Azad Vətən Partiyasının sədri Akif Nağı "Bakı-Xəbər" qəzetinin 20 illik yubileyi münasibəti ilə təbrik edib.
A.Nağının təbrikində deyilir:
"Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyevi, nəşrin bütün əməkdaşlarını 20 illik yubileyləri münasibəti ilə təbrik edirik. Bu qəzetin media aləmində özünəməxsus yeri, sambalı, çəkisi var. Onların ən yaxşı cəhətləri: ucuz sensasiya dalınca qaçmırlar, ləyaqət prinsipini gözləyirlər, obyektiv və operativ təhlillər verirlər, maarifləndirmə missiyasını nəzərdə saxlayırlar, səviyyəsiz müəllif və müsahiblərdən əsasən uzaq dururlar və sair. Bir daha təbrik edir, uğurlar arzulayırıq".