çərşənbə axşamı günü, 10 noyabr 2026
     

Regional inteqrasiyamızda tək istisna ölkə - islam dünyası ilə inteqrasiyamızın yeni forması...

Image


Azərbaycan dövləti müstəqilliyini bərpa etdiyi bu 32 il müddətində dünya birliyinə inteqrasiya yolunu tutub, beynəlxalq və regional təşkilatlarla, uzaq və yaxın ölkələrlə əməkdaşlıq edir.

İslam dünyasına inteqrasiya etmək, əməkdaşlıq yolunu tutmaq Azərbaycanın əsas məqsədlərindən biri olub və bu məqsəd uzun illərdir reallığa çevrilib.

Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan İslam ölkələri ilə əməkdaşlığı prioritet hesab edir. Azərbaycan islam ölkələri ilə bağlı hər zaman açıq mövqe nümayiş etdirib. Bu gün İran istisna olmaqla, Azərbaycan dövləti bütün müsəlman ölkələri ilə qarşılıqlı  əməkdaşlıq münasibətləri qurmağa nail olub. Gizlin deyil ki, ölkəmizin müsəlman ölkələri ilə əməkdaşlığı get-gedə dərinləşir və bütün həlledici məsələlərdə mövqeyləri üst-üstə düşür.

  • İslam ölkələri ilə əməkdaşlıq...

Vurğuladımız kimi, Azərbaycanla müsəlman ölkələri arasındakı əlaqələr daha da inkişaf etməkdədir. Azərbaycan müsəlman ölkələrinin təşkilatı olan İslam Əməkdaşlıq Təşkilatında (İƏT) təmsil olunur.  İƏT üzvləri Azərbaycanın ərazi bütövlüyünü və öz torpaqları üzərində suverenliyini dəstəkləyir. Azərbaycan İslam dövlətləri ilə sıx əlaqədədir, onlarla əməkdaşlıq edir, islam dünyası ilə bağlı tədbirlərə ev sahibliyi edir. Onu da qeyd edək ki, 2024-cü ildə Şuşanın İslam Dünyasının Mədəniyyət Paytaxtı elan ediləcəyi barədə rəsmi açıqlamalar var. Azərbaycan 44 günlük müharibə nəticəsində ərazi bütövlüyünü təmin etdikdən sonra azad Şuşada islam və türk dünyasının birgə toplantısı da keçirildi. Söhbət keçən ilin  oktyabr ayının 20-də Şuşada Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarələrinin Rəhbərləri Şurasının görüşündən gedir. Burada şuranın əsasnaməsi də imzalandı, birgə bəyanatlar da verildi. Bu da o deməkdir ki, Şuşa türk dünyasına aid olduğu qədər islam mədəniyyətinə də aiddir.

Bildirək ki, bu ilin fevralında İslam İnkişaf Bankı Qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casirin rəhbərlik etdiyi nümayəndə heyəti Şuşaya səfər edib. Səfər çərçivəsində o, Bankın Şuşada həyata keçirilən layihələrə maraq göstərdiyini, investisiya sahəsində əməkdaşlığın həyata keçirilməsinin mümkün olduğunu bildirirdi.

Bütövlükdə, Azərbaycanla islam ölkələri arasında həm siyasi, həm iqtisadi, həm mədəni, həm humanitar, həm də digər sahələr üzrə əməkdaşlıqlar mövcuddur.

  • İƏT-lə uğurlu əməkdaşlıq, ev sahibliyi etdiyimiz tədbirlər...

Prezident İlham Əliyevin “Müsəlman ölkələri ilə əlaqələr bizim üçün xüsusi əhəmiyyət daşıyır” bəyanatı ölkəmizin müsəlman dövlətlərinə verdiyi dəyəri səciyyələndirir. Bildiyimiz kimi, bu gün Azərbaycan İƏT-in ən nüfuzlu üzvlərindən biridir və son illər İƏT-in bir neçə konfransına, tədbirinə uğurla ev sahibliyi edib. Bildiyiniz kimi, 2013-cü ildə Bakıda keçirilmiş İƏT-ə üzv ölkələrin əmək nazirlərinin konfransında təşkilata üzv dövlətlər arasında yeni imkanların yaradılması, əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Bakı Bəyannaməsi qəbul edilmişdir. 2014-cü ildə “İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin inkişafında qadınların rolu” mövzusunda nazirlər səviyyəsində V Beynəlxalq konfrans keçirilmişdir. Qeyd edilməlidir ki, bunun müqabilində İƏT (İCESCO vasitəsilə) islam dünyası ilə sivilizasiyalararası dialoqda iştirak edən Avropa təşkilatları arasında mədəni körpü rolunu tamamilə Bakıya etibar etdiyini bildirmişdir. Bu kontekstdə Azərbaycan hökuməti tərəfindən “Bakı İslam dünyasının paytaxtı – 2009” layihəsi çərçivəsində Azərbaycanda və xarici ölkələrdə mədəniyyətlər və dinlərarası dialoqla bağlı çoxsaylı tədbirlər keçirilmişdir. Avropa təşkilatları ilə İƏT arasında qarşılıqlı anlaşma körpüsü kimi Bakının rolunu təcəssüm edən ən mühüm təşəbbüs “Bakı prosesi” adlanan layihədir. “Bakı prosesi”ni fərqləndirən xüsusi cəhət budur ki, o, mədəniyyətlərarası dialoq layihəsini Avropa Şurası və İCESCO dəyərləri və fəaliyyətləri əsasında birləşdirir. “Bakı prosesi” layihəsi BMT Baş Məclisinin 2001-ci ilin noyabrında qəbul etdiyi Sivilizasiyalararası Dialoq üzrə Beynəlxalq Proqrama, “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında” (2005), İCESCO-nun 2004-cü ildə qəbul etdiyi “Mədəni müxtəliflik barədə İslam Bəyannaməsi”, Avropa Şurasına üzv ölkələrin dövlət və hökumət başçılarının 3-cü Zirvə konfransının bəyannaməsi və fəaliyyət proqramına, həmçinin Avropa Şurasının 2008-ci ilin mayında qəbul etdiyi “Mədəniyyətlərarası Dialoqa dair Ağ Kitab”a  əsaslanır... 2017-ci ildə ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilmiş və bu il çərçivəsində bir sıra tədbirlər həyata keçirilmişdir. 2017-ci ilin may ayında İƏT-in möhtəşəm idman hadisəsi – IV İslam Həmrəyliyi Oyunları Bakıda keçirilmişdir. Yarışlara 24 idman növü üzrə 54 dövlətin nümayəndələri qatılmışdı. 2018-ci ildə 5 min illik qədim tarixə malik Naxçıvan şəhəri ICESCO tərəfindən İslam mədəniyyətinin paytaxtı seçilib. 2018-ci ilin aprelində Bakıda İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrinin Gənclər və İdman Nazirləri Konfransının 4-cü sessiyası keçirilib. İclasda İƏT-ə üzv olan 40-dan çox ölkənin gənclər və idman məsələləri üzrə nazirləri, agentlik və komitələrin sədrləri, eləcə də aparıcı beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. 2018-ci il oktyabr ayında İƏT-lə əməkdaşlıq çərçivəsində görülmüş tədbirlər arasında İƏT-in mənzil-qərargahında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir keçirilmişdir. 2019-cu ilin 19 sentyabr tarixində Ermənistanın Baş naziri Nikol Paşinyanın işğal olunmuş ərazilərimizə qeyri-qanuni səfəri və orada səsləndirdiyi təxribatçı bəyanatları ilə bağlı İƏT Baş katibi adından Təşkilatın rəsmi internet səhifəsində “OIC Secretary General Expresses Deep Concern over the Recent Statement of Armenian Prime Minister on Nagorno-Karabakh” başlıqlı bəyanat dərc edilmişdir. 2020-ci ilin 31 mart tarixində ölkəmizin işğal olunmuş ərazilərində keçirilən qondarma “seçkilər”lə əlaqədar İslam Əməkdaşlığı Təşkilatı “İƏT işğal olunmuş Dağlıq Qarabağda seçkilərin keçirilməsini rədd edir” (“OIC Rejects the Holding of Elections in the Occupied Nagorno-Karabakh”) başlıqlı bəyanatla çıxış etmişdir. 14 iyul 2020-ci il tarixində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) “İƏT Baş katibliyi Ermənistanın Azərbaycanın Tovuz rayonuna hücumunu pisləyir” (“OIC General Secretariat  Condemns Armenia’s Attack On The Tovuz Region in Azerbaijan”) başlıqlı bəyanatla çıxış etmişdir. 28 sentyabr 2020-ci il tarixində İƏT “İslam Əməkdaşlığı Təşkilatı Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasına qarşı törətdiyi təxribat və çoxsaylı hücumlarını pisləyir” başlıqlı bəyanatla çıxış etmişdir. 14 oktyabr 2020-ci il tarixində İslam Əməkdaşlıq Təşkilatı Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə məruz qalması ilə bağlı “İƏT Azərbaycan Respublikası ilə həmrəyliyini bir daha təsdiqləyir” başlıqlı bəyanat yaymışdır. 21 oktyabr 2020-ci il tarixində İƏT “Baş Katiblik Ermənistanın Azərbaycan Respublikasına qarşı hücumlarının dərhal dayandırılmasına çağırır” adlı bəyanat vermişdir. Həmin bəyanatda İƏT Azərbaycan Respublikası ilə həmrəyliyini bir daha ifadə etmişdir. 16 noyabr 2020-ci il tarixində İƏT “İƏT Baş Katibliyi Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında döyüşlərin dayandırılmasını alqışlayır” başlıqlı bəyanatla çıxış etmişdir.25 fevral 2021-ci il tarixində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) "İƏT Baş Katibliyi Xocalı Soyqırımının 29-cu ildönümünü yad edir" ("OIC General Secretariat Commemorates the 29th Anniversary of Khojaly Massacre") başlıqlı bəyanatla çıxış etmişdir. Bəyanatda işğal olunmuş Azərbaycan ərazilərində mülki azərbaycanlı əhaliyə qarşı törədilmiş hərəkətlərin müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər adlandırılması ilə yanaşı, "soyqırım" ("genocide') kimi adlandırılmışdır.

8 aprel 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd Əl-Useymini qəbul etmişdir. Görüş zamanı Azərbaycan Respublikası ilə İslam Əməkdaşlıq Təşkilatı arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində xidmətlərinə görə Baş katib “Dostluq” ordeni ilə təltif olunmuşdur. ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malik 19 may 2022-ci il tarixində Şuşa şəhərində “Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda ikigünlük beynəlxalq konfransın  açılışında iştirak edib. 20 may 2022-ci il tarixində isə Prezident İlham Əliyev ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki qəbul edib.

Bunlar İƏT və Azərbaycan arasında əməkdaşlıq çərçivəsində keçirilən tədbirlər, görüşlər, qəbul edilən qərarlar və sair barədə məlumatlardır ki, biz onların əhəmiyyətini dərindən dərk edirik. Nəticədə Azərbaycan və islam ölkələri, ICESCO və İƏT arasında əməkdaşlıq əlaqələrinin nə qədər dərin və faydalı olduğunu bütün dünya görür. Bu bütün mənalarda islam həmrəyliyinin dərin ifadəsidir.

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

09.11.2026 / 18:17
Tramp "Nvidia"-nın baş direktoru Huanqı "ləyaqətli adam" adlandırdı, iddiaları isə müzakirə etmədiyini dedi

09.11.2026 / 18:10
Kolumbiya Konqresinin binası qarşısında və Boqota küçələrində Zəfər Günü aksiyası baş tutub

09.11.2026 / 18:02
Rusiya nümayəndə heyəti Ukrayna ilə bağlı danışıqlar üçün Əbu-Dabiyə gedib

09.11.2026 / 17:55
Omanda Zəfər Günü qeyd edilib

09.11.2026 / 17:48
Makrona etimad göstərənlərin sayı 12 faizə düşüb

09.11.2026 / 17:44
Ukrayna ordusunun da Kosmik Qüvvələri olacaq…

09.11.2026 / 17:35
Tehranda Zəfər Günü münasibətilə rəsmi qəbul keçirilib

09.11.2026 / 17:31
ABŞ İranla müharibəni bitirmək üçün Çindən kömək istədi...

09.11.2026 / 17:00
“Müharibə bitdikdən sonra Ukrayna "bir az fərqli bir formada" olacaq” - Tramp bununla nə demək istəyir...

09.11.2026 / 16:13
SOCAR ilə “Sinopec Corp.” arasında Anlaşma Memorandumu imzalanıb

09.11.2026 / 15:11
ABŞ dövlət katibi İranın tələblərini gülünc və qeyri-real adlandırdı - heç bir irəliləyiş yoxdur...

09.11.2026 / 14:04
Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi

09.11.2026 / 13:39
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması öz nəticəsini verir" - Şoyqu

09.11.2026 / 13:25
Ölümdən sonra cənnətə gedəcəyimi gözləyirəm, cəhənnəmə getmək istəmirəm - Trampdan maraqlı açıqlama...

09.11.2026 / 13:03
Müdafiə naziri Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Ordusunu təbrik etdi

09.11.2026 / 12:49
Trampdan Heqsetin mümkün impiçmentinə reaksiya – bu ədalətsizlikdir...

09.11.2026 / 12:33
Rusiya XİN Ermənistanı Aİ-yə üzvlük müraciətindən əvvəl referendum keçirməyə çağırdı...

09.11.2026 / 11:54
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub

09.11.2026 / 11:43
Bakıda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüşlər keçirilir - FOTO

09.11.2026 / 11:35
Bölgələrdə yol qəzalarının sayı artıb - BDYPİ xəbərdarlıq edir...

09.11.2026 / 11:30
Prezident İlham Əliyev Kamboca Kralını təbrik etdi

09.11.2026 / 11:22
Rusiya XİN Ermənistanı öz məsuliyyətini KTMT-nin üzərinə atmaqda ittiham etdi...

09.11.2026 / 10:36
Rayonlara qar yağır - Faktiki hava

09.11.2026 / 10:10
Türkiyə XİN Azərbaycan xalqını Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

09.11.2026 / 09:52
Ukrayna Rusiyanın ikinci ən böyük neft emalı zavodunu vurdu...

09.11.2026 / 09:28
Tramp ABŞ-ın bir saatda İranda 38 körpünü dağıda biləcəyini deyir - bunu istəmirəm...

09.11.2026 / 09:10
İran ABŞ-ın Qeşm adasına hücum etdiyini bildirir...

09.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib

09.11.2026 / 00:25
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub - VİDEO

09.11.2026 / 00:05
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur

08.11.2026 / 21:12
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO

08.11.2026 / 20:56
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO

08.11.2026 / 20:42
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO

08.11.2026 / 20:39
Ankarada əkiz qüllələr, İstanbulda körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılır - FOTO

08.11.2026 / 19:49
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

08.11.2026 / 19:25
Prezident Əliyevin sosial şəbəkə səhifələrində Ərdoğanla Şuşadakı görüşdən görüntülər paylaşılıb - VİDEO

08.11.2026 / 19:14
"Bakının sevinci Ankaranın sevincidir, Şuşanın qüruru bütün millətimizin qürurudur" - Ərdoğan

08.11.2026 / 18:24
Lider taktika və strategiyanı dəqiq seçdi - Zəfər qaçılmaz idi...

08.11.2026 / 17:57
Şaquli şəhərsalma və sıxlaşma nəzəriyyəsi

08.11.2026 / 17:51
Əsgərlərimizin qəhrəmanlığı, ya texnikanın gücü...

08.11.2026 / 17:39
Prezident İlham Əliyev və Ərdoğan Xankəndidə Zəfər abidəsinin önünə əklillər qoyublar - FOTO

08.11.2026 / 17:18
Mehriban Əliyeva və Əminə Ərdoğan çay masası ətrafında söhbət ediblər - FOTO

08.11.2026 / 17:11
Ərdoğan Ankara ilə Bakı arasındakı münasibətləri “sönməz məşəl” adlandırdı

08.11.2026 / 17:08
"Azərbaycanın Vətən müharibəsində Qələbəsi Cənubi Qafqaz tarixində yeni səhifə açıb" - Ərdoğan

08.11.2026 / 17:04
Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO/YENİLƏNDİ

08.11.2026 / 16:57
Ərdoğan: "Azərbaycanla qardaşlığımızı zəiflətməyə çalışanlar məqsədlərinə nail ola bilməyəcəklər"

08.11.2026 / 16:55
Prezident İlham Əliyev və Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər - FOTO

08.11.2026 / 16:43
Zakir Həsənov koronavirusa yoluxub

08.11.2026 / 16:40
Şeytanın özünü də, qoxusunu da məhv etdik - yerində Zəfər Muzeyi açdıq, tarix belə yazılar...

08.11.2026 / 16:30
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyi əbədidir və sarsılmazdır"

08.11.2026 / 16:25
"Türkiyə-Azərbaycan birliyi sabitlik, əməkdaşlıq, təhlükəsizlik faktorudur" - Prezident

08.11.2026 / 16:20
Prezident İlham Əliyev: "Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir"

08.11.2026 / 16:18
"Heç kimə imkan vermərik ki, bizim aramıza girsin" - Prezident Əliyev Türkiyə ilə münasibətlər barədə...

08.11.2026 / 16:15
Prezident İlham Əliyev: "Azərbaycan-Türkiyə birliyini, qardaşlığını sarsıtmaq istəyənlər öz arzularına heç vaxt çatmayacaqlar"

08.11.2026 / 16:14
"Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdur" - Prezident

08.11.2026 / 16:11
Prezident: "Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında normallaşma prosesi konkret nəticələrə gətirib çıxaracaq"

08.11.2026 / 16:09
"44 gün ərzində qardaş türk xalqı bizim yanımızda idi" - Prezident

08.11.2026 / 16:08
Heydər Əliyev və xanımı Alyona Əliyeva Bakıda Zəfər abidəsini ziyarət ediblər - FOTO

08.11.2026 / 16:04
"Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir" - Prezident Əliyevdən Ərdoğana

08.11.2026 / 15:56
Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu və strateji müttəfiqliyinin təcəssümü... - FOTO/VİDEO/YENİLƏNDİ

08.11.2026 / 15:50
12 min fərariyə qarşı "0" fərari - ZƏFƏRə yaraşan budur...

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilib - FOTO

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olub FOTO

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi... - FOTO

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ