Cümə axşamı günü, 09 iyul 2026
     

"Erməni njdeizmi" BMT-də sarsıdıcı zərbə aldı...

Image


Birləşmiş Millətlər Təşkilatının İrqi ayrıseçkiliyin ləğv edilməsi üzrə Komitəsinin 114-cü sessiyasında Ermənistanın faşist ideologiyasına sadiqliyi, bu zəmində törətdiyi əməllərin ifşası İrəvan üçün böyük zərbə olub. 

Qeyd edək ki, BMT-nin İrqi ayrıseçkiliyin ləğv edilməsi üzrə Komitəsinin 114-cü sessiyası çərçivəsində dekabrın 3-də Ermənistanın dövrü məruzəsinə baxılıb. Ermənistan üzrə məruzəçi Yeung Tsık Yuen Yeung Kam Con Komitənin bu ölkədə irqçi təşkilatları və bu təşkilatlarda iştirakı kriminallaşdıran qanunvericiliyin olmadığından narahatlığını ifadə edib və son dövrlər ərzində nifrət zəminində baş vermiş cinayətlər barədə danışıb. Erməni kimliyinin azlıqlara qarşı dözümsüzlüyə haqq qazandırmaq üçün istifadə olunduğunu bildirən ölkə üzrə məruzəçi Ermənistanda etnik və milli mənsubiyyətinə görə insanlara qarşı nifrət zəminində çıxışların olduğuna diqqəti çəkib və azərbaycanlılara və türklərə qarşı da bu cür çıxışların edildiyini vurğulayıb. O, Ermənistanda faşist rejimi ilə əməkdaşlıq etmiş və insanlığa qarşı cinayətlər törətmiş Qaregin Njde kimi şəxslərə heykəlin ucaldılması barədə komitəyə məlumatların daxil olduğunu bildirib. Bu xüsusda, Ermənistanda məktəb kurrikulumunun tarixin bütün aspektlərini necə nəzərə aldığını və ayrı-seçkilik olmadan tolerantlıq mühitini necə təşviq etdiyini sorğu edib. Eyni zamanda, bir neçə gün öncə Azərbaycan əsilli Gürcüstan vətəndaşının Ermənistanda təcili eniş etmiş təyyarədən enməsinə icazə verilməməsi məsələsini qaldıraraq, erməni nümayəndə heyətindən bununla bağlı açıqlama istəyib. Ermənistan nümayəndə heyətinin rəhbəri, bu ölkənin xarici işlər nazirinin müavini Vahan Kostanyan vəziyyətdən çıxmağa çalışaraq, Ermənistan hakimiyyətinin üzləşdiyi çətinlikləri qabartmağa çalışıb. Çıxışında ölkəsinin tolerantlıq diyarı olduğunu sübut etməyə çalışan Vahan Kostanyan sualın ağırlığını hiss edərək, məktəb kurrikulumunun yenidən nəzərdən keçirildiyini bildirməyə məcbur qalıb. Q.Njdenin adını deməyə belə çəkinən V.Kostanyan istinad edilən şəxsin məhz XX əsrin əvvəlində, daha sonradan deyil, Ermənistan və erməni xalqı üçün vacib tarixi şəxsiyyət olduğunu deməklə Q.Njdenin faşist olduğunu təkzib edə bilməyib. Bu cavabla kifayətlənməyən məruzəçi Yeung Sık Yuen Yeung Kam Con bu yaxınlarda belə heykəlin ətrafında mərasimlərin keçirilməsinin həmin şəxsin cəmiyyət üçün hələ də aktual olduğuna dəlalət etdiyini vurğulayıb. Qeyd edək ki, "Daşnaksütyun" partiyasının üzvü olmuş Qaregin Njde II Dünya Müharibəsi dönəmində Hitler Almaniyası ilə əməkdaşlıq edib. O, ermənilərdən ibarət birləşmələrə rəhbərlik edərək faşist ordusu ilə birlikdə Krımda və Qafqaz cəbhəsində vuruşub. Bir sıra kütləvi qətllərin və insanlıq cinayətlərinin müəllifi olan Njde SSRİ kəşfiyyatı tərəfindən müharibə dövründə həbs olunub və 1955-ci ildə həbsxanada ölüb. Müxtəlif vaxtlarda faşist Njdenin təbliği üçün görülən işlər Azərbaycan tərəfindən ifşa edilib. Ermənistanın nasizmin təbliği yolunda gördüyü işlər qınaq obyektinə çevrilib.

İndi bütün dünyada qəbul edilir ki, beynəlxalq öhdəliklərinə məhəl qoymayan Ermənistan irqçi siyasətini davam etdirir. Bu ölkə azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtmasının qarşısını alır, bəşəriyyətə qarşı cinayətlər, o cümlədən azərbaycanlılara qarşı terror aktları törətmiş Qaregin Njde, Andranik Ozanyan, Drastamat Kanayan, Monte Melkonyan kimi ünsürləri dövlət səviyyəsində vəsf, njdeizm kimi irqçi ideologiyanı təbliğ edir. Ermənistanın rəsmi ideologiyasında "Azərbaycanofobiya" siyasəti hökm sürür. Gənc nəslə yenə Azərbaycan xalqına nifrət aşılanır. Ermənistanın a təcavüzkar və hücum xarakterli hərbi doktrinası və milli təhlükəsizlik strategiyası qəbul edilib. Milli təhlükəsizlik strategiyasında irqçi, şovinist və "Azərbaycanofob" fikirlər əks olunub. Etnik və dini zəmində nifrət, düşmənçilik və dözümsüzlük Ermənistan siyasətinin əsasını təşkil edir. Ermənilərin ideologiyalarında türklərə nifrət, onlara qarşı mübarizə aparmaq təlqin olunur. Ermənistanın sabiq prezidentləri Serj Sarkisyan və Robert Köçəryan öz çıxışlarında vurğulayıblar ki, azərbaycanlılar və ermənilər uyğun deyil, onlar birgə yaşaya bilməzlər. Britaniya jurnalisti Tomas de Vaala müsahibəsində Serj Sarkisyan deyib: "Xocalıdan qabaq azərbaycanlılar bizim onlarla zarafat etdiyimizi, ermənilərin mülki əhaliyə əl qaldıra bilməyən xalq olduğunu düşünürdülər. Biz bu stereotipi sındıra bildik və bütün bunlar baş verdi". Sarkisyan Qarabağda bir növ etnik təmizləmənin baş verdiyini etiraf edərək əlavə edib: "Əks təqdirdə bu mümkün deyildi". Köməksiz və silahsız mülki əhalinin məhv edildiyi Xocalı şəhərinə edilən xaincəsinə hücum zamanı Sarkisyan yüksək rütbəli komandirlərdən biri idi. Bunlar bir daha göstərir ki, Ermənistanda dövlət səviyyəsində Azərbaycana və onun əhalisinə qarşı nifrətin qızışdırılması və dəstəklənməsi siyasəti həyata keçirilir. Şübhəsiz ki, Ermənistan etnik nifrət siyasətindən çəkinməli və münaqişədən sonrakı sülh quruculuğu prosesini, iki xalqın dinc yanaşı yaşamasını bərpa etmək üçün tədbirlər görməlidir. Həm siyasi sabitlik, həm də iqtisadi inkişaf baxımından yalnız Azərbaycan və Ermənistan deyil, bütün bölgə bundan faydalanacaq. Lakin bu reallığı erməni tərəfi hələ də qəbul edə bilmir.

Samirə SƏFƏROVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Dövlət qurumlarının portal və mobil tətbiqləri birləşdirilir - Mehriban Əliyevanın rəhbərlik etdiyi Şura böyük islahatlar mesajını verdi...

Xırdalan Xəstəxanasına qarşı kəskin iddia - orqan köçürülmüş xəstələr ölüm təhlükəsində?...

Əmək pensiyası yaşına görə qonşular bizi bir neçə il qabaqlayır...

SON XƏBƏRLƏR

08.07.2026 / 22:51
Azərbaycan Ukraynaya təhlükəsizlik sektorunda da dəstək verir - Zelenskidən ilginc açıqlama...

08.07.2026 / 22:24
Özbəkistan Türk dünyasına birləşmək üçün əlifbasına "əl gəzdirir"

08.07.2026 / 22:18
QDF “Qarabağın Rəngləri” (2026) layihəsində iştirak edən gənc rəssamları mükafatlandırdı

08.07.2026 / 22:07
Kapadokiyada atçılıq irsi “II Kapadokiya At və Atçılıq Mədəniyyəti Festivalı” ilə qeyd olundu

08.07.2026 / 21:50
Tramp Kiyevə Patriot istehsalı üçün lisenziya vəd etdi

08.07.2026 / 21:45
ABŞ-la imzalanmış sənəd rəqəmsal inkişafımızda xüsusi təsirli rol oynayacaq...

08.07.2026 / 21:21
Ərdoğan raketlərdən imtina etməsə, Tramp F-35-i verməyəcək...

08.07.2026 / 21:04
20 dünya nəhənginin Zirvəsinə dəvət edilmiş bir neçə ölkədən biri olduq...

08.07.2026 / 20:45
Beyləqanda 17 ana qoyun zəhərlənərək tələf olub - Dövlət qurumlarının operativ reaksiyası necə olmalıdır?

08.07.2026 / 20:31
Tramp Ankarada elə bir bəyanat verdi ki, 907- ni ləğv etməsə...

08.07.2026 / 20:16
NATO-nun Ankara Zirvəsinin yekun Bəyannaməsi açıqlandı - Rusiya "uzunmüddətli təhdid" elan edildi...

08.07.2026 / 20:03
Tramp Zelenskiyə "Patriot" verəcəyini və Putinlə danışacağını açıqladı

08.07.2026 / 19:41
Müdrik və uzaqgörən siyasət, milli maraqların müdafiəsi – ŞƏRH

08.07.2026 / 19:03
Natenyahu Türkiyə məsələsində də Trampı yoldan çıxarmağa çalışır - F35 olmasa...

08.07.2026 / 18:44
Tramp İrana yeni hücum dalğasının anonsunu verdi - Xark adasını ələ keçirəcəyik...

08.07.2026 / 18:31
“Any Unboxing” dələduzluq piramidası ifşa edildi - 300-dən çox zərərçəkmiş... - VİDEO

08.07.2026 / 18:20
Zərbələrdən sonra Tramp İranı tənqid etdi: "Xəstə insanlardan nifrət edirəm"

08.07.2026 / 18:08
Balakəndə sel səbəbindən çayda köməksiz qalan şəxs xilas edildi - VİDEO

08.07.2026 / 17:51
Balakəndə bir nəfəri sel apardı...

08.07.2026 / 17:39
Moskva Paşinyanın qarşısında yeni şərtlər qoyur...

08.07.2026 / 16:45
"Nə Türkiyə əvvəlkidir, nə də NATO"

08.07.2026 / 16:35
Ermənistanda küçə döyüşləri başlayır - ölkədə siyasi gərginlik pik həddə...

08.07.2026 / 16:29
NATO böyük sınaq ərəfəsində - qurum ya dağılacaq, ya da...

08.07.2026 / 16:23
Rusiyada 45 yeni maddə - azərbaycanlılar da deportasiya olunacaq...

08.07.2026 / 16:08
Pirşağıda avtomobillərin düşdüyü quyu ilə bağlı RƏSMİ AÇIQLAMA...

08.07.2026 / 15:51
ABŞ razılaşmanı pozdu - İran nefti ilə bağlı 60 gün gözləyə bilmədi...

08.07.2026 / 15:45
İranla danışıqlar məsələsi bitdi, onları xəstələr idarə edir - Tramp baltanı kökündən vurdu...

08.07.2026 / 15:37
2 vəkilə töhmət verildi, 4 vəkilə xəbərdarlıq edildi

08.07.2026 / 15:31
Azərbaycan-Çex Hökumətlərarası Komissiyanın həmsədri dəyişdi

08.07.2026 / 15:30
"Avropa Yaşıl Enerji Dəhlizi" layihəsi icra mərhələsinə keçdi

08.07.2026 / 15:28
İçərişəhərdə tikinti-bərpa işlərinin aparılması qadağan olundu...

08.07.2026 / 15:25
Şuşada abidələrin razılaşdırılmadan başqa yerə köçürülməsi qadağan olundu

08.07.2026 / 15:24
Bir sıra diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbə verildi

08.07.2026 / 15:18
Arktika Rusiya-Çin dostluğuna ziyan vura bilər...

08.07.2026 / 15:06
Tramp Ankarada İspaniyanı sərt tənqid etdi - onları çiyinlərimizdə daşımamalıyıq...

08.07.2026 / 15:03
Tramp NATO- ya gələn kimi "Qrenlandiya" dedi - aləm yenə qarışdı...

08.07.2026 / 14:47
Ukrayna Rusiyanın Azovdakı “kölgə donanması”nı bitirir - 72 saatda 21 gəmi vuruldu...

08.07.2026 / 14:40
Xocavəndin Güneyxırman və Quzeyxırman kəndlərinə ilk köç...

08.07.2026 / 14:25
Ukrayna Rusiyanın daha üç neft emalı zavodunu vurdu...

08.07.2026 / 14:10
Yaxın Şərqdə gərginlik yenidən artdı – ABŞ İranda 80-dən çox hədəfi vurdu, Tehrandan sərt cavab gəldi...

08.07.2026 / 14:04
Nazir Yaxın Şərqdəki Azərbaycan vətəndaşlarını rəsmi xəbərdarlıqlara əməl etməyə çağırdı

08.07.2026 / 13:53
İrandan Azərbaycana iri həcmdə narkotik keçirilməsinin qarşısı alındı

08.07.2026 / 13:44
Tramp İrana zərbə əmrini birbaşa NATO sammitindən verdi...

08.07.2026 / 13:40
"Azərbaycan-Ermənistan razılaşması regionda sülhə töhfə verəcək" - İordaniya XİN

08.07.2026 / 13:36
Azərbaycanın Quru Qoşunları genişmiqyaslı təlimə başladı - FOTO/VİDEO

08.07.2026 / 13:26
Sabirabadda 10 kiloqrama yaxın narkotik aşkarlandı

08.07.2026 / 13:10
Tramp İranla atəşkəs razılaşmasının bitdiyini rəsmən elan etdi...

08.07.2026 / 13:04
DYP kənd təsərrüfatı texnikaları ilə bağlı fermerlərə müraciət etdi

08.07.2026 / 12:52
Azərbaycanla İordaniya arasında yeni sazişlər imzalandı, vizasız rejim elan olundu...

08.07.2026 / 12:34
Paşinyan İran-Ermənistan yollarında 22 milyon dollar "atmış" müxalif lideri həbs etdirdi...

08.07.2026 / 11:50
İran ABŞ-ın hücumlarından sonra sazişin əsas müddəalarının etibarsız olduğunu elan etdi

08.07.2026 / 11:14
Dünyada bir adamlıq ilk uçan taksi sınaqdan keçirildi...

08.07.2026 / 10:55
Prezident İlham Əliyev İordaniya Baş nazirinin müavini, xarici işlər və mühacir məsələləri nazirini qəbul edib - FOTO

08.07.2026 / 10:53
Beyləqanda şəkər çuğunduru fiaskosu...

08.07.2026 / 10:37
Dövlət televiziyası illərlə yalan təbliğat apardığına görə üzr istədi və özünü qapatdı...

08.07.2026 / 09:49
NATO ABŞ-nin İrana son hücumunu zəruri hesab edir...

08.07.2026 / 09:31
Suqovuşanda işçiləri daşıyan mikroavtobus aşdı - yaralılar var...

08.07.2026 / 07:20
Netanyahu Türkiyyəyə F35-lərin verilməsini yolverilməz sayır - “güc balansını pozacaq…”

08.07.2026 / 07:13
Xamenei və ailə üzvləri Kərbəlada dəfn olunacaq

08.07.2026 / 07:09
Hörmüz yenə “yanğın yerinə” döndü, ABŞ İranın lisenziyasını ləğv etdi…

07.07.2026 / 22:12
Kreml Zelenskinin vurduğu YDS-lərin acığını “Azərbaycanın əmlakından çıxır”...

07.07.2026 / 21:48
Sabiq prezidentlərin Qarabağda taladıqları əllərindən alındı...

07.07.2026 / 21:24
Putinin Kiyevdə yaşayış binalarını vurdurmasının arxasındakı sirr... Təhlilçilərdə fərqli fikir...

07.07.2026 / 21:07
"Azərbaycan xalqının öz Liderinə sevgisi, inamı, etimadı sonsuzdur" - Vüqar Rəhimzadə

07.07.2026 / 20:50
Tramp Ukraynada sülh barədə inanılmaz sözlər dedi...

07.07.2026 / 20:28
Sahibkarlara böyük şans açılır - üstəlik “qapı-qapı gəzməyə” son veriləcək...

07.07.2026 / 20:11
İran müharibəsi qlobal enerji təminatında yeni böhran yaradıb...

07.07.2026 / 19:45
Nazir Vilayət Eyvazov Lerikdə vətəndaş qəbulu, Lənkəranda sıra baxışı keçirdi - FOTO/VİDEO

07.07.2026 / 19:37
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam edir

07.07.2026 / 19:21
Putinlə Zelenskinin arasında Trampın balans planı - sammitdən əvvəlki zənglərin mənası...

07.07.2026 / 19:05
Ərdoğan F-35-lərlə bağlı açıqlama – Trampdan beş təyyarənin sözünü almışıq...

07.07.2026 / 18:53
Ceyhun Bayramov ABŞ senatoru ilə görüşdü

07.07.2026 / 18:46
Tramp Ankarada Ukrayna müharibəsindən danışdı - Putin də, Zelenski də razılaşmaq istəyir...

07.07.2026 / 18:23
Mətbuat Şurasında mərhum jurnalist Mirzə Əsgərovun 70 illik yubileyi ilə bağlı toplantı keçirildi

07.07.2026 / 18:10
Sosial şəbəkələrdə satılan “arıqlama” məhsullarında təhlükəli maddə aşkarlandı

07.07.2026 / 17:52
Trampın Ankarada ilk mesajları - Türkiyəyə qarşı sanksiyalar ləğv ediləcək...

07.07.2026 / 17:36
İsrail Azərbaycanın da qırmızı xəttini keçir - yəhudi ölkəsində dərin narahatlıqlar var...

07.07.2026 / 17:20
AQTA-nın qərarı ətin qiymətini bir qədər də artıracaq

07.07.2026 / 16:56
İsrail Livanın bütün cənubunu ilhaq etməyə hazırlaşır...

07.07.2026 / 16:42
Rusiyada miqrantlar üçün 45 maddəlik deportasiya siyahısı hazırlandı

07.07.2026 / 16:07
2029-cu ildə Azərbaycanda əhali siyahıya alınacaq

Rəqəmsal İnkişaf Şurası ilə süni zəka və kibertəhlükəsizliyin yüksəliş yoluna çıxdıq...

XƏBƏR ARXİVİ