Cümə günü, 13 noyabr 2026
     

Azərbaycanda Konstitusiya dəyişikliyi üçün referendum olacaq?

Image


Son günlər ölkənin siyasi gündəmində xüsusi müzakirə predmetinə çevrilən məsələlərdən biri də ölkədə növbəti referendumun keçiriləcəyi ilə bağlı məlumatlardır. Belə ki, Azərbaycanda hökumətin Konstitusiyada dəyişiklik edilməsi üçün referenduma hazırlaşması ilə bağlı iddialar sürətlə artır.

Vaxtilə müxtəlif seçkilərdə iştirak etmiş bəzi məntəqə-seçki komissiyalarının keçmiş üzvləri də referenduma hazırlıqla bağlı məlumatı BBC radiosuna təsdiqləyiblər. Bakı, Gəncə, Şamaxı və Mingəçevir şəhərlərində olan həmin mənbələrin bildirdiyinə görə, yerli icra orqanları onları yenidən çağıraraq, referendum seçkilərində məntəqə sədri və ya sədr köməkçiləri olmaq üçün adlarına bank kartı açdırmağı tapşırıb. Buna əsas səbəb isə seçki öncəsi üç aylıq hazırlıq mərhələsində onlara rəsmi qaydada aylıq məvacibin ödənilməsidir. Hətta BBC-nin əməkdaşları adına bank hesabı açılan bəzi üzvlərin yeni bank kartlarını görüb. Əvvəlki seçkilərdə bir neçə dəfə məntəqə sədrinin köməkçisi olan və hazırda proseslərə cəlb edildiyini deyən Bakı sakininin bildirdiyinə görə, hətta bəzi məntəqələr üzrə seçici siyahıları belə hazırlanaraq, artıq yerli icra orqanlarına təhvil verilib. Mərkəzi Seçki Komissiyasından səslənən iddialarla bağlı hələlik hansısa mövqe bildirilmir.

Bununla belə iddialar var ki, Konstitusiyaya dəyişiklik layihəsi hökumətin yuxarı təbəqəsinin ilkin müzakirələrindən keçib. Hətta qeyd edilir ki, parlamentdə təmsil olunan millət vəkillərinin sayı 125 nəfər majoritar qaydada saxlanılmaqla, proporsional seçki ilə əlavə 50 nəfər artırılacaq. Beləliklə, deputatların sayının 175 nəfərə çatdırılması nəzərdə tutulub. O da vurğulanır ki, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi, eləcə də seçki və siyasi partiyalarla bağlı bəzi boşluqların olması hökuməti Konstitusiyada dəyişiklik aparmağa məcbur edir. Bu fonda qeyd olunur ki, erməni əsilli əhalini Azərbaycan vətəndaşlığına almaq, Xankəndi və ətraf ərazilərdə Azərbaycanın suveren haqlarını bərpa eləmək Azərbaycan üçün mühüm məsələdir. Lakin belə məqamlar da səsləndirilir ki, referendumun keçirilməsinə yalnız Ermənistanla yekun sülh sazişinin imzalanmasından sonra ehtiyac yarana bilər. Məsələ burasındadır ki, Qarabağ münaqişəsinə görə bir sıra məsələlərdə Konstitusiyada insan hüquq və azadlıqları ilə bağlı müddəalarda bəzi məhdudlaşdırmalara gedilirdi. Hərbi vəziyyət vaxtı insan azadlıqlarının xeyli məhdudlaşdırılması nəzərdə tutulurdu. Sülh müqaviləsi bağlanandan və müharibə risqi azalandan sonra bu kimi müddəalarda müəyyən yumşalmalara gedilə və ya azsaylı xalqlarla bağlı müddəalar genişləndirilə bilər. REAL partiyasının sədri İlqar Məmmədov isə adıçəkilən radioya bildirib ki, referendum seçkiləri ilə bağlı məlumatsızdır: “Hazırda biz parlamentdə boş qalan 7 yer üçün seçkilərin keçirilməsini istəyirik və bu yerlər uğrunda imza kampaniyası aparırıq. Lakin qeyd etdiyiniz məqamlar barədə heç bir ciddi məlumatım olmadığı üçün fikir bildirmək istəmirəm”. Hakim partiyanın parlamentdə təmsil olunan üzvləri Səməd Seyidov və Aydın Mirzəzadə də referendum seçkisi ilə bağlı məlumatsız olduqlarını deyiblər. 

Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadənin fikrincə, hazırki sistem Azərbaycanın tələblərini ödədiyi üçün hər hansı referenduma da ehtiyac qalmır: “Onsuz da Azərbaycanda 30 minə yaxın erməni yaşayırdı və onlar Konstitusiyada verilən bütün hüquq və azadlıqlardan istifadə edirdilər. Hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərdə yaşayan ermənilər həmin ərazilərdə yaşamaq istəyəcəklərsə, bütün Azərbaycan vətəndaşlarının malik olduğu hüquqlara onlar da malik olacaqlar”. Yeni Müsavat Media Qrupunun təsisçisi Rauf Arifoğlu isə qeyd edir ki, Azərbaycan hökuməti müasir çağırışlara və dünya standartlarına cavab verən demokratik sistem qurmağa, həmin sistem içərisinə aldığı yad toplumu da qorumağa məcburdur: “Bura həmin toplumun seçib-seçilmək və digər hüquqları daxildir. İndiki şəraitdə bu imkanlar yoxdur və hətta bəzi məhdudlaşdırıcı elementlər var. Ona görə də, bununla bağlı istər seçki haqqında qanunun, istərsə də konstitusiyanın təkmilləşdirilməsinə ehtiyac var. Lakin dəyişikliklər erməni əhali üçün nəzərdə tutulmayıb, ümumilikdə ölkədə qanunvericilik və seçki sisteminin yüksəldilməsinə hesablanıb”.

Xatırladaq ki, sonuncu dəfə Azərbaycanda 26 sentyabr 2016-cı ildə Konstitusiyaya dəyişiklik etmək məqsədilə referendum seçkisi keçirilib. Konstitusiyaya edilən dəyişiklik nəticəsində Azərbaycanda prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə qədər uzadılıb, həmçinin prezidentə növbədənkənar dövlət başçısı seçkisini elan etmək səlahiyyəti verilib və prezidentlik vəzifəsi üçün tələb olunan minimal (35 yaş) yaş həddi aradan qaldırılıb. Bundan əlavə, dəyişiklik nəticəsində Azərbaycanda vitse-prezidentlik postu yaradılıb.

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

12.11.2026 / 15:19
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib - FOTO

12.11.2026 / 15:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

12.11.2026 / 15:17
Avropa İrana qəsd planı hazırlayır, iki addım atılıb - "Bakı-Xəbər" öncədən yazmışdı, inanmadınız...

12.11.2026 / 15:11
Prezident İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 15:00
Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

12.11.2026 / 14:41
Belarus Ermənistanın KTMT-nin məxfi sənədlərinə çıxışının məhdudlaşdırılmasını təklif etdi - “saxta müttəfiq”...

12.11.2026 / 14:15
“Ermənistan KTMT-dən çıxacağı təqdirdə çox şey itirəcək” - Matviyenko

12.11.2026 / 13:58
Aralıq dənizində ABŞ-la Kiprin Türkiyə əleyhinə gedişi hələ cavabsız qalır...

12.11.2026 / 13:25
Daşkənddəki Azərbaycan dili mərkəzinin maliyyəsi niyə dayandırılıb?

12.11.2026 / 13:04
Qazaxıstanda iki yüksək vəzifəli məmur həbs edildi...

12.11.2026 / 12:50
Əlilliyi bərpa olunan şəxslərə əvvəlki ayların da pulu verilsin! - Deputatdan təklif...

12.11.2026 / 12:39
Şəkidə 100-dən artıq ağacı qanunsuz kəsməkdə şübhəli bilinən altı nəfər saxlandı

12.11.2026 / 12:33
Hörmüz boğazından keçməyə cəhd edən iki supertankerdə güclü partlayış...

12.11.2026 / 12:17
Sahibkarlara şad xəbər - elektrik xərclərinin yarısını dövlət ödəyəcək

12.11.2026 / 12:05
Ermənistan parlamenti TRİPP-lə bağlı qanunvericilik dəyişikliklərini təsdiqlədi...

12.11.2026 / 11:51
İsrail ordusuna göstəriş verildi - İrana mümkün hücumla bağlı hazırlıqlar artırılır...

12.11.2026 / 11:36
Gələn il mediaya 68 milyon manat ayrılacaq

12.11.2026 / 11:25
Abşeronda tikiş sexindən 15 min manatlıq oğurluq - 3 nəfər saxlandı

12.11.2026 / 10:59
“Ermənistan hakimiyyəti odla oynayır” - Rusiya senatoru

12.11.2026 / 10:41
Sankt-Peterburqda son üç ayda ikinci sui-qəsd - yüksək rütbəli hərbçinin avtomobili partladıldı...

12.11.2026 / 10:33
Şəmkirdə avtomobil yol kənarına yuvarlandı - ölənlər var...

12.11.2026 / 10:20
Azərbaycan neftinin qiyməti 100 dolları ötdü...

12.11.2026 / 10:12
Paşinyan Antalyada banan "oğurlayıb" Dublinə apardı - VİDEO

12.11.2026 / 10:04
Orbanın qardaşı viza alveri işi üzrə həbs edildi

12.11.2026 / 09:27
Vens İran rəsmisi ilə üzbəüz danışıqlar aparmağa hazırlaşır...

12.11.2026 / 09:11
Trampın elçiləri Putinlə görüşmək üçün Rusiyaya səfər edib

12.11.2026 / 08:56
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə paylaşım edib

12.11.2026 / 08:40
İtaliya məktəblərində bomba həyəcanı - təhdid məktubları “Mixail Andropovdan” gəlir

12.11.2026 / 08:21
Ağ Ev Trampın nəhəng bal salonunun kölgəsində qaldı

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ