Cümə axşamı günü, 29 oktyabr 2026
     

Ermənistan boşalır - məsuliyyəti öz hakimiyyətləri daşıyır...

Image


Azər Həsrət: "Paşinyan orada indiyə qədər ermənilərin arxasında durub təbliğat apardığı bir mifi də darmadağın edib"

Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə bildirib ki, Ermənistan vətəndaşları region ölkələri ilə mövcud münaqişələrə görə 90-cı illərdən ölkəni tərk edirlər.

"90-cı illərin əvvəllərindən biz davamlı olaraq miqrasiyadan danışır, müxtəlif səbəblər göstəririk: hüquqi, sosial ədalətsizlik, biznes mühiti, infrastrukturun olmaması və s. Bunlar düzgün səbəblərdir, lakin onlar səbəblərin maksimum 20%-ni təşkil edir. Nəhayət etiraf edək ki, miqrasiyanın əsas səbəbləri bizim qonşularımızla ziddiyyətli münasibətlərimiz, regional siyasətimizdir", - deyə o, Azərbaycan və Türkiyə ilə münasibətlərə toxunub.

O, həmçinin əlavə edib ki, "hökumətinin siyasəti sayəsində" (Dağlıq Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınması – TASS qeydi) "dövlətin qarşısında duran vəzifələr qismən həll olunub, lakin yeni problemlər yaranır".

Paşinyan nəyə görə bu etirafları hakimiyyətinin altıncı ilində, Qərblə münasibətləri qeyri-müəyyən, Rusiya ilə qarşıdurma şəraitində olarkən edir? Yoxsa bu da bir blefdir, "tülkü həccə gedir"?

"Bakı-Xəbər" qəzetinin sualına cavabında siyasi şərhçi Azər Həsrət dedi ki, xeyr, Paşinyanın bu çıxışını "tülkü həccə gedir" ifadəsinin ehtiva etdiyi mənada qiymətləndirmək düzgün deyil: "Cünki Paşinyan 90-cı illərin sonlarında jurnalistikaya gəlib. O, həmişə Türkiyəyə münasibətinə görə erməni cəmiyyətində tənqid edilib. Paşinyan həmin illərdə də Azərbaycan və Türkiyə ilə normal münasibətlərin qurulmasının tərəfdarı idi. O, gənclik illərində Ter-Petrosyanın tərəfdarı idi. Mövqeyi ondan ibarət idi ki, qonşularla normal münasibət qurmadan Ermənistan xoşbəxt ola bilməz. Bu mövqeyi o, 2018-ci ildə hakimiyyətə gələnə qədər davam elətdirdi. İndi də hakimiyyətdədir, əlində hökm vermə imkanları var. Dekabrın 3-də, gələn ilin dövlət büdcəsinin parlamentdə müzakirəsi zamanı da bu fikirləri səsləndirib. Bununla yanaşı, Paşinyan orada indiyə qədər ermənilərin arxasında durub təbliğat apardığı bir mifi də darmadağın edib. Deyib ki, "məzlum millət" imicindən qurtulmaq lazımdır. Onun söylədiyi fikirlərdə "məzlum millət"dən qurtulub, "ordu millət"ə çevrilmək ritorikası da var. Eyni zamanda sual da qoyub ki, biz "ordu millət" olub kimə qarşı döyüşəcəyik, kimdən güclü olmaq istəyirik? Heç bir dövlətin adını çəkmədən deyib ki, amma bu da gərəksiz bir şeydir. Ermənilər üçün məqbul olan hazırki Ermənistan Respublikası sərhədləri daxilində normal bir dövlətin qurulmasıdır. Yəni o deyir ki, biz sərhədləriniz daxilindəki ərazilərə qane olmalıyıq, ona əmin olmalıyıq və onun üçün çalışmalıyıq. Bu, əslində bütün erməni diasporunun, dünya erməniliyinin Ermənistan dövlətinə vurduğu zərərlərə bir işarədir. Yəni Paşinyan bununla demək istəyir ki, uzun illərdir xaricdəki ermənilər Ermənistanın xoşbəxt olmağına imkan verməyiblər. Kənardan müdaxilələr, "böyük Ermənistan" xülyası və xəstə təfəkkür Ermənistanın normal dövlət olmasını əngəlləyib.

Paşinyan isə reallıqdan çıxış edərək deyir ki, sərhədlərimiz daxilində beynəlxalq hüququn subyekti olan Ermənistan dövləti qurmalıyıq.

Biz, hətta 44 günlük savaşdan da əvvəl dəfələrlə, xüsusən də beynəlxalq platformalarda bu ifadəni işlətmişik ki, Qarabağ yükü Ermənistanın zəif çiyinlərı üçün çox ağır yük idi. Qarabağı işğal altında saxlayaraq onun yükünü öz üzərinə götürməsi getdikcə Ermənistanın özünün çökməsinə səbəb olurdu. İndi isə Ermənistan o yükdən qurtulub. Paşinyan ona görə də doğru buyurur ki, Qarabağı Azərbaycan torpağı kimi tanımaqla biz əslində gərəksiz və mənasız yükdən qurtulmuşuq, indi çiyinlərimiz yüngülləşib, özümüz haqqında düşünə bilərik. Onun demək istədiyi əslində budur. Biz də ermənilərə illərdir izah etməyə çalışırıq ki, Qarabağ sizin zəif çiyinləriniz üçün çox ağır bir yükdür. Qarabağ Azərbaycan torpağıdır və biz öz torpaqlarımızı azad etdikdən sonra görəcəksiniz ki, orada nələr olacaq. İndi isə ermənilər buyurub görə bilər, torpaqlarımız azad edilib və orada necə sürətlə tikinti-quruculuq işləri aparılır. Yəni Azərbaycanın ciyinləri bu yükü götürəcək qədər güclüdür.

Reallıq budur ki, ermənilər hazırki Ermənistan coğrafiyası ilə məhdudlaşsalar nəyəsə nail ola bilərlər. Lakin yenidən xəstə xülyalara qapılacaqlarsa, onların sonu çox pus nəticələnəcək. Paşinyan bunu yaxşı bilir, ona gorə də bu cür çıxışlar edir".

Dəniz NƏSİRLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

29.10.2026 / 15:07
Azərbaycan Ukraynaya transformator və 186 km elektrik naqili göndərib

29.10.2026 / 14:16
Paşinyan "müxaliflərə qarşı böyük Oktyabr inqilabı" elan etdi – onların qol-qıçlarını sındıracağıq...

29.10.2026 / 13:59
Paşinyan Rusiya ilə qalmaqala səbəb olan Şirak qubernatorunu işdən çıxarmaqdan imtina etdi...

29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil" - Mərkəzi Bankın sədri

29.10.2026 / 13:39
"Beynəlxalq hüquqda ikili standartlar dövlətlər üçün yeni çağırışlar yaradır" - Ceyhun Bayramov

29.10.2026 / 13:25
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama...

29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir? - Mərkəzi Bankdan açıqlama...

29.10.2026 / 12:25
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü

29.10.2026 / 12:11
Ermənistan parlamentində dava – deputatlar bir-birini yumruqladı...

29.10.2026 / 11:55
Azərbaycan XİN Türkiyəni təbrik etdi

29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...

29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi - NATO şərqi Avropadan geri çəkiləcək?..

29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı

29.10.2026 / 11:24
Terror təşkilatları ilə əlaqəli 8 nəfərə hökm oxundu...

29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...

29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər – Körfəz ölkələrinə xəbərdarlıq edildi...

29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir – yeni ombudsman seçiləcək...

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi - müdaxilə etməyəcəyəm...

29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi

29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:30
Tramp "Şimal axını" qaz kəmərini Rusiyadan satın ala bilər...

28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi

28.10.2026 / 18:10
Azərbaycan Məkkə Konvensiyasını imzaladı

28.10.2026 / 17:55
Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək

28.10.2026 / 17:46
Qarabağın azad edilməsindən sonra Avropa Parlamenti Azərbaycana qarşı 18 qətnamə qəbul edib

28.10.2026 / 17:15
Gözəllik müsabiqəsi qalibinin Trampa qarşı şok ifadələri seçkiqabağı bomba kimi partladı...

28.10.2026 / 17:10
İran + Məkkə Paktı ölkələri İsraili 4 ölkədən çıxmağa çağırdılar - İsrail onları sayacaq?..

28.10.2026 / 16:50
Vətəndaşa cavab verməyən məmurlar 650 manatadək cərimələnəcək

28.10.2026 / 16:33
“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” haqqında Əsasnamə təsdiqləndi

28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik - hesabatı kim yayıb?

28.10.2026 / 15:30
Rusiya BMT-nin Ukrayna məsələsinə qarışmasını rədd etdi...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ