə bir heyrət, təəccüb ifadəsi vardı. Onlar danışmasalar da, İranzu ağsaqqalların fikirlərini üzlərindən oxudu: “Görəsən, hansı mühüm hadisə baş verib ki, hökmdar bizi şirin yuxudan eləyib? Axı cəmi bir neçə saat əvvəl biz bir yerdə idik, o öz fikirlərini orada deyə bilməzdimi?” Ətrafa çökmüş sükutu İranzu özü pozdu. O, ağsaqqallara müraciətlə: “Şuandahul və Durdukka şəhərlərindən həyacanlı xəbərlər almışıq. Urartu padşahı ilə əlaqədə olan bəzi hakimlərin xəyanəti öz işini görüb. Bu şəhərlərin əhalisi Urartu padşahının təhrikinə və yalan vədlərinə uyaraq mərkəzi hakimiyyətə qarşı qiyam qaldırıb. Qiyamçılar müstəqillik tələb edir. Mən çox təəssüf edirəm ki, içərimizdən də bəzilərinin qiyamla əlaqəsi barədə məlumatlar var. Bu barədə Assuriyanın yeni hökmdarı II Sarqon da məni xəbərdar edib. Burnundan uzağı görməyənlərin ağlını I Rusanın qızılları çaşdırıb. Mən sizin fikirlərinizi dinləmək istəyirəm”– dedi.

Çıxış edənlərin hamısı qiyamçıların bu hərəkətlərini pisləyir, qiyamın yatırılmasını, iştirakçılarının cəzalandırılmasını tələb edirdi. İranzu hamını dinlədikdən sonra öz qərarını elan etdi: “Əlbəttə qiyam yatırılmalı və bu işin təşkilatçıları cəzalandırılmalıdır. Fəqət unutmamaq lazımdır ki, qiyamda iştirak edənlərin bir çoxu sadə adamlardır. Onlar ya qorxudan, ya da başa düşməyərəkdən bu işə qoşulublar. Onlar bizim təbəələrimizdir. Orduya göstəriş verəcəyəm ki, dinc əhaliyə, onların əmlakına və malına toxunmasın. Məni başqa bir məsələ də narahat edir. Müttəfiqimiz II Sarqon artıq öz qoşunlarına sərhədi keçmək əmri verib. Bu əmr nə qədər nəcib bir məqsəddən irəli gəlsə də, Assuriya ordusu yol boyu rast gəldiyi kəndləri talamaqdan da imtina etməyəcək. Odur ki, mən vaxtilə ucaltdığım müdafiə qalalarının qapılarını ətrafda yaşayan insanların üzünə açmaq barədə də fərman verirəm. Urartu padşahlığının qiyamçılara kömək göndərmək təhlükəsi də nəzərə alınmalıdır. Sərhəddə ordu hissələri yerləşdirməklə yanaşı, sürülərimizin saxlandığı Bara vilayətini və taxılla dolu anbarların yerləşdiyi Tarun və Tarmakis qalalarını qorumaq üçün də əlavə qüvvələrin göndərilməsi təşkil olunmalıdır.

Uzaqgörən İranzu sonra gözlənilməz bir gediş etdi. O, oğlu Azanı özünün vəliəhdi elan edərək, qiyamı yatırmalı olan orduya baş komandanlığı ona tapşırdı. İranzunun bu addımı Urartupərəst qüvvələr üçün gözlənilməz zərbə oldu. Sürətlə hərəkət edən ordu Assuriya ordusu ilə birləşərək qiyamı yatırdı. Bu hadisə İranzunun dövlətçilik fəaliyyətində qazandığı sonuncu müvəffəqiyyəti idi. Çox keçmədən İranzu vəfat etdi.

Ruhu şad olsun!

Fazil QARAOĞLU
Professor



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ