Türkiyənin Adana şəhərindən Novruzov Cahangir Mütəllib oğlu da Prezident İlham Əliyevə müraciət ünvanlayıb:
“Siyasi və strateji zəkanızın əsəri olan Qarabağ Zəfərinin Azərbaycan xalqını bir yumruq kimi birləşdirdiyi bu sevincli günlərdə, unudulmaz ulu öndərimiz Heydər Əliyev bizə miras qoyub getdiyi “31 Dekabr - Dünya azərbaycanlılarının Həmrəylik Günü” ərəfəsində, dünyanın dörd bir yerinə yayılmış və vahid vücud kimi vətənimiz uğuruna fəaliyyət göstərən Azərbaycan Diasporunun üzvlərini təltifləndirmək üçün təsis etdiyiniz bu dəyərli mükafat, bizlərin əməyinə verdiyiniz böyük bir dəyərdir. Bu mükafatı alanlar sırasında məni də unutmadığınız üçün, şəhid və qazilərimizə yardım məqsədilə yaratdığınız “YAŞAT” fondunun himayədarlar heyətinə məni də layiq gördüyünüz üçün Sizə dərin təşəkkürümü bildirirəm. Ayrıca Qarabağ Zəfəri ilə Azərbaycanı sevindirdiyiniz üçün, xalqımızın 30 illik yaralarına məlhəm qoyduğunuz üçün, Xocalı və 1-ci Qarabağ müharibəsinin şəhidlərinin də qanını yerdə qoymadığınız üçün, ağlar analara qələbə sevinci yaşatdığınız üçün, övladlarımızın sonsuza qədər başlarını dik tutaraq yaşayacaqları üçün Sizə dərin minnətdarlığımı və təşəkkürümü bildirməkdən şərəf hissi yaşayıram”.
Baki-xeber.com