Cümə axşamı günü, 29 oktyabr 2026
     

Qərb Gürcüstanda yeni "rəngli inqilab" ssenarisini reallaşdıra bilmir...

Image


Qonşu Gürcüstanda cərəyan edən proseslər Qərbin burada yeni rəngli inqilab niyyətinin iflasa uğradığını göstərir. Hər halda müxalifətin dağınıq aksiyaları Qərbin bütün dəstəyinə baxmayaraq,hansısa effekt vermir. 

Elə bu fonda Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, ölkədə sabitliyi bərqərar etmək üçün müxalifətlə heç bir danışıq aparılmayacaq: "Ölkədə etiraz aksiyası adı altında iğtişaşların yaranmasında bilavasitə müxalifət günahkardır". O, bununla da ölkədə hazırkı vəziyyətlə əlaqədar müxalifətlə danışıqların aparılması mümkünlüyünü istisna edib.

Qeyd edək ki, noyabrın 28-dən Gürcüstanda yenidən etiraz aksiyaları başlayıb. Etirazlara hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasının 2028-ci ilin sonunadək Avropa İttifaqına üzvlüklə bağlı danışıqların aparılması məsələsinin gündəmə gətirilməməsi və birliyin büdcə qrantlarından imtina edilməsi qərarı səbəb olub. Kobaxidze qanunsuz etirazlarla necə mübarizə aparacağını da açıqlayıb. Hökumət başçısı müxalifət partiyalarının qeyri-konstitusion elan edilməsi üçün məhkəməyə müraciət ediləcəyini deyib:  "Onlar bu günlərdə Gürcüstanın konstitusiya quruluşuna qarşı açıq çıxış etdilər ki, bu da Konstitusiya Məhkəməsinə müraciət etmək və müxalifət partiyalarını qeyri-konstitusion elan etmək üçün birbaşa əsas yaradır. Baxaq, proseslərin necə inkişaf edəcəyini gözləyək. Hər şey bizim əlimizdədir". Bu arada Estoniya, Latviya və Litva Gürcüstanda etirazların dağıtılmasına qatılanlara qarşı sanksiyalar tətbiqinə razılaşıb. Bunu Estoniya Xarici işlər naziri Marqus Tsaxna açıqlayıb: "Demokratiya əleyhdarları və insan haqlarını pozanlar bizim ölkələrimizdə arzuolunmaz şəxslərdir". Sanksiyalar 11 gürcü rəsmisini, o sıradan ölkənin Daxili işlər naziri Vaxtanq Qomelauri və müavinlərini, eləcə də "Gürcü Arzusu"nun fəxri sədri Bidzina İvanişvilini əhatə edir. Qeyd edək ki, Qərb dövlətləri oktyabrda keçirilən parlament seçkilərinnin sonuclarına şübhəylə yanaşır. Rəsmi bilgiyə görə, hakim "Gürcü Arzusu" 54 faiz səslə seçkidə qalib gəlib. Ancaq seçkilərin qanun pozuntuları və Rusiyanın müdaxiləsiylə keçirildiyi iddia edilir. Müxalifətin iki "exit poll"u hakim partiyanın 42 faiz səs topladığını göstərib. Həmin sorğularda dörd müxalif partiyanın, açıq-aşkar, səslərin çoxunu qazandığı deyilsə də, Gürcüstan MSK-sı bütün müxalifət qüvvələrinin toplam 37 faiz səs topladığını bəyan edib. Bu fonda Gürcüstanı öz nəzarətində saxlamaq uğrunda Qərb  tərəfindən mübarizə davam edir. Ölkədə intensiv xarakter alan iğtişaşlar da bunun bariz nümunəsidir. Təbii ki, ilk növbədə Gürcüstanda baş verən proseslər gürcü xalqını maraqlandırır və seçim də onlarındır. Ona görə də Qərb xalqın seçiminə hörmətlə yanaşmalı, ölkənin daxili işlərinə müdaxilə etməməlidir. Lakin Qərbdə buna məhəl qoyulmur. Qərbin Gürcüstanla bağlı ssenarisi bu ölkəni öz maraqları naminə növbəti Ukrayna etmək, daha doğrusu qurban vermək cəhdidir. Qərb Ukrayna xalqını müharibəyə sürüklədiyi kimi, indi də eyni ssenarini Gürcüstan üçün yazır. İrakli Kobaxidze  qeyd edir ki, Gürcüstanın ukraynalaşdırılmasına nail ola bilməyən avropalı siyasətçilər və bürokratlar davamlı şəkildə ölkəni zəiflətməyə çalışırlar: "Radikallar və onların xarici himayədarları hər zaman ölkəni parçalamaq və Gürcüstanı Ukraynaya çevirmək üçün bəhanə tapmağa çalışırlar. Amma unudurlar ki, Gürcüstan güclü təsisatları və ən əsası, təcrübəli, müdrik insanları olan, heç kimin gücünü sarsıda bilməyəcəyi müstəqil dövlətdir". Hökumət başçısı, eyni zamanda, diqqətə çatdırıb ki, "Maydan" ssenarisi Gürcüstanda həyata keçirilə bilməz. Gürcüstan güclü dövlətdir və buna imkan verməyəcək. Gürcü politoloq Petre Mamradze isə qeyd edir ki, bəzi qara qüvvələr Gürcüstanda qanunla seçilmiş parlamentə və hökumətə qarşı iyrənc kampaniya keçirirlər: "Bu kampaniya bəzi Qərb dövlətlərinin dəstəyi və təkidi ilə bir zamanlar Mixeil Saakaşvili tərəfindən yaradılmış partiyanın üzvləri tərəfindən həyata keçirilir. O şəxslər ki, Saakaşvilinin partiyasından çıxıb, başqa partiyalara soxularaq pozuculuqla məşğuldurlar. Biz görürük ki, bunlar əslində birbaşa "Makkeyn İnstitutu"nun planlarını həyata keçirirlər".

Onun sözlərinə görə, bu adamlar seçkilərin saxtalaşdırıldığını iddia edirlər: "Əslində onlar bu əməlləri ilə tabeliyində olduqları beynəlxalq qurumların, o cümlədən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun seçkilərlə bağlı yekun rəyini də şübhə altına alırlar. ATƏT müşahidəçiləri seçkilərin qanun çərçivəsində, şəffaf, azad və demokratik keçirildiyini bəyan edib və yekun sənəd imzalayıb. Ona görə də bu qrupların və onları himayədarı olan Avropa Parlamentinin ATƏT və Strasburq Məhkəməsinin qərarlarına şübhə ilə yanaşması çox gülməlidir. Bütün bunlar, eyni zamanda, "Xarici təsirin şəffaflığı haqqında" və ailə dəyərlərinə zidd olan LGBT-nin təbliğinə qarşı qanunları geri çəkməyən indiki hakimiyyəti devirmək cəhdindən başqa bir şey deyildir. Aydın olur ki, Avropa İttifaqının məqsəd və məramı məhz Gürcüstana təzyiq göstərmək, dövləti özlərinə tabe etməkdir". Politoloq hesab edir ki, bəzi qüvvələrin 2014-cü ildə Ukraynada həyata keçirdikləri "Maydan" hərəkatı Gürcüstanda baş tutmadı: "Ukrayna xalqı bu gün də həmin hadisələrin ağrı-acısını yaşayır. Gürcüstan polisi öz vəzifəsini layiqincə yerinə yetirir. Baş nazir də baş verənlərə görə kimlərin məsuliyyət daşıdığını açıqladı. Buna baxmayaraq onlar yenə də, hansısa yollarla maksimum səy göstərərək, xalqın fikirlərinə önəm verən və xalqın gələcəyi üçün onların dəstəklədiyi qanunları qəbul edən hökuməti devirib, özlərinə qul olan başqa bir qüvvələri hakimiyyətə gətirməyə çalışırlar. Onların dəstəklədiyi hakimiyyət də Qərbin qulu olacaq və onların dediklərini edəcək. Hökumət açıq-aydın bəyan etdi ki, Avropa İttifaqı tərəfindən Gürcüstana qarşı hörmətlə yanaşma olmayana qədər biz danışıqları dayandırırıq. Əgər onlar öz siyasətlərini dəyişib bizə qarşı hörmət göstərərlərsə, biz danışıqlara başlamağa hazırıq. Gürcüstan hökuməti bəyan etdi ki, dövlət büdcəsi üçün nəzərdə tutulan qrantlardan imtina edir. Bununla da əslində Avropa İttifaqının bəzi üzvlərinin şantaj, hədə-qorxu dolu çıxışları dayandı. Deməli hökumətimiz düz yoldadır". Xalq şəffaf şəkildə öz nümayəndələrini seçsə də, Qərb bununla razılaşa bilmir. Ona görə də siyasi texnoloqların köməyi ilə ölkədə siyasi sabitliyi pozub ənənəvi niyyətinə nail olmağa çalışır. Gürcü xalqı parlament seçkisində öz sözünü deyib. Artıq yeni hökumət formalaşıb və yeni prezidentin seçilməsi ərəfəsidir. Amma Salome Zurabişvilinin rəhbərliyi altında formalaşmış hökuməti tanımamağa, parlament seçkisinin yenidən keçirilməsinə çağırışlar olunur. Hətta Zurabişvili parlament yenidən seçilənə qədər prezidentlik postunu tərk etməyəcəyi ilə bağlı bəyanatlar da səsləndirir. Bu isə ondan xəbər verir ki, Qərbin istəyi Gürcüstanı da Ukraynanın durumuna salmağa hesablanıb. Halbuki, Qərbin dəstəklədiyi Ukrayna müstəqil respublika kimi məhv olmaq təhlükəsi ilə üz-üzədir. Hətta Ukraynanın Qərb ölkələri arasında bölüşdürülməsi planları da artıq gizlədilmir. Cənubi Qafqazda isə Gürcüstan üzərində həmin ssenarinin davam etdirilməsində qərarlı olan Qərb, bu ölkəyə yeni sanksiyaların tətbiq olunacağını, Avropa İttifaqına yolunun bağlanacağını, maliyyə yardımlarını dayandıracağını və sair hədələrlə hökumətə təzyiq göstərməyə davam edir.  Lakin görünən budur ki, belə cəhdlər iflasa uğramaqdadır. Qərb bu dəfə Gürcüstanda uduzur, yeni rəngli inqliab ssenarisini reallaşdıra bilmir.

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

29.10.2026 / 15:07
Azərbaycan Ukraynaya transformator və 186 km elektrik naqili göndərib

29.10.2026 / 14:16
Paşinyan "müxaliflərə qarşı böyük Oktyabr inqilabı" elan etdi – onların qol-qıçlarını sındıracağıq...

29.10.2026 / 13:59
Paşinyan Rusiya ilə qalmaqala səbəb olan Şirak qubernatorunu işdən çıxarmaqdan imtina etdi...

29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil" - Mərkəzi Bankın sədri

29.10.2026 / 13:39
"Beynəlxalq hüquqda ikili standartlar dövlətlər üçün yeni çağırışlar yaradır" - Ceyhun Bayramov

29.10.2026 / 13:25
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama...

29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir? - Mərkəzi Bankdan açıqlama...

29.10.2026 / 12:25
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü

29.10.2026 / 12:11
Ermənistan parlamentində dava – deputatlar bir-birini yumruqladı...

29.10.2026 / 11:55
Azərbaycan XİN Türkiyəni təbrik etdi

29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...

29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi - NATO şərqi Avropadan geri çəkiləcək?..

29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı

29.10.2026 / 11:24
Terror təşkilatları ilə əlaqəli 8 nəfərə hökm oxundu...

29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...

29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər – Körfəz ölkələrinə xəbərdarlıq edildi...

29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir – yeni ombudsman seçiləcək...

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi - müdaxilə etməyəcəyəm...

29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi

29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:30
Tramp "Şimal axını" qaz kəmərini Rusiyadan satın ala bilər...

28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi

28.10.2026 / 18:10
Azərbaycan Məkkə Konvensiyasını imzaladı

28.10.2026 / 17:55
Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək

28.10.2026 / 17:46
Qarabağın azad edilməsindən sonra Avropa Parlamenti Azərbaycana qarşı 18 qətnamə qəbul edib

28.10.2026 / 17:15
Gözəllik müsabiqəsi qalibinin Trampa qarşı şok ifadələri seçkiqabağı bomba kimi partladı...

28.10.2026 / 17:10
İran + Məkkə Paktı ölkələri İsraili 4 ölkədən çıxmağa çağırdılar - İsrail onları sayacaq?..

28.10.2026 / 16:50
Vətəndaşa cavab verməyən məmurlar 650 manatadək cərimələnəcək

28.10.2026 / 16:33
“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” haqqında Əsasnamə təsdiqləndi

28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik - hesabatı kim yayıb?

28.10.2026 / 15:30
Rusiya BMT-nin Ukrayna məsələsinə qarışmasını rədd etdi...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ