Cümə axşamı günü, 29 oktyabr 2026
     

Qərb Gürcüstanı sabitləşməyə qoymur - quru sərhədlərimizin bağlı qalması yenidən gündəmə gəlib...

Image


Elşad Həsənov: "Hesab edirəm ki, dünyada vəziyyətin bu cür qarışıq olduğunu nəzərə alaraq Azərbaycan dövlətinin quru sərhədləri bağlı saxlaması tamamilə doğru bir qərardır"

Uzun müddətdir ki, Azərbaycanın Gürcüstanla, eləcə də digər qonşularımızla quru sərhədləri bağlıdır.  Quru sərhədlərin açılması məsələsi tez-tez müzakirə olunur və əksər vətəndaşlarımız belə düşünür ki, sərhədlərin açılması vacibdir. 

Daha çox da Gürcüstanda yaşayan soydaşlarımız, onların burada yaşayan yaxınları bu fikri səsləndirir. 

Quru sərhədlərin koronavirus pandemiyası səbəbindən bağlandığı məlumdur. 

Gürcüstanda baş verən son təlatümləri, Qərbin, Avropa İttifaqının emissarlarının bu ölkədə yaratdıqları qarşıdurmaları nəzərə alıb deyə bilərik ki, quru sərhədlərimizin bağlı olmasının bizim üçün faydaları daha böyükdür.  

Gürcüstanla quru sərhədinin bağlı olması Azərbaycanı hansı problemlərdən uzaq tutur? Bunun ölkəmizin təhlükəsizliyi baxımından əhəmiyyəti nədir?

Ekspertlər qeyd edirlər ki, quru sərhədin bağlı olması indiki şəraitdə təhlükəsizlik baxımından çox əhəmiyyətlidir.  

"Bu birbaşa Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsinə xidmət edir"

Siyasi ekspert Elşad Həsənov "Bakı-Xəbər"ə şərhində bildirdi ki, hər bir dövlətin başlıca borcu əhalisinin və dövlətin təhlükəsizliyini təmin etməkdir. "Dövlətin də öz təhlükəsizliyini təmin etməsinin bir neçə yolu var. Dövlətin güclü ordusu, möhkəm qorunan sərhəddi və təbii ki, təhlükəsizlik orqanları, təhlükəsizlik sisteminin bütün atributları olmalıdır. Bunun üçün Azərbaycan dövləti çox işlər görüb və ona görə də ölkəmiz ayrıca bir cənnət guşəsidir, təhlükəsiz, sabitliyin hökm sürdüyü bir məkandır. Bu gün dünya qarışıb. Demək olar ki, dünyanın çox yerində qarışıqlıqdır, müharibələr gedir. Ancaq Azərbaycanda sabitlikdir, sakitlikdir. Azərbaycan dövləti erməni işğalından azad etdiyi torpaqlarda tikinti-quruculuq, bərpa işləri görür, keçmiş qaçqınları, məcburi köçkünləri azad ərazilərə köçürür, öz ata-baba yurdlarına qaytarır. Yəni bu gün bizim quru sərhədlərimiz də məhz təhlükəsizlik baxımından bağlıdır. Bu nəyə görə belədir? Doğrudan da çətin bir dövrdür, bizə qarşı təhdidlər var, yaxın qonşularımızdan ölkəmizə qarşı istifadə etmək istəyən qüvvələrin olduğu gizlin deyil. Azərbaycanın yeraltı və yerüstü sərvətlərinə göz dikənlər az deyil. Buna görə də, Azərbaucan dövləti özünün təhlükəsizliyini təmin etmək üçün müxtəlif yollardan istifadə edir, o cümlədən də bizim pandemiya dövründən bağlı qalan quru sərhədlərimiz son dövrlər məhz təhlükəsizlik baxımından bağlı saxlanılır. Quru sərhədimiz bağlı olsa da, hava məkanımız açıqdır və insanlar təyyarə ilə gedib-gəlirlər. Bəzən deyirlər ki, terrorçular, ölkəmizdə qarışıqlıq yaratmaq istəyənlər təyyarə ilə də gəlib burda istədiklərini edə bilərlər. Xeyr, heç də elə deyil. Çünki təyyarə ilə gələn adamlar yoxlanılır, şübhəli olanlar nəzarətə götürülür. Bu mənada təhlükəsizlik orqanları qarşılarında duran məsələləri daha yaxşı bilirlər, reallığı qiymətləndirirlər. Bizim qonşu Gürcüstanla strateji müttəfiqliyimiz var və bu ölkə ilə də quru sərhədlərimiz bağlıdır. Son illərdə Gürcüstanda İranın aktiv iş aparması, orada yaşayan azərbaycanlılar arasında müəyyən nifaq toxumu səpməsi, şiə-sünni məzhəbləri arasında münasibətləri daha da qızışdırması halları baş verir. Demək olar ki, Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı yerlərin əksəriyyətində İran öz təsirini göstərir, orda məscidlər açıblar, gəncləri İrana aparıb onlara Qumda təhsil veriblər, eyni zamanda bilirik ki, həm də onlara təlimlər keçiblər. Yəni bu mənada onlardan istifadə etməklə Azərbaycanda vəziyyəti gərginləşdirmək üçün iş apara bilərlər. Bütün bunları nəzərə alan dövlət də hələlik quru sərhədləri bağlı saxlayır".

E.Həsənov qeyd etdi ki, hazırda Gürcüstanda vəziyyət çox ağırdır və qonşu ölkədə xarici qüvvələr aktiv iş aparırlar. "Gürcüstanın baş naziri bəyan etdi ki, etiraz aksiyalarında, təxribatlarda iştirak edən 10 nəfər xarici vətəndaş saxlanılıb. Yəni bunların 8-i Rusiya, 1-i Belarus, 1-i isə ABŞ vətəndaşıdır. Yəni bunlar hələ təxribatlarda açıq şəkildə iştirak edənlərdir, amma gizlində fəaliyyət göstərənlərin sayı isə hələ məlum deyil, bunlar üzə çıxmayıb.    Çünki istənilən aksiyanın arxasında müəyyən qurumlar, müəyyən təşkilatlar durur". 

E.Həsənovun sözlərinə görə, Gürcüstanda vəziyyətin gəlib bu həddə çatması və vətəndaş qarşıdurmasına çevrilməsi üçün xarici xüsusi xidmət orqanları ciddi cəhdlə çalışırlar. E.Həsənovun qeyd etdiyinə görə,  may ayından bu yana Avropa İttifaqı, eləcə də ABŞ açıq-aşkar bəyan etdi ki, biz Gürcüstanda hakimiyyəti dəyşəcəyik. "Elə bu səbəbdən də Gürcüstan dövlətinə ayrılan maliyyə yardımı dayandırıldı. Avropa İttifaqı Gürcüstan dövlətinə ayırdığı 100 milyon avronu seçkilərdən sonra radikal müxalifətə yönəldəcəyini bildirdi. Onlar tələb etdilər ki, yenidən seçki keçirilsin və onların maliyyələşdirdikləri radikal müxalifət hakimiyyətə gəlsin. Əgər Avropa İttifaqının istədikləri baş verərsə, yəni Avropa İttifaqının dəstəklədiyi radikal müxalifət hakimiyyətə gələrsə, təbii ki, qısa müddətdən sonra Azərbaycanda da çaxnaşma yaratmağa çalışacaqlar. Onlar neçə illərdir ki, Azərbaycana qarşı təxribatlar törətməyə çalışırlar, amma bütün bunların qarşısı qətiyyətlə alınır. Çünki Azərbaycan xalqı vahiddir, Azərbaycan xalqı ən böyük problemimiz olan Qarabağ problemini həll etdi, bu gün tikinti-quruculuq işləri ilə məşğuldur. Azərbaycan xalqı öz liderinin, Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşib və ona görə də Azərbaycana onların müdaxiləsi alınmır. Ancaq hesab edirəm ki, əgər onlar da bu gün Gürcüstana etdikləri qədər bizim müxalifətə 100 milyonlarla yardım etsələr nəyisə dəyişməyə çalışa bilərlər. Ancaq bizim müvafiq dövlət qurumları ayıq-sayıqdırlar, işlərini gözəl bilirlər, peşəkardırlar, o cür qüvvələrin işlərinin qarşısı qətiyyətlə alınır. Gürcüstanda isə, təbii ki, bu qüvvələr ayaq açıb yeriyirlər, istədiklərini edə bilirlər, ona görə də orda vəziyyət getdikcə daha da gərginləşir. Hesab edirəm ki, dünyada vəziyyətin bu cür qarışıq olduğunu nəzərə alaraq Azərbaycan dövlətinin quru sərhədləri bağlı saxlaması tamamilə doğru bir qərardır. Bu birbaşa Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsinə xidmət edir"-deyə E.Həsənov bildirdi.

İradə SARIYEVA 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

29.10.2026 / 15:07
Azərbaycan Ukraynaya transformator və 186 km elektrik naqili göndərib

29.10.2026 / 14:16
Paşinyan "müxaliflərə qarşı böyük Oktyabr inqilabı" elan etdi – onların qol-qıçlarını sındıracağıq...

29.10.2026 / 13:59
Paşinyan Rusiya ilə qalmaqala səbəb olan Şirak qubernatorunu işdən çıxarmaqdan imtina etdi...

29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil" - Mərkəzi Bankın sədri

29.10.2026 / 13:39
"Beynəlxalq hüquqda ikili standartlar dövlətlər üçün yeni çağırışlar yaradır" - Ceyhun Bayramov

29.10.2026 / 13:25
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama...

29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir? - Mərkəzi Bankdan açıqlama...

29.10.2026 / 12:25
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü

29.10.2026 / 12:11
Ermənistan parlamentində dava – deputatlar bir-birini yumruqladı...

29.10.2026 / 11:55
Azərbaycan XİN Türkiyəni təbrik etdi

29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...

29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi - NATO şərqi Avropadan geri çəkiləcək?..

29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı

29.10.2026 / 11:24
Terror təşkilatları ilə əlaqəli 8 nəfərə hökm oxundu...

29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...

29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər – Körfəz ölkələrinə xəbərdarlıq edildi...

29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir – yeni ombudsman seçiləcək...

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi - müdaxilə etməyəcəyəm...

29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi

29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:30
Tramp "Şimal axını" qaz kəmərini Rusiyadan satın ala bilər...

28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi

28.10.2026 / 18:10
Azərbaycan Məkkə Konvensiyasını imzaladı

28.10.2026 / 17:55
Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək

28.10.2026 / 17:46
Qarabağın azad edilməsindən sonra Avropa Parlamenti Azərbaycana qarşı 18 qətnamə qəbul edib

28.10.2026 / 17:15
Gözəllik müsabiqəsi qalibinin Trampa qarşı şok ifadələri seçkiqabağı bomba kimi partladı...

28.10.2026 / 17:10
İran + Məkkə Paktı ölkələri İsraili 4 ölkədən çıxmağa çağırdılar - İsrail onları sayacaq?..

28.10.2026 / 16:50
Vətəndaşa cavab verməyən məmurlar 650 manatadək cərimələnəcək

28.10.2026 / 16:33
“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” haqqında Əsasnamə təsdiqləndi

28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik - hesabatı kim yayıb?

28.10.2026 / 15:30
Rusiya BMT-nin Ukrayna məsələsinə qarışmasını rədd etdi...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ