Cümə günü, 02 oktyabr 2026
     

Erməni radikallar Vaşinqton prosesini pozmağa konstitusiyadan başladılar...

Image


Avqustun 8-də paraflanan “Azərbaycan Respublikası ilə Emənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in mətni yayılıb. Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı 17 bəndlik sənədi ABŞ-da iki ölkənin xarici işlər nazirləri paraflayıblar. Həmin mərasimdə Azərbaycan, ABŞ prezidentləri və Ermənistanın baş naziri də iştirakı edib.

Sənədin ilk maddəsində tərəflər təsdiq ediblər ki, keçmiş SSRİ-nin respublikalarının sərhədləri müvafiq müstəqil dövlətlərin beynəlxalq sərhədlərinə çevrilib və beynəlxalq birlik onları bu şəkildə tanıyıb. Onlar bir-birinin suverenliyini, ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını və siyasi müstəqilliyini tanıyıblar. Eyni zamanda onlar bir-birinə qarşı hər hansı ərazi iddialarının olmadığını və gələcəkdə belə iddialar qaldırılmayacağını da təsdiqləyiblər. Üçüncü maddədə isə Bakı və İrəvanın bir-birlərinə münasibətdə güc tətbiq etməkdən və ya güc tətbiq etməklə hədələməkdən çəkinəcəkləri əksini tapıb. Onlar eyni zamanda öz müvafiq ərazilərindən hər hansı üçüncü tərəfin bir-birlərinə qarşı güc tədbiqi üçün istifadə etməsinə imkan verməməlidirlər. Habelə bir-birinin daxili işlərinə müdaxilədən çəkinməlidirlər. Sazişin ratifikasiya olunmasından sonra isə tərəflər öz aralarında diplomatik münasibətləri qurmalıdırlar.Həmçinin, dövlət sərhədinin delimitasiyası və demarkasiyası haqqında sazişin bağlanması məqsədilə müvafiq sərhəd komissiyaları arasında vicdanla danışıqlar aparmalıdırlar. Üstəlik, qarşılıqlı sərhədə hər hansı üçüncü tərəfin qüvvələrini yerləşdirməməlidirlər. Sərhədlərin delimitasiyası və sonrakı demarkasiyasının başa çatmasına qədər onlar qarşılıqlı razılaşdırılmış təhlükəsizlik və etimad-quruculuğu tədbirləri həyata keçirməlidirlər.Səkizinci maddədə isə dözümsüzlük, irqi nifrət, ayrıseçkilik, separatizm, zorakı ekstremizm və terrorizmin bütün təzahürlərini pislənir. Bu hallarla mübarizədən bəhs edilir. Bütün bunlardan başqa, tərəflər onların hər ikisinin də cəlb olunduğu hərbi münaqişədə itkin düşmüş şəxslərlə bağlı bütün mövcud məlumatların mübadiləsi də daxil olmaqla tədbirlər görməlidirlər. Sənəddə gələcəkdə iqtisadiyyat, tranzit, nəqliyyat, ətraf mühit, humanitar və mədəniyyət daxil olmaqla, müxtəlif sahələrdə əməkdaşlığın təsis edilməsi üçün ayrıca razılaşmalar bağlanması da istisna edilmir. Eyni zamanda, onlar ikitərəfli münasibətlərində beynəlxalq hüququ və bu sazişi rəhbər tutmalıdırlar. Üstəlik, onlardan heç biri özünün daxili qanunvericiliyinin müddəalarına bu sazişi icra etməməyə haqq qazandırmaq üçün istinad etməməlidir. Sənəddə vurğulandığına görə, tərəflər hazırkı sazişin icrasına nəzarət məqsədilə ikitərəfli komissiya təsis edəcəklər. Tərəflər birbaşa məsləhətləşmələr yolu ilə mübahisəli sayılan bütün məsələləri həll etmək istiqamətində çalışmalıdırlar. Bu məsləhətləşmələr 6 ay ərzində onlar üçün məqbul nəticə verməzsə, tərəflər mübahisələrin dinc yolla həllinin digər vasitələrinə müraciət etməlidirlər. Onlar hər hansı bir hüquqi müstəvidə aralarında mövcud olan bütün dövlətlərarası iddiaları, şikayətləri, etirazları, iradları, icraatları və mübahisələri bu Sazişin qüvvəyə mindiyi gündən bir ay ərzində geri çəkməli və ya hər hansı bir formada həll etməlidirlər. Saziş tərəflərin öz milli qanunvericiliklərinə uyğun olaraq daxili prosedurların bitməsi barədə bildiriş sənədlərinin mübadiləsindən sonra qüvvəyə minəcək. Bütün bunlar prosesin Azərbaycanın istədiyişəkildə cərəyan etdiyini göstərir. Nikol Paşinyan hakimiyyəti bu razılaşma ilə həm beynəlxalq səviyyədə sülhün alternativinin olmamasına dair öhdəlik götürüb, həm də qarşıdakı seçkilər ərəfəsində siyasi rəqibləri üzərində üstünlüyünü gücləndirib. Birgə Bəyannamənin imzalanması, yekun sülh sazişi layihəsinin paraflanması, Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizinin (“Tramp sülh yolu”nun (TRIPP) reallaşması istiqamətində iradə nümayişi erməni cəmiyyətinə konkret və real nəticələr vəd edir. Dəhlizin 99 il müddətində ABŞ şirkətinə icarəyə verilməsi dayanıqlı sülh və sabitlik baxımından da həlledici məqamdır. Eyni zamanda, razılaşmalar yekun sülh sazişinə mane olan əsas məsələnin – Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialara imkan verən müddəaların gələn il keçiriləcək referendum nəticəsində dəyişdiriləcəyinə siyasi zəmin yaradır. Ermənistanda radikal-revanşist qüvvələrin bu prosesə qarşı etirazları, bəyanat və iddiaları, əlbəttə ki, gözlənilən haldır. Lakin onların avantürist ritorikası artıq regional və qlobal siyasi reallıqları dəyişmək gücündə deyil. Belə ki, bu razılaşmalar həm ABŞ, həm də digər beynəlxalq oyunçular tərəfindən dəstəklənir, geriyə hansısa yol qoymur. Ermənistan cəmiyyəti getdikcə başa düşür ki, separatizm və əsassız iddialar ölkəni yalnız təcrid vəziyyətində saxlayır, iqtisadi inkişafı ləngidir, sosial problemləri dərinləşdirir. Lakin Ermənstanda radikal mövqe sərgiləyənlər artlq sülh sazişinə qarşı çıxmağa can atırlar.

Hazırda radikal mövqedə olan qüvvələr əsas etibarı ilə ölkədə konstitusiya dəyişikliyinə ənəgəl olmağa can atırlar, bunun üçün çağırışlar edirlər. Xatırladaq ki, Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialar sülh üçün sonuncu maneədir. Demokratik Alternativ Partiyasının sədri Suren Surenyants bildirir ki, Ermənistanın baş naziri Nikol Paşinyan çox güman ki, gələn ilin iyununda keçirilməsi nəzərdə tutulan konstitusiya üzrə referendum və parlament seçkilərini birləşdirməli olacaq. Onun sözlərinə görə, birincisi, ölkə hakimiyyətinə kənardan tapşırıq verilib: “Məlum olduğu kimi, Azərbaycanın da israrlı olduğu konstitusiyanın dəyişdirilməsidir. Ancaq ölkənin özündə bu ideya hakimiyyətə lazım olan dəstəyi tapa bilmir. Və ayrıca referendumun keçirilməsi Paşinyan üçün uğursuzluqla doludur. Konstitusiya dəyişikliklərinin seçkilərlə birgə təşkili, əhalinin total şəkildə yeni müharibə ilə qorxudulması, inzibati resurslardan kütləvi şəkildə istifadə olunması istənilən nəticəni əldə etməyə imkan verəcək. Referendumun seçkilərlə birləşdirilməsi baş nazir üçün “həyat kəmərinə” çevrilə bilər. Paşinyan isə Vaşinqtonda imzalanmış sənəddən parlament seçkiləri öncəsi daxili siyasi kozır kimi istifadə etmək niyyətindədir. Baş nazir özünü sülh gündəminin daşıyıcısı kimi göstərməyə çalışacaq, eyni zamanda mövcud proseslərlə razılaşmayanların hamısını nüfuzdan salacaq və onlara hücum edəcək. Paşinyan rəqiblərini sülh əleyhdarları kimi təqdim edəcək”. Ermənistanda gedən proseslərə Qərbin münasibətindən danışan politoloq bildirib ki, nə ABŞ-a, nə də başqalarına demokratiyanı təbliğ edəcəklərinə ümid bəsləmək olmaz. Vaşinqtonun öz maraqları var və o, Amerikanın geosiyasi tapşırıqlarının həyata keçirilməsi yolunda Ermənistanın daxilindəki bütün maneələrin aradan qaldırılmasından faydalanır. Bundan əvvəl Nikol Paşinyan ölkə üçün yeni konstitusiyanın qəbul edilməsinin zəruriliyini açıq şəkildə bəyan edib. Ədliyyə naziri Srbuhi Qalyan isə bildirib ki, yeni əsas qanun layihəsinin mətni hazırlanma mərhələsindədir. Bunlar fonunda Rusiya Erməniləri Birliyinin sədri Ara Abrahamyan qeyd edir ki, Paşinyan beynəlxalq aləmdə yaşadığı, Vaşinqtonda iki qalib və bir məğlubun iştirakı ilə keçirilən sammitdə zirvəyə çatan alçaldılma hissi ilə bağlı bütün narazılığını öz xalqının üzərinə tökəcək. O bildirib ki, Paşinyan Erməni Apostol Kilsəsinə təzyiq siyasətini davam etdirəcək və Vaşinqtondakı görüş Ermənistan üçün heç bir əhəmiyyətli nəticə vermir: “Onlar ona nə hüquqi, nə də başqa formada təhlükəsizlik zəmanəti verirlər. Sadəcə qarşılıqlı şəkildə intiqam alınmayacağı barədə vədlərdən və yaxın parlaq gələcək haqqında sözlərdən başqa heç nə yoxdur”. Hesab edilir ki, Nikol Paşinyan heç bir radikal qrupun və separatçı qüvvənin diktəsinə boyun əyməməlidir. Ermənistan öhdəliklərini nə qədər tez yerinə yetirsə, sülh müqaviləsinin imzalanma tarixi də bir o qədər yaxın olacaq. Radikal qüvvələrin sosial bazasının zəifliyi fonunda onlar prosesə müdaxilə etməkdə çətinlik çəkir. Kənar qüvvələrin isə dəstəyi hansısa nəticə vermir.

Nahid SALAYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

SON XƏBƏRLƏR

01.10.2026 / 23:12
Yağıya “can” demə... düşmənə əyilmə... Dilican dərəsi...

01.10.2026 / 22:55
Britaniyada “Brexit” müzakirələri yenidən başladı - AB-yə qayıtmaq üçün ikinci referendum gündəmdə…

01.10.2026 / 22:38
Dissertasiyaların rus dilində yazılmasının yaratdığı problemlər

01.10.2026 / 21:51
Putin Tokayevi Ukrayna müharibəsinin əsl səbəbinə inandıra bilmədi - Peskov sirr “sızdırdı”...

01.10.2026 / 21:35
Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

01.10.2026 / 21:12
Ukrayna müharibəsində can qoyan Şimali Qafqaz, ən aşağı maaş da Şimali Qafqazda...

01.10.2026 / 20:56
Türkiyədəki S-400 raketləri ilə bağlı Kreml başqa siyasətə başlayıb...

01.10.2026 / 20:47
Putin “Ukrayna ssenarisi”nin başqaları tərəfindən yazıldığını dedi - Rusiya oyuna sürüklənib?..

01.10.2026 / 20:39
Bakı – İrəvan sülhü yolunda son maneə BMT kürsüsündə səsləndirildi...

01.10.2026 / 20:24
Dubay-Təl-Əviv təyyarəsinə tələsik “islam terroru” damğası vuruldu... Uydurma olmaya...

01.10.2026 / 20:10
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olunacaq...

01.10.2026 / 19:49
İran səfiri Gürcüstandan qovulur... "ABŞ-la yaxınlaşsanız, gürcü kraliçanın rüsvayçı faciəsi açılacaq"...

01.10.2026 / 19:34
Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

01.10.2026 / 19:23
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb

01.10.2026 / 19:18
Rusiya Ermənistanı “qaz rıçağı" ilə inqilaba sürükləyir...

01.10.2026 / 19:01
Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

01.10.2026 / 18:43
Naxçıvan Ali Məclisinin deputatının mandatı ləğv edildi

01.10.2026 / 18:29
"Azərbaycan–Avropa İttifaqı tərəfdaşlığı strateji əhəmiyyət daşıyır" - Hikmət Hacıyev

01.10.2026 / 18:14
Finlandiyada parlament üzvlərinin evlərinə sirli basqınlar ölkəni ayağa qaldırdı...

01.10.2026 / 17:58
Ermənistan Rusiya və ABŞ-ın yeni nüvə poliqonuna çevrilir, vurnuxan İrəvan kimdən mədət umacağını bilmir

01.10.2026 / 17:20
Tramp ABŞ seçkilərindən sonra İrana qarşı yeni hücumu istisna etmədi...

01.10.2026 / 17:02
ABŞ-ın kritik xammallar layihəsi Ermənistanı Azərbaycana qarşı yeni intriqalara həvəsləndirə bilər...

01.10.2026 / 16:49
“Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək" - Zakir Həsənov

01.10.2026 / 16:36
Azərbaycanda 5 milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri yaxalandı

01.10.2026 / 16:19
Nazir Vilayət Eyvazov MDB-nin DİN Şurasının iclasında iştirak edib - FOTO

01.10.2026 / 16:07
Almaniya-Rusiya "iqtisadi-ticarət müharibəsinin" yeni dövrü başladı...

01.10.2026 / 15:39
Əbədiyyət günəşinə dönən Vətən sevdalıları...

01.10.2026 / 15:34
Elektron köçürmələrə 20 minlik məhdudiyyət qoyuldu...

01.10.2026 / 15:17
Paşinyan: "Sülh sazişinin imzalanması və ratifikasiyası strateji prioritetlərindən biri olmalıdır"

01.10.2026 / 14:56
“Universitetdən çıxarılmağımın qarşısını Mir Cəlal Paşayev aldı” – Nizami Təhməzov

01.10.2026 / 14:55
Tramp Rusiya sanksiyalarını bu bəhanə ilə yumşaltmaq istəyir... Siyasi dustaqlar...

01.10.2026 / 14:25
Rusiya – Ukrayna müharibəsi: imkanlar və gözləntilər

01.10.2026 / 14:17
“Rusiyadan qazın qiymətinin artırılması ilə bağlı heç bir siqnal almamışıq” - Paşinyan

01.10.2026 / 13:45
Azərbaycan Orta Kür hövzəsindən neft və qaz hasil edəcək, amma...

01.10.2026 / 13:22
Rusiya Macarıstanın Moskva, Kazan və Sankt-Peterburqdakı diplomatlarını ölkədən qovdu...

01.10.2026 / 12:48
Şafkat Mirziyoyev yaxın günlərdə Bakıya səfər edəcək

01.10.2026 / 12:36
Xəzər rayonunda saxlanan şəxsdən 36 kq narkotik aşkarlanıb

01.10.2026 / 12:19
“Feyk xəbərlərdən qorunmaq üçün media savadlılığı ən aktual məsələdir”

01.10.2026 / 12:06
Rusiya NATO-ya gizli nota göndərdi - Kalininqradın blokadasına cəhd edilsə alyans üzvlərinə nüvə zərbələri endirəcəyik…

01.10.2026 / 11:21
Estoniya Rusiya və Belarusdan taxıl tranzitini qadağan etdi…

01.10.2026 / 11:17
"Etibarlı strateji tərəfdaşımız olan Çin ilə münasibətlərimizin inkişafına xüsusi əhəmiyyət veririk" - Prezident

01.10.2026 / 11:15
Prezident İlham Əliyev Cinpini təbrik etdi

01.10.2026 / 11:00
Kürdəmirdə toyda zəhərlənənlərin sayı 91-ə çatdı - AQTA araşdırmalara başladı...

01.10.2026 / 10:56
"Dezinformasiyaya qarşı mübarizədə peşəkar medianın rolu xüsusi əhəmiyyət daşıyır" - Xələf Xələfov

01.10.2026 / 10:33
Prezident: "Media savadlılığının artırılması etimadın dayanıqlı əsaslarının yaradılmasının mühüm şərtlərindəndir"

01.10.2026 / 10:31
"Media ictimai rəyin formalaşmasına, dialoq və əməkdaşlıq imkanlarına təsir göstərə bilən qüvvədir" - Prezident

01.10.2026 / 10:29
Prezident: "AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir"

01.10.2026 / 10:27
"AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır" - Prezident

01.10.2026 / 10:26
Prezident İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət etdi

01.10.2026 / 10:22
Pilotları əlbəyaxa olan "FlyDubai” təyyarəsini santexnikin xilas etdiyi ortaya çıxdı…

01.10.2026 / 10:18
Bakıda ilk AQEM Media Forumu keçirilib - FOTO/YENİLƏNDİ

01.10.2026 / 10:09
Tramp İranla bağlı nə edəcəyinə hələ qərar verməyib - ya onları partladacağıq, ya da…

01.10.2026 / 09:51
"Bu il Azərbaycan-ABŞ münasibətləri üçün çox uğurlu bir il oldu" - Emi Karlon

01.10.2026 / 09:29
Rubio Əraqçinin ABŞ-dan dərhal çıxmasını tələb etdi – BMT-dəki görüşün pərdəarxası açılır…

01.10.2026 / 09:05
Tramp dizelin bahalaşmasını yenə də Ukraynanın Rusiyaya hücumu ilə əlaqələndirdi...

01.10.2026 / 00:25
Kürdəmirdə toyda kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanaya müraciət etdi...

01.10.2026 / 00:05
Tiflislə Tehran arasında gərginlik - İran səfiri Gürcüstan XİN-ə çağırıldı…

30.09.2026 / 22:43
23 illik işğal dövrü rəsmən başa çatdı - ABŞ qoşunları İraqdan çıxarıldı...

30.09.2026 / 22:20
Dağlıq ərazilərdə unudulmuş və dağılmış Alban məbədlərinin bərpası gündəmdə...

30.09.2026 / 22:01
Azərbaycanlılar Rusiyadan 20 min manatdan çox pul çıxara bilməyəcək...

30.09.2026 / 21:47
Kolleclərə qəbul planı da, tələbə marağı da azalıb...

30.09.2026 / 21:30
Rus nazir Ermənistana xəbərdarlıq etdi - elektrik 2 dəfə bahalaşa bilər...

30.09.2026 / 21:11
Tramp Rusiyaya qarşı zəif sanksiyalar müqabilində nə istədi?..

30.09.2026 / 21:06
Rusiya və İrana qarşı sanksiyalar Ermənistanda benzin-dizel fəlakəti yaradıb - ümid qaldı Azərbaycana...

30.09.2026 / 20:23
Ruslara əbədi düşmənçilik elan edən ölkədə ruspərəst partiya hakimiyyətə gəlmək üzrədir...

30.09.2026 / 20:10
Azərbaycanın MN-lə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalandı - FOTO

30.09.2026 / 20:06
Netanyahunun Dubaya bir neçə saatlıq gizli səfəri təsdiqlənir - Seçki xofu artır...

30.09.2026 / 19:49
Əliyev xalqın 20-ci əsr tarixi üçün spesifik xüsusiyyətini açıqladı...

30.09.2026 / 19:33
İrəvanda qondarma “Arsax”ın rəhbərlərinin sığınacaq ofisi hələ fəaliyyətdədir...

30.09.2026 / 19:19
Tramp öz danışıqçıları vasitəsilə İrana verdiyi sözü inkar etdi - "Axios tam yalan yazıb"...

30.09.2026 / 19:15
Putin partiyasının yeni deputatları Dumadan kütləvi istefa verir - ssenari...

30.09.2026 / 19:02
Milli futbolumuza dövlət bundan artıq daha nə etsin?! - Dirçəliş yoxdu...

30.09.2026 / 18:55
Azərbaycanın və Türkiyənin birgə istehsalı olan zərbə PUA-sı nümayiş etdirildi

30.09.2026 / 18:47
Azərbaycan istehsalı olan 30 millimetrlik QK qumbaraatanı beynəlxalq sərgidə nümayiş etdirilir

30.09.2026 / 18:38
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə ADEX sərgisindən görüntülər paylaşılıb - VİDEO

30.09.2026 / 18:10
Süni intellekt kütləvi insan ölümü törədə bilər, qorxunc xəbərdarlıq - təhlükə 10 faizə çatır...

30.09.2026 / 17:59
Koreya Rusiya müharibəsinə daha 10 min əsgər göndərir - əvəzində İran dronları...

30.09.2026 / 17:34
“Nar” “AiNar” rəqəmsal köməkçisini istifadəyə verdi

30.09.2026 / 16:51
Qaçırıldığı deyilən Dubai təyyarəsi ilə bağlı yeni xəbər - pilotun biri digərini bıçaqladı…

30.09.2026 / 16:37
Ölkədə 33 min ictimai avtobusun 60 faizinin taleyi sual altındadır...

30.09.2026 / 16:23
Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edildi

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ