çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

Urmiya gölünün quruması Azərbaycan üçün də təhlükəlidir...

Image


Bəlllidir ki, qonşu İranda temperatur rekord səviyyələrə çatır, çaylar və göllər quruyur, uzunmüddətli quraqlıqlarsa normaya çevrilir. Yaranan su böhranı ölkənin çox hissəsini səhraya çevirir. İranın səhralaşması heyrətamiz sürətlə gedir. Tehran torpaqların 90%-ə qədərinin quraq, yaxud yarımquraq olduğu ölkədə vəziyyətə nəzarət etməyə çalışır.

Ancaq hər şey sürətlə baş verir və artıq rəsmilər də ciddi böhranın yarandığını və insanların yaşayış yerlərini kütləvi tərk etməli olacağını etiraf edir.

Dünyanın bir çox yerində müşahidə olunan temperaturların yüksəlməsi iqlim dəyişikliyi ilə izah edilir. Ancaq termometrlər İranın illərlə üzləşdiyi problemlə bağlı hekayənin yalnız bir hissəsini danışır. Onillərlə dünyadan təcrid olunma, üstəgəl yerli resursların düzgün idarə olunmaması, torpaq paylamada qüsurlar, əhalinin sürətli artımı, uzunmüddətli quraqlıq İrandakı su böhranını kritik səviyyəyə çatdırıb. Su qıtlığı və Tehranın onun öhdəsindən gələ bilməməsi məlum faktdır. Problem nəhəng bəndlərin və su-irriqasiya layihələrinin tikilməsinə və beləliklə, çay və yeraltı su hövzələrinin qurumasına yol açıb. Əkinə yararlı torpaqların itirilməsi kənd təsərrüfatına zərər vurur, insanların qazanc yerini təhlükəyə salır və kənddən şəhərə miqrasiyanın artmasına səbəb olur. Bu isə öz növbəsində yeni problemlərə gətirib çıxarır. Urmiya gölünün quruması fonunda isə problemlər daha da dərinləşir. Qeyd edək ki, bir vaxtlar Yaxın Şərqdə ən böyük göl hesab edilən Urmiya gölünün 95%-i quruyub. Qum qasırğaları ətraf ərazilərdə kənd təsərrüfatı və insanların sağlamlığını təhlükə altında qoyur. Ekspertlərin fikrincə, əsaslı islahatlar aparılmasa, milyonlarla insan zəhərli duz fırtınalarına məruz qalacaq. Təbriz Universitetinin Su təsərrüfatı fakültəsinin müəllimi Əhməd Fəxrifərd bildirir ki, Urmiya gölünün davamlı quruması və duz konsentrasiyasının duz fırtınalarının yaranmasına səbəb ola, bunun nəticələri İranla məhdudlaşmaya və Türkiyə, İraq, Gürcüstan və Azərbaycan kimi ölkələrə də təsir edə bilər. O xəbərdarlıq edib ki, bu problem artıq sadəcə yerli və ya milli ekoloji çətinlik olmaqdan çıxıb və ictimai, hətta beynəlxalq problemə çevrilib. Onun fikrincə, Urmiya gölünə təxminən 3,5 milyard kubmetr su daxil edilsə də, tam bərpası ən azı 14 il çəkəcək. Ümumiyyətlə, çoxillik zərərdən sonra kövrək ekosistemin bərpası səbir, elmi siyasətin davamlılığı və icra orqanları ilə elmi-tədqiqat qurumları arasında konsensus tələb edir: “Aparılan tədqiqatlara əsasən, gölün minimal ekoloji dayanıqlılığını qorumaq üçün ən azı 2,3 milyard kubmetr su ilə təmin edilməsi lazımdır”.

Bu günlərdə parlament nümayəndəsi Höccətül-İslam Baqeri də hökuməti təcili tədbir görməyə çağırıb: “Danışmaq zamanı keçib, əməl vaxtıdır. İnsanlar populist işlərdən və şüarlardan beziblər. Urmiya gölü əvvəlki və indiki məsul şəxslərin hərəkətsizliyi ucbatından quruyub. Bu göl həyat və ümidin nişanəsi idi, onun quruması insanlar üçün ölüm və ümidsizlik mənasına gəlir. Urmiya gölünün dirçəldilməsi yerli rəsmilərin planı ilə mümkün deyil, burada müəyyən bir qanun tərtib olunmalıdır. Dərd də, dərman da aşkardır. Hərəkətə keçmək üçün qərar verməyin vaxtı çatıb. Son iyirmi ildə Urmiya gölünün dirçəldilməsindən məsul qurum sadəcə bu gölün qurumasına səbəb olub. Bu gölün yenidən canlandırılması sadəcə hərtərəfli bir qanunun qəbul edilməsi ilə mümkündür. Xalqın hökumətdən tələbi bununla bağlı bir layihənin tərtib olunmasıdır”. Parlamentin digər üzvü Ruhullah Mütəfəkkir Azad da Urmiya gölünün quruması və buna məsul şəxslərin etinasızlığını sərt tənqid edib. Onun sözlərinə görə, Urmiya gölünü dirçəltmək üçün göstərilən səylər nəticə verməyib və göl hazırda duz mədəninə çevrilir. Deputat əlavə edib ki, gölün qurumuş yatağında duz yığılır və bu duz tozla qarışaraq 500 kilometr radiusda ərazilərə mənfi təsir göstərir. Ekspertlər bildirir ki, Urmiya gölünün quruması regional iqlim balansına mənfi təsir göstərir. Gölün mövcudluğu ətraf ərazilərdə rütubətin tənzimlənməsində, temperatur fərqlərinin yumşaldılmasında mühüm rol oynayırdı. Quruma nəticəsində bölgədə hava daha quru və sərt xarakter almağa başlayır. Bu proses İranın şimal-qərb bölgələri ilə yanaşı, Azərbaycanın cənub və cənub-qərb rayonlarında – xüsusilə Naxçıvan və Arazboyu ərazilərdə iqlim şəraitinə mənfi təsir göstərə bilər. Temperaturun artması və yağıntıların azalması kənd təsərrüfatı məhsuldarlığını zəiflədə bilər. İkinci mühüm risk duz fırtınalarıdır. Urmiya gölünün quruyan dibində milyonlarla ton duz və kimyəvi çöküntülər toplanıb. Güclü küləklər bu duz hissəciklərini atmosferə qaldıraraq geniş ərazilərə yayıla bilər. Belə duz fırtınalarının Azərbaycan ərazisinə çatması torpaqların şoranlaşmasına, əkin sahələrinin yararsız hala düşməsinə və su mənbələrinin çirklənməsinə səbəb ola bilər. Xüsusilə Araz çayı hövzəsinə yaxın ərazilər bu baxımdan risk altındadır. Urmiya gölünün quruması əhalinin sağlamlığı üçün də təhlükələr yaradır. Duz və toz hissəcikləri tənəffüs yolları xəstəliklərinin, allergiyaların və digər xroniki problemlərin artmasına səbəb ola bilər. Əgər bu hissəciklər külək axınları ilə Azərbaycan ərazisinə daşınarsa, xüsusən sərhədyanı bölgələrdə yaşayan əhali üçün əlavə səhiyyə riskləri yarana bilər. Bu isə sosial yükün artması deməkdir. Bundan əlavə, Urmiya gölünün quruması regional su təhlükəsizliyi məsələlərini gündəmə gətirir. Su ehtiyatlarının azalması transsərhəd çaylar, xüsusilə Araz çayı üzərində gərginliyi artıra bilər. Su resursları uğrunda rəqabət regionda ekoloji problemlərin siyasi və təhlükəsizlik ölçülərinə keçməsinə səbəb ola bilər. Bu baxımdan Azərbaycan üçün Urmiya məsələsi təkcə ekoloji deyil, həm də strateji əhəmiyyət daşıyır. Urmiya gölünün quruması bioloji müxtəlifliyin azalmasına səbəb olur. Göl bir zamanlar minlərlə quş növü üçün əsas dayanacaq və yaşayış mühiti idi. Bu ekosistemin məhv olması miqrasiya marşrutlarını dəyişir və region üzrə təbii tarazlığı pozur. Bu dəyişikliklər dolayı yolla Azərbaycanın ekoloji sisteminə də təsir göstərə bilər.

Ramil QULİYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

28.09.2026 / 07:05
Putinin “gizli səfərbərlik” planı ortaya çıxdı - NATO ölkələri Rusiyanın mümkün hücumuna qarşı hazırlıqlara başladı

28.09.2026 / 06:38
İsrail-Türkiyə qarşıdurması geridönməz hal alır - indi də Netanyahu Ərdoğanı beynəlxalq məhkəməyə verir…

28.09.2026 / 00:40
Meloni yanacaq qiymətlərinin məhdudlaşdırılması qərarına görə Prezident Əliyevə təşəkkür etdi

28.09.2026 / 00:02
ABŞ-la İran arasında danışıqların yeni mərhələsi başlayır - Araqçi və Uitkoff bu gün bir araya gələcək…

27.09.2026 / 23:35
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verdi...

27.09.2026 / 23:06
Rusiya Ukraynanın mobil telekommunikasiya operatorunun baş ofisini bombaladı…

27.09.2026 / 18:26
Türkiyə, Oman və BƏƏ ABŞ-ın tələbi ilə İran aviaşirkətlərinin və banklarının fəaliyyətini dayandırdı…

27.09.2026 / 17:31
Rusiyadan Türkiyəyə net mesaj – bizim razılığımız olmadan S-400-ləri sata bilməzsiniz...

27.09.2026 / 15:52
İtaliyada "uzun ətək" qalmaqalı – nazir aranı qatdı, kişi deputatlar ətək geyinib parlamentə gəldilər…

27.09.2026 / 15:19
Xəzərdə 14 hərbçinin ölümündən sonra Qazaxıstan müdafiə naziri vəzifəsindən azad edildi…

27.09.2026 / 14:55
Tehran ABŞ-ın Hörmüzün boğazının açılması ilə bağlı yekun mövqeyini gözləyir…

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

27.09.2026 / 00:03
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım etdi

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ