çərşənbə günü, 21 oktyabr 2026
     

Dünyada ən böyük Rusiya diasporumuzun təşkilatlanma və mütəşəkkillik problemlərinin kökü...

Image


Hazırda dünyanın 70 ölkəsində 50 milyona yaxın azərbaycanlı yaşayır. Bütün dünya üzrə isə 150-dən yuxarı azərbaycanlı diaspor cəmiyyəti fəaliyyət göstərir. Diaspor yunan sözü olub, xalqın (etnik birliyin) xeyli hissəsinin yaşadığı ölkədən xaricdə məskunlaşmasıdır.

Bu gün Azərbaycan diasporunun ən geniş və intensiv fəaliyyət göstərdiyi ölkələr içərisində Rusiya Federasiyası xüsusilə diqqəti cəlb edir. Hazırda, qeyri-rəsmi statistikaya görə, Rusiyada 3 milyona yaxın soydaşımız yaşayır ki, onlar Federasiyanın 89 subyektinin hamısında məskunlaşıblar. Rusiyada Azərbaycan diasporunun formalaşması bir neçə mərhələdən keçib. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra Rusiyadakı soydaşlarımızın diaspor formalaşdırılması prosesi xüsusi intensivliklə başlandı və hazırda proses davam etməkdədir.

  • Rusiyada Azərbaycan diasporunun fəaliyyəti, tədqiqatçı və analitiklərin rəyinə görə, nisbətən passivdir...

1992-ci il 4 aprel Rusiya-Azərbaycan diplomatik münasibətlərinin qurulmasından sonra   gündəmdə duran əsas məsələ Rusiyadakı Azərbaycan diasporunun inkişafı oldu. Rusiya ilə  ölkəmiz arasında müəyyən dövrlər münasibətlərdə bəzən soyuq, bəzən isə mehriban durumun olması azərbaycanlılara da öz təsirini göstərib. Bütün bunlara baxmayaraq, Rusiyada Azərbaycan diasporunun fəaliyyəti, tədqiqatçı və analitiklərin rəyinə görə, nisbətən passivdir. Rusiya azərbaycanlılarının çox hissəsini ticari işlərlə məşğul olan şəxslər təşkil edir. Azərbaycanlılar içərisində tanınmış biznesmenlər, hüquqşünaslar, elm və incəsənət xadimləri olmasına baxmayaraq, birlik yoxdur. Bu hadisələr fonunda Azərbaycan diasporu artıq siyasiləşmiş bir ittifaqı xatırladır. Rusiyanın ən yüksək vəzifəli şəxslərinə təsir etmək iqtidarında olan şəxslərin bir çoxu passiv mövqedə durmaqdadır.

  • Rusiya hüquq-mühafizə və yerli kriminal qruplar tərəfindən çox incidilənlər də azərbaycanlılardır...

Hələ 1987-ci ilin may ayında Rusiyadakı Azərbaycan cəmiyyətləri arasında birlik yaranması məqsədilə Azərbaycan Cəmiyyətlərinin Koordinasiya Şurası yaradıldı. Lakin sonradan cəmiyyətlər arasında yaranmış müəyyən problemler səbəbilə Koordinasiya Şurası sadəcə kağız üzərində qaldı və fəaliyyətini dondurdu. Hazırda Rusiyadakı Azərbaycan diasporu digərlərindən zəif hesab olunur. Azərbaycanlıların Qafqazdan Rusiyaya gedənlər içərisində sayca üstünlük təşkil etmələrinə baxmayaraq, onlar arasında həmrəylik, birlik zəif şəkildə qurulub. Məhz buna görədir ki, bu gün Qafqazdan olan xalqlar içərisində Rusiya hüquq-mühafizə və yerli kriminal qruplar tərəfindən çox incidilənlər də azərbaycanlılardır. Bu səbəbdən də Rusiyada azərbaycanlılara qarşı başlanan təzyiqlər, bir qrup soydaşımızın vətənə geri göndərilməsi, kriminal zəmində baş veren cinayətlər səbəbilə qətl edilən soydaşlarımız və digər hadisələrin əsas günahını Azərbaycan diasporunun daxilində axtarmaq lazımdır.

  • “Rusiyada yetərincə güclü olan erməni diasporuna qarşı bizim diasporumuz formalaşmalıdır ki...”

Azərbaycanlıların Rusiyada böyük diaspor təşkilatı olan Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) fəaliyyətini dayandırıb. Bu təşkilat ölkənin ən böyük diaspor təşkilatlarından hesab edilirdi və fəaliyyətini ekspertlər yüksək qiymətləndirirdi. Rusiya Federasiyası Ali Məhkəməsində ÜAK-ın qeydiyyatının ləğvi barədə Rusiya Ədliyyə Nazirliyinin iddiası üzrə proses keçirildi. Ali Məhkəmə Ədliyyə Nazirliyinin iddiasını təmin edərək, ÜAK-ın qeydiyyatının ləğv olunması barədə qərar verdi. O zamandan etibarən hələ də ÜAK-ın fəaliyyəti bərpa olunmayıb. ÜAK-ın yerinə yeni təşkilatın yaradılacağı söylənilsə də, hələ ki, bu ideya da gerçəkləşməyib.

Rusiyadakı Azərbaycan diasporunun bir araya gələ bilməməsinin kökündə hansı amillər durur?

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının dünya azərbaycanlıları və türk dünyası ilə əlaqələr üzrə katibi Bünyamin Qəmbərli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan diasporu Rusiyada böyük çəkiyə malikdir, lakin təəssüf ki, onlar təşkilatlanmış səviyyədə deyillər: “Ordakı diaspor  öz işlərini Azərbaycanın milli, dövlət maraqlarına xidmət edən səviyyədə qura bilməyib. Həqiqətən də, Rusiyada çox böyük imkanlara malik olan soydaşlarımız fəaliyyət göstərirlər. Təəssüf ki, onlar bir yerə yığışıb, həm rastlaşdıqları problemləri həll etmək, həm də Rusiyada böyük diaspor təşkil edərək Azərbaycana qarşı düşmənçilik mövqeyi nümayiş etdirən ermənilərə qarşı dayanmağa, onların anti-Azərbaycan mövqeyini ifşa etməyə çalışmırlar. Bu, əlbəttə ki, böyük təəssüf doğurur. Gəlin, Rusiyada Ermənistanın maraqlarını müdafiə edən erməni diasporunun da fəaliyyətinə baxaq. Arada çox ciddi bir fərq görəcəyik. Rusiya Azərbaycan üçün bütün mənalarda əhəmiyyətli bir ölkədir. Eyni zamanda siyasi bir məkan kimi ora Azərbaycan üçün böyük əhəmiyyət kəsb edir. Bu baxımdan biz Rusiyadakı diasporamızın güclənməsini çox arzu edirik. Ən müxtəlif vaxtlarda buna müəyyən cəhdlər olub, konkret addımlar atılıb. Lakin onları bir yerə yığıb güclü təşkilat şəklində formalaşdırmaq, çox təəssüf ki, mümkün olmayıb. Əksinə, azərbaycanlıların imkanlı adamları vaxtilə bir “Milyarderlər ittifaqı”  adlanan anti-Azərbaycan koalisiyası yaratdı. Azərbaycan dövlətinin rəsmi mövqeyi budur ki, bizim istənilən ölkədə olduğu kimi, Rusiyada da güclü diasporumuz formalaşsın. Belə olan təqdirdə, xaricdəki azərbaycanlılar diaspor ətrafında birləşib, Azərbaycanı xaricdə daha yaxşı müdafiə edə biləcəklər. Bizim Rusiyada kifayət qədər vətənpərvər insanlarımız var. Bu adamları axtarıb, prosesə cəlb etmək lazımdır. Ümidvaram ki, bu amillər özünü doğruldarsa, diasporamız güclənə bilər. Biz bu xətti sona qədər davam etdirməliyik. Çünki Rusiyada yetərincə güclü olan erməni diasporuna qarşı bizim diasporumuz formalaşmalıdır ki, onların anti-Azərbaycan fəaliyyətlərinə cavab verən mübarizə apara bilək”.

  • Yeni təşkilat da öz üzərinə götürdüyü birləşdirici missiyanı lazımi şəkildə doğrulda bilməyib

Qeyd edək ki, Rusiyadakı diasporu vahid ad altında birləşdirməyə cəhdlər olub. Belə iddianı ortaya qoyanlardan biri də Füzuli Məmmədov (Frenk Elkapone) adlı iş adamı olub. Ancaq onun  Rusiyada yaşayan azərbaycanlıları öz ətrafında birləşdirmək kimi iddiası hələ ki, səmərə vermir.  Yalnız təmtəraqlı təqdimatı və bahalı məkanda keçirilən tədbirindən başqa heç nəyi ilə yadda qalmayan qurumun sosial şəbəkələrdəki fəaliyyəti də nəzərə çapmır. Hiss olunur ki, 2019-cu il  aprelin 27-də Moskvada Dünya Azərbaycanlıları İttifaqının təşkilatçılığı ilə Rusiya Azərbaycanlıları İttifaqının yaradılması elə oradaca qalıb. Bu müddət ərzində qurumla bağlı apardığımız media monitorinqi əsasında deyə bilərik ki, yeni təşkilat da öz üzərinə götürdüyü birləşdirici missiyanı lazımi şəkildə doğrulda bilməyib. Diaaspor işində təcrübəsi olanlar bildirir ki, diaspor canlı orqanizm kimi fəaliyyt göstərməlidir. Azərbaycanla bağlı olan təşkilatlarda isə bu yoxdur. Onların hamısı gözləyir ki, hardansa pul alıb gedib formal bir tədbir keçirsinlər. Başqa bir yeniliyi görmürük. Hazırda Rusiyada diasporumuz, demək olar ki, başsızdır. Funksional bir quruma ciddi ehtiyac var. Bir-iki nəfəri yığıb şəkil çəkdirməklə iş bitmir. Bunun üçün Azərbaycanın da dəstəyi lazımdır. 

  • “Rusiya azərbaycanlıları arasında prinsipial həmrəylik yoxdur”

Rusiyadakı diasporumuzun tanınmış üzvlərindən olan Mirkazım Seyidov isə qəzetimizə açıqlamasında bildirdi ki, bir araya gələ bilməməyimizin kökündə intriqalar durur: “Diaspor Komitəsi və XİN-də dəyişiklik olub. Ortaya yeni yanaşma qoyulmalıdır. Bütün zamanlarda bizim Rusiyadakı səfirlərimizlə diaspor liderlərimiz yola gedə bilməyib. Hərə bir tərəfə çəkirsə, hansı birlikdən, inkişafdan söhbət gedə bilər? Təşkilatlar yaradılanda, onların vitrinində belə Rusiyada qaymaq sayılan azərbaycanlı ziyalılar təmsil olunmur. Mən belə təşkilatların  perspektivinə inanmıram. Rusiyada yeni bir diaspor təşkilatı qurulmalıdır. Elə təşkilat olmalıdır ki, onu həm Rusiya tərəfi qeydiyyata alsın, həm də Azərbaycanın rəsmi dairələri dəstəyini ifadə etsin. Yeni yaradılan təşkilat Rusiyada yaşayan soydaşlarımızın üzə çıxarılması, onların ümumazərbaycan işlərinə cəlb olunması ilə məşğul olmalıdır. Diasporun fəaliyyət göstərməsi üçün onun üzvlərinin daxili istəkləri və böyük, əziyyətli işi lazımdır. Hesab edirəm ki, Moskvada Azərbaycanın böyük mədəniyyət mərkəzinin yaradılması zəruridir. Bu, güclü birləşdirici amildir. Belə mərkəz, məsələn, Parisdə var və orada müxtəlif tədbirlər keçirilir, bu tədbirlərə Azərbaycanla bağlılığı olan bütün insanlar gəlir. Uşaqlarımız və nəvələrimiz bir-birini tanımırlar. Bunun üçün şərait yaratmalıyıq. Rusiya azərbaycanlıları arasında prinsipial həmrəylik yoxdur. Zamanında iki böyük diaspor təşkilatı - ÜAK və "AzerRos"un əməkdaşlıq və qarşılıqlı fəaliyyət prinsipləri üzrə razılığa gələ bilmədiklərini nəzərə alsaq, danışmağa dəyməz. Diasporda lobbiçilik prinsipləri hələ təzə-təzə formalaşır. Azərbaycanlılar kütləvi halda hələ də Rusiyada baş verən ictimai-siyasi proseslərlə maraqlanmırlar. Ancaq vəziyyət tədricən düzəlir. Artıq bizim tanıdığımız azərbaycanlılar mərkəzi və yerli qurumların qanunverici orqanlarına seçilir.  Rusiyada Azərbaycan diasporunun gələcəyi bu gündən etibarən bizim özümüzdən asılıdır. Buna görə də fürsətdən istifadə edərək bütün azərbaycanlıları həmrəy olmağa çağırıram”.

Bizim əsas məqsədimiz azərbaycanlıların Rusiya cəmiyyətinə inteqrasiya olunmasıdır. Həmvətənlərimiz orada özlərinə münbit şərait tapsınlar, orada fəaliyyət göstərdikləri vaxtda rastlaşdıqları problemlərin həll olunmasına nail olsunlar, ümumiyyətlə, çalışsınlar ki, problemləri yaranmasın. Bir də Rusiyadakı səfirliklə diaspor qurumları arasındakı koordinasiya elə qurulmalıdır ki, intriqalara son qoyulsun. Bütün dünyada diasporumuzun inkişafına mane olan amillərdən başlıcası səfirliklərlə diaspor qurumlarımızın arasındakı ziddiyyətlərdir. Buna tam son qoymağın zamanıdır.

Məhəmmədəli QƏRİBLİ

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Türkiyədəki təriqət hicabçıları Azərbaycanda “28 şubat” ssenariləri uydurur...

Avrasiyanın yeni ticarət və nəqliyyat əlaqələrinin xəritəsi Bakıda cızılır

İqtisadiyyat Nazirliyinin və Beynəlxalq Valyuta Fondunun Azərbaycan proqnozları bir-birinə qarşıdır...

SON XƏBƏRLƏR

21.10.2026 / 11:50
Xalq artisti Ramiz Əzizbəylinin kürəkəni yarım milyon manatlıq dələduzluq ittihamı ilə həbs olundu

21.10.2026 / 11:37
İşdən ixtisar olunanlara sığorta ödənişi verilə bilər...

21.10.2026 / 11:24
Trampın xüsusi elçisi Sankt-Peterburqda... Putinlə görüşəcək...

21.10.2026 / 11:09
Bakının Od Məbədinə həsr olunmuş rəsm sərgisi və “Pançatantra” əsərindən oxuma sessiyası təşkil olunub

21.10.2026 / 11:00
Trampa Rusiyanın Kiyevi dörd saata ala biləcəyini iddia etdi – bir generalın axmaq qərar üzündən...

21.10.2026 / 10:40
Pezeşkian dialoq üçün ABŞ qarşsında şərt qoydu - səmimiyyətini sübut etsin...

21.10.2026 / 10:32
Lerikdə dağlıq ərazidə dəfinə axtaran şəxs dərəyə yıxılaraq öldü

21.10.2026 / 10:23
Avropalı investorların Qarabağ, Şərqi Zəngəzur və Naxçıvana marağı artır - Aİ hesabatı

21.10.2026 / 10:15
Fransadakı iğtişaşların vurduğu ziyan 1 milyardı keçdi - analitiklər xəbərdarlıq etdi...

21.10.2026 / 09:40
Trampın oğlu da İranla müharibəyə qarşı çıxdı – verdiyi vədlərə ziddir...

21.10.2026 / 09:26
Elçin Əmirbəyov NATO Baş katibinin xüsusi nümayəndəsi ilə görüşdü

21.10.2026 / 08:52
Azərbaycanda Türkiyə bayrağının endirilməsi iddiaları təkzib edildi - dezinformasiyadır...

20.10.2026 / 22:25
Pezeşkian Məkkə sazişini imzalamış 3 dövlət başçısını pat vəziyyətə saldı...

20.10.2026 / 22:19
İran XİN sözçüsü Azərbaycana tövsiyə verməyə qalxdı - həm də insan haqları mövzusunda…

20.10.2026 / 22:07
Taxıl bazarında kəskin təzad: kəndlilər buğda əkinindən imtina edir...

20.10.2026 / 21:59
AK Partinin qurucusu Kemal Albayrak partiyanı “yıxıb-sürüdü”...

20.10.2026 / 21:53
TƏBİB-dən geridə nələr qaldı...

20.10.2026 / 21:37
ABŞ Rusiyanın müttəfiqinə çevrildi, Trampa qarşı etirazlar genişləndi

20.10.2026 / 21:26
Dünyada ərzaq inflyasiyası sürətlənir, proses Azərbaycana da təsir edir...

20.10.2026 / 21:15
Fransa dağılır, Makron çarəsiz qalıb...

20.10.2026 / 21:00
Avropada üsyanlar Putinin "gizli işi" kimi qiymətləndirilir...

20.10.2026 / 20:53
İsraildə parlament seçkiləri Yaxın Şərqin gələcək taleyini də müəyyən edəcək

20.10.2026 / 20:36
Lavrov İranı və Körfəz ərəb ölkələrini ABŞ-a qarşı təşkilatlandırır - yeni Konsepsiya...

20.10.2026 / 20:26
ABŞ Mərkəzi Asiyanın 5 ölkəsi ilə bağlı planlarını açdı...

20.10.2026 / 20:09
Ekoloqlar Paşinyanın COP17 sevincini gözündə qoydular

20.10.2026 / 19:50
Prezident seçkilərində AKP namizədi üçün ən pis proqnozlar verilir...

20.10.2026 / 19:34
Tramp, Si və Putin yeni dünya düzənini Avropasız müəyyənləşdirməyə başladılar...

20.10.2026 / 19:10
Gürcüstanda hakimlər müxalif partiyaları qapatmaqdan imtina edir - İstefalar başladı...

20.10.2026 / 19:01
Zəruri olmadığı təqdirdə Fransaya səfər etməyin - XİN xəbərdarlıq etdi...

20.10.2026 / 18:46
AKP qurucularından “AKP dağılacaq” bəyanatları gəldi...

20.10.2026 / 18:30
Leyla Əliyeva Aşqabadda Milli Türkmən Xalçası Muzeyində olub FOTO

20.10.2026 / 18:18
Azərbaycanda çevriliş hazırlayan AKP üzvlərinə cinayət işi açıldı...

20.10.2026 / 18:07
Leyla Əliyeva Aşqabadda MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak edib - FOTO

20.10.2026 / 18:02
Qazaxıstan XİN "Navai" ilə bağlı Rusiyanın notasına cavab verdi

20.10.2026 / 17:26
Netanyahu öz marağı naminə Trampı İrana qarşı yeni müharibəyə çəkir...

20.10.2026 / 17:02
Yeni nəsil üçün hibrid – real və virtual kənd kitabxana-klub modeli”... YYSİB-nin yeni kreativ layihəsi

20.10.2026 / 16:48
ATMU professoru Məhərrəm Zülfüqarlının “Ucar tarixi” kitabı nəşr olunub

20.10.2026 / 16:27
Azərbaycanda KSM ekosisteminin inkişafı üçün QHT-lər və biznesin ortaq gözləntiləri

20.10.2026 / 16:01
Qarabağda yeni milli park yaradılır - SƏRƏNCAM

20.10.2026 / 15:55
Mədəniyyət Nazirliyinin tabeliyində Gəncə Memorial Kompleksi yaradıldı

20.10.2026 / 14:09
Husilər-Səudlar müharibəsinin coğrafiyası genişlənəcək...

20.10.2026 / 13:54
Qazaxıstanda saxlanan Azərbaycan əsilli repə qarşı cinayət işi dayandırıldı – Navai ölkədən deportasiya edildi...

20.10.2026 / 13:37
Zelenski senatorları Ukraynaya yardımı bərpa etmək üçün Trampa təzyiq göstərməyə çağırdı

20.10.2026 / 13:21
İran ABŞ-a xəbərdarlıq etdi - Pikaks dağına mümkün hücumlar cavabsız qalmayacaq...

20.10.2026 / 13:06
Aşqabadda Leyla Əliyevanın, Oğulcahan Atabayevanın və Saida Mirziyoyevanın üçtərəfli görüşü olub - FOTO

20.10.2026 / 12:50
Nizami və Binəqədi prokurorlarının yeri dəyişdirildi

20.10.2026 / 12:28
Ukrayna Rusiyanın daha bir neft stansiyasına hücum etdi...

20.10.2026 / 12:11
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

20.10.2026 / 12:03
Müharibənin bitməsi və Ukraynanın NATO-ya qoşulması müqabilində Donbas Rusiyaya verilə bilər - Avropadan Putinə təklif...

20.10.2026 / 11:50
Cərimələnən şirkətlə 54 min manatlıq müqavilə imzalandı - məhbuslara dərmanı onlar satacaq...

20.10.2026 / 11:38
Neft Fondunun aktivləri 126 milyard manata yaxınlaşır...

20.10.2026 / 11:23
Məleykə Abbaszadə imtahanlardan sonra yaranan narazılıqlara münasibət bildirdi

20.10.2026 / 11:17
Hörmüz boğazında minaya düşən tankerdə yanğın başladı...

20.10.2026 / 11:05
329 nömrəli bağçada nöqsanlar aşkarlandı, protokol tərtib olundu

20.10.2026 / 10:52
SEPAH Hörmüz boğazında sualtı internet kabellərini vurmaqla hədələdi – bizə hücum olsa…

20.10.2026 / 10:23
"Zərərçəkmiş şəxslə sonradan barışmaq cəzanın avtomatik azaldılması demək deyil" - Ali Məhkəmə

20.10.2026 / 10:15
Dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbərlərinin VIII Zirvə görüşü keçirilir

20.10.2026 / 09:26
Vens açıq danışdı – Ukrayna NATO-da olmamalıdır...

20.10.2026 / 08:47
Bu gün Zəngilan Şəhəri Günüdür

20.10.2026 / 07:47
Vens seçkidə Netanyahunu dəstəkləməyəcək - Trampdan fərqli olaraq…

20.10.2026 / 07:33
Hitlerin qardaşı oğlu ABŞ-da bioloji laboratoriya sahibi imiş…

20.10.2026 / 06:30
AKP-nin Diyanət Vəqfi də korrupsiya fırıldağında “baş köşədə” imiş – bu da din xadimləri...

20.10.2026 / 00:09
Tramp Zelenskiyə Ukrayna danışıqlarından çəkilməsini təklif etdi – onu başqası əvəz etməlidir...

19.10.2026 / 23:06
Leyla Əliyeva Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konsertini izləyib - FOTO

19.10.2026 / 22:54
Leyla Əliyeva Arkadağda əfsanəvi "Galkynyş" milli atüstü oyunlar qrupunun çıxışını izləyib - FOTO

19.10.2026 / 22:40
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub - FOTO

19.10.2026 / 22:28
Əziz Mahmud Hudayi Vəqfi də AKP iqtidarındakı korrupsiya olayına səsini qaldırdı - "...əxlaqdan kənardır"...

19.10.2026 / 22:12
Tramp Ukrayna ilə müharibədə Putinə əməlli-başlı dəstək verir - “60 gün fasilə”...

19.10.2026 / 21:56
İran müharibənin yeni dövründə görünməmiş raket texnikası göstərəcək - Kitabçı gəldi...

19.10.2026 / 21:41
Paşinyan sülh sazişini baş nazirliyinin son ilinə saxladı...

19.10.2026 / 21:32
Şəki Dövlət Dram Teatrında “Yol üstə” tamaşasının məşqlərinə başlanılıb

19.10.2026 / 21:18
"Biz xalqımızın bu qədər əzabına bais olmuş barbarların və uşaq qatillərinin səviyyəsinə enmədik" - Prezident İlham Əliyev

19.10.2026 / 21:14
Tramp Putinə 60 günlük şans verdi - “ 2 məqsədim var”dedi...

19.10.2026 / 20:57
AKP iqtidarı Türkiyəni 193 ölkənin ən kriminal 10 ölkəsi sırasına gətirdi...

19.10.2026 / 20:43
Ukraynaya qarşı Tramp - Putin dizel sövdələşməsindən AKP iqtidarı da pay götürdü...

19.10.2026 / 20:26
Hakan Fidan Bakıda düzmü etdi?

19.10.2026 / 20:12
TƏBİB-dən vahid səhiyyə modelinə keçid - islahatların yeni mühüm mərhələsi başladı...

19.10.2026 / 19:51
Əhali acından ölür, AKP iqtidarı İraqda, Suriyada, Sudanda, Liviyada milyardları göyə sovurur

19.10.2026 / 19:42
Masazırda avtomobilləri yandıran şəxs Özbəkistana qaçarkən yaxalandı, Azərbaycana gətirildi

19.10.2026 / 19:35
Dinçi AKP iqtidarı azad edilmiş ərazilərimizdə 5 milyardlıq layihələrin qədrini bilmədi...

19.10.2026 / 19:10
Azərbaycana qarşı çağırışlar edən 7 türkiyəli beynəlxalq axtarışa verildi

Azərbaycançılıq və dini-mənəvi irs-hicab olayları Azərbaycan ideologiyasına qarşı çevrilib...

XƏBƏR ARXİVİ