Cümə axşamı günü, 29 oktyabr 2026
     

Dünya alimləri Qərbi Azərbaycan mövzusunu müzakirə edəcəklər...

Image


Faiq Ələkbərli: "Qərbi Azərbaycan məsələsinin beynəlxalq aləmə daşınması baxımından bunun əhəmiyyəti misilsizdir"

Dekabrın 5-də Qərbi Azərbaycan mövzusunda beynəlxalq tədbir keçiriləcək. Bunu Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdış" mövzusunda dinləmədə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

O bildirib ki, tədbirdə 50-dən artıq ölkədən akademik, ictimai, siyasi xadimlər iştirak edəcək: "Belə tədbirlərin keçirilməsi də Qərbi Azərbaycana qayıdışımızla bağlı uğurlu addım olacaq. Almaniya, Rusiyadan da çox tanınmış insanlar olacaq. Ağsaqqallar Şurasının üzvləri burada iştirak edirlər. Biz də çalışacağıq ki, yeni yaranmış təşəbbüs qrupuna yeni insanlar daxil olsunlar". 

"İstəyimizə nail olana qədər bütün istiqamətlərdə, bütün platformalarda fəaliyyətimizi davam etdirməliyik"  

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun "Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi" şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli "Bakı-Xəbər"ə bildirdi ki, Qərbi Azərbaycan mövzusunda belə bir tədbirin keçilməsi və burda 50-dən artıq ölkənin alimlərinin iştirakı bu məsələnin genişlənməsində xüsusi əhəmiyyət daşıyır. F.Ələkbərli qeyd etdi ki, bu, Qərbi Azərbaycan mövzusunun daha geniş miqyasda təbliği deməkdir. "Əlbəttə, Qərbi Azərbaycanla bağlı elmi tədbirlərin keçirilməsi çox zəruridir. Qərbi Azərbaycan Göyçə, Qərbi Zəngəzur, Dərələyəz, Amasiya, İrəvan və digər mahallarımızı, ərazilərimizi özündə birləşdirir.  Qərbi azərbaycanlıların təhlükəsiz şəraitdə, beynəlxalq təminat altında öz tarixi yurdlarına, ev-eşiklərinə qayıtması məsələsi çox aktualdır. Amma təəssüf ki, Ermənistan onları qaytarmamaq üçün min-bir bəhanə uydurur, onların haqqı olan qayıdışlarını ləngidir. Əlbəttə, Ermənistan hökuməti nə qədər cəhdlər etsə də, Qərbi azərbaycanlıların qayıdışının qarşısını almaq üçün saxta kampaniyalar aparsa da, prosesin qarşısını ala bilməyəcək. Çünki ədalət get-tez bərqərar olacaq".

F.Ələkbərli vurğuladı ki, 50-dən artıq ölkənin akademiklərinin, ictimai, siyasi xadimlərinin sözügedən tədbirə qatılması təqdirəlayiq haldır: "Bu o deməkdir ki, Qərbi azərbaycanlıların geri qayıdış prosesinin gerçəkləməsinə həmin ölkələrin nüfuzlu akademikləri, ictimai və siyasi xadimləri də dəstək verə bilər. Onların bu tədbirə qatılması onu deməyə əsas verir ki, onlar da bu işdə aktiv iştirak edirlər. Qərbi Azərbaycan bizim üçün həssas məsələlərdən biridir. O bizim keçmiş tariximizi, mədəniyyətimizi, fəlsəfəmizi, ədəbiyyat və incəsənətimizi, tarixi yurd anlayışımızı, geri qayıtmaq haqqımızı özündə qoruyub saxlayan bir bölgəmizdir. Qərbi Azərbaycanın ədəbiyyatı, mədəniyyəti, incəsənəti və sair bütöv Azərbaycan tarixini ayrılmaz parçasıdır. Bu alimlərin də keçiriləcək tədbirdə iştirakı, müzakirələrə qatılması bu məsələnin bütün yönlərdən - tarixi, coğrafi, iqtisadi, fəlsəfi, mədəni, ədəbi, elımi, tibbi  baxımdan dəyərləndirilməsi deməkdir. Bunu yüksək dəyərləndiririk. Ümid edirik ki, bu məsələ daim diqqət mərkəzində olacaq. Güney Azərbaycan kimi, Qərbi Azərbaycan məsələsi də hər zaman diqqət mərkəzində olmalıdır. Bizlər bu işdə birgə əməyimizi ortaya qoymalıyıq". 

F.Ələkbərlinin fikrincə, xarici ölkə alimlərinin, ictimi-siyasi xadimlərinin diqqətinin Qərbi Azərbaycan məsələsinə cəlb edilməsinin ən mühüm əhəmiyyətindən biri də odur ki, biz bu məsələni ölkə hüdudlarından kənara çıxarmağa nail oluruq. "Qərbi Azərbaycan məsələsinin beynəlxalq aləmə daşınması baxımından bunun əhəmiyyəti misilsizdir. Nəzərə alsaq ki, söhbət yüzlərlə azərbaycanlının öz tarixi yurdlarına qayıtmasından gedir və bu zaman prosesə daha çox ölkələri cəlb etməliyik. Çünki bu elə bu elə önəmli bir məsələdir ki, daim gündəmdə olmalı və istəyimizə nail olana qədər bütün istiqamətlətdə, bütün platformalarda fəaliyyətimizi davam etdirməliyik.  

Sonuncu dəfə keçən əsrin 80-ci illərinin sonlarında yüzlərlə azərbaycanlı indi Ermənistan adlandırılan Qərbi Azərbaycandan, öz tarixi yurdlarından amansızlıqla, zorakılıqla deportasiya ediliblər. Bu tədbirin əhəmiyyəti həm də ondadır ki, Qərbi azərbaycanlıların silsilə deportasiya tarixi bir daha qeyd ediləcək və onların geri qayıdış hüququnun tanınması bəyan ediləcək. Əlbəttə, tədbirdə iştirak edəcək həmin alimlər, ictimai-siyasi xadimlər bu məsələni öz ölkələrində də aktuallaşdıra bilərlər" - deyə müsahibimiz vurğuladı. 

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

29.10.2026 / 15:07
Azərbaycan Ukraynaya transformator və 186 km elektrik naqili göndərib

29.10.2026 / 14:16
Paşinyan "müxaliflərə qarşı böyük Oktyabr inqilabı" elan etdi – onların qol-qıçlarını sındıracağıq...

29.10.2026 / 13:59
Paşinyan Rusiya ilə qalmaqala səbəb olan Şirak qubernatorunu işdən çıxarmaqdan imtina etdi...

29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil" - Mərkəzi Bankın sədri

29.10.2026 / 13:39
"Beynəlxalq hüquqda ikili standartlar dövlətlər üçün yeni çağırışlar yaradır" - Ceyhun Bayramov

29.10.2026 / 13:25
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama...

29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir? - Mərkəzi Bankdan açıqlama...

29.10.2026 / 12:25
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü

29.10.2026 / 12:11
Ermənistan parlamentində dava – deputatlar bir-birini yumruqladı...

29.10.2026 / 11:55
Azərbaycan XİN Türkiyəni təbrik etdi

29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...

29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi - NATO şərqi Avropadan geri çəkiləcək?..

29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı

29.10.2026 / 11:24
Terror təşkilatları ilə əlaqəli 8 nəfərə hökm oxundu...

29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...

29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər – Körfəz ölkələrinə xəbərdarlıq edildi...

29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir – yeni ombudsman seçiləcək...

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi - müdaxilə etməyəcəyəm...

29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi

29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:30
Tramp "Şimal axını" qaz kəmərini Rusiyadan satın ala bilər...

28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi

28.10.2026 / 18:10
Azərbaycan Məkkə Konvensiyasını imzaladı

28.10.2026 / 17:55
Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək

28.10.2026 / 17:46
Qarabağın azad edilməsindən sonra Avropa Parlamenti Azərbaycana qarşı 18 qətnamə qəbul edib

28.10.2026 / 17:15
Gözəllik müsabiqəsi qalibinin Trampa qarşı şok ifadələri seçkiqabağı bomba kimi partladı...

28.10.2026 / 17:10
İran + Məkkə Paktı ölkələri İsraili 4 ölkədən çıxmağa çağırdılar - İsrail onları sayacaq?..

28.10.2026 / 16:50
Vətəndaşa cavab verməyən məmurlar 650 manatadək cərimələnəcək

28.10.2026 / 16:33
“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” haqqında Əsasnamə təsdiqləndi

28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik - hesabatı kim yayıb?

28.10.2026 / 15:30
Rusiya BMT-nin Ukrayna məsələsinə qarışmasını rədd etdi...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ