Cümə axşamı günü, 29 oktyabr 2026
     

Qafqaz yanacaq - Qərbin Gürcüstan və Ermənistan planları baş tutsa...

Image


Gürcüstanın Konstitusiya Məhkəməsi oktyabrın 26-da keçirilən seçkilərin nəticələrinin ləğvi ilə bağlı ölkə prezidentinin və bəzi müxalifət partiyalarının iddia ərizəsini qəbul etməyib. Məhkəmə iddiaları əsassız adlandırıb.

Qeyd edək ki, oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkilərində hakim "Gürcü Arzusu- Demokratik Gürcüstan" partiyası qalib gəlib. Amma prezident Salome Zurabişvili və müxalifət təmsilçiləri seçkinin nəticələrini tanımaqdan imtina etmiş, səsvermənin nəticələrinin ləğvi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət etmişdi. Onların iddiaları əsassız hesa olunub. Buna rəğmən proses göstərir ki, kənar qüvvələr Gürcüstanda xaotik durum yaratmaqda israrlıdırlar. Bunun üçün ölkəyə xeyli sayda diversant da göndərilib. "Gürcü Arzusu-Demokratik Gürcüstan" Partiyasının icraçı katibi Mamuka Mdinaradze qeyd edir ki, Tiflisdə keçirilən etiraz aksiyalarında saxlanılanların 30 faizi xarici ölkələrin vətəndaşlarıdır. Onun sözlərinə görə, təkcə bir gecədə saxlanılan 10 nəfərdən 8-i xarici ölkə vətəndaşlarıdır. Saxlanılanlar arasında ABŞ, Böyük Britaniya və Niderland vətəndaşları var: "Ən radikal etirazçılar arasında xarici vətəndaşlardan əlavə, keçmiş baş nazir Giorgi Qaxariyanın "Gürcüstan üçün" və "Birləşmiş Milli Hərəkat" partiyasının fəalları da olub". "Vahid neytral Gürcüstan" ictimai hərəkatının nümayəndəsi Vato Şakarişvili bildirir ki, xarici qüvvələrin Gürcüstanın işlərinə kobud müdaxilələrindən qorunmaq lazımdır: "Çünki biz dəfələrlə gördük ki, xaricdən gələn siyasətçilər və diplomatlar bütün beynəlxalq münasibətləri, diplomatik qaydaları pozaraq birbaşa müxalifətin tərəfini tuturlar. Onlar Gürcüstanda hakimiyyətin qeyri-demokratik yolla dəyişdirilməsi uğrunda mübarizə aparırlar. Çünki onlara məhz diktələri ilə işləyəcək qüvvələr lazımdır". Onun sözlərinə görə, Avropa İttifaqının səfiri Pavel Herçinski və digər diplomatlar Gürcüstanda açıq şəkildə yalan danışır, cəmiyyəti aldadırlar və baş verənlərə mənfi təsir göstərirlər: "Tiflis küçələrində gördüyümüz hadisələrdə onlar məsuliyyət daşıyırlar. Onların əlləri gürcü xalqının qanına bulaşıb və mütləq gürcü xalqı qarşısında cavab verəcəklər". Gürcüstan daxilində bu cür diplomatlara dəstək verən qüvvələrdən danışan politoloq deyib: "Salome Zurabişvili artıq uzun müddətdir ki, ölkədə fəaliyyət göstərən agentura şəbəkəsinin başında dayanır. O, antidövlətçi bir şəxsdir. O, Gürcüstanda qarışıqlıq yaratmağa və qeyri-seçki, qeyri-demokratik yollarla hakimiyyətin dəyişdirilməsinə yardım edir. Bu şəxs xarici ölkələrin və xarici qüvvələrin maraqlarına xidmət edir, onların məqsədi isə Gürcüstanda müharibə, qarışıqlıq yaratmaq və ölkəmizi onların maraqlarına qurban verməkdir. Bu şəxs vəzifəyə seçildiyi ilk gündən antidövlətçi bəyanatları ilə fərqlənirdi. O, dəfələrlə bizə problemlər yaradıb. O, tamamilə qeyri-adekvat bəyanatlar verərək dost ölkələrlə müəyyən anlaşılmazlıqların yaranmasına səbəb olub. Bu şəxs öz antidövlətçi hərəkətləri ilə seçilir. Onun prezidentlikdə çox az vaxtı qalıb. Buna baxmayaraq o, prezidentliyinin son günlərində belə çalışır ki, ölkəmizə ağır miras qoysun, ölkəni qarışıqlığa və qeyri-sabitliyə sürükləsin və bununla öz sahiblərini razı salsın, onlara olan borcunu ödəsin".

Politoloq deyir ki, Avropadan və ABŞ-dan asılı olan siyasi qruplar və qüvvələr öz sonlarına yaxınlaşıblar: "Qlobal müharibə partiyasının qalıqları çalışırlar ki, Gürcüstanda öz quyruqlarını son dəfə yelləsinlər. Bu, Gürcüstana qarşı ilk haqsız münasibət deyil. Rusiya-Ukrayna müharibəsi başlayandan bu münasibətlər birtərəfli və qeyri-sağlam forma aldı. Onlar hər cür çalışırlar ki, Gürcüstan sülh və sabitlik yolunda irəliləyə bilməsin. Onlar regionda qarışıqlıq yaratmağa və Gürcüstanda qarışıqlıq toxumu səpməyə cəhd edirlər. Hazırda biz bu proseslərin şahidiyik. Birləşmiş Ştatlarda administrasiya dəyişir, ciddi dəyişikliklər gedir, Avropada, o cümlədən Avropa İttifaqının daxilində də ciddi proseslər baş verir. Bu qüvvələr son çırpıntılarını edir, son resurslarını xərcləyirlər ki, Gürcüstanda qeyri-demokratik yollarla, inqilab vasitəsilə, meydanizasiyanı tətbiq edərək hakimiyyət dəyişikliyi etsinlər və Gürcüstanı öz maraqları üçün istifadə etsinlər". Gürcüstanın öz milli maraqları olduğunu diqqətə çatdıran Vato Şakarişvili əlavə edib: "İlk növbədə, bu, çox mürəkkəb və turbulent dünya reallığında sülhün və sabitliyin qorunmasıdır. İqtisadiyyatın davamlı və sabit inkişafını təmin etmək lazımdır ki, bu yolla əsas məqsədimizə çataq. Bu məqsəd Gürcüstanın ərazi bütövlüyünün bərpasıdır. Bu isə o qüvvələrin maraqlarına uyğun deyil. Onlar agentura şəbəkəsinin arxasında dayanaraq ölkədə qarışıqlıq və destabilizasiya yolu ilə hakimiyyətə qayıtmağa çalışırlar. Milli maraq məhz Gürcüstanda ərazi bütövlüyünün bərpası, uzunmüddətli sülhün təmin olunması və iqtisadi rifahın əldə edilməsidir, hansısa ittifaqa qoşulmaq deyil. Hər hansı ittifaqa qoşulmaq bir dinin, bir doktrinanın səviyyəsinə qaldırıla bilməz. İstənilən ittifaqa qoşulma bizim üçün bir vasitədir, milli məqsəd və ya özlüyündə bir hədəf deyil". Rusiyalı politoloq Mixail Belyayev "Moskva-Bakı"ya müsahibəsində diqqəti digər başqa maraqlı məqamlara yönəldir: "Qərbin can atdığı ən pis ssenari Cənubi Qafqazda Rusiyaya qarşı ikinci cəbhənin açılmasıdır. Qərb qüvvələri Gürcüstan hakimiyyətindən bunu istədi və nəticədə dəfələrlə rədd cavabı aldı. Gürcüstan hakimiyyəti qərblilərlə razılaşmadığı məqamların sayını artırmağa, suveren siyasət yeritməyə cəhd etməyə başlayan kimi, dərhal tufan qopdu. Gürcüstan rəhbərliyi hesab edir ki, indi ölkənin AB-yə inteqrasiyasını müzakirə etmək dövlətə ziyan vuracaq. Hakim "Gürcü Arzusu" partiyası Qərbim tələblərini yerinə yetirməkdən imtina etməyə başladı. Ukraynada Qərbin indi Gürcüstana tətbiq etdiyi oyun kartı tam olmasa da, işə yaradı və Rusiyanı bu cür siyasətlərinə qarşı öz resurslarından istifadə etməyə məcbur etdi". Belyayev hesab edir ki, Qərb Gürcüstan və Ermənistanda bu kartı oynaya bilsə, dövlət çevrilişi həyata keçirə və öz himayədarlarını hakimiyyətə gətirə bilsə, bu, həm Rusiya, həm də Azərbaycan, İran və Türkiyə üçün problem olacaq: "Bölgə alovlanacaq. Ermənistanda qərbyönlü Paşinyan hələ də ehtiyatlı davranır və iki kresloda oturur. O, hələ də Rusiya ilə münasibətdən lazım olanı götürür, eyni zamanda Qərbin tələblərini yerinə yetirir. Bu ikili oyunu görən Qərb artıq Ermənistan baş nazirinin cilovunu möhkəm saxlamağa və ölkədəki qərbyönlü partiyaları daha da nüfuzlu etməyə çalışmağa qərar verib".

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

29.10.2026 / 15:07
Azərbaycan Ukraynaya transformator və 186 km elektrik naqili göndərib

29.10.2026 / 14:16
Paşinyan "müxaliflərə qarşı böyük Oktyabr inqilabı" elan etdi – onların qol-qıçlarını sındıracağıq...

29.10.2026 / 13:59
Paşinyan Rusiya ilə qalmaqala səbəb olan Şirak qubernatorunu işdən çıxarmaqdan imtina etdi...

29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil" - Mərkəzi Bankın sədri

29.10.2026 / 13:39
"Beynəlxalq hüquqda ikili standartlar dövlətlər üçün yeni çağırışlar yaradır" - Ceyhun Bayramov

29.10.2026 / 13:25
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama...

29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir? - Mərkəzi Bankdan açıqlama...

29.10.2026 / 12:25
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü

29.10.2026 / 12:11
Ermənistan parlamentində dava – deputatlar bir-birini yumruqladı...

29.10.2026 / 11:55
Azərbaycan XİN Türkiyəni təbrik etdi

29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...

29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi - NATO şərqi Avropadan geri çəkiləcək?..

29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı

29.10.2026 / 11:24
Terror təşkilatları ilə əlaqəli 8 nəfərə hökm oxundu...

29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...

29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər – Körfəz ölkələrinə xəbərdarlıq edildi...

29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir – yeni ombudsman seçiləcək...

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi - müdaxilə etməyəcəyəm...

29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi

29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:30
Tramp "Şimal axını" qaz kəmərini Rusiyadan satın ala bilər...

28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi

28.10.2026 / 18:10
Azərbaycan Məkkə Konvensiyasını imzaladı

28.10.2026 / 17:55
Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək

28.10.2026 / 17:46
Qarabağın azad edilməsindən sonra Avropa Parlamenti Azərbaycana qarşı 18 qətnamə qəbul edib

28.10.2026 / 17:15
Gözəllik müsabiqəsi qalibinin Trampa qarşı şok ifadələri seçkiqabağı bomba kimi partladı...

28.10.2026 / 17:10
İran + Məkkə Paktı ölkələri İsraili 4 ölkədən çıxmağa çağırdılar - İsrail onları sayacaq?..

28.10.2026 / 16:50
Vətəndaşa cavab verməyən məmurlar 650 manatadək cərimələnəcək

28.10.2026 / 16:33
“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” haqqında Əsasnamə təsdiqləndi

28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik - hesabatı kim yayıb?

28.10.2026 / 15:30
Rusiya BMT-nin Ukrayna məsələsinə qarışmasını rədd etdi...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ