Mayda dünyasını dəyişən məşhur müğənni Tina Törnerin gəlini Afida Törner açıqlaması ilə diqqət çəkib.
Axşam.az xəbər verir ki, Afida 62 yaşında vəfat edən həyat yoldaşı, Tinanın oğlu Ronnidən övlad sahibi olmağa hazırlaşdığını deyib. Onun sözlərinə görə, Ronni 2022-ci ilin dekabrında kolon xərçəngindən dünyasını dəyişməzdən əvvəl spermalarını dondurub. Afida isə həkimlərin köməyi ilə hamilə qalmağa çalışacağını və uşağı tək başına dünyaya gətirəcəyini bildirib:
“Ronnidən uşaq sahibi olmaq istəyirəm. Təbii ki, alınsa. İndi 46 yaşındayam, amma şanslar var. Baxaq görək necə olacaq".
Mətləb