çərşənbə günü, 07 oktyabr 2026
     

1945-ci il Cənubi Azərbaycan hökümətinin şair naziri Məhəmməd Biriya...

Image


“Biriya”, könlüm olub aşiqi-rüxsari vətən,
Başıma düşdü yenə nəşeyi-gülzari vətən.
Hər ürək bir qəmə dünyada giriftar oldu,
Varmı bir qəlbi-mübarək, ola qəmxari-vətən?!

Bu misralar Cənubi Azərbaycanın şair oğlu, ədəbiyyat, mədəniyyət, dövlətçilik tarixində əhəmiyyətli yeri olan

Məhəmməd Bağırzadə Biriyanındır…1914-cü ildə Təbrizdə doğulan Məhəmməd Hacı Qulam oğlu Biriya həm bir şair, həm işıqlı ziyalı, həm fədai, həm də Azərbaycan Demokrat Firqəsinın maarif naziri, dövlət xadimi kimi tarixdə qalıb. Həyatı keşməkeşli olan M.Biriya Cənubi Azərbaycanın azadlığı, ana dili, ana dilində təhsil, milli mədəniyyət uğrunda alovlu mübariz olub.

Təbriz şəhərində dünyaya gələn Biriyanın atası sənətkar olub. 1920-ci ildə Quzey Azərbaycana muhacirət edib. İlk təhsilini Bakıda alıb. 1929-cu ildə anası vəfat etdikdən sonra yenidən Təbrizə qayıdıb. Alovlu şeirləri ilə məşhur olan şair milləti Pəhləvi zülmünə qarşı mubarizəyə dəvət edib və özü də xalqın önündə gedən aydınlardan olub. Biriya Bakıda Texnikum bitirib. Sonrakı fəaliyyəti Təbrizlə bağlı olub.  Tədqiatçıların yazdığına görə, 1941-ci ildə Sovet hökumətinin dəvəti ilə İranın bir qrup ziyalısı arasında Biriya da Bakıya gəlir. On beş gün Bakıda qaldıqdan sonra geri dönən şair təzyiqlərlə üzləşir.

Bundan sonra gizlincə Bakıya gələn Biriya bir müddət Azərbaycan Yazıçılar İttifaqında və Azərbaycan Radio Komitəsində işləyir.  1943-cü ilin yanvarında yenidən Təbrizə göndərilir, bir müddət sonra Cənubi Azərbaycan Həmkarlar İttifaqının sədri vəzifəsinə seçilir, hətta 1945-ci ildə Parisdə keçirilmiş Ümumdünya Həmkarlar İttifaqı Konqresində nümayəndə kimi iştirak edir. Həmin ərəfədə Bakıda, 1944-cü ildə "Ürək sözü" adlı kitabı 5 min tirajla çap edilir.

Məlumatlara görə, 1945-ci ildə Azərbaycan Demokrat Firqəsi hökumət qurandan sonra maarif naziri seçilən Məhəmməd Biriya məktəblərdə Azərbaycan dilinin tədrisinin proqramını yaradıb. 1941-1946-cı illərdə Respublikamızın ziyalıları tərəfindən Təbrizdə nəşr olunmuş "Vətən yolunda" qəzetində bir çox şerləri dərc olunub.

1947-ci ildə Azərbaycan Demokrat Firqəsi dağılandan sonra Şimali Azərbaycana gəlmişdir. Sovet dövründə Sibirə sürgün olunub. Azərbaycan maarifinin inkişafında böyük rol oynayıb.

1947-ci il dekabrın 28-də Biriyanı gizli həbs edilib. 7 aydan çox davam edən istintaqdan sonra 10 il həbs cəzası kəsərək indiki Qazaxıstan Respublikasının Karaqanda şəhərindəki 415 saylı islah əmək düşərgəsinə göndərilib. Şair həbsxanada da “dinc durmadığına” görə onu tez-tez məhbuslardan ayırmağa, ayrı-ayrı həbs düşərgələrinə göndərməyə məcbur olublar. Hətta 20 noyabr 1950-ci ildə həbsxana məhkəməsi yenidən 10 il, Luqovsk həbs düşərgəsində olduğu zaman isə, yəni 23 avqust 1951-ci ildə ciddi nəzarətdə saxlamaqla bir il həbs cəzasına məhkum edilib.

30 avqust 1956-cı ildə Məhəmməd Bağırzadə Biriyanın qondarma cinayət işinə yenidən baxılıb və “əməlində cinayət tərkibi olmadığına görə işə xitam verilib”.

1985-ci il fevralın 19-da döyüşkən şair ziddiyətli ömrünü Təbrizdəki kimsəsizlər evində başa vurub.

Şair Biriya 18 yanvar 1957-ci ildə Azərbaycan hökumətinin rəhbərlərinə, Sovetlər İttifaqının baş naziri Malenkova 16 maddəlik bir məktub göndərir.  Məlumata görə, bu yazının original surəti Milli Təhlükəsizlik Nazirliyinin arxivində saxlanılmaqdadır. Həmin nüsxənin üzündən latın əlifbasına Piruz Dilənçi koçürübdür.

Tanınmış tədqiqatçı Əli Şamil M.Biriyaya həsr etdiyi “Zamanın keçməkeşlərinə baş əymədiyindən ziddiyətli bir ömür sürsə də, üsyankarlığı və mübarizliyi ilə yaddaşlara hopmuş şair Məhəmməd Bağırzadə Biriyanın ömür yolu və yaradıcılığı” məqaləsində yazır: “...Məhəmməd Bağırzadə Nuhin özkeçmişində yazır ki, anam xəstələndi. Həkimlər Xorasanın havasının anamın xəstəliyini şiddətləndirəcəyini söylədi. Buna görə 1923-cü ilin sonlarında Bakıya qayıtdıq.

1929-cu ildə Bakıdakı 37 saylı yeddiillik məktəbi bitirib Neft Maşınqayırma Texnikumuna daxil olan Məhəmməd Bağırzadənin anası və əmisi ölür. Atası dörd övladı ilə birlikdə 1933-cü ilin yanvar ayının 11-də Təbrizə dönüb.

1934-1936-cı illərdə Məhəmməd Bağırzadə Təbriz Bələdiyyə İdarəsində qeydiyyatçı işləyib. 1938-ci ildə İran ordusunun Təbrizdəki 27-ci alayın 3-cü diviziyasında əsgəri xidmətə başlayıb. Gənc şair zabitlərin qaba rəftarına həsr etdiyi şeirində yazıb:

Şallağa bir bax, mən ölüm, şallağa,
Hazır olublar bizi öldürməyə.

Şeirin sürətlə yayıldığını görən zabitlər Məhəmməd Bağırzadənin əsgərlərdən ayıraraq hərbi hissədəki keçid məntəqəsinə göndəriblər.

Əsgərlik müddətini başa vurduqdan sonra Su İdarəsində katib və Dəmiryol İdarəsində hesablayıcı işləyib. Məktəbdə oxuduğu ilərdə divar qəzetinə şeirlər yazan Məhəmməd "Şahin" qəzetində korrektor işləyərkən yazdığı şeirlərini farsca “səmimi söz” anlamına gələn Biriya imzası ilə çap etdirib.

Satirik şeirlərilə oxucu diqqətini özünə cəlb edən Məhəmməd Bağırzadə İkinci Dünya Savaşı başlayandan sonra ictimai-siyasi fəallığını artırıb. Güney sərhədlərindən “faşizm təhlükəsi” gözləndiyini bəhanə gətirən Sovetlər Birliyi 1941-ci ilin avqustunda İrana qoşun yeridərək Tehrandan Araz çayınadək olan ərazini nəzarət altına alıb. Böyük Birtanıya da vəziyyətdən yararlanaraq İranın neftlə zəngin güney bölgələrinə əsgəri birliklər göndrib. Xalqa min bir zülm verən, hər cür islahatlara və yeniliyə əngəl olan şah ölkəni tərk etməli olub. Sovet ordusu İranın quzeyində yerləşdikdən sonra orada möhkəmlənmək üçün güclü ideya-siyasi iş aparıb. Məqsədi orada sosializ ideyalarını yaymaq, bölgəyə sosialist inqilabı  ixrac etmək, İranı  Sovetlər Birliyinin təsiri altında salmaq olub. Bu məqsədlə də Sovet Azərbaycanından bir qrup ziyalını Güney Azərbaycandakı hərbi hissələrə əsgər və zabiti kimi göndərilib.

Şah rejimi ölkədə fars dilini dövlət dili elan etmişdi. İranda yaşayan Azərbaycan türklərinin, türkmənlərin, ərəblərin, kürdlərin, bəlucların, giləklərin, lorların və b. xalqların dillərində nəinki məktəb, qəzet və jurnal açmaq, kitab nəşr etmək, hətta ictimai yerlərdə danışmaq belə qadağan idi. Bunun əksinə olaraq Sovet Azərbaycanından göndərilmiş mülkü mütəxəssislərin, ədəbiyyat və mədəniyyət işçilərinin Azərbaycan türkçəsində qəzet-jurnal açmaları, radio verlişlər hazırlamaları, kulublarda, kino-teatrlarda xalqın anlayacağı dildə kinolar göstərmələri adamların diqqətini çəkmişdi. Sovet Azərbaycanının yardımı ilə şəhərlərdə yollara asfalt döşənir, su kəməri çəkilir, çirkab sularının axıdılması üçün  qurğular yaradılır, unversitet, flarmoniya, teatr, kiçik sənaye obyektləri açılırdı. Təbrizdə Azərbaycan türkcəsində "Vətən yolunda"  adlı qəzet nəşr ediblməsi, Dostluq Cəmiyyətinin salonundakı toplantıların ana dilində aparılması, məktəblilərə ana dilində dərs keçilməsi Güney Azərbaycanında yaşayan sadə xalqın Sovetlərə məhəbbətini gündən-günə artırırdı.

Sovet Azərbaycanında ərəb əlifbasını qadağan edən, 1929-cu ildə qəbul edilən latın əlifbasını 1939-cu ildə kirillə əvəzləyənlər İranda  ərəb əlifbasına saxta bir məhəbbət göstəririrdilər.  Orada xalq ərəb əlifbasında yazıb-oxuyurdu. Buna görə də Sovetlər qəzet və jurnalları, kitabları, afişaları ərəb əlifbasında Azərbaycan türkcəsində çap etdirirdilər. Sovetlərin milli dillərə önəm verməsi Məmməd Biriyanı Sovet Azərbaycanından gələn ziyalılarla tez-tez görüşür, onların təşkil etdikləri tədbirlərə qatılır, "Vətən yolunda"   qəzetində şeirlərini və məqalələrini çap etdirir, yazdığı kiçik həcmli pyesləri səhnəyə qoymağa həvəsləndirirdi”.

Ə.Şamil yazır ki, şeirlərini "Vətən yolunda" "Azərbaycan", "Xavəre-no" qəzetlərində, eyni zamanda Tehrandakı “Rəhbər”, "Mərdom", "Zəfər", "Dəmavənd", “Mərdom”, "Şöləvər", Rəştdəki "Səpidrud"  qəzetlərində nəşr etdirən, mitinqlərdə alovlu çıxışlar edən Məhəmməd Biriya xalq arasında siyasi xadim kimi məşhurlaşırdı. 

“…Alovlu nitqləri ilə xalqa təsir etməyi bacaran, çılğın təbiətli şairin dəyişkən xasiyəti xüsusi xidmət orqanlarının əməkdaşlarını qane etməsə də ondan əl çəkmək də istəmirlər. Tərbizi dönən kimi Məhəmməd Biriyanı yenidən siyasi işlərə cəlb edirlər. İran Antifaşist Ocağında və İran Kommunistlərinin Hezbi  (farsca partiya) Tudənin (farsca xalq) təşkilatında çalışdırırlar. Onu İran hökuməti tərəfindən təqib edilən Azərbaycanı Həmkarlar İttifaqının sədiri Xəlil İnqilabinin yerinə seçdirirlər. Azərbaycanı Həmkarlar İttifaqına rəhbərlik etdiyi vaxt fəhlələrlə ərbablar (sahibkarlar) arasında 41 maddəlik bir müqavilə də imzalanmasına nail olur.

Məhəmməd Biriya  “Qələbə” adlı qəzetə redaktorluq edir, "Çətirbazlar", "Ruznamə idarəsində", "Stallinqrad", "Ərbab və əkinçi", “Mussolini”, “Hitler və Mussolini”  kimi kiçik pyeslər yazaraq Təbrizdəki Şire-Xurşid Teatrında, Marağa Şəhər Teatrında səhnəyə qoydurur. Bakıda Azərnəşr şairin 1944-cü ildə “Ürək sözü”, “Seçilmiş əsərləri” kitabların çap edir və “Ürək sözü” kitabı rus dilinə tərcümə edilir. Onun Təbrizdə və Bakıda 13 kitabçası nəşr olunur...”

Alovlu şair, vətənpərvər ziyalı, güney azərbaycanlıların azadlığı uğrunda yorulmaz mübarizə aparan Məhəmməd Bağırzadə Biriya bu gün yeni nəsil güneylilərin azadlıq mücadilələrinə həm həyat və fəaliyyəti, həm də şeiriyyəti ilə örnəkdir…

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 17:48
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Nacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ