Atalarımızı İrəvandan sürgün ediblər - İstanbuldan Çakmak Harun Prezident Əliyevə yazdı...

img

Sizi və Azərbaycan xalqını səmimi diləklərimlə təbrik edirəm. Mən bir neçə il bundan əvvəl Azərbaycanda inşaat işlərində çalışmışam.

Azərbaycanda olduğum müddətdə özümü öz torpağımda hiss edirdim. Bunun bir səbəbi insanların qonaqpərvərliyi, digər səbəbi isə mənim kökümün, əslimin qafqazlı olmasıdır. Mənim atalarım vaxtilə İrəvandan sürgün edilmişlər. Biz bunu hər zaman böyüklərimizdən eşidirdik. Amma bunun nə demək olduğunu Qarabağdan məcburi köçkün salınmış insanları gördükdə daha yaxşı başa düşdüm.

Biz bəlkə də ata yurdumuza heç zaman dönməyəcəyik. Amma Sizin sayənizdə Kəlbəcər, Laçın, Füzuli və digər torpaqlar əsl sahiblərinə qovuşur. Biz də burada məcburi köçkünlər qədər sevinirik. Mən fürsət düşən kimi, azad etdiyiniz torpaqları ziyarət edəcəyəm və həmin yerlərin yenidən inşa edilməsində qarşılıqsız çalışacağam ki, Azərbaycanda gördüyüm hörmətin əvəzini verə bilim.

Bir daha Sizi, müzəffər ordunuzu və bütün Azərbaycan xalqını təbrik edirəm”.

Bu fikirləri Türkiyə Respublikasının İstanbul şəhərindən Çakmak Harun Prezident İlham Əliyevə məktubunda qeyd edib.

Baki-xeber.com

Son xəbərlər