Cümə axşamı günü, 29 oktyabr 2026
     

Gürcüstanda köhnə prezident getmir, yenisi gələ bilmir - Qərb prosesləri buxovladı...

Image


Gürcüstanda Qərbin siyasi böhran yaratmaq səyləri davam edir. Belə görünür ki, Qərb ölkəni vətəndaş qarşıdurmasına və siyasi böhrana sürükləmək istəyir. Elə bu fonda prezident Salome Zurabişvili səlahiyyətlərinin başa çatmasından və yeni dövlət başçısı seçildikdən sonra istefa verməkdən imtina edib.

Xatırladaq ki, qonşu ölkədə hökumət Avropaya inteqrasiya prosesini ən azı 2028-ci ilə qədər dondurub və ABŞ buna cavab olaraq Tiflis ilə strateji tərəfdaşlığı dayandırıb. ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Vaşinqtonun  Gürcüstanın Avropa İttifaqına üzvlük danışıqlarını dayandırmasına təəssüf etdiyini deyib. Miller buna görə Tiflis ilə strateji tərəfdaşlığı dayandırdıqlarını açıqlayıb: "Birləşmiş Ştatlar polisin sərbəst toplaşma və ifadə, o cümlədən dinc etiraz azadlığından istifadə edən gürcüstanlılara qarşı aşırı gücə əl atmasını pisləyir. "Gürcü Arzusu"nun fərqli antidemokratik hərəkətləri ABŞ-Gürcüstan Strateji Tərəfdaşlığının əsas prinsiplərini pozub. Bu tərəfdaşlıq demokratiya, hüququn aliliyi, vətəndaş cəmiyyəti, insan haqları və fundamental azadlıqlara, anti-korrupsiya səylərinə hörmət kimi birgə dəyər və öhdəliklərə əsaslanırdı. Nəticədə ABŞ bu mexanizmi dayandırıb". Bu fonda Gürcüstanın ABŞ-dəki səfiri David Zalkalianinin istefaya getdiyini yazır. Onun Gürcüstan hökumətinin Aİ-yə üzvlük danışıqlarını dondurmaq qərarına etiraz olaraq istefaya getdiyi bildirilib. Son günlərdə hökumətin qərarına etiraz olaraq Gürcüstanın Bolqarıstan, Niderlanddakı səfirləri və İtaliyada səfir vəzifəsinin müvəqqəti icraedicisi istefaya gedib. Amma hakim "Gürcü Arzusu" partiyası hər şeyin plan üzrə getdiyini bəyan edir. İndi əsas diqqət prezident postuna yönəlib. İndiki prezident Salome Zurabişvili deyib ki, qeyri-legitim parlamentin yeni prezidentin inauqurasiyasını həyata keçirməsi "baş verməyəcək", çünki legitim parlament yeni prezident seçənədək onun mandatı qüvvədə qalır: "Siyasi prosesin başında duracaq, prezidentiniz kimi qalacağam. Legitim parlament yoxdur, qeyri-legitim parlament yeni prezident seçə bilməz, buna görə də andiçmə olmayacaq". O, "Yeni Gürcüstan"a doğru siyasi prosesə başçılıq etməyə, ölkənin müstəqilliyi və Avropaya inteqrasiya yoluna sadiqliyini bir daha bəyan edib. Zurabişvili ictimaiyyəti və siyasi partiyaları Gürcüstanın gələcəyinin formalaşdırılması üçün birlikdə işləməyə çağırıb. Xatırladaq ki, hər şey noyabrın 28-də Gürcüstanın baş naziri İrakli Kobaxidzenin Avropa İttifaqının onun ölkəsinə qarşı həddən artıq təhqirə yol verdiyini elan etməsi ilə başlayıb. "Gürcü Arzusu" ölkənin 2028-ci iləcən Avropa İttifaqına üzvlük danışıqlarından imtina etdiyini açıqlayandan sonra ölkədə etiraz aksiyaları başlayıb. Partiya Gürcüstanda prezident seçkisinin dekabrın 14-də, inauqurasiyanın isə dekabrın 29-da keçiriləcəyini açıqlayıb.  "Gürcü Arzusu" Zurabişvilinin altı illik prezidentlik müddətinin dekabrın 16-da başa çatdığını bildirib. Hakim partiya futbol veteranı Mixail Kavelaşvilini prezidentliyə təsdiqləməyi planlaşdırır.

Baş verənlər fonunda Avropa İttifaqına inteqrasiyanın dayandırılmasını  Gürcüstan müxalifəti konstitusiya çevrilişi cəhdi kimi qəbul edib, çünki ölkənin əsas qanununda Aİ və NATO-ya daxil olmaq istəyi öz əksini tapıb. Zurabişvili şəxsən bütün aidiyyəti şəxsləri "Gürcü Arzusu" hökumətini devirmək üçün etirazlara qoşulmağa çağırıb. O, orduya və hüquq-mühafizə orqanlarına da müraciət edib. Düzdür, təhlükəsizlik qüvvələri ona qulaq asmayıb. O vaxtdan Tiflisin mərkəzində axşamdan səhərə kimi küçə döyüşləri gedir. Əksəriyyəti gənclərdən ibarət olan etirazçılar polisə daş, fişəng ataraq vəziyyəti gərginləşdirirlər. Təhlükəsizlik qüvvələri su şırnaqları, gözyaşardıcı qaz və dəyənəklərlə cavab verir. Gürcü politoloq Arçil Sixarulidze məsələ ilə bağlı bildirir: "Etirazlara gələnlərin çoxu davalarda iştirak etmir. Bunu adətən 15-30 yaş arası gənclər edir... Amma bu həmişə belə olmayıb. Bu, 2019-cu ildə "Qavrilovun gecəsi"ndə başladı. Bəzi gənclər ekstremizm formasında siyasi fəaliyyət göstərə biləcəklərini qərara alıblar. Üstəlik, bu, Avropa bayraqları altında baş verir. Bir qayda olaraq, gənclər müxalifəti sevmirlər, lakin bu yolla Gürcüstanı Aİ-yə yaxınlaşdıra biləcəklərini düşünərək mübarizə aparmağa hazırdırlar". Hər dəfə toqquşmalar polisin rəsmi qələbəsi ilə başa çatsa da, zaman tdikcə çətinləşir. Xüsusən də "Gürcü Arzusu"nun əleyhdarlarının barrikadaları getdikcə daha da möhkəmlənir və dekabrın 1-nə keçən gecə parlament binasını yandırmağa nail olublar. Qeyd edək ki, təhlükəsizlik qüvvələrinin "qeyri-öldürücü silah" anbarında hələ də səs-küylü qumbaralar və rezin güllələr var. Bütün bunların fonunda Gürcüstan diplomatların könüllü istefa verməsi ilə bağlı xəbərlər durumu daha da ağıralaşdırır. Lakin hakim partiyaya görə, bunda qeyri-adi heç nə yoxdur. Məsələn, may ayında xarici agentlər haqqında qanuna etirazlar fonunda Gürcüstanın Fransadakı səfiri Qoça Cavaxişvili istefa verib. O, indiki itaətsizlik aktlarında iştirak edir. Diplomat məsələ ilə bağlı qeyd edir:  "Gələcəkləri üçün narahat olan bu gəncləri görürəm. Mən bir ata və yaşlı nəslin nümayəndəsi kimi onlara dəstək olmağı, ölkəmizin gələcəyi haqqında onlarla birlikdə hayqırmağı özümə borc bilirəm". Həmçinin Tiflis meriyasının 200-ə yaxın əməkdaşı "Gürcü Arzusu"nun siyasətləri ilə razılaşmadığını bildirib. Buna baxmayaraq, "Gürcü Arzusu"nun liderləri bildirir ki, heç bir xüsusi hadisə baş vermir. Belə ki, partiyanın icraçı katibi Mamuka Mdinaradze hesab edir ki, Vaşinqton konkret olaraq strateji tərəfdaşlığa xitam verdiyini elan edib, çünki etirazçılarda sürət yoxdur. Eyni zamanda o, vurğulayıb ki, Tiflis respublikaya ABŞ-la vizasız rejim, birbaşa uçuşlar və azad ticarət təmin etmədən münasibətlərin bərpasına razılıq verməməlidir. Kobaxidze öz növbəsində ABŞ-Gürcüstan münasibətlərinin gələcəyi barədə yalnız ABŞ-ın növbəti prezidenti Donald Trampın administrasiyası ilə danışacağını bildirib. Ekspertlər bir məsələdə razılaşır ki, hələlik küçə toqquşmaları "Gürcü Arzusu" hökuməti üçün ciddi təhlükə yaratmır. Etirazlar gözlənilən idi. Eyni zamanda, çoxları müxalifətin indi olduğundan daha güclü çıxacağını düşünürdü. Eyni sözləri onun seçki nəticələri haqqında da demək olar. "Gürcü Arzusu"nun əleyhdarları dağınıqdırlar və xarizmatik liderləri yoxdur". Zurabişvilinin davranışına gəlincə, ekspertlər hesab edir ki, Gürcüstan prezidenti qaçılmaz istefasından sonra müqavimət hərəkatına rəhbərlik etməkdənsə, çox güman ki, Fransaya gedəcək. çünki o, həm də bu ölkənin vətəndaşıdır.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

29.10.2026 / 15:07
Azərbaycan Ukraynaya transformator və 186 km elektrik naqili göndərib

29.10.2026 / 14:16
Paşinyan "müxaliflərə qarşı böyük Oktyabr inqilabı" elan etdi – onların qol-qıçlarını sındıracağıq...

29.10.2026 / 13:59
Paşinyan Rusiya ilə qalmaqala səbəb olan Şirak qubernatorunu işdən çıxarmaqdan imtina etdi...

29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil" - Mərkəzi Bankın sədri

29.10.2026 / 13:39
"Beynəlxalq hüquqda ikili standartlar dövlətlər üçün yeni çağırışlar yaradır" - Ceyhun Bayramov

29.10.2026 / 13:25
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama...

29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir? - Mərkəzi Bankdan açıqlama...

29.10.2026 / 12:25
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü

29.10.2026 / 12:11
Ermənistan parlamentində dava – deputatlar bir-birini yumruqladı...

29.10.2026 / 11:55
Azərbaycan XİN Türkiyəni təbrik etdi

29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...

29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi - NATO şərqi Avropadan geri çəkiləcək?..

29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı

29.10.2026 / 11:24
Terror təşkilatları ilə əlaqəli 8 nəfərə hökm oxundu...

29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...

29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər – Körfəz ölkələrinə xəbərdarlıq edildi...

29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir – yeni ombudsman seçiləcək...

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi - müdaxilə etməyəcəyəm...

29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi

29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:30
Tramp "Şimal axını" qaz kəmərini Rusiyadan satın ala bilər...

28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi

28.10.2026 / 18:10
Azərbaycan Məkkə Konvensiyasını imzaladı

28.10.2026 / 17:55
Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək

28.10.2026 / 17:46
Qarabağın azad edilməsindən sonra Avropa Parlamenti Azərbaycana qarşı 18 qətnamə qəbul edib

28.10.2026 / 17:15
Gözəllik müsabiqəsi qalibinin Trampa qarşı şok ifadələri seçkiqabağı bomba kimi partladı...

28.10.2026 / 17:10
İran + Məkkə Paktı ölkələri İsraili 4 ölkədən çıxmağa çağırdılar - İsrail onları sayacaq?..

28.10.2026 / 16:50
Vətəndaşa cavab verməyən məmurlar 650 manatadək cərimələnəcək

28.10.2026 / 16:33
“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” haqqında Əsasnamə təsdiqləndi

28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik - hesabatı kim yayıb?

28.10.2026 / 15:30
Rusiya BMT-nin Ukrayna məsələsinə qarışmasını rədd etdi...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ