Cümə axşamı günü, 29 oktyabr 2026
     

Azərbaycan Tiflisdə Qərbin qarmaqarışıq oyunlarına laqeyd ola bilməz - bu səbəblərdən...

Image


Dəyanət Osmanlı: "Qərbin Gürcüstandakı siyasəti, təxribatçı hərəkətləri təkcə Gürcüstan  məsələsi deyil, bütövlükdə Cənubi Qafqaz, o cümlədən də Azərbaycan məsələsidir"

Qərbin Gürcüstanda hakimiyyəti dəyişmək, devirmək üçün hazırladığı planı həyata keçirmək üçün müxalif qüvvələr, QHT-lər dağıdıcı addımlar atır və qonşu ölkədə vəziyyəti gərginləşdirirlər.

Qərbin Gürcüstanda hazırladığı qarşıdurma və qeyri-sabitlik ssenarilərinin Azərbaycan üçün nə təhlükəsi var? Bizim üçün də hər hansı bir təhlükə ola bilərmi?

"Gürcüstanda təxribatla, qarışdırıcılıqla məşğul olan Qərb dairələri Azərbaycana da təsir göstərmək məqsədi güdürlər"

 "Borçalı" İctimai Birliyinin İdarə Heyətinin sədri Dəyanət Osmanlı "Bakı-Xəbər"ə şərhində bildirdi ki, Qərbin əsas niyyətlərindən biri də bu yolla Cənubi Qafqazda qarışıqlıq yaratmaqdır. 

"Qərb və Avropa Gürcüstanda öz maraqlarının təminatı yönündə müxtəlif siyasi və ictimai təzyiqlərdən istifadə edir. Eyni zamanda müşahidə olunan odur ki, qanunvericilik sahəsində bu ölkəninin ictimai, sosial həyatına, milli-mənəvi dəyərlərinə uyğun olmayan dəyişikliklər etməyə çalışan xarici qüvvələr fəaliyyətə keçiblər. Gürcüstan dövləti isə bu yad təsirlərə dayanıqlıq göstərərək müstəqil dövlətçilik yolunu, müəyyənləşdirdiyi siyasi kursu müdafiə edir.

"Xarici təsirlər haqqında" və "Ailə dəyərlərinin və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında" qanunların qəbulundan sonra isə Qərbin Gürcüstan hakimiyyətinə qarşı təzyiqləri daha da artıb.

Əlbəttə ki, Gürcüstanda sabitliyi pozmaq yolu ilə hakimiyyət dəyişikliyinə nail olmaq və bundan sonra mövqe üstünlüyü qazanaraq Cənubi Qafqaz regionuna içəridən, daha yaxından diqtə etmək Qərbin əsas arzusudur. Zənnimcə, Gürcüstanda keçirilən parlament seçkiləri Qərbin və Avropanın regionda bölücülük xəttinə xalqın tutarlı cavabıdır. Seçkilərin nəticələri Qərbin Gürcüstan üzərində ayırıcı xətlər yaratmaq cəhdlərinə və regionda münaqişələri qızışdırmaq yönündə siyasətinə ciddi bir zərbədir. Borçalı türklərinin digər vətəndaşlar kimi sülhün və stabilliyin yanında yer almaları təbiidir. Qərbin təsirləri ilə ölkəni parçalamaq və onu müharibəyə sövq etmək cəhdləri bu seçkilərin nəticələri ilə iflasa uğradı". 

D.Osmanlı qeyd etdi ki, Gürcüstandaki tarixi torpaqlarında yaşayan azərbaycanlılar bu ölkənin ictimai-siyasi, sosial, mədəni sferalarında, regionun sabitliyi və davamlı inkişaf proseslərində həlledici rola malikdir. "Builki seçkilərdə orada yaşayan soydaşlarımızın böyük aktivliyi və seçkilərin nəticələrinə təsirləri bunu sübut edir.

Eyni zamanda indiki seçkilər göstərdi ki, Gürcüstanın azərbaycanlı əhalisinin regiondakı proseslərin gedişatında və ölkənin gələcəyində əhəmiyyətli bir nüfuzu vardır. Bu, Azərbaycanın və Gürcüstanın dostluq münasibətləri timsalında Qərbin və eləcə də Ermənistanın regiondakı təxribatçı siyasətinə qarşı fəaliyyətdə və regional təhlükəsizlik məsələlərində eyni mövqedə olduqlarını bir daha sübut edir. Soydaşlarımız həmişə tutduqları mövqe ilə dağıdıcı siyasətə qarşı çıxaraq, sülh və sabitliyi müdafiə ediblər. 

Bu gün regionda həyata keçirilən qlobal əhəmiyyətli layihələr məhz Gürcüstan-Azərbaycan tərəfdaşlığına əsaslanır. Ölkələrimiz  arasında münasibətlər hər zaman qarşılıqlı etimad və inama əsasalanıb. Bu gün Gürcüstan və Azərbaycan arasında mövcud olan birlik, hər iki dövlətin gücünü artırmaqla yanaşı, onların regional və beynəlxalq arenalarda daha möhkəm mövqelərdən çıxış etmələrinə şərait yaradır. Bunu isə Qərbin gözü götürmür, çünki regionda bölücülük planlarının reallaşmasına imkan vermir.

Azərbaycan-Gürcüstan əməkdaşlığı tarixən regionun sabitliyinin təminatçısı sayılıb və bu gün də ölkələrimizin regional, beynəlxalq müstəvidə birliyi siyasi, iqtisadi sahədə inkişafa, müstəqilliyin möhkəmlənməsinə imkan yaradır. Gürcüstanın hazırkı hökuməti Azərbaycanla münasibətləri daha da inkişaf etdirmək üçün azərbaycanlı əhalinin təsirini və əhəmiyyətini yaxşı anlayır. 

Azərbaycanlılar Gürcüstanın iqtisadi və sosial-mədəni həyatında, iki dövlət arasındakı əlaqələrdə fəal iştirak edərək həm öz milli maraqlarını, həm də hər iki ölkənin birgə maraqlarını təmin edir, qoruyurlar. Regionda mövcud təhlükələr fonunda Azərbaycan və Gürcüstan təhlükəsizlik sahəsində əməkdaşlığa böyük önəm verir. Bu əməkdaşlıqda hər iki ölkənin ərazi bütövlüyü və suverenliyinin qorunması əsas məqsədlərdən biridir. Həm Azərbaycan, həm də Gürcüstan bir-birinin ərazi bütövlüyünü dəstəkləyir və terrorizmə qarşı mübarizədə həmrəylik nümayiş etdirirlər. Gürcüstanın və Azərbaycanın birliyi regionda ikinci bir cəbhə açılması təhlükəsi qarşısında etibarlı səddir. Hər iki dövlət öz milli maraqlarını qorumağa davam etməyə qadir durumdadır". 

D.Osmanlının sözlərinə görə, tarix də göstərir ki, bu birlik olduqda həm Azərbaycan, həm də Gürcüstan öz ərazilərinin, milli maraqlarının və təhlükəsizliyinin müdafiəsində daha güclü olurlar. "Ermənistan tərəfi regionda gedən proseslərdən nəticə çıxarmalı, sülh və inkşaf yolunu tutmalıdır. 

Seçkilər sonrası Gürcüstandakı  son etiraz aksiyaları da ölkəni  qarşıdurma meydanına çevirmək xəttinin tərkib hissəsidir. Təxribatçı qüvvələr burada baş rolda çıxış edirlər. Etiraz iştirakçılarına qarşı silah işlətmək də həmin təxribatçıların işidir. Qərbin burada küçə döyüşləri ssenarisini həyat keçirmək niyyətləri açıq-aydın görünməkdədir. Və ümidvarıq ki, xalq bu proseslərdə milli dövlətçilik mövqeyində duracaq, Qərbin ölkəsini əlaltısına çevirməsinə imkan verməyəcək".

D.Osmanlı qeyd etdi ki,  Qərbin əsas məqsədi Cənubi Qafqazda sabitliyi pozmaqdır və Gürcüstanda baş verənlər Qərbin çirkin, məkrli oyunlarındandır. Müsahibimiz vurğuladı ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi faktını qəbul etmək istəməyən, hər cür vasitələrlə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına mane olan Qərb Cənubi Qafqazı öz əlinə almaq üçün ən iyrənc vasitələrdən istifadə edir. Gürcüstanda baş verən hadisələrin Azərbaycana təsirinə gəlincə, D.Osmanlı bildirdi ki, Qərbin təzyiqləri, antiazərbaycan addımları ölkəmizin nüfuzuna kölgə salmaq məqsədi daşıyır. O qeyd etdi ki,  Azərbaycan və Türkiyə regionda mühüm gücə malikdir, Qərb isə  bu gücü sarsıdıb regionda öz yerini müəyyən etmək istəyir, amma buna nail ola bilmir: "Bir məqamı nəzərə almaq lazımdır ki, Qərbin Gürcüstandakı siyasəti, təxribatçı hərəkətləri təkcə Gürcüstan  məsələsi deyil, bütövlükdə Cənubi Qafqaz, o cümlədən də Azərbaycan məsələsidir. Gürcüstanda təxribatla, qarışdırıcılıqla məşğul olan Qərb dairələri Azərbaycana da təsir göstərmək məqsədi güdürlər. Onlar müxtəlif vasitələrlə Azərbaycana da təsir göstərmək istəyəcəklər. Amma bilirsiz ki, Azərbaycan Qərbin bu niyyətlərini yaxşı bilir və  təhükəsizlik tədbirləri görür.   Biz uzun müddətdir ki, Qərbin o təxribatçı qüvvələri, institutlarının bu əməllərindən xəbərdarıq. Qərb Ermənistan hökumətini  öz əlinə alıb, indi də Gürcüstanı qarışdırır, emissarlarını ortaya atıb təxribatlar törədir. Amma hesab edirəm, Gürcüstan dövləti lazımı dirəniş göstərib o qüvvələri zərərsizləşdirəcək. Azərbaycanı isə o qüvvələr çoxdan hədəfə alıb və bizim ölkəmizdə onlar heç nəyə nail ola bilməyib, indən sonra da olmayacaqlar. 

Bəziləri deyirdi ki, Azərbaycan quru sərhədləri açmalı idi. Amma görürsüz ki, dövlət quru sərhəddləri açmamaqla nə qədər müsbət iş görüb, bu təhlükəni əvvəlcədən gördüyü üçün  bu şəkildə də qabaqlayıcı tədbirlər həyata keçirib. Təbii, quru sərhəd açıq olsaydı o qüvvələr Azərbaycana da sızmağa cəhd edərdilər. Amma sərhədin bağlı olması o qüvvələrin bizim daxilimizdə hansısa təxribatlar planlaşdırmasının qarşısını alır. Bütövlükdə, Azərbaycan dövləti onların bütün məkrli planlarını alt-üst etməyə qadirdir" - deyə D.Osmanlı qeyd etdi. 

İradə SARIYEVA 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

Azərbaycanda şirin su ilə bağlı vəziyyət pisləşir - ümid Xəzərə qalıb…

15 temmuz “FETÖ darbesində” bircə nəfər siyasətçi-deputatın adı çıxmadı...

SON XƏBƏRLƏR

29.10.2026 / 20:20
Türkiyədə "fon-maliyyə böhranı" ölkənin siyasi mənzərəsini yenidən cızır...

29.10.2026 / 19:37
Azərbaycan xalqının 35 illik zəhmətinə şərik qoşanlara Əliyevdən daha bir tutarlı cavab...

29.10.2026 / 19:18
İlham Əliyev sübut etdi - dünyadakı bütün münaqişələrin kökləri eynidir...

29.10.2026 / 19:17
Fransa hökuməti Korsika xalqının müstəmləkə əsarəti dövrünü bir az da uzatdı...

29.10.2026 / 18:51
İkili standartlarla mübarizə Bakının xarici siyasətində dəyişməz kurs kimi...

29.10.2026 / 18:13
Ankarada İran-ABŞ danışıqları - Türkiyə regionda yeni razılaşmaya vasitəçilik edə bilərmi?

29.10.2026 / 17:56
“Xidməti vəzifələr və qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib” - Vilayət Eyvazov

29.10.2026 / 17:44
Ceyranbatanda şagirdlər arasında kütləvi zəhərlənmə - 8 nəfərə tibbi müdaxilə olundu...

29.10.2026 / 17:35
Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

29.10.2026 / 17:30
Prezident İlham Əliyev İspaniya Kralına başsağlığı verib

29.10.2026 / 17:21
Paşinyan parlamentdə müxaliflərlə əlbəyaxa davaya çıxan hakim partiya üzvlərini dəstəklədi - onları stulla döyərik…

29.10.2026 / 17:05
Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

29.10.2026 / 17:00
Bir Millət, İki Dövlət, Bir Ürək: Türkiyə Cümhuriyyətinin 103-cü ildönümü münasibətilə İctimai Nəzarət Təşkilatının Təbrik Bəyannaməsi

29.10.2026 / 16:51
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlandı - 3 nəfər məsuliyyətə cəlb olundu

29.10.2026 / 16:43
Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq

29.10.2026 / 16:28
Azərbaycan–Türkiyə ikitərəfli münasibətlərinin mövcud vəziyyəti Ankarada müzakirə olundu

29.10.2026 / 16:23
Putindən yolverilməz etiraf - Rusiya dövlətinin "blatını" yerə vurdu... tək İlon Mask...

29.10.2026 / 16:10
3 noyabrda Trampın taleyi 4 senatordan, 3 palata üzvündən (tükdən) asılı qala bilər...

29.10.2026 / 16:03
Ermənistanda TRİPP-lə bağlı kəskin hakimiyyət-müxalifət qarşıdurması başladı...

29.10.2026 / 15:43
Əli Əsədov Gürcüstana səfər edib

29.10.2026 / 15:20
Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

29.10.2026 / 15:12
Ukraynanın energetika naziri Prezident İlham Əliyevə təşəkkür etdi

29.10.2026 / 15:07
Azərbaycan Ukraynaya transformator və 186 km elektrik naqili göndərib

29.10.2026 / 14:16
Paşinyan "müxaliflərə qarşı böyük Oktyabr inqilabı" elan etdi – onların qol-qıçlarını sındıracağıq...

29.10.2026 / 13:59
Paşinyan Rusiya ilə qalmaqala səbəb olan Şirak qubernatorunu işdən çıxarmaqdan imtina etdi...

29.10.2026 / 13:45
"Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil" - Mərkəzi Bankın sədri

29.10.2026 / 13:39
"Beynəlxalq hüquqda ikili standartlar dövlətlər üçün yeni çağırışlar yaradır" - Ceyhun Bayramov

29.10.2026 / 13:25
“Real TV”nin əməkdaşlarının döyülməsi ilə bağlı açıqlama...

29.10.2026 / 13:07
“Bank Melli İran” Azərbaycandan gedir? - Mərkəzi Bankdan açıqlama...

29.10.2026 / 12:25
Ceyhun Bayramov Ankarada Hakan Fidanla görüşdü

29.10.2026 / 12:11
Ermənistan parlamentində dava – deputatlar bir-birini yumruqladı...

29.10.2026 / 11:55
Azərbaycan XİN Türkiyəni təbrik etdi

29.10.2026 / 11:49
Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatdı...

29.10.2026 / 11:34
Zelenski ilk dəfə Rusiyaya təhlükəsizlik zəmanəti təklif etdi - NATO şərqi Avropadan geri çəkiləcək?..

29.10.2026 / 11:26
Prezident İlham Əliyev Ərdoğana təbrik məktubu ünvanladı

29.10.2026 / 11:24
Terror təşkilatları ilə əlaqəli 8 nəfərə hökm oxundu...

29.10.2026 / 10:43
Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqladı...

29.10.2026 / 10:28
ABŞ-ın noyabrda İrana hücumları bir neçə gün davam edə bilər – Körfəz ölkələrinə xəbərdarlıq edildi...

29.10.2026 / 10:15
Səbinə Əliyevanın səlahiyyət müddəti bitir – yeni ombudsman seçiləcək...

29.10.2026 / 10:04
Mərkəzi Bank uçot dərəcəsini sabit saxladı...

29.10.2026 / 09:41
Bolsonaro Braziliyada seçkilərdə uduzub ABŞ-a qaçdı, Trampdan ilk açıqlama gəldi - müdaxilə etməyəcəyəm...

29.10.2026 / 09:27
Xankəndidə MDB-nin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

29.10.2026 / 09:09
Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik etdi

29.10.2026 / 08:44
Nömrəsini və telefonunu kirayə verənlər cərimələnəcək

29.10.2026 / 06:39
Netanyahu ərəb partiyalarını səsləri oğurlamaqda ittiham etdi - “…yəhudi dövlətinin məhvini istəyirlər”…

28.10.2026 / 22:43
ABŞ-ın İranla müharibə xərcləri 47 milyard dolları keçdi...

28.10.2026 / 22:25
Qərbin Ukraynaya yardımı azalır - Avropa İttifaqı NATO və G7 müttəfiqlərinə çağırış etdi...

28.10.2026 / 22:07
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verdi

28.10.2026 / 21:53
Ermənistan KTMT-dən qovulur...

28.10.2026 / 21:49
Azərbaycan Dövlət Pantomim Teatrının “İblis” tamaşası beynəlxalq festivalda mükafata layiq görülüb

28.10.2026 / 21:35
Azərbaycan BMT nizamnaməsinin 51-ci maddəsinə niyə əl atdı...

28.10.2026 / 21:21
30 il Qarabağ münaqişəsini uzadanlar “bir şeyi" unutmuşdular... Prezident açdı...

28.10.2026 / 21:08
Azərbaycanın iki supergüclə strateji tərəfdaşlığı xüsusi vurğulandı...

28.10.2026 / 20:59
Zəngəzurun İslam memarlığı - Rizvan QARABAĞLI yazır...

28.10.2026 / 20:53
Müharibələrə son qoymaqda çətinlik çəkənlərə Azərbaycanın təcrübəsi təqdim edildi

28.10.2026 / 20:40
“Dəmir yumruq” birliyi tariximizin ən ağır vaxtlarında özünü göstərdi...

28.10.2026 / 20:26
Ana dili məsələsi Bakı-Tehran münasibətlərində vacib elementə çevrilir...

28.10.2026 / 20:18
Sahibə Qafarova ilə İƏT-in baş katibi əməkdaşlığın genişləndirilməsini müzakirə edib - FOTO

28.10.2026 / 20:13
Üç ərəb ölkəsi Türkiyəyə qarşı gediş etdi - Yunanıstan dəstəkləndi...

28.10.2026 / 20:03
İsrail Prezidenti partiyalara çağırış etdi - “…növbəti seçkiyə imkan verməyin”…

28.10.2026 / 19:53
Qətər ABŞ ilə əldə olunan yeni sazişin mətnini İrana təqdim edib

28.10.2026 / 19:51
Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalandı - FOTO

28.10.2026 / 19:47
İspaniyada iki sürət qatarı toqquşdu – 64 ölü, çox sayda yaralı var...

28.10.2026 / 19:45
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

28.10.2026 / 19:34
Leyla Əliyeva ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatında iştirak edib - FOTO

28.10.2026 / 19:28
Ermənistan növbədənkənar seçkilərə gedə bilər...

28.10.2026 / 19:12
Qətər müharibəyə son qoymaq üçün İrana yeni bir razılaşma təklif etdi

28.10.2026 / 18:56
İrəvandan Bordyujaya cavab - KTMT-yə qayıtmayacağıq...

28.10.2026 / 18:42
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə iştirak ediblər - FOTO

28.10.2026 / 18:35
“Dialoq Forumu sülh və mədəniyyətin təşviqində mühüm hadisədir” - Əhliman Əmiraslanov

28.10.2026 / 18:30
Tramp "Şimal axını" qaz kəmərini Rusiyadan satın ala bilər...

28.10.2026 / 18:22
İpoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edildi

28.10.2026 / 18:10
Azərbaycan Məkkə Konvensiyasını imzaladı

28.10.2026 / 17:55
Pulsuz hüquqi yardım göstərməyən vəkillər cərimələnəcək

28.10.2026 / 17:46
Qarabağın azad edilməsindən sonra Avropa Parlamenti Azərbaycana qarşı 18 qətnamə qəbul edib

28.10.2026 / 17:15
Gözəllik müsabiqəsi qalibinin Trampa qarşı şok ifadələri seçkiqabağı bomba kimi partladı...

28.10.2026 / 17:10
İran + Məkkə Paktı ölkələri İsraili 4 ölkədən çıxmağa çağırdılar - İsrail onları sayacaq?..

28.10.2026 / 16:50
Vətəndaşa cavab verməyən məmurlar 650 manatadək cərimələnəcək

28.10.2026 / 16:33
“Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” haqqında Əsasnamə təsdiqləndi

28.10.2026 / 16:15
Ətin qiymətinə görə Ermənistandan da geridəyik - hesabatı kim yayıb?

28.10.2026 / 15:30
Rusiya BMT-nin Ukrayna məsələsinə qarışmasını rədd etdi...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ