Cümə axşamı günü, 29 oktyabr 2026
     

Ermənistan Tiflisə yüzlərlə diversant göndərib...

Image


Azərbaycanın strateji tərəfdaşı olan Gürcüstanda parlament seçkilərindən sonra ölkəyə kənar müdaxilələrin ola biləcəyi haqqında məlumatlar yayılır. Özü də söhbət hərbi müdaxilədən gedir. Xatırladaq ki, elə bu günlərdə Ukrayna tərəfində müharibədə iştirak edən "Gürcüstan Legionu" üzvləri Gürcüstana qayıtmağa hazır olduqlarını bəyan ediblər.

Ukrayna Silahlı Qüvvələrinin tərkibində döyüşən "Gürcüstanın Birliyi" partiyasının lideri Lado Qamsaxurdiya "X" sosial şəbəkəsindəki səhifəsində məsələəy münasibət bildirib: "Qafqaz İttifaqının Hərbi Komitəsinə daxil olan gürcü bölmələrinin komandirləri fövqəladə iclasda Gürcüstana qayıtmaq qərarına gəliblər və hazırda Gürcüstan prezidenti Salome Zurabişvilidən siqnal gözləyirlər. Onlar Gürcüstan əhalisini "hər hansı bir yolla" qorumağa hazır olduqlarını bildiriblər". Ancaq   Salome Zurabişvili özü bu barədə fərqli bir mövqe sərgiləyib: "Ukrayna Silahlı Qüvvələrinin tərəfində döyüşən gürcü muzdlularının TİFLİSƏ müxalifətin etiraz aksiyalarında planlaşdırılmış iştirakı ilə bağlı xəbərlər təxribat xarakterlidir. Mən müxtəlif formada mesajlar aldım ki, guya gürcü hərbçiləri Ukraynadan gəliblər və bu etiraz aksiyasına hərbi qulluqçu kimi qoşulmağa hazırlaşırlar. Bu, birbaşa təxribatdır, bu baş vermir, buna inanmayın". Onun sözlərinə görə, bu şayiələr hakim "Gürcü Arzusu" partiyasını çox narahat edən aksiyanı gözdən salmaq üçün yayılır. Zurabişvili qeyd edib ki, mitinqlərin öz-özünə təşkil olunması və tərəflərin heç birinin onlara müdaxilə etməməsi vacibdir. O, vətəndaş cəmiyyəti və qeyri-hökumət təşkilatlarının Konstitusiya Məhkəməsinə təsir göstərməsini və parlament seçkilərinin qeyri-legitimliyi ilə bağlı iddiasına baxmağa məcbur etməsini vacib hesab etdiyini vurğulayıb. Amma bütün bunlara baxmayaraq, Şərqi Avropa ölkələri, eləcə də Baltikyanı ölkələrdən də "rəngli inqilab" üzrə hazırlanmış xüsusi qrupların Gürcüstana göndərildiyi xəbərləri yayılır. Hakimiyyətin devrilməsi məqsədilə Tiflisə qruplar göndərən ölkələr arasında "publika.az" poratlının məlumatına əsasən, Ermənistanın da adı çəkilir. Məlumatlara görə, iğtişaşlara dəstək vermək üçün ermənilərin göndərilməsi tapşırığını Ermənistanın baş naziri Nikol Paşinyan verib. Ermənistanda "Demokratik Alternativ" partiyasının sədri Suren Surenyants da bildirib ki, onda bununla bağlı məlumatlar var: "Paşinyan Gürcüstanda hakimiyyətin dəyişməsini ürəkdən istəyir. Məndə olan məlumata görə, Gürcüstanda keçirilən etiraz aksiyalarında Ermənistandan göndərilən 400-500 nəfərlik qrup da iştirak edir". Qeyd edək ki, Paşinyan hakimiyyətinin həqiqətə də Gürcüstana münasibəti birmənalı deyil və burada Qərb faktoru da mühüm rol oynayır. Qərb Ermənistan vasitəsilə də Gürcüstana təsir eməyə çalışır. Hələ bir müddət öncə Belarusdan olan  hərbi-siyasi analitik Aleksandr Tixanski bunun səbəbləri barədə çox maraqlı açıqlamalr vermişdi. O qeyd edir ki, bu gün bir çox erməniY millətçiləri, o cümlədən gürcü pasportu olanlar həm Rusiyaya, həm də "ruspərəst" adlandırdıqları Gürcüstan hökumətinə nifrət edirlər. Ekspert bu vəziyyəti erməni millətçilərinin Gürcüstanı Qərblə Rusiya arasında döyüş meydanına çevirmək istəyi ilə izah edib: "Gürcüstanda gedən proseslər, qonşu ölkədə siyasətin necə davam edəcəyi Ermənistan üçün önəmlidir. Belə ki, Ermənistanın ixrac və idxalının təxminən 70 faizi Gürcüstan ərazisindən keçir. Ermənilərin Gürcüstandakı iğtişaşlara verdiyi dəstək siyasi elitanın qonşu ölkədə hakimiyyəti dəyişməyə yönəlmiş hərəkətləri ilə izah olunur. Erməni elitası Mixeil Saakaşvilinin "Vahid Milli Hərəkat" partiyası ilə xarici agentlər haqqında qanunun qəbuluna qarşı birgə müraciət imzalayanda hamını təəccübləndirib. Ermənistanın siyasi elitasının bir hissəsinin Gürcüstan hakimiyyətinə qarşı çıxması, bu ölkənin daxili işlərinə qarışması ilə bağlı vəziyyətin özü unikaldır. Aydındır ki, erməni millətçiləri Gürcüstan müxalifəti illə eyni komandada işləyir. Siyasi elitanın bu hissəsi müəyyən ölkələrdə birləşərək bir-birini dəstəkləməyi xoşlayır. Onlar qarşılıqlı əlaqədə olur və postsovet dövlətlərini Rusiyadan ayırmaq üçün fəal işləyirlər.

Beləliklə, Ermənistan iqtidarı və müxalifəti göstərdi ki, onlar da Qərbin sifarişi ilə hərəkət edirlər. Gürcüstanda seçkilərdən sonra vəziyyətin sabitliyini pozmaq üçün təxribatçılara, o cümlədən vicdan əzabı çəkmədən digər Gürcüstan vətəndaşlarını öldürməyə başlaya bilənlərə ehtiyac var. Çox təəssüf ki, həm Qərbdə, həm də qərbyönlü müxalifətdə belə insanlar var. Onların arasında etnik ermənilər və ikili vətəndaşlığı olanlar - erməni və gürcülər də var. O cümlədən Ermənistan Respublikasında daimi yaşayanlar və Qarabağdan olan zərərsizləşdirilməmiş yaraqlılar seçkiyə qədər Gürcüstana köçürülə bilər". Ekspert bununla bağlı xatırladıb ki, oxşar ssenari artıq NATO-nun Brüsseldəki mənzil-qərargahında müzakirə olunub və burada Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla alyans nümayəndələri arasında görüşlər keçirilib. Görüşdə Ermənistan xüsusi xidmət orqanlarının Gürcüstanda yaşayan etnik ermənilər arasında yaradılmış agent şəbəkəsinin köməyi ilə "aktiv tədbirlər" hazırladığı açıqlanıb: "Gürcüstanda münaqişənin alovlanmasında bu cür təxribatçıların rolunu lazımınca qiymətləndirməmək olmaz. Bu baxımdan 2019-cu ilin yayında rusiyalı deputat Qavrilovun spiker kürsüsündə əyləşdirilməsindən sonra yaranmış emosional vəziyyətdən istifadə edən müxalifətin parlament binasını ələ keçirməyə cəhd etməsini xatırlatmaq yerinə düşər. Daha sonra Ermənistan vətəndaşları da saxlanılıb". Tixanskinin fikrincə, əvvəllər Rusiyaya sevgi və ümid bəsləmiş bir çox erməni separatçıları indi ümidlərini Qərbə bağlayırlar: "Öz xalqından dəfələrlə geosiyasi oyunlarda istifadə edən erməni millətçiləri Gürcüstanı Qərblə Rusiya arasında döyüş meydanına çevirmək istəyirlər. "Rusiyayönlü" erməni lobbisi qeyri-sabit vəziyyətdən sui-istifadə edərək Rusiya ordusunun Gürcüstana yenidən girməsini təhrik etməyə çalışır. Öz növbəsində, İrəvan yeni revanşist müharibənin baş verəcəyi təqdirdə Gürcüstana Qərbin hərbi tranziti üçün ərazi kimi baxır. Bu, Tiflisdə qərbyönlü müxalifətin hakimiyyətə gələrək Rusiyaya qarşı "ikinci cəbhə" açacağı halda baş verə bilər. Hər iki ssenari gürcü dövlətçiliyi üçün faciəli ola bilər. Ona görə də Gürcüstanda sabitlik və əmin-amanlıq yalnız Rusiya deyil, Türkiyə və Azərbaycanın da maraqlarına cavab verir". Qərbin Cənubi Qafqaz regionunda gərginliyi körükləmək cəhdləri Azərbaycan üçün xüsusilə qəbuledilməzdir. Gürcüstanda cərəyan edən proseslər bu ölkənin daxili işidir. Kənar qüvvələr və dövlətlərin bu hadisələrə müdaxiləsi demokratik dəyələrə nümayişkar sayğısızlıqdır. Yaranmış vəziyyət həm də demokratik əsaslarla keçirilmiş seçkilərin nəticələrinə hörmətlə yanaşmağı tələb edir. Amma Qərbdə bunu nəzərə almaq istəmirlər.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

29.10.2026 / 15:07
Azərbaycan Ukraynaya transformator və 186 km elektrik naqili göndərib

29.10.2026 / 14:16
Paşinyan "müxaliflərə qarşı böyük Oktyabr inqilabı" elan etdi – onların qol-qıçlarını sındıracağıq...

29.10.2026 / 13:59
Paşinyan Rusiya ilə qalmaqala səbəb olan Şirak qubernatorunu işdən çıxarmaqdan imtina etdi...

29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil" - Mərkəzi Bankın sədri

29.10.2026 / 13:39
"Beynəlxalq hüquqda ikili standartlar dövlətlər üçün yeni çağırışlar yaradır" - Ceyhun Bayramov

29.10.2026 / 13:25
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama...

29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir? - Mərkəzi Bankdan açıqlama...

29.10.2026 / 12:25
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü

29.10.2026 / 12:11
Ermənistan parlamentində dava – deputatlar bir-birini yumruqladı...

29.10.2026 / 11:55
Azərbaycan XİN Türkiyəni təbrik etdi

29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...

29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi - NATO şərqi Avropadan geri çəkiləcək?..

29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı

29.10.2026 / 11:24
Terror təşkilatları ilə əlaqəli 8 nəfərə hökm oxundu...

29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...

29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər – Körfəz ölkələrinə xəbərdarlıq edildi...

29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir – yeni ombudsman seçiləcək...

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi - müdaxilə etməyəcəyəm...

29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi

29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:30
Tramp "Şimal axını" qaz kəmərini Rusiyadan satın ala bilər...

28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi

28.10.2026 / 18:10
Azərbaycan Məkkə Konvensiyasını imzaladı

28.10.2026 / 17:55
Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək

28.10.2026 / 17:46
Qarabağın azad edilməsindən sonra Avropa Parlamenti Azərbaycana qarşı 18 qətnamə qəbul edib

28.10.2026 / 17:15
Gözəllik müsabiqəsi qalibinin Trampa qarşı şok ifadələri seçkiqabağı bomba kimi partladı...

28.10.2026 / 17:10
İran + Məkkə Paktı ölkələri İsraili 4 ölkədən çıxmağa çağırdılar - İsrail onları sayacaq?..

28.10.2026 / 16:50
Vətəndaşa cavab verməyən məmurlar 650 manatadək cərimələnəcək

28.10.2026 / 16:33
“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” haqqında Əsasnamə təsdiqləndi

28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik - hesabatı kim yayıb?

28.10.2026 / 15:30
Rusiya BMT-nin Ukrayna məsələsinə qarışmasını rədd etdi...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ