88-ci ildə ABŞ-da tələbə olarkən... - İstanbuldan Kurt İsa Ebik Prezident Əliyevə yazır...

img

“Bu məktubu Sizə yazarkən ürəyim azərbaycanlı qardaşlarımın və hərbçilərin qəlbləri ilə birlikdə döyünür. Ermənilər Qarabağ torpaqlarını 1988-ci ilin əvvəlindən 30 ilə yaxın müddətdə işğal altında saxlasalar da, Azərbaycan xalqı və türk milləti Qarabağın, Şuşanın işğalı ilə heç vaxt barışmadı. Ürəyimizdə, musiqimizdə, şeirlərdə yaşatdıq bu həsrəti.

Ermənilər havadarlarının köməyilə nə vaxtsa silahsız olan Azərbaycandan alınan torpaqların elə onlarda qalacağına əmin idilər. Ancaq ürəkləri atəş və həsrətlə dolu olan Azərbaycan xalqı bu günləri gözləyirdi və heç vaxt Qarabağın işğalı ilə barışmırdı. “Şuşa, can Şuşa, gələcəyik və yenidən səninlə görüşəcəyik” sözləri heç zaman nəğmələrdən əskik olmurdu.

1988-ci ildə ABŞ-da tələbə olarkən bir qəzet səhifələrindən Qarabağdakı erməni vəhşiliyini əks etdirən materialları topladım. Mətbuat və güc onlarda idi. Fotoşəkillərdən Azərbaycan xalqının bu müharibəyə hazırlıqsız olduğu başa düşülürdü. Həmin qəzet materiallarını hələ də saxlayıram.

Lakin zaman dəyişdi. Sizin rəhbərliyiniz altında Azərbaycan qüdrətli dövlətə çevrildi. Şuşanın və bütün Qarabağın azad edilməsi Azərbaycanın gələcək inkişafı üçün çox vacib məsələdir.

Hər Azərbaycan şəhərinin, kəndinin azadlığı barədə xəbərləri izləmək mənə qürur verirdi. Zəfər Azərbaycanın və Sizindir.

Ruhumuz, ürəyimiz can Azərbaycanladır!

Qarabağ Azərbaycandır! Qələbəmiz mübarək olsun!”

Bunu Türkiyə Respublikasının İstanbul şəhərindən Kurt İsa Ebik Prezident İlham Əliyevə müraciətində bildirib.

Baki-xeber.com

Son xəbərlər