Gürcüstanın Konstitusiya Məhkəməsi prezident Salome Zurabişvili və müxalifətin 30 nümayəndəsinin 26 oktyabr seçkiləri ilə əlaqədar iddialarını icraata qəbul etməyib. Məhkəmə onların iddia ərizəsini əsassız sayaraq qəbul etməyib.
Qeyd edək ki, oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkilərində hakim "Gürcü Arzusu- Demokratik Gürcüstan" partiyası qalib gəlib.
Prezident Salome Zurabişvili və müxalifət təmsilçiləri seçkinin nəticələrini tanımaqdan imtina etmiş, səsvermənin nəticələrinin ləğvi ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət etmişdi.
ZÜMRÜD