Cümə axşamı günü, 29 oktyabr 2026
     

Suriya xalqına Əsədin gedişi, ya qalması faydalıdır? - Müzakirələr gedir...

Image


Son günlərdə dünyanın diqqət mərkəzində yer alan əsas məsələlərdən biri də Suriyada cərəyan edən hadisələrdir. Hesab edilir ki, burada mümkün qarışıqlıq bütün Yaxın Şərqə ciddi təsir edəcək. Məsələ Azərbaycan üçün də xüsusi diqqət mərkəzindədir. Çünki Azərbaycanın bu regionda xeyli sayda tərəfdaşı, geniş ticarət əlaqələri qurduğu ölkələr var.

Hazırda Suriyada müxalifətlə ordu birləşmələri arasında döyüşlər davam edir. Suriya ordusu ölkənin şimal-qərbinə əlavə ordu birləşmələri göndərib və Hələbi ələ keçirən qiyamçılara havadan zərbələr endirib. Britaniyada fəaliyyət göstərən Suriya İnsan Haqları Monitorinq Mərkəzinin bilgilərinə görə, hökumət qüvvələri Hələb və İdlibdən sonra Həma vilayətinə hücumun önünü kəsmək üçün güclü müdafiə xətti qurub. Suriyanın dövlət SANA xəbər agentliyi bildirir ki, ordu bölmələri qiyamçıları Həma vilayətinin şimalından sıxışdırıb çıxarmağı bacarıb. Əraziyə əlavə ağır texnika və raket qurğuları göndərilib. Suriya və Rusiya hərbçiləri qiyamçıların silah anbarlarına və dayaq məntəqələrinə havadan zərbələr endirib. Son üç gündə minədək qiyamçının öldürüldüyü iddia edilir. Dəməşqdə səfərdə olan İranın xarici işlər naziri Abbas Əraqçı bildirib ki, İran müttəfiq ölkənin əks-hücumunu dəstəkləməyə hazırdır. İordaniya kralı İkinci Abdulla və BƏƏ prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Əsədə öz dəstəklərini dilə gətiriblər. Bir çox Qərb dövlətinin hökumətləri tərəfləri münaqişəni siyasi yolla çözməyə və mülki infrastrukturu qorumağa çağırıb. Bu da bildirilir ki, qiyamçılar ABŞ-ın dəstəklədiyi kürd döyüşçülərinin nəzarətindəki Tel-Rifat şəhərinə daxil olaraq kürd birləşmələrini Suriyanın şimal-şərqindəki mövqelərinə qayıtmağa çağırıblar. Sonuncular Türkiyəni qiyamçılara dəstək göstərməkdə suçlayıblar. Rəsmi Ankara isə bildirib ki, qiyamçıların məhdud hücumu Suriya ordusunun son həftələrdə nəzarət etmədiyi mövqelərə hücumlarının önünü kəsmək üçün gerçəkləşdirilib və ordu geri çəkilərkən hücumun əhatə dairəsi də genişlənib. BMT-nin Suriya üzrə xüsusi elçisi Qeyr Pedersen bildirib ki, qiyamçıların hücumu regional güvənliyə təhlükədir. O, münaqişəni dayandırmaq üçün tərəfləri diplomatik səylərini bərpa etməyə çağırıb. Suriyadakı hadisələri yaxından izlədiyini deyən Ağ Evin milli güvənlik müşaviri Ceyk Sallivan deyib ki, Suriyanın şimal-şərqində 900-dək ABŞ hərbçisi İŞİD-in dirçəlməməsinə çalışır. Onu da qeyd edək ki, 2016-ci ildən bəri, hökumət ordusu onları şəhərdən çıxmağa məcbur edəndən sonra ilk dəfə idi ki, üsyançılar Hələbə girib. Bu, həm də son illərdə Suriya hökumətinə qarşı edilən ən böyük hücum sayılır. 2011-ci ildə başlayan və on il gah alovlanan, gah da səngiyən vətəndaş müharibəsi zamanı Bəşər Əsəd atasından aldığı  hakimiyyətini qoruya bildi, amma ölkə də parçalandı.

Suriyanın şimalından, Türkiyə ilə sərhəd bölgəsindən ölkənin mərkəzinə doğru irəliləyən dəstəyə uzun müddətdir münaqişədə iştirak edən islamçı silahlı qrup "Heyət Təhrir əl-Şam" rəhbərlik edir. "Heyət Təhrir əl-Şam" 2011-ci ildə "Əl-Qaidə"nin birbaşa qolu kimi, "Cəbhət ən-Nusra" adı ilə yaradılıb. Onun yaradılmasında özünü İslam Dövləti  adlandıran qruplaşmanın keçmiş lideri Əbu Bəkr əl-Bağdadi də iştirak edib.

O, Bəşər Əsədə qarşı çıxan qrupların ən radikallarından və nüfuzlu olanlarından biri sayılırdı. Lakin qrupun cihadçı ideologiyası onun təşkilatlanmasında və böyüməsində əsas amil olub və o, "Azad Suriya" bayrağı altında əsas üsyançı koalisiya ilə ziddiyyət təşkil edib. 2016-cı ildə qrupun lideri Əbu Məhəmməd əl-Cövlani ictimai şəkildə "Əl-Qaidə" ilə bağlarını qırdı, "Cəbhət ən-Nusra"nı ləğv etdi və bir neçə digər oxşar qruplarla birləşərək bir il sonra "Heyət Təhrir əl-Şam" adı verilən yeni bir təşkilat yaratdı. Suriyada on illərdir davam edən müharibədə çoxlu silahlı qruplar və onları dəstəkləyən bölgə və regiondan uzaq ölkələr var.İddialar var ki, "Heyət Təhrir əl-Şam" Türkiyə tərəfindən dəstəklənib, buna qarşı Rusiya və İran Bəşər Əsəd hakimiyyət qüvvələrini dəstəkləyib. Amma Türkiyə Hələbə girən üsyançıların hücumuna dəstək vermədiyini deyir. Ankaranı narahat edən əsas məsələlər Suriyadakı etnik kürdlərin yaratdığı Xalq Müdafiə Birlikləri (YPG) Suriya hökumətinin buraxdığı strateji nöqtələrə girməsi və müharibənin alovlanmasından Türkiyə sərhədlərinə doğru yeni bir kütləvi köçün başlaması ehtimalıdır. İranlı həmkarı Abbas Araqçı ilə Ankarada görüşdən sonra Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib: "İndiki mərhələdə Suriyadakı hadisələri hər hansı xarici müdaxilə ilə izah etməyə çalışmaq düzgün olmaz. Suriyanın ərazi bütövlüyünü dəstəkləməyə davam edəcəyik". Hakan Fidan əlavə edib ki, vətəndaş müharibəsinin böyüməsini və qaçqın axını istəmirlər. Artıq bir müddətdir ki, "Heyət Təhrir əl-Şam" qrupu İdlibdə faktiki yerli administrasiya qurub. Amma silahlı qrup insan haqları pozuntuları tənqidləri ilə üzləşib. Qrupun məqsədi Suriyada fundamentalist İslam hakimiyyətini qurmaqdır. Bir neçə ildir ki, Suriya hökumət qüvvələri İdlibdə nəzarəti bərpa etməyə çalışır. Lakin 2020-ci ildə Əsədin əsas müttəfiqi olan Rusiya və Türkiyənin vasitəçiliyi ilə əldə olunmuş atəşkəs razılaşmasına əməl olunurdu. İdlibdə təxminən dörd milyon insan yaşayır - onların əksəriyyəti Əsəd qüvvələrinin amansız müharibəsində üsyançılardan geri aldığı qəsəbə və şəhərlərdən didərgin düşüb.  Bu fonda qeyd edək ki, Suriyadakı müharibə son dörd ildə sanki bitmişdi. Bəşər Əsədin hakimiyyəti ölkənin böyük şəhərlərində idarəetməni saxlayıb, amma ölkənin bəzi hissələri onun birbaşa nəzarətindən kənarda qalır. Bunlara şərqdəki kürdlərin çoxluq təşkil etdiyi və münaqişənin ilk illərindən Suriya dövlətinin nəzarətindən az-çox kənar qalan ərazilər daxildir. Silahlı toqquşmalar 2011-ci ildə Əsəd hakimiyyətinə qarşı inqilabın başladığı cənubda nisbətən sakitləşsə də, bəzən iğtişaşlar davam edib. Ucsuz-bucaqsız Suriya səhrasında, özlərini "İslam Dövləti" adlandıran qruplaşmalar hələ də təhlükəsizliklə bağlı təhdid yaradır. Şimal-qərbdə isə İdlib əyaləti müharibənin qızğın vaxtında oraya sıxışdırılımış silahlı qrupların nəzarətindədir. Hələbə qəfil hücum edən İdlibdə dominant qüvvə olan "Heyət Təhrir əl-Şam"dır. Suriya müharibəsi başlayanda məqsəd azad seçkilər və yeni konstitusiya ilə formalaşan gələcək idi. Ancaq bu, Əsəd və ailəsinin  ölkədən imtina etməsi demək idi. Münaqişədə yarım milyondan çox insanın həlak olması onların buna imkan verməmək əzmini təsdiqləyir. Əsəd rejiminin ləğv edildiyini  demək hələ tezdir. Ona  dəstəyin səbəbi var. Bəzi suriyalılara görə, üsyana rəhbərlik etmək üçün ortaya çıxan cihadçılara baxanda, Əsəd pislərdən ən yaxşısıdı. Ancaq sayı heç də az olmayan digər Əsəd əleyhdarı olan qruplar ayağa qalxarsa, onun rejimi yenidən ölümcül təhlükə ilə üz-üzə qalacaq.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

29.10.2026 / 15:07
Azərbaycan Ukraynaya transformator və 186 km elektrik naqili göndərib

29.10.2026 / 14:16
Paşinyan "müxaliflərə qarşı böyük Oktyabr inqilabı" elan etdi – onların qol-qıçlarını sındıracağıq...

29.10.2026 / 13:59
Paşinyan Rusiya ilə qalmaqala səbəb olan Şirak qubernatorunu işdən çıxarmaqdan imtina etdi...

29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil" - Mərkəzi Bankın sədri

29.10.2026 / 13:39
"Beynəlxalq hüquqda ikili standartlar dövlətlər üçün yeni çağırışlar yaradır" - Ceyhun Bayramov

29.10.2026 / 13:25
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama...

29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir? - Mərkəzi Bankdan açıqlama...

29.10.2026 / 12:25
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü

29.10.2026 / 12:11
Ermənistan parlamentində dava – deputatlar bir-birini yumruqladı...

29.10.2026 / 11:55
Azərbaycan XİN Türkiyəni təbrik etdi

29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...

29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi - NATO şərqi Avropadan geri çəkiləcək?..

29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı

29.10.2026 / 11:24
Terror təşkilatları ilə əlaqəli 8 nəfərə hökm oxundu...

29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...

29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər – Körfəz ölkələrinə xəbərdarlıq edildi...

29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir – yeni ombudsman seçiləcək...

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi - müdaxilə etməyəcəyəm...

29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi

29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:30
Tramp "Şimal axını" qaz kəmərini Rusiyadan satın ala bilər...

28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi

28.10.2026 / 18:10
Azərbaycan Məkkə Konvensiyasını imzaladı

28.10.2026 / 17:55
Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək

28.10.2026 / 17:46
Qarabağın azad edilməsindən sonra Avropa Parlamenti Azərbaycana qarşı 18 qətnamə qəbul edib

28.10.2026 / 17:15
Gözəllik müsabiqəsi qalibinin Trampa qarşı şok ifadələri seçkiqabağı bomba kimi partladı...

28.10.2026 / 17:10
İran + Məkkə Paktı ölkələri İsraili 4 ölkədən çıxmağa çağırdılar - İsrail onları sayacaq?..

28.10.2026 / 16:50
Vətəndaşa cavab verməyən məmurlar 650 manatadək cərimələnəcək

28.10.2026 / 16:33
“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” haqqında Əsasnamə təsdiqləndi

28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik - hesabatı kim yayıb?

28.10.2026 / 15:30
Rusiya BMT-nin Ukrayna məsələsinə qarışmasını rədd etdi...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ