Cümə günü, 16 oktyabr 2026
     

Sevgi – içində çiçək bəsləməkdir...

Image


Əslində bu başlıq altında yazını düz 5 il əvvəl qələmə almışdım. Türkiyə Cumhurbaşkanlığının Türkiyə İş Birliyi və Koordinasiya Agentliyi (TİKA) adlı qurumun dəvəti ilə Çanaqqala zəfərinin 100 illiyini qeyd etməyə dəvətli olduğumuzdan Türkiyəyə getmişdik.

Sadəcə, Türkiyənin, onun Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın daim Azərbaycana dəstək olması, Azərbaycan torpaqlarını işğal edən Ermənistanın heç bir haqqa-ədalətə sığmayan əməllərini dünyaya yayması, hər an təkrar etdiyi düşmən tapdağı altında olan torpaqlarımızın azad olunması üçün hər fədakarlığa hazır olması məni bir daha bu mövzuya qayıtmağa vadar etdi. Türkiyə Prezidenti deyir: - Azərbaycan torpaqları işğal edilərkən, azərbaycanlı qardaşlarımız qətlə yetirilərkən gözləri və dilləri bağlı, qulaqları kar şəkildə gözləyənlər vardı. “Həmin kəslərin bu gün etdikləri, “Döyüşlər dayansın” açıqlaması riyakarlığın zirvəsidir. İki dövlət bir millət olduğumuz Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək uğrunda mübarizəsində hər cür dəstəyi verməyə davam edəcəyik”.

Rəcəb Tayyib Ərdoğanın hər an Azərbaycan Prezidentinin, Ali Baş Komandanımızın, yenilməz Sərkərdəmizin yanında olması, onu dəstəkləməsi xalqımızın bir nümayəndəsi kimi məni daim qürurlandırır, qələbənin çox tezliklə baş tutacağına inamımı artırır. Və mən özüm Türkiyədə olarkən bu iki qardaşın bir-birinə olan sarsılmaz inam və məhəbbətinin şahidi olmuşam. İllər öncəki bu yazıma yenidən müraciət etməyim, xatirələri yada salmağım elə bu dostluqdan qaynaqlanır.      

…Kiçik nümayəndə heyətimizə “Bakı-Xəbər” qəzetinin redaktoru Samirə Səfərova, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu, Mədəniyyət Nazirliyinin əməkdaşı Rəsmiyə Qarayeva, ATV kanalının aparıcısı Əsmər Nəcməddinqızı, Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının sədri Sevil Yusifova, “Milli Məclis” jurnalının baş redaktoru Ülviyyə Abdullayeva, “Vergilər” qəzetinin jurnalisti Fərqanə Allahverdiqızı və bu sətirlərin müəllifi daxil idik. O zaman xatirələrimdə yazmışdım:

- Deyirlər, Türkiyənin harasından baxsan, sinəsində Azərbaycan adlı bir ürəyin çırpındığını görərsən. Biz də, qısa da olsa, o çarpan ürəyə İstanbuldan baxdıq. Gerçəkdən xoş halına bu məmləkətin, sinəsində döyünən ürək sevdasından bayılacaq durumdaydı. O bitməz-tükənməz sevdanı daşıyanlardan biri də biz idik - Çanaqqala zəfərinin 100 illiyini qeyd etməyə gedən Azərbaycan türkləri. Dənizkənarı boyu istehkamları hələ də sanki hücum əmri gözləyir. Sanki Fatih Sultan Mehmet Topqapı önündədir. Zəfərdən sonra atıyla bərabər Qara dənizin qoynuna atılacaq. 1453-ci ilin bir bahar günündə İstanbulu fəth edən Fatih Sultan Mehmet xandan soruşurlar ki, necə oldu dünyanın şah dammarı sayılan şəhəri fəth etdin? O şanlı Zat da cavab verir: “Əvvəlcə o mənim könlümü fəth etdi, sonra da mən onu”.

Beləcə, biz də İstanbullaşdıq 2 gün, ruhumuzu fəth etdi bu divanə pəjmürdə şəhər. Açıldı sabah. Yolumuz Çanaqqalayadır. Erkəndən oyanıb anamız Günəşin doğuşunu İstanbuldan izləmək istədik. Amma dəyişkən aprel havası tutmuşdu o gözəlliyin üzünü biraz. Olsun, sahillərinin bahar havası yaşadığı bu ana şəhərin hər halı gözəldir. Biz yolumuza davam etdik.

Beləcə, gözəl bir ortamda bizi daşıyan mini avtobusla bərabər gəmiyə minərək səfərimizi dəniz yoluyla davam etdiririk. Mərmərə dənizindən savaşın başladığı yerə - Çanaqqala boğazına sarı gedirik. Elə bu vaxt bir az aralıdan dünyanın bir neçə ölkəsinin nəhəng savaş gəmilərinin Çanaqqala səmtində irəlilədiyini gördük. Məlum oldu ki, bunlar 1915-ci ildə Çanaqqala olmaq üzərə boğazlara hücum edən İngiltərə, Fransa, Avstraliya, Almaniya və Rusiyanın savaş gəmilərinin simvollarıdır. 100 il öncə Türkiyəni məhv etməyə gələn gəmilər indi barış, sülh və dostluq üçün göyərtələrindən yaylım atəşi açırdılar. Sanki qoca Türkiyədən üzr istəməyə gəlmişdilər…

Qeyri-ixtiyari tanınmış türk şairi Faruk Nafiz Çamlıbelin “Çanakkale destanı” şeirinin misralarını pıçıldayıram:

Yaşamaz ölümü göze almayan.
Zafer göz yummadan koşana gider.
Bayrağa qanının alı çalmayan,
Gözyaşı boşuna, boşuna gider.
Kazanmaq istersen sen de zaferi,
Gürleyen sesinle doldur göyleri.
Zafer dedikləri kahraman peri,
Susandan kaçar da, coşana gider.
Bu yolda her kes bir, ey delikanlı,
Diriler şerefli, ölüler canlı…

Çanaqqala - bu adı yüz beş il öncə dünya xalqları tarixlərinə uğursuz və məğlubiyyət səhifəsi kimi yazarkən Osmanlı dövləti öz tarixinə “Çanaqqala keçilməz”, “Çanaqqala zəfəri” deyə yazdı. İndi bu şəhərdə boğaz uğrunda döyüşən yüz minlərlə alman, ingilis, rus, anzak, fransız, avstraliyalı və şəhid məhmətciklər bir torpaqda uyuyur. Böyük Atatürk 1915-ci ildə meydan savaşları zamanı ayaqlar altında tapdanan düşmən bayrağını əyilib yerdən qaldırmış: “Düşmən də olsa, bir ölkənin bayrağıdır, ayaqlar altında sürünməsi doğru deyil” demişdi. Sonra isə o böyük Zat: “Siz bu ölkəyə qarşı savaşarkən bizim düşmənimiz, burada həyatınızı itirdikdən sonra məhmətciklə bərabər şəhidimizsiniz, artıq bizə əmanətsiniz” demişdi. Yəqin ki, ermənilər heç zaman onun bu hərəkətinin başa düşməyəcəklər.

Ayağımızı yerə basmağa belə ehtiyat edir, sanki torpaq altında yatan kəfənsiz şəhidlərin ruhlarını incitməkdən qorxurduq. Bu mənzərə içərisində ən çox diqqətimi çəkən İngiltərə şahzadəsinin İstiqlal Marşı çalınarkən sona qədər əli papağının tinində hərbi sayğı duruşunda olması idi. O qədər qürurverici səhnə idi ki, ifadəsi sözlə mümkün deyil. O gün Ermənistan adlı irticaçı bir ölkədə nifrət və kin bəyan edilərkən, Türkiyə Prezidenti başda olmaqla, 21 ölkənin başçısı, 90-a yaxın ölkənin yüksək çinli nümayəndəsi Çanaqqaladan dünyaya barış, sülh, dostluq mesajları yolladılar, “Barış umutları tükənməyib” deyə çağırış etdilər.

Əlbəttə, insan içində nə bəsləyərsə, nəyi yetişdirərsə ətrafına da onu paylayar. Millətlər də elədir.

Yadımdadır, törən bitdikdə axşama doğru İstanbula yol aldıq. Üç dənizin ortasında olan Türkiyədə Günəşin batmağını seyr etmək ayrıca həyəcan verirdi bizə. Bir az dincəlmək üçün Çanaqqala şəhərində, Eceabat deyilən məkanda bir yol kənarında restorana endik. Yolboyu düzülmüş polis nəfərlərindən öyrəndik ki, Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan da daxil olmaq üzərə dünyanın 21 ölkəsinin prezidenti olan karvan indi buradan keçərək axşam ziyafətinə gedəcək. Tez maşınımıza tərəf getdik, Azərbaycan-Türk bayraqlarını əlimizə götürüb yanımızdan keçəcək kərvanı sevgi və sayğı ilə kənardan salamlamaq qərarına gəldik. Çox keçmədən böyük bir karvanın bizə doğru gəldiyini gördük. Əlimizdə iki ölkənin bayraqları onları salamlamaq üçün qeyri-rəsmi saygı duruşunda olduq. Lap uşaqlar kimi əməlli-başlı havaya atılır, sevgimizi izhar etməyə çalışırdıq. Elə bu zaman üzərində «Türkiyə Cumhurbaşkanlığı» sözləri yazılmız böyük, yaraşıqlı avtobus qarşımızda dayandı. Dövlət başçılarının karvanını dayandıran üçrəngli bayrağımız və dövlətimizin başçısına olan ehtiramın təzahürü idi. Qapılar açıldı, sanki xəyal görürdük. Rəcəb Tayyib Ərdoğan çox sadə bir tərzdə avtobusun açılmış qapısından soruşdu: “Hayırlı akşamlar. Çocuklar, burda ne yapıyorsunuz?” Cavabında dedik: “Törende Size yaxınlaşa bilmədik, indi isə Sizi salamlamaq üçün buradayıq”. “Mən sizə yaxınlaşaram” deyib avtobusdan endi, hamımızla tək-tək görüşüb, əllərimizi sıxdı və çoxdanın tanış və dostları kimi bizimlə xeyli söhbətləşdi: “Sevimli Aliyev kardeşim buradaydı, bir az önce uğurladım onu. Nerde kalıyorsunuz, ne zaman gideceksiniz”? deyə maraqlandı. Ziyafətə getdiklərindən ac olub-olmadığımııza maraq etdi. Cavabında bildirdik ki, elə indicə restoranda möhkəmcə yemişik.

Bəli, bu böyük insan hətta şam yeməyində də bizimlə bir yerdə olmaq istəyirdi. Bizim timsalımızda xalqımıza, bayrağımıza hörmət əlaməti olaraq karvanı dayandırmışdı. 21 ölkənin prezidentləri, 90-a yaxın ölkənin yüksək çinli nümayəndələri bu mehribanlığı, bu sevgini izləməyə əslində məcbur edilmişdilər. Amtobusun pəncərələrindən bizim səmimi görüşümüzü maraqla izləyirdilər. Sonra bizimlə sağollaşdı. Yenə də hər birimizlə ayrı-ayrılıqda görüşdü. Alqış və dualarımızla yoluna davam etmək üçün avtobusa qalxdı.

Bu, doğrudan da dünyada tayı-bərabəri olmayan bir sevginin, can və qan bağlılığının ifadəsi idi. Biz jurnalistlər də bu görüşdən aldığımız izahedilməz, möhtəşəm sevinclə İstanbula doğru yolumuza davam etdik.

Artıq bir neçə gündən sonra Türkiyə Prezidentinin Fotoqraf Servisi hörmətli Rəcəb Tayyib Ərdoğanla görüşümüzdən xatirə şəkillərini qəzetimizin elektron poçtuna göndərdi. Həmin şəkillərdən bir neçəsini maraqlı olduğunu düşünərək yazıma əlavə edirəm.

Bir millət, iki dövlət. Bəxtiyar Vahabzadənin tez-tez xatırladığım Azərbaycan - Türkiyə şerini özüm üçün təkrar edirəm. Bu şeir Ərdoğanın səsləndirməsində mənə həmişə izah edə bilmədiyim qəribə bir təsir bağışlayır. İndi də elə bil ki, bu böyük Zat 5 il bundan əvvəl olduğu kimi yanımızdadır, şirin-şirin neçə illərin dostu kimi bizimlə söhbətləşir. Və qulağımda Rəcəb Tayyib Ərdoğanın insanın qəlbini ehtizaza gətirən səsi eşidilir:

Bir millətik, iki dövlət
Eyni arzu, eyni niyyət
Hər ikisi Cümhuriyyət
Azərbaycan-Türkiyə.
Bir ananın iki oğlu
Bir ağacın iki qolu
O da ulu, bu da ulu
Azərbaycan-Türkiyə…
Dinimiz bir, dilimiz bir
Ayımız bir, ilimiz bir
Eşqimiz bir, yolumuz bir
Azərbaycan-Türkiyə…

Əminə YUSİFQIZI,
Yevlaxda çıxan «Kür» qəzetinin baş redaktoru,
Respublikanın əməkdar jurnalisti



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

16.10.2026 / 14:48
10 milyonluq Azərbaycan daha çox sərmayə yatırıb, nəinki 85 milyonluq Türkiyə - niyə?..

16.10.2026 / 14:36
Tramp və Mask Ukraynanın internet sürətini kəsir - dron və raketlər yarıyolda düşə bilər...

16.10.2026 / 13:07
Milli mədəni irs və art-terapiya: Azərbaycandan Vaşinqtona uzanan yaradıcı təşəbbüs

16.10.2026 / 12:16
Mətbuat Şurasının yeni sədri və üzvləri seçildi

16.10.2026 / 11:36
Natiq Məmmədli: Azərbaycan jurnalistləri dezinformasiya hücumuna qarşı prinsipial mövqe nümayiş etdirməlidir

16.10.2026 / 11:06
XII Bakı Beynəlxalq Kitab Sərgisində 30 ölkə təmsil olunacaq

16.10.2026 / 11:01
Müşfiq Ələsgərli:"Media subyektlərinin redaksiyalarında süni intellekt sistemlərindən istifadə qaydalarını müəyyən edən daxili sənədlər qəbul edilməlidir"

16.10.2026 / 10:43
Ukrayna Ryazanda neft zavodunu vurdu, Tramp qəzəbləndi – rüsvayçılıqdır, o, bizim işləməli olduğumuz adam deyil…

16.10.2026 / 10:30
Rəşad Məcid: "4 il ərzində Mətbuat Şurasına ümumilikdə 815 şikayət daxil olub"

16.10.2026 / 10:20
Azərbaycan jurnalistlərinin IX Qurultayının iştirakçıları Prezidentə müraciət ünvanladı

16.10.2026 / 09:53
Xırdalanda məktəbə hücum edən şəxs həbs edildi

16.10.2026 / 09:28
Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir

16.10.2026 / 09:19
MM komissiyası Azərbaycana qarşı aparılan hibrid hücumlarla əlaqədar bəyanat yaydı

16.10.2026 / 09:06
XİN AQEM-in VII Sammitinin nəticələrini açıqladı

16.10.2026 / 08:50
Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olundu

16.10.2026 / 08:01
Moskva ətrafında yeni virus aşkarlandı - meymunçiçəyi…

16.10.2026 / 07:53
Netanyahu ilk dəfə əl-Şəra ilə telefon danışığından söz açdı

15.10.2026 / 23:34
BMT-dən ərzaq böhranı xəbərdarlığı - ABŞ və İranın bir neçə həftə vaxtı var…

15.10.2026 / 23:16
Trampdan sonra Mask da Zelenskinin getməsini istədi, tutarlı da cavab aldı – Putinə də belə çağırış edibsinizmi…

15.10.2026 / 22:28
Azərbaycan tarixinin öyrənilməmiş səhifələri - Rusiyanın İrana təcavüzündə Azərbaycan hərbiçilərindən istifadə etməsi (1920-ci il)

15.10.2026 / 22:11
Təsadüf - zərurət

15.10.2026 / 21:41
Prezident İlham Əliyevin sosial media hesablarında Qətər Əmiri ilə görüşlə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:33
Qarabağdan qovulan separatçıların bir qismi Ukraynada vuruşub məhv oldular...

15.10.2026 / 21:25
Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 21:16
İran Gürcüstan azərbaycanlıları ilə bağlı xüsusi plan hazırlayıb - Regional təhlükə...

15.10.2026 / 20:51
Dizel yanacağının dünya siyasətinə təsiri artır, hətta Ukrayna buna qurban edilir

15.10.2026 / 20:35
Ermənistan Rusiyanın “dəmir caynağından” xilas ola bilmir, Kreml bu ölkədən çıxmaqdan imtina edir

15.10.2026 / 20:18
Baxçalı Azərbaycanla bağlı çətin bir yükün altına keçir...

15.10.2026 / 20:02
Paşinyan Azərbaycanla ərazi mübadiləsinə hazırlaşır...

15.10.2026 / 19:45
Tanınmış ilahiyyatçıların çoxu hicab məsələsində prinsipsiz davrandı...

15.10.2026 / 19:22
Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

15.10.2026 / 19:07
Mask Ukraynanın Starlink-dən istifadəsinə qadağa qoydu - Kiyev Rusiyanın hava hücumları qarşısında müdafiəsiz qaldı…

15.10.2026 / 18:52
Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

15.10.2026 / 18:37
Bir millət, iki dövlət prinsipinin mahiyyəti AKP iqtidarına izah olundu...

15.10.2026 / 18:32
Prezident İlham Əliyevin sosial media hesablarında AQEM-in VII Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb

15.10.2026 / 18:21
Ermənistan Azərbaycan üzərinə "ekoloji hücumları" yenidən başlatdı...

15.10.2026 / 18:07
Azərbaycandan AQEM-in fəaliyyətinə möhtəşəm töhfələr...

15.10.2026 / 18:06
Jurnalistlərin 9-cu qurultayında MŞ İH üzvlüyünə bu şəxslər namizəd göstərildi...

15.10.2026 / 17:54
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

15.10.2026 / 17:47
Türkiyə və İrandan Azərbaycana hicab müdaxilələri bir-birinə bənzəyir...

15.10.2026 / 17:44
Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

15.10.2026 / 17:35
Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşdü - FOTO

15.10.2026 / 17:16
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir

15.10.2026 / 17:11
Uşaqların sağlam böyüməsində peyvəndlərin əhəmiyyəti

15.10.2026 / 16:40
Ermənistan-Türkiyə dəmiryolu mübahisələri rəsmən başladıldı...

15.10.2026 / 16:31
Bakı Bəyannaməsi qəbul edildi

15.10.2026 / 16:25
Azərbaycanın 23 illik inkişaf və qələbə tarixi

15.10.2026 / 16:22
Azərbaycan beynəlxalq əlaqələrini genişləndirir

15.10.2026 / 16:15
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib

15.10.2026 / 15:45
Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər - FOTO

15.10.2026 / 15:28
İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

15.10.2026 / 15:23
Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçılarının üçtərəfli görüş keçirilib

15.10.2026 / 15:14
Trampdan sonra Mask da Ukraynada Rusiyanın əlinə oynamağa başlayır...

15.10.2026 / 15:07
Narkomaniya dəhşətli sosial bəladır

15.10.2026 / 14:15
Çin Azərbaycanın AQEM-ə sədrliyini yüksək qiymətləndirir...

15.10.2026 / 14:10
Ukrayna Ryazan Neft Emalı Zavodunu vurdu - məktəblər və uşaq bağçalarında dərslər ləğv edildi...

15.10.2026 / 13:42
Lavrov Bakıda Fidanla görüşdü

15.10.2026 / 13:30
Hövsanda məktəb mühafizəçisinə hücum edib xəsarət yetirənlər yaxalandı

15.10.2026 / 13:20
Emoməli Rəhmon Prezident İlham Əliyevə təşəkkür etdi...

15.10.2026 / 13:18
"Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır" - Prezident

15.10.2026 / 13:17
Torpaq qeyrətli oğulların çiyinlərində Vətən olur...

15.10.2026 / 13:15
"Azərbaycanın 2028-ci ilədək AQEM-ə sədrliyini dəstəkləyirəm" - Sadır Japarov

15.10.2026 / 13:09
Mərkəzi Bank vətəndaşlara ehtiyac olmadıqca borc götürməməyi tövsiyə etdi...

15.10.2026 / 13:02
"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nüfuzu dünyada artır" - Özbəkistan Prezidenti

15.10.2026 / 12:58
Mərkəzi Bank gündəlik pulköçürmələrə tətbiq olunan limitin məqsədini açıqladı

15.10.2026 / 12:54
Laos üzv dövlət qismində AQEM-ə qoşuldu

15.10.2026 / 12:51
"Azərbaycan AQEM-ə sədrliyi müddətində onun gücləndirilməsinə prioritet diqqət ayırıb" - Prezident

15.10.2026 / 12:47
Prezident İlham Əliyev: "Bizi müharibəyə Ermənistan məcbur edib"

15.10.2026 / 12:42
"BMT-nin TŞ-nin qətnamələrinin icrasını təmin edən mexanizmlər hazırlanmayanadək qədər müharibələr davam edəcək" - Prezident

15.10.2026 / 12:38
Prezident AQEM Zirvəsində torpaqlarımızın işğaldan azad edilməsi məsələsinə toxundu

15.10.2026 / 12:34
Azərbaycan-Ermənistan sülh sazişi 2031-ci ildə imzalanacaq? - Paşinyanın sözlərindən belə çıxır…

15.10.2026 / 12:33
Prezident İlham Əliyev AQEM-in Zirvə Toplantısında Ermənistanın işğalçılıq siyasətindən danışdı

15.10.2026 / 12:30
"Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal şəkildə çıxış edir" - Prezident

15.10.2026 / 12:18
Mirzoyan Bakı və İrəvan arasında anklav və eksklavların mübadiləsini istisna etmədi...

15.10.2026 / 12:15
Prezident: "Azərbaycan Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır"

15.10.2026 / 12:09
Ermənistan silah istehsalına başlayır – Paşinyan sülhü yox, silahı seçir...

15.10.2026 / 12:06
Azərbaycanlı müğənni Qazaxıstanda həbs edildi

15.10.2026 / 12:03
“Rəqəmsal rabitə” informasiya sistemi yaradıldı

15.10.2026 / 11:55
Zelenski ABŞ-ı iradəsizlikdə ittiham etdi - onlar nə etdiklərini yaxşı bilirdilər…

15.10.2026 / 11:48
Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTO/YENİLƏNDİ

15.10.2026 / 11:11
SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ