“Mən ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində 2015-ci ildən fəaliyyət göstərən Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzi adlı təşkilatın rəhbəriyəm.
Bu il dekabrın 28-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Azərbaycan diasporunun fəal üzvləri “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı ilə təltif edilmişdir. Bu diqqət və dəyərə görə, ilk növbədə, Sizə dərin təşəkkürümü bildirirəm. Biz Vətəndən uzaqda olsaq da, hər zaman Azərbaycan dəyərlərini qoruyur və burada tanınması üçün əlimizdən nə gəlirsə etməyə hazırıq. Əminəm ki, Sizin yüksək dövləti vəzifədə fəaliyyətiniz Azərbaycan dövlətinin hər zaman bütün sahələrdə daha böyük tərəqqi əldə etməsinə şərait yaradacaqdır.
... Sizə səmimi qəlbdən möhkəm cansağlığı, bütün niyyət və istəklərinizin uğurla həyata keçməsini arzu edirəm. Göstərdiyiniz diqqət və fəaliyyətimizə verdiyiniz dəyər üçün ailəm adından və İllinoysda yaşayan azərbaycanlılar adından Sizə təşəkkür edirəm”.
Bunu Amerika Birləşmiş Ştatlarının Çikaqo şəhərindən Fərid Məmmədov Prezident İlham Əliyevə müraciətində qeyd edib.
Baki-xeber.com